Məhkəmə qərarları › İş №1(060)-446/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-446/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-446/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1966-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qasımov X2 Rauf Vahid oğluna sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, “Dost” marketin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifətinə və burun nahiyyəsinə qəsdlə yumruqla vuraraq ona burun belinin sağ hissəsinin sıyrığı olmaqla sağlamlığa zərərvurmayan xəsarət, həmçinin davam edən mübahisə zamanı onun sol əlinə yumruqla vuraraq sol əlin 4-cü barmağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun tanışıdır, hər ikisi də Sumqayıt şəhəri ilə H.Zeynalabdin qəsəbəsi ərazisi arasında taksi fəaliyyəti ilə məşğul olurlar. xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində idarə etdiyi “Mercedess Benz” C200 markalı, **-CM-*** d.q.n-li avtomobillə hərəkətdə olan zaman Raufun da idarə etdiyi “Toyota Corolla” markalı, **-EX-*** d.q.n-li avtomobillə hərəkətdə olmuşdur. Həmin vaxt Rauf onun qarşısında olan müştəriləri götürmək üçün öz avtomobi ilə ötmə əməliyyatı keçirib onun qarşısına keçmiş, daha sonra o da Raufu ötmüşdür. 1-2 dəqiqə sonra Sumqayıt şəhər, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Dost" marketə yaxınlaşan zaman Rauf idarə etdiyi avtomobillə onu yenidən ötmüş və Raufun avtomobilinin sağ yan güzgüsü onun avtomobilinin sol yan güzgüsünə dəymişdir. Bu zaman Rauf avtomobili saxlamamış, qarşıda olan dalan küçəyə müştəri götürmək üçün daxil olmuşdur. O, Raufun bu cür davranışını görüb əsəbləşmiş, idarə etdiyi nəqliyyat vasitəsini Raufun arxası ilə sürərək sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinin arxasında saxlamışdır. Avtomobildən enib Raufa yaxınlaşaraq nə üçün avtomobilini əzdiyini soruşmüş və aralarında mübahisə başlamışdır. Bu zaman o, əsəbləşərək yumruqla Raufun sifətindən bir dəfə vurmuş, aralarında mübahisə davam etmiş, Rauf əli ilə işarət edib ondan nə istədiyini soruşduqda o, yenə sonuncuya yumruq atmış, yumruq Raufun sol əlinə dəymişdir. Bundan sonra Rauf nəqliyyat vasitəsindən düşmüş və aralarında mübahisə başa çatmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmişlə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində idarə etdiyi “Toyota Corolla” markalı, **-EX-*** d.q.n-li avtomobillə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində S.Vurğun küçəsində hərəkətdə olmuşdur. Bu zaman onunla eyni yolda hərəkətdə olan tanışı Əliağa idarə etdiyi “Mercedes Benz” markalı **-CM-*** d.q.n-li avtomobillə onun önünə keçmişdir. Hər ikisi taksi fəaliyyəti ilə məşğul olduğu üçün müştəriləri götürmək məqsədi ilə o, da Əliağanın önünə keçmişdir. Kimyaçılar qəsəbəsi ərazisində “Dost” market adlı ərzaq mağazasına çatdıqda o, Əliağanı keçmək istəmiş, lakin soncunu ona yol vermədiyindən idarə etdiyi avtomobilin sağ yan güzgüsü sonuncunun nəqliyyat vasitəsinin sol yan güzgüsünə dəymişdir. Hadisələr çox ani cərəyan etdiyindən və avtomobillərinin zədələnmədiyini görmüş və bundan sonra müştəri götürmək üçün dalana daxil olmuşdur. Bu zaman Əliağanın avtomobilinin onun avtomobilinin arxasında dayandığını görmüş, avtomobildən enməmiş, lakin Əliağa nəqliyyat vasitəsindən düşərək ona tərəf gəlmişdir. Əliağa ona yaxınlaşmış, tanış olduğu üçün onunla zarafat etdiyini düşünmüşdür. Lakin Əliağa onunla mübahisə etməyə başlamış, onun burnuna və sifətinə yumruqla zərbələr endirmiş, Əliağaya əlini uzatdıqda yumruqla onun sol əlinin 4-cü barmağına vurmuşdur. Nəticədə barmağı şişmiş, avtomobildən enərək nə üçün belə etdiyini soruşmuşdur. Əliağa avtomobilinə ziyan vura biləcəyini düşünüb əsəbiləşdiyini demişdir. Zərərçəkmiş şəxs 23 aprel 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxsla barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2024-cü il tarixli, 515 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: burun belinin sağ hissəsinin sıyrığı, sol əlin 4-cü barmağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri nəticəsində göstərilən şəraitdə yəni təkrapri yumruq və sillə zərbələri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə-sol əlin 4-cü barmağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül, digər xəsarəti yəni-burun belinin sağ hissəsinin sıyrığı ilə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v.16-18). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.19-20) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.27) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (i.v. 28) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Ələsgər Məmmədov 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəm q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar