Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-447/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə , xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi 19c, məhəllə 6-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 02 radələrindən saat 09 radələrinə qədər olan müddət ərzində vət.Zərərçəkmiş şəxs1 Sadəddin oğluna məxsus ünvan 2 ünvanına evin mətbəxindən plastik pəncərəni sıxma yolu ilə açaraq mənzilə qanunsuz daxil olub oradan bir ədəd dəyəri 120 manat olan təzə vəziyyətdə “Kervan” markalı, 150x130 sm ölçülü, krem mavi rəngli xalçanı, bir ədəd dəyəri 800 manat olan təzə vəziyyətdə “Kervan” markalı 450x250 sm ölçülü, krem mavi rəngli xalçanı, bir ədəd dəyəri 150 manat olan 6 litr tutumlu qədim samovarı, bir ədəd dəyəri 20 manat olan qaz balonu, dəyəri 120 manat olan kombiyə aid olan ləvazimatlar, iki top dəyəri 40 manat olan 2,5-lik üzərindən işlənmiş vəziyyətdə mis kabelləri gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1250 (min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs özgənin əmlakım gizli talama məqsədilə xx.xx.2021-ci il tarixdə, səhər saat 07 radələrində vət.Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən tikintisi tamamlanmamış nömrəsiz fərdi evinin əvvəlcə həyətyanı sahəsinə həyətin taxtadan olan giriş qapısının kilidini açma yolu ilə qanunsuz daxil olmuş, sonra isə evin qapı üçün nəzərdə tutulmuş yerindən içəri daxil olaraq evdən 1 ədəd cəmi dəyəri 120 manat olan “Bosch” markalı laqondanı, 2 ədəd hər birinin dəyəri 35 manat cəmi dəyəri 70 manat olan direli, 3 ədəd hər birinin dəyəri 5 manat cəmi dəyəri 15 manat olan şpakeri, 2 ədəd hər birinin dəyəri 25 manat cəmi dəyəri 50 manat olan litr yarımlıq tefal tok çaynikləri, 1 ədəd cəmi dəyəri 8 manat olan iki litrlik termosu, 2 ədəd hər birinin dəyəri 5 manat cəmi dəyəri 10 manat olan balaca çəkicləri, 1 ədəd cəmi dəyəri 2 manat olan metrəni, cəmi dəyəri 48 manat olan 100 metrlik 2,5-lik mis elektrik kabelini, cəmi dəyəri 14 manat olan kauçuk materialdan turba aksessuarlarını, 12 ədəd hər birinin dəyəri 4 manat cəmi dəyəri 48 manat olan krantları, 9 ədəd hər birinin dəyəri 10 manat cəmi dəyəri 90 manat olan işıqları, iki ədəd hər birinin dəyəri 15 manat cəmi dəyəri 30 manat olan baltaları, 1 ədəd cəmi dəyəri 10 manat olan səviyyə ölçən, 1 ədəd cəmi dəyəri 15 manat olan şuvulu, 1 ədəd cəmi dəyəri 25 manat olan kafel kəsən aparatı, 1 ədəd cəmi dəyəri 25 manat olan dəmir kəsən qayçını, 5 ədəd hər birinin dəyəri 1 manat cəmi dəyəri 5 manat olan sverloları, iki qutu hər birinin dəyəri 5 manat cəmi dəyəri 10 manat olan şrupları, 1 ədəd cəmi dəyəri 40 manat olan kuvaltı, 1 ədəd cəmi dəyəri 5 manat olan uqolnik xətkeşi, 3 ədəd hər birinin dəyəri 7 manat cəmi dəyəri 21 manat olan usta açarlarını, 1 ədəd cəmi dəyəri 8 manat olan uzadıcı elektrik naqilini, 1 ədəd cəmi dəyəri 80 manat olan Hofman markalı ət çəkən maşını, 1 ədəd cəmi dəyəri 120 manat olan Hofman markalı tozsoranı, 1 dəst cəmi dəyəri 180 manat olan tefal qazan dəstini, 1 çamodanda cəmi dəyəri 90 manat olan qaşıq dəstini, 1 çamodanda cəmi dəyəri 240 manat olan yorğan döşək üzlərini, cəmi dəyəri 320 manat olan xrustal qab dəstini gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1699 (min altı yüz doxsan doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 07 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən iki mərtəbəli üstü taxtadan olan mənzilinə evin mətbəx otağının yarı açıq vəziyyətdə olan plastik pencərəsindən içəri daxil olmuşdur. Maddi vəziyyəti aşağı olduğundan məqsədi evdən pula gedən əşya tapıb aparıb satıb pul əldə etmək olmuşdur. Otaqdan evin divarına bükülüb söykədilmiş vəziyyətdə olan iki ədəd biri böyük digəri kiçik ölçülü xalçaları götürüb pencərədən bayıra atmış, sonra isə evdən bir ədəd samovar, bir ədəd qaz balonu, iki ədəd üstündən işlənmiş vəziyyətdə olan kabelləri, bir sellofan klokda kombiyə aid ləvazimatları götürüb hissə-hissə pencərədən bayıra çıxarmışdır. Sonra isə evdən bayıra atdığı xalçaları və digər əşyaları əli ilə hissəhissə evinə yaxın məsafəyə daşımış, oğurluq etdiyi ev ilə onun yaşadığı evin arası 5 dəqiqəlik piyada yol olmuşdur. İki ədəd xalçanı gətirib evin həyətinə atmış, qalan əşyaları evinin yaxınlığında diqqət cəlb etməyən bir yerdə gizlətmiş, imkan tapan kimi satıb pul edəcəyini düşünmüşdür. Səhər yoldaşı Şahnisə ondan xalçaları hardan əldə etdiyini soruşduqda Şahnisəyə ucuz qiymətə aldığını demişdir. Oğurladığı digər əşyaları bir ədəd samovar, bir ədəd qaz balonu, iki ədəd üstündən işlənmiş vəziyyətdə olan kabelləri, bir sellofan klokda kombiyə aid ləvazimatları elə səhəri gün Sumqayıtda dəyər dəyməzinə tanımadığı bir şəxsə 70 manata satmışdır. Əldə etdiyi pulu şəxsi tələbatına xərcləmişdir. Lakin sonradan Şahnisə evə apardığı iki ədəd həmin xalçaları polisə təqdim etmişdir. Eyni zamanda bu oğurluq hadisəsindən başqa Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində bir evə də oğurluq məqsədilə daxil olmuşdur. Dəqiq tarixi xatırlamır, 2021-ci ilin dekabr ayının sonunda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən işıq idarəsinin yaxınlığında yarı tikili həyət evinə oğurluq məqsədilə daxil olmuşdur. Səhər saatlarında həmin yarıtikilinin yaxınlığından keçərkən həyətə girişin taxta qapıdan olduğunu və üstündə də asma qıfıl olduğunu gördükdə içəridə heç kimin olmadığından əmin olmuşdur. Dəmir parçası tapıb həyətə giriş qapısının taxtaya bərkidilən hissəsinin şrupunu boşaltmış, kilidin taxtaya bərkidilmiş hissəsini taxtadan ayıra bilmişdir. Sonra isə içəri daxil olaraq, içəridə təmir işləri getdiyindən evin giriş qapısının yerində olmadığını görüb, giriş qapı üçün nəzərdə tutulmuş hissədən evə daxil olmuş, evin otaqlarını axtarmış, evdə bir sıra usta alətlərinin olduğunu aşkar etmişdir. Evin içindən sement meşokları tapmış, evdən bir sıra usta alətləri götürmüşdür. Evdən iki ədəd tefal çaynik, bir ədəd termos, iki ədəd direl, bir ədəd laqonda, bir ədəd udilnitel, bir ədəd urivin, iki ədəd çəkic, iki ədəd balta, üç ədəd şpaker, bir ədəd dəmir kəsən qayçı, 5 ədəd sverlo, iki qutu şrup, bir ədəd metrə, bir ədəd uqolnik xətkeş, bir topun içindən işlənmiş vəziyyətdə elektrik kabeli, 3 ədəd usta açarları, bir ədəd kafel kəsən aparat, bir ədəd kuvalt, krantlar və işıqlar götürmüşdür. Bu əşyaları ayrı ayrı torbalara yığmış, sonra onları hissə hissə oğurluq etdiyi həyətdən 20 metr aralıda bir binanın qarşısına daşımışdır. Fikirləşmişdir ki, hissə hissə aparıb satıb pul əldə edər. Həmin gün Vüqar adlı tanışı ilə rastlaşmış, ondan xahiş edərək bildirmişdir ki, bir neçə əşya var onları maşına yükləməyə kömək etsin. Vüqarı əşyaları qoyduğu yerə aparmış, ona İnşaatçılar qəsəbəsində evdən oğurluq etdiyi barədə bildirmiş, etiraf etmiş, ona görə Vüqar ona kömək etməkdən imtina etmişdir. O da bundan sonra özü həmin əşyaları hissəhissə satıb pul əldə etmək qərarına gəlmişdir. Əşyalar həmin gün qoyduğu yerdə qalmış, lakin sonradan o həmin əşyaların yerini dəyişmiş, başqa bir gizlin yer tapıb gizlətmişdir. Qısa müddət ərzində həmin əşyaları hissə-hissə tanımadığı şəxslərə dəyər dəyməzinə satmışdır. Həmin əşyalardan cəmi 240 manat pul əldə etmiş, həmin pulu da şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə Vüqardan başqa kiməsə bildirməmişdir. Etdiyi əməldən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2-də yaşayır. Həmin mənzildə təmir işləri gedir və hazır deyil, lakin içərisində əşyalar vardır ki, həmin əşyalar da özünə məxsusdur. xx.xx.2021-ci il tarixdə, axşam həmin ünvanda qonaq otağında yatmış, səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində yuxudan ayılmış, mətbəxin plastik pencərəsinin açıq olduğunu, evdən iki ədəd xalça, bir ədəd samovar, bir ədəd qaz balon, kombiyə aid bütün ləvazimatlar, 200 metr şunur oğurlandığını görmüşdür. Eyni zamanda qeyd etmişdir ki, həmin axşam evdə içəri otaqda yatmış olsa da, səs küy eşitməmiş, eşitsəydi qarşısını almaq üçün tədbir görərmiş. Həmin oğurlanmış əşyaların dəyərləri bunlardır: bir ədəd dörd yarımın iki yarıma olan xalça dəyəri 380 manat, bir ədəd iki metrənin iki metrəyə olan xalça dəyəri 120 manat. Hər ikisi İran xalçası olmuşdur. Bir ədəd 6 litir tutumlu dəyəri 150 manat olan qədimi samovar, bir ədəd kiçik ölçülü dəyəri 20 manat olan qaz balonu, iki ədəd 2,5-lik hər biri 100 metr olan kabel toplarından üstündən işlənmiş vəziyyətdə, rus istehsalı olan dəyəri 40 manat mis kabellər, kombiyə aid xırda ləvazimatlar. Həmin ləvazimatlara ümumilikdə 120 manat pul vermişdir. Baş vermiş hadisə nəticəsində ona cəmi 830 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixdə, saat 14 radələrindən xx.xx.2021-ci il tarixdə, saat 10 radələrinə qədər olan müddət ərzində ona məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən işıq idarəsinin yaxınlığında olan yarı tikili həyət evindən naməlum şəxslər tərəfindən oğurluq olmuşdur. Evin içində təmir işləri getdiyindən evin pencərəsi qoyulmamış, qapısı yerində deyildir. Hadisəni törədən naməlum şəxs əvvəlcə evin həyətinin taxtadan olan giriş qapısının kilid yerini açaraq daxil olmuş, sonra isə evdə təmir işləri getdiyindən evin giriş qapısı üçün nəzərdə tutulmuş yerindən evə daxil olmuşdur. Oğurlanmış əşyalar bunlardır, bir ədəd dəyəri 120 manat olan Bosh markalı laqonda, iki ədəd birinin dəyəri 25 manat, digərinin dəyəri 55 manat olan direl, cəmi dəyəri 14 manat olan kauçuk materialdan turba aksesuarları, cəmi dəyəri 48 manat hər birinin dəyəri 4 manat olan 12 ədəd krant, cəmi dəyəri 90 manat olan 9 ədəd hər biri 10 manat dəyərində işıqlar, cəmi dəyəri 30 manat olan hər birinin dəyəri 15 manat olan iki ədəd balta, cəmi dəyəri 10 manat olan bir ədəd səviyyə ölçən, cəmi dəyəri 15 manat olan bir ədəd şuvul, cəmi dəyəri 25 manat olan bir ədəd kafel kəsən aparat, cəmi dəyəri 12 manat hər birinin dəyəri 4 manat olan 3 ədəd şpaker, cəmi dəyəri 25 manat olan dəmir kəsən qayçı bir ədəd, cəmi dəyəri 5 manat olan hər birinin dəyəri 1 manat olan 5 ədəd sverlolar, cəmi dəyəri 10 manat hər birinin dəyəri 5 manat olan 2 qutu şrup, cəmi dəyəri 24 manat hər birinin dəyəri 12 manat olan iki ədəd litir yarımlıq tefal tok çayniklər, cəmi dəyəri 10 manat olan bir ədəd iki litirlik termos, cəmi dəyəri 40 manat olan bir ədəd kuvalt, birinin dəyəri 6 manat digərinin dəyəri 15 manat olan iki ədəd balaca çəkic, cəmi dəyəri 3 manat olan bir ədəd metrə, cəmi dəyəri 5 manat olan uqolnik xətkeş bir ədəd, cəmi dəyəri 21 manat olan 3 ədəd hər birinin dəyəri 7 manat olan usta açarları, cəmi dəyəri 46 manat olan 100 metr 2,5-lik mis elektrik kabel, cəmi dəyəri 8 manat olan bir ədəd udilnitel, cəmi dəyəri 80 manat olan bir ədəd Hofman markalı ət çəkən maşın, cəmi dəyəri 120 manat olan bir ədəd Hofman markalı tozsoran, cəmi dəyəri 180 manat olan bir dəst tefal qazan, cəmi dəyəri 90 manat olan qaşıqlar çamodanı, cəmi dəyəri 240 manat olan təzə istifadə edilməmiş bir çamodanda yorğan döşək üzləri, cəmi dəyəri 320 manat olan xrustal qablar dəsti. Həmçinin iki ədəd şəkil çərçivəsi də oğurlanmışdır, həmin çərçivələrin maddi dəyəri əhəmiyyət kəsb etmir, ona görə də qiymətləndirməyə ehtiyac bilməmişdir. Hadisə nəticəsində ona cəmi 1700 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ünvan 1da ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 2008-ci ildə Elman ilə ailə qurmuş, bu nigahdan 3 azyaşlı övladı var. Elmanın rəsmi iş yeri yoxdur, fəhləlik etməklə məşğuldur. Ailəni Elman dolandırır, özü evdar qadındır. Elman əvvəl də oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Hadisədən təxminən 7-8 gün əvvəl tezdən uşaqları məktəbə aparıb gətirdikdən sonra görmüşdür ki, evdə iki ədəd xalça var. Həmin xalçaların biri böyük biri isə ondan kiçik ölçüdə olmuşdur. O, Elmandan xalçaları haradan əldə etməsini soruşmuş, Elman da ucuz qiymətə aldığını bildirmişdir. Elmandan pulunun olmadığı halda nə ilə almasını soruşmuş, Elman da aldığını demişdir. Lakin sonradan xalçaların oğurluq olduğunu bilmişdir. Bu səbəbdən də öz istəyi ilə həmin xalçaları polisə təhvil vermişdir. Evdə yalnız iki ədəd xalçanı görmüş, başqa hər hansı əşya görməmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi xx.xx.2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barədə axtarış elan edilmiş və cinayət işi üzrə icraat xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.2 maddəsi ilə dayandırılmışdır. ********* saylı cinayət işi üzrə icraat xx.xx.2022-ci il tarixdə təzələnmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə olan ********* saylı cinayət işi həmin məcəllənin 177.2.2, 177.2.3 maddələrinə tövsif edilmiş və cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 maddələri ilə ittiham elan edilmiş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə haqqında axtarış elan edilmiş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9X8662 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş xalçaların təzə vəziyyətdə 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 920,00 manat müəyyən edilir. O cümlədən:
1. 01 ədəd təzə vəziyyətdə “Kervan” markalı, 150x130 sm ölçülü, krem-mavi rəngli xalça - 120,0 manat;
2. 01 ədəd “Kervan” markalı, 450x250 sm ölçülü, krem mavi rəngli xalça-800,0 manat. Qərarda göstərilən 03 adda mallar haqqında ətraflı məlumat (markası, modeli və digər göstəriciləri və s.) olmadığından və 01 ədəd qədimi samovar qədimi bədii əhəmiyyət kəsb etdiyindən (qədimi bədii əhəmiyyət kəsb edən, əntiq (qədimi) təyinatlı tədqiqat obyektlərinin ekspertiza tədqiqatı aparılmır) qiymətləndirmə aparılmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9X1119 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 8 adda malların istifadə olmamış vəziyyətdə 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 323,00 manat müəyyən edilir. Həmin malların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 20 adda malların markası, modeli, texniki göstəriciləri və sair məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Belə ki, 1 ədəd “Bosch” markalı laqonda dəyəri 120 manat, 2 ədəd direl (markası bilinmir) hər biri 35 manat, cəmi dəyəri 70 manat, 3 ədəd şpaker hər biri 5 manat cəmi dəyəri 15 manat, 2 ədəd litir yarımlıq tefal tok çaynik hər biri 25 manat cəmi dəyəri 50 manat, 1 ədəd iki litirlik termos cəmi dəyəri 8 manat, 2 ədəd balaca çəkic hər biri 5 manat cəmi dəyəri 10 manat, 1 ədəd metrə cəmi dəyəri 2 manat, 100 metr 2,5-lik mis elektrik kabel metrəsi 0,48 qəpik cəmi 48 manat. Digər əşyalar, kauçuk materialdan turba aksesuarları, 12 ədəd krant, 9 ədəd işıqlar, 2 ədəd balta, 1 ədəd səviyyə ölçən, 1 ədəd şuğul, 1 ədəd kafel kəsən aparat, 1 ədəd dəmir kəsən qayçı, 5 ədəd sverlo, 2 qutu şrup, 1 ədəd kuvalt, 1 ədəd uqolnik xətkeş, 3 ədəd usta açarı, 1 ədəd uzadıcı elektrik naqil, 1 ədəd Hofman markalı ət çəkən maşın, 1 ədəd Hofman markah tozsoran, 1 dəst tefal qazan, qaşıq çamodanı, təzə istifadə edilməmiş bir çamodanda yorğan döşək üzləri, xrustal qablar dəsti. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı polis polkovnik leytenantı X3 tərtib etdiyi hadisə yerinə baxış barədə protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı polis polkovnik leytenantı X3 tərtib etdiyi təqdim etmə və götürmə haqqında protokoldan göründüyü kimi, Şahid1 Zərərçəkmiş şəxs1 məxsus iki ədəd xalçanı polisə təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis mayoru X4 tərtib etdiyi hadisə yerinə baxış barədə protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən yarı tikili evində oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis mayoru X4 tərtib etdiyi təqdim etmə və götürmə haqqında protokoldan göründüyü kimi, Şahid2 Zərərçəkmiş şəxs2 məxsus bir ədəd direl və iki ədəd şəkil çərçivəni polisə təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolundan göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanına və Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən nömrəsiz yarı tikili evinə oğurluq məqsədilə daxil olmuşdur. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab olunur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması, cinayət nəticəsində dəymiş ziyanın zərərçəkmiş Zərərçəkmiş şəxs1 ödənilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X13 oğlunun olması onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar cəmi 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut - iki ədəd xalçanın zərərçəkmiş Zərərçəkmiş şəxs1 və bir ədəd direl və iki ədəd şəkil çərçivəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və müsadirə olunması təklif edilən predmet yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 24 (iyirmi dörd) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Burosunun vəkili Müdafiəçi 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə ona dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - iki ədəd xalçanın zərərçəkmiş Zərərçəkmiş şəxs1, bir ədəd direl və iki ədəd şəkil çərçivəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 144 (yüz qırx dörd) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Azər İsmayılov