Məhkəmə qərarları › İş №1(060)-447/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-447/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-447/2024 22.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürsounun vəkili Müdafiəçi iştirakı ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onunla Yeganə Abdullayeva xx.xx.2005-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları anadan olmuşdur. xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5. Yeganə Abdullayevanın ona və uşaqlarına qarşı qeyrinormal hərəkətləri və münasibəti ailənin dağılmasına səbəb olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv olunaraq 2 övladı onun himayəsinə verilmişdir. Lakin, Yeganə Abdullayeva ona və uşaqlarına rahatlıq verməmiş, dəfələrlə onun barəsində və hətta azyaşlı övladları barədə hüquq mühafizə orqanlarına şikayət etmiş, onu etmədiyi cinayət əməlində günahlandırmış, guya onu öldürmək istədiyini, özünü öldürmək dərəcəsinə çatdırdığını qeyd etməklə yalan ifadələr vermiş və ona dəfələrlə böhtanlar atmışdır. Hər dəfə də şikayət ərizələrində yazdıqları öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Lakin, Yeganə Abdullayeva yenə də sakit dayanmır, uşaqlarına dilə gətirilməsi mümkün olmayan söyüşlərlə mesajlar göndərir, onları hədələyir, 18 yaşlı oğlunun qüruruna toxunan sözlər deyir. 2023-cü ilin may ayından hazırki vaxtadək bu qadın dəfələrlə Sumqayıt şəhər Prokurorluğuna, polis idarəsinə barəsində şər və böhtan xarakterli şikayət ərizələri ilə müraciət etmişdir. O, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətləri İbtidai araşdırma baş idarəsinin müvəqqəti saxlama şöbəsində baş müvəkkil vəzifəsində işləyir, Yeganə Abdullayevanın böhtan xarakterli ərizələrinə görə hər dəfə işindən icazə alaraq izahat verməyə gedir, bütün bunlar ona ağır mənəvi təsir edir. Yeganə Abdullayevanın hüquq mühafizə orqanlarına yazmış olduğu şikayət ərizələri əsasında qəbul edilmiş bir neçə qərarın surətini şikayətinə əlavə etmişdir. Həmin qərarların məzmunundan da görünür ki, bu qadın əvvəlcə guya onu döyməyi, daha sonra isə onu öldürməklə hədələməyi barədə şikayət ərizələri ilə müraciət etmiş, lakin bu faktları təsdiq edə bilmədikdə özünü öldürmək həddinə çatdırdığını qeyd etmişdir. Hər bir müraciəti araşdırılmış və dedikləri öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətinin məzmununa uyğun çxış edərək icraata götürülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş X4 şikayətin əsassız olmasını bildirərək icraata götürülməməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Müdafiəçi şikayətin forma və məzmunca qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini, həmçinin şikayətçinin iddia etdiyi məlumatların hər hansı kütləvi informasiya vasitəsində, kütləvi çıxışda, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmadığını, yəni iddia edilən əməldə kütləvilik əlamətinin olmadığını bildirərək icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, şikayəçi barəsində şikayət verdiyi şəxsin 2023-cü ilin may ayından indiyə kimi ona böhtan atmasını qeyd etsə, iddia etdiyi əməllərin konkret hansı tarixlərdə olmasını göstərməmiş, böhtan hesab etdiyi söz və ifadələrin hansının hansı tarixdə (dəqiq göstərilməklə) harada yazılmasını qeyd etməmişdir. Həmçinin barəsində şikayət verdiyi şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə isə 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi şikayət ərizəsində barəsində şikayət verilmiş şəxsin hansı söz və ifadələrlə şikayət vermiş şəxsə böhtan atması, həmin söz və ifadələrin harada yayılması (tarixi və yayılma yeri dəqiq göstərilməklə), onların hansı sübutlarla təsdiq edilməsi, həmin söz və ifadələrin hansına görə şəxsin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, hansı söz və ifadələrə görə isə həmin Məcəllənin 147.2-ci maddəsinin tərkibinin yaranması göstərilməmişdir. Beləliklə də, barəsində şikayət verilmiş şəxs şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın məzmunu, həcmi, vaxtı, yeri dəqiq müəyyənləşdirilməmişdir. Bu halları müəyyən etmək və həmin halları təsdiq edən ilkin sübutları təqdim etmək isə şikayət vermiş şəxsin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, qeyd edilən hallar şikayət ərizəsində göstərilmədiyi halda, yəni ittihamın məzmunu, həcmi, vaxtı, yeri qeyri-müəyyən olduğu halda şikayət üzrə məhkəmə baxışı keçirilə bilməz. İndiki halda xüsusi ittiham qaydasında şikayət vemiş şəxs Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinə əsasən üzərinə düşən vəizfəni yerinə yetirməyərək şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması, həmçinin onlara “SMS” şəklində göndərilməsi qeyd edilmişdir. Lakin, nəzərə almaq lazımdır ki, böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya hər hansı şəxsə və ya şəxslərə “SMS” şəklində göndərilməsi həmin məlumatların kütləvi şəklində yayılması sayılmır və belə olan hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə ki, hər hansı şəxsə və ya şəxslərə “SMS” vasitəsi ilə məlumat göndərilməsi zamanı həmin məlumatları sadəcə həmin ünvan sahibi görə bilər. Yəni, burada kütləvilik əlaməti yoxdur. Əgər böhtan və təhqir xarakterli məlumatlar kütləvi şəkildə yayılmış olsa idi həmin məlumatlar qeyri-müəyyən şəxslər dairəsi üçün açıq olardı və burada kütləvilik əlaməti də mövcud olardı. Göründüyü kimi şikayət ərizəsində istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. - Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. - Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. - Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyidən, barəsində xüsusi ittiham qaydasında şikayət erilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar