Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-448/2021 13.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 33, mənzil 29-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 631A-da kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin yaxınlığındakı dayanacağın yanında qonşusu Zərərçəkmiş şəxs bir az əvvəl idarə etdiyi “Mercedes 190” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadıqları Sumqayıt şəhəri, Betonzavod ərazisi 636 saylı evinin qarşısında saxlamasına irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlindəki dəmir alətlə Cəniyar Əliyevin sol boğaz nahiyəsinə bir dəfə vuraraq, sonuncuya boynun ön səthinin sol yarısının dəri və dərialtı toxumanı zədələyən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, ev təmiri ilə məşğul olan ustadır. Zərərçəkmiş şəxs tanıyır, onun qonşuluğunda yaşayır. 09.04.2021-ci il tarixdə qonşuluqda yaşayan Ümid adlı şəxsin evində təmir işləri aparmış, həmin gün saat 14 radələrində işini yekunlaşdırıb evə qayıtmış, yaşadığı evdə olan spirtli içki qəbul etmişdir. Televizorun görüntüsü itdiyi üçün peyk antenaya baxmaq üçün yaşadığı evdən çölə çıxmış, bu zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs özünə məxsus olan avtomobili öz evinin darvazasının qarşısında saxladığını görmüşdür. Qonşusu Cəniyar öz avtomobilini həmin yerdə saxladıqda onun evində olan peyk antenasının dalğası tutmadığından bu barədə dəfələrlə ondan xahiş edib maşınını həmin yerdə saxlamasını xahiş etsə də, Cəniyar sanki qərəzli surətdə həyətində yer olduğu halda avtomobilini həyətə salmamışdır. O yenə də ona yaxınlaşıb evlərinin peyk antenası donduğu üçün avtomobilini içəriyə həyətinə salmasını xahiş etmiş, bu zaman Cəniyar ona “sən kimsən” sözünü deyib, ona qarşı nalayiq ifadələr işlədərək varyoxunu söymüşdür. Daha sonra o maşını sürüb çıxıb getmişdir. Həmin gün o onu tapıb nə üçün varyoxunu söydüyünü soruşmaq istəmişdir. Bu məqsədlə o evdən çıxıb, onun həmişə taksi kimi dayandığı yerə getmişdir. O Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Qubadlı Rayon İcra Hakimiyyətinin yanındakı dayanacağın yaxınlığında maşınını saxlayıb onun yanında dayanmışdır. O, ona yaxınlaşıb niyə onun varyoxunu söydüyünü bildirmiş, həmin vaxt aralarında mübahisə yaranmış, onlar tutaşmışlar, o yumruqla onun sifətinin ağız, burun nahiyyələrinə 2-3 dəfə vurub onu yerə yıxmış, yerdə olarkən də onun sifət nahiyəsinə 3-4 yumruqla vurmuş, o yerdə olarkən əlini ataraq yerdən dəmir əşya götürüb onun boğaz nahiyəsinə əlində olan həmin dəmir alətlə bir dəfə vurmuşdur. O, boğazını tutaraq onun üzərindən durub, keçib avtomobilinə əyləşmişdir. O, spirtli içkinin təsiri altında olduğundan onu bıçaq və ya hansısa kəsici-deşici alətlə xəsarət yetirdiyini dəqiq xatırlamamışdır. O onun üzərindən durduqdan sonra özü də yerdən qalxıb əlindəki dəmir aləti tullamış və çıxıb getmişdir. O evə gəldikdən 1-2 saat sonra axşam saatlarında onunla görüşüb vurduğu zərbəyə görə ondan üzrxahlıq etmək qərarına gəlmiş, lakin onun xəsarətinin ciddi olduğunu və xəstəxanaya aparıldığını öyrənmişdir. Sonradan hadisə ilə əlaqədar o, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edilmiş və orada ondan izahat alınmışdır. Hadisə 09.04.2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı İcra Hakimiyyətinin yaxınlığındakı dayanacağın yanında baş vermiş, təxminən 5 dəqiqə davam etmiş, onlar dalaşarkən ətrafda heç kim olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 09.04.20221-ci il tarixdə saat 14 radələrində o evdən çıxaraq evinin qarşısında saxladığı özünə məxsus “Mercedes 190” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşıb maşına əyləşmiş və maşını işə salanda görmüşdür ki, qonşusu Təqsirləndirilən şəxs ona yaxınlaşmış, o d maşının şüşəsini aşağı salmışdır. Nazim həmin vaxt sərxoş halda olmuşdur. Nazim ona demişdir ki, maşını bir daha burada saxlamasın, o da ona “həyətimdir, evimin qarşısıdır saxlamışam, get işinlə məşğul ol” sözünü deyib çıxıb oradan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı İcra Hakimiyyətinin yanındakı dayanacağın yanına gəlmiş, taksi kimi işləməyə başlamışdır. Həmin gün saat 16:30 radələrində o həmin yerdə avtomobilin yanında olarkən görmüşdür ki, Nazim dayanacaqdan ona tərəf gəlib, ona yaxınlaşıb “sən düz eləmədin” söznü emiş, və sağ əlində nə iləsə onun sol boğaz nahiyyəsinə bir dəfə vurmuş, lakin nə ilə vurduğunu, əlində hansı kəsici alətin olduğunu görməmişdir. Bir də görmüşdür ki, boğazından qan gəlir, o maşına əyləşib maşında olan əskini götürüb boğazına qoymuşdur. Nazim isə artıq çıxıb getmişdir. Daha sonra maşını ora qoyaraq yol maşını saxlatdırıb birbaşa Sumqayıt şəhər TTYX-na getmişdir. Orada onun boğazına tikiş qoymuşlar. O xəstəxanada olarkən qardaşı Mürşüd də yanına gəllmiş və o, ona hadisə barədə danışmışdır. Hadisə vaxtı o, Nazimi söyməmiş, Nazim ona “televizor işləmir, peyk antenanın dalğası tutmur” sözünü deməmiş, ona sadəcə maşınını evinin qarşısında saxlamamasını demişdir. Daha sonra həmin gün saat 16:30 radələrində də ona yaxınlaşıb, “sən düz eləmədin” sözünü deyib əlindəki nə iləsə boğazının sol nahiyyəsindən vurub xəsarət yetirmişdir. Həmin vaxt o, Nazimi döyməmiş, vurmamış, yerə yıxmamış, Nazim onu yerdə olarkən deyil, ayaqüstə maşının yanında olarkən vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Şahid göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs da tanıyır. Onlar betonzavod ərazisində yaşamaqla qonşudurlar. 09.04.2021-ci il tarixdə saat 17:30 radələrində o evdən çıxıb bərbəxanaya gedərkən məhəllədə hazırda xatırlamadığı kimdənsə ona məlum olmuşdur ki, qardaşı Cəniyarın boğazı kəsilibdir, xəstəxanaya aparıblar. O tez Sumqayıt şəhər TTYX-na getmiş, xəstəxnada qardaşı Cəniyarı əməliyyat etdirib, kəsilmiş boğazını tikmişlər. O Cəniyardan nə baş verdiyini soruşanda, Cəniyar ona danışmışdır ki, bir az əvvəl o maşını evinin darvazasının qarşısında saxladığı üçün qonşuları Təqsirləndirilən şəxs ona orada maşınını saxlamamasını irad bildirdiyi səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs kəsici alətlə onun boğazının sol nahiyyəsinə bir dəfə vurub ona xəsarət yetirmiş, lakin nə ilə xəsarət yetirdiyini bilməmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 1279 saylı 10.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur.(i.v 12) İş materiallarında olan 416 saylı, 22.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət aşkr edilmişdir: boynun ön səthinin sol yarısının dəri və dərialtı toxumanı zədələyən kəsilmiş-deşilmiş yarası. Qeyd olunan xəsarət kəsici-deşici alətlə, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gəlmişdir. Müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 09.04.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilir.(i.v 26-27) İş materiallarında olan 03.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 48) İş materiallarında olan DİN-nin 03.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 49) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi” haqqında 03.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 77-78) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 04.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 83) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə məhkəməyədək sadələşdirilmiş icraat məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 08 (səkkiz) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 48 (qşrx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qşrx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-448/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-448/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver