Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-448/2022 22.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimakan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə X4 etibarından suiistifadə edib aldadaraq sonuncunun üzərində olan qorxu və şər qüvvələri təmizləyəcəyinə dair yalan vədlər verib inandırmaqla vahid niyyətlə 15 may 2021-ci il tarixdə kirayə yaşadığı Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ev 212-216 saylı binada, nömrəsiz evdə 35 (otuz beş) manat məbləğində nağd pulu, 20 may 2021-ci il tarixdə həmin ünvanda 45 (qırx beş ) manat məbləğində nağd pulu və 01 ədəd 240 (iki yüz qırx) manat dəyərində 3 qram çəkidə 583 əyarlı qadın qızıl üzüyünü, 28 may 2021-ci il tarixdə həmin ünvanda 70 (yetmiş manat) məbləğində nağd pulu, 01 ədəd 1200 (bir min iki yüz) manat dəyərində 15 qram çəkidə 583 əyarlı qadın qızıl sepini və 01 ədəd 800 (səkkiz yüz) manat dəyərində 10 qram çəkidə 583 əyarlı qadın qızıl bilərziyini, 31 iyul 2021-ci il tarixdə isə Fəridə Cəfərovanın onun təkidi ilə sonuncuya göndərmiş olduğu hesab nömrəsinə yüklədiyi 100 (bir yüz) manat pulunu ələ keçirib ümumilikdə zərərçəkmiş Fəridə Cəfərovaya 2490 (iki min dörd yüz doxsan) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xırdalan şəhəri, Olimpik MTK 2, bina 23/8, ev 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2021-ci ilin oktyabr ayına kimi Sumqayıt şəhəri, 42-ci məhəllə kirayədə yaşamışdır. Əlavə olaraq qeyd etmişdir ki, o kartla fala baxmağı bacarır. 2021-ci ilin may ayının 15-də ***-***-**-** saylı nömrədən onun mobil telefonuna zəng gəlmiş və həmin şəxs X6 olduğunu bildirərək falına baxdırmaq istədiyini demişdir. Fəridə ona telefonda tanışlıq üçün onun mobil telefon nömrəsini ikisinin ortaq tanışı olan X1 aldığını demişdir. O da Fəridə Cəforava ilə görüşməyə etiraz etməmişdir. Fəridə Cəfərova həmin günü, yəni 2021-ci ilin may ayının 15-də onun yaşadığı evə gəlmiş, özündə qorxu olduğunu və ümumiyyətlə onu gələcəkdə nələrin gözlədiyini bilmək istədiyini qeyd etmişdir. O kartla Fəridənin falına baxaraq Fəridədə qorxu olduğunu və həmin qorxunu Fəridənin üzərindən götürməkdən ötrü qızıl zinət əşyasının lazım olduğunu bildirmişdir. Fəridə ona üzərində qızıl-zinət əşyasının olmadığını bildirmiş, lakin zəhmət haqqı olaraq həmin gün ona 35 (otuz beş) manat pul vermişdi. Daha sonra may ayının 20-də Fəridə Cəfərova yenidən onun yaşadığıı evə gələrək bir ədəd qızıl üzük və xidmət haqqı olaraq 45 (qırx beş) manat pulu ona vermişdi. O, Fəridəyə qızılın az olduğunu bildirmiş və gələcək həyatının yaxşı olması üçün əlindən gələni edəcəyini demişdir. Halbuki, o, Fəridə üçün heçnə etməmiş, sadəcə olaraq Fəridəni özünə inandırmışdır. Bundan sonra Fəridə bir neçə dəfə onun yaşadığı evə gəlsə də, ona heçnə verməmiş, o isə Fəridəyə cadunun pozulması üçün əlavə qızıl lazım olacağını demişdir. 2021-ci ilin may ayının 28-də Fəridə yenidən onun yaşadığı ünvana gələrək 01 (bir) ədəd qızıl sep, 01 (bir) ədəd qızıl qolbaq və xidmət haqqı olaraq 70 (yetmiş) manat pul vermişdir ki, o, işini davam etdirsin, yəni Fəridənin üzərindən cadunu götürsün. O da Fəridədən qızılları götürdükdən sonra həmin qızılların hamısını işin sonunda qaytaracağına vəd vermişdir. Sonuncu dəfə isə Fəridə ona xidmət haqqı olaraq 31 iyul 2021-ci il tarixdə “Million” aparatı vasitəsilə o dediyi kart hesabına 100 (bir yüz) manat pul göndərmişdir. Etdiyi əməldən peşmandır. Ona görə ki, Fəridə Cəfərovanın etibarından suiistifadə edərək Fəridədən ümumilikdə 250 (iki yüz əlli) manat pul, bir ədəd qızıl sep, bir ədəd qızıl üzük və bir ədəd qızıl bilərzik almışdır. Həmçinin o, Fəridədən aldığı qızıl-zinət əşyalarını maddi ehtiyacı olduğu üçün satdığını və pulunu xərclədiyini demişdir. Hazırda zərərçəkmiş şəxsə ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o X5 dəyən ziyanı tam ödəmişdir. Ona görə də, məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2021-ci ilin əvvəllərində özündə qorxular hiss edirmiş və bu barədə rəfiqəsi X2 bildirmişdir. Bu söhbətdən bir müddət keçəndən sonra təxminən 2021-ci ilin may ayının əvvəllərində Gülmirə Mirzəzadə ona Sumqayıt şəhər sakini, Təqsirləndirilən şəxs adlı qadının falçılıqla məşğul olduğunu, həmçinin dualar yazaraq insanı şər qüvvələrdən təmizlədiyini demişdir. O da, bu səbəbdən Gülmirənin vasitəsilə 2021-ci ilin may ayının 15-də Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə Fatmanın istifadəsində olan ***-***-**-** nömrə ilə əlaqə saxlayaraq görüşmək üçün Fatmanın dediyi ünvana getmişdir. Həmin günü, yəni may ayının 15-də Təqsirləndirilən şəxs kartla onun falına baxaraq ona cadu olunduğunu, bu səbəbdən işlərinin düz getmədiyini, həmçinin şər qüvvələrin təsiri nəticəsində onda qorxu olduğunu bildirmişdi. Fatma onu şər qüvvələrdən və ona olunmuş cadudan təmizləməsi üçün qızıl zinyət əşyalarının lazım olacağını demiş, həmçinin xidmət müqabilində ondan 70 (yetmiş) manat pul istəmişdir. O həmin vaxt üzərində olan 35 (otuz beş) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin gündən 05 (beş) gün sonar, yəni 2021-ci ilin may ayının 20-də o yenidən Təqsirləndirilən şəxs dediyi ünvana gedərək 03 (üç) qram çəkidə olan 07 (yeddi) il bundan qabaq qardaşının ona hədiyyə etdiyi 583 əyarlı qızıl üzüyü üzərində olan cadunu təmizləmək üçün Fatmaya vermişdir. Təqsirləndirilən şəxs onun verdiyi qızıl üzüyün şər qüvvələri təmizləmək üçün az olduğunu bildirmiş və yenə də ondan qızıl-zinyət əşyaları gətirməsini istəmişdir. Bu səbəbdən o, 2021-ci ilin may ayının 28-də yenidən Təqsirləndirilən şəxs evinə getmişdir. Fatmanın istəyi ilə cadunun təmizlənməsi üçün boynunda olan 08 (səkkiz) il bundan qabaq alınmış, 15 (on beş) qram çəkidə 583 əyarlı qızıl sepi, qolunda olan 10 (on) qram çəkidə 583 əyarlı bilərziyi və xidmət haqqı olaraq üzərində olan 70 (yetmiş) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Fatma qızılları və pulu aldıqdan sonra onun üzərində olan cadu təmizləndikdən sonra həmin qızılları yəni, üzük, sep və bilərziyi geri qaytaracağına vəd vermişdir. Sonuncu dəfə isə Fatma ona zəng edərək gördüyü işlərin müqabilində 100 (bir yüz) manat da pul ödəməli olduğunu demiş, o da həmin günü, yəni xx.xx.2021-ci il tarixdə “Million” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 100 (bir yüz) manat pul göndərmiş, ödəniş qəbzinin də şəklini çəkib Fatmaya yollamışdır. Lakin sonradan o, Fatma ilə nə qədər əlaqə saxlasa da, Fatma müxtəlif bəhanələrlə onun qızıllarını qaytarmaqdan yayınmışdır. Fatmanın sonraki günlərdə onun zəngini açmaması nəticəsində o dərk etmişdir ki, Fatma onu aldadaraq qızıllarını və pulunu ələ keçirib. O, 15 (on beş) qram çəkidə olan 583 qram sepin qiymətinin 1400 (bir min dörd yüz) manat olduğunu, bilərzik və üzüyün qiymətini isə bilmədiyini demişdir. Həmçinin ona verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs ondan qızılları sırf onu şər qüvvələrdən təmizləmək adı ilə aldığını, işləri yekunlaşdırdıqdan sonra həmin qızılları ona qaytaracağını bildirməsini, gördüyü işin müqabilində Fatmanın ondan ümumilikdə 250 (iki yüz əlli) manat pul aldığını, Fatmanın evinə tək getdiyini və Fatmanın evdə tək olduğunu, sonuncu dəfə Fatmanın ona dediyi hesaba 100(bir yüz) manat göndərərkən ödəniş qəbzinin şəklini çəkib Fatmaya atdıqdan sonra hər ehtimala qarşı özündə saxladığını, həmin qəbzi təhqiqat araşdırması dövründə təqdim etdiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə müraciət etdiyi zaman hadisənin fevral-mart ayları ərzində baş verdiyini bildirsə də, sonradan onda olan qəbzə baxdıqdan sonra hadisələrin may ayında baş verdiyini xatırladığını qeyd etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödənilmişdir. Ona görə də, məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 9/1423 nömrəli rəyində göstərilmişdir ki, qərarda göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2240,0 manat müəyyən edilir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Murad Bədəlov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması, barəsində axtarış elan edilməsi və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 127-1154-1221 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xırdalan qəsəbəsi ərazisində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 17 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-60/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 60/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 66.5-ci maddələri ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına mıhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsindən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunun 1.25.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə əlavə edilmiş 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-448/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-448/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver