Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-449/2023 15.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində ’’polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində 2017-ci il təvəllüdlü X1 qulaqlarından asılmış qızıl sırğaları görərək, sonuncuya yaxın aşıb 4,5 qram çəkidə 360 (üç yüz altmış) manat dəyərində üzərində xırda qaşlar olan 01 (bir) cüt qızıl sırğanı çıxarıb götürərək ordan uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 360 (üç yüz altmış) manat məbləğində maddi ziyan vurub soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, 6-ci mikrarayon, 20 saylı binanın yaxınlığında xx.xx.2017ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qulaqlarından asılmış qızıl sırğalan görərək, sonuncuya yaxınlaşıb qızıl sırğaları baxmaq adı ilə alıb ordan qaçaraq açıq şəkildə 01 (bir) cüt 585 əyarlı, 04 (dörd) qram ürək formasında olan 320 (üç yüz iyirmi) manat dəyərində qızıl sırğaları talayıb Zərərçəkmiş şəxs2 320 (üç yüz iyirmi) manat dəyərində maddi ziyan vurub soyğunçuluq etmişdir. Bununlada, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi heç bir yerdə işləmir, həmçinin də himayəsində az yaşlı övladı vardır. Öz maddi vəziyyətini təmin etmək üçün o, xx.xx.2022ci il tarixdə təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə olarkən təxminən dörd yaşda olan qızı görmüşdür. Həmin qızın qulağlarında qızıl sırğa asıldığına da diqqət yetirmişdir. Ona təcili pul lazım olduğu üçün həmin sırğaları açıq şəkildə talamağa niyyəti yaranmış və ona görə də, o, həmin qıza yaxınlaşmış və qulağındakı qızıl sırğaların gözəl olduğunu, ona baxmaq istədiyini demiş və qulağından çıxarıb ona baxmağa verməsini istəmişdir. Ona görə də, həmin qız qulağındakı sırğaları çıxardaraq ona vermişdir. Daha sonra həmin qız ona bax-baxa qalmış və sırğalarını istəməsini əli ilə ona göstərmiş və o, da buna görə ordan sürətli addımlarla uzaqlaşmışdır. Daha sonra o, açıq şəkildə oğurladığı bir cüt qızıl sırğaları Sumqayıt şəhəri, 34-cu məhəllə ərazsində yerləşən qızıl alqı-satqısı mağazasına adını sonradan adını bildiyi Şahid2 cğluna həmin qızıl sırğaların özünə məxsus olduğunu deyərək 170 (bir yüz yetmiş) manata satmış, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayonda binaların arasında yerləşən kiçik parkda oturmuşdur. Həmin vaxt parkda uşaqlar oyun oynuyurmuşlar. Uşaqlardan biri gəlib onun yanında oturmuşdur. O, onun qulağındakı sırğanı görmüşdür. Uşaq onunla oynamaq istəmişdir. O, uşaqdan adını soruşmuş və qız adının Məhəbbət olduğunu demişdir. Daha sonra qızın qulağındakı sırğaları oğurlamaq qərarına gəlmişdir. Orada bir tanımadığı qadının yaxınlığda oturduğunu görmüş və ehtimal etmişdir ki, həmin qızın qohumudur. Ona görə düşünmüşdür ki, qızı kənara çəkib qulaqlarından qızıl sırğaları oğurlamasını düşünmüşdür. Qıza çantanda köynəyini dəyişmək üçün kömək istəmiş və onunla 9 mərtəbəli binanın qarşısındakı xeyir-şər evinin arxa tərəfinə keçmişdir. Ora keçdikdən sonra əlindəki ağ çantanı qıza vermiş və qıza "qulağıva nəsə ilişib dəyərək” əlini qızın qulağına uzatmış və qızın sırğalarını çıxartmağa başlamışdır. Uşaq sırğaları çıxartdığını görmüş və sırğaları özünə, ya da nənəsinə qaytarmağını istəmiş və qışqırmağa başlamışdır. Həmçinin həmin vaxt ona anasının hirslənəcəyini, çünki həmin sırğalar onun anasının cehizi olduğunu demişdir. O isə sırğaları nənəsinə verəcəyini demiş və oradan qaçaraq uzaqlaşmışdır. Binanın altındakı keçiddən keçib 10 saylı avtobus marşrutuna minmiş və Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən Nizami parkının qarşısında avtobusdan düşmüşdür. Parkın içində yerləşən qızıl alıqı-satqısı məntəqəsinə yaxınlaşmışdır. Oradakı sonradan tanıdğı Rafiq adlı şəxsə həmin qızdan götürdüyü qızıl sırğaları göstərib neçə qram olduğunu soruşmuş, o isə 01 (bir) qramdan artıq olduğunu demişdir. Daha sonra həmin şəxs ona sırğanın qramını 60 (altmış) manatdan aldığını demiş və o, 110 (bir yüz on) manata öz şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin alışsatış məntəqəsinə satmışdır. Əldə etidyi pulları öz ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Rafiq adlı şəxs həmin sırğanın özünə məxsus olduğunu demişdir. O, hər iki qızın qulaqlarından qızıl sırğalan çıxardan zaman ətrafda kimsənin onu görməsini dəqiq bilməmiş, lakin həmin uşaqlar qulaqlarından qızıl sırğaları çıxartdığı zaman ona həmin əşyaların qayıtmasını tələb edirmişlər və buna görə də, o, oradan qaçıb getmişdir. O, videogörüntü ilə tanış olmuş, orada olan şəxs özü olduğunu, həmin videogörüntüdə o, oğurluq edəndən sonra hadisə yerindən surətlə getdiyini bildirmişdir. Qeyd olunan iki cinayət əməlindən başqa o, heç bir cinayət törətməmişdir. Əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəa verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci iİ tarixdə Quba rayonuna alış-veriş etmək üçün gətmişdir. Yaşadığı ünvana gəldiyi zaman yoladşı ona bildirmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Təhran qızına məxsus bir cüt 585 əyarlı, 04 (dörd) qram çəkidə 300 (üç yüz) manat dəyərində qızıl sırğanı naməlum şəxsin (qadın) tərəfindən oğurlanmışdır. Qızı Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 saylı binanın yaxınlığında anası Şahid1 övladı Zərərçəkmiş şəxs2 ilə çöldə olarkən anasının diqqəti yayınmış və həmin vaxt qızının qulağından naməlum qadın sırğanı çıxardıb oradan qaçmışdır. Qızı M.Əhmadzadə həmçinin ona bildirmişdir ki, qadın onun qulağından sırğaları məcbur olaraq çıxartmış və qızı ondan sırğasını istəyərkən "nənəvə vərəcəm sırğaları" dəyərək ordan qaçmışdır. Buna görə də, o, DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş cinayət hadisəsi barədə məlumat vərmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyandan 160 (bir yüz altmış) manat ödəmiş, digər 160 (bir yüz altmış) manatı bir həftə ödəyəcəyi barədə razılığa gəlmişlər. Nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona yetirdiyi ziyandan 160 (bir yüz altmış) manat ödəmiş, digər 160 (bir yüz altmış) manatı bir həftə ödəyəcəyi barədə razılığa gəlmişlər. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 4 yaşlı qızı Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat təxminən 17:30 radələrində yaşadığı evin həyətində oynayan zaman bir nəfər təxminən 30 yaşlı qadın onun qızına yaxınlaşaraq baxmaq adı ilə qızından qızıl sırğalarını istəmişdir. Bu zaman qızı qulağından asılmış 300 (üç yüz) manat dəyərində 585 əyarlı, 4,5 qram çəkidə üzərində xırda qaşlar olan qızıl sırğalarını çıxararaq həmin qadına vermişdir. Həmin qadın isə oradan qaçaraq uzaqlaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, hadisə baş verən günü qızı bu hadisəni ona daraşdıqda o, fikirləşmişdir ki, yəqin qızı həmin sırğaları özü itirib və ondan qorxduğu üçün belə bir bəhanə danışırmış ki, güya qızılları hansısa qadın ondan almışdır. Sonradan o, polis əməkdaşları ilə bu barədə söhbət etdikdə onlar ona bir qadının uşaqlara yaxınlaşaraq qızıl əşyalarını alaraq gətdiyini bildirmişlər və o, da qızına qarşı belə bir hadisəsnin baş verməsini dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, oğlu X3 ilə Suqmayit şəhəri, 6-ci mikrorayon, ev 20, mənzil 112 ünvanında yaşayır. O, adətən yaşadığı məhəllədə xx.xx.2017-ci il təvəlüdlü Zərərçəkmiş şəxs2 ilə birlikdə gəzirmiş. Eləcə də, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, 6-ci mikrorayon, 20 saylı yaşayış binasının qarşısında nəvəsi ilə gəzdiyi zaman təxminən 25-35 yaşında saçı sarı qadının nəvəsinə yaxınlaşmış və o, kənardan onlara diqqət etmişdir ki, nəvəsi ilə həmin qadın məhriban danışırmışlar. Ona görə də, ona ilk olaraq şübhəli gəlməmişdir ki, həmin qadın nəvəsinə qarşı hər hansısa bir qanuna zidd hərəkət edər. Məhəllədə başı qarışıq olan zaman nəvəsi Zərərçəkmiş şəxs2 qulağından həmin saçları sarı olan qadının qızıl sırğaların oğurladığını nəvəsindən bilmişdir. Həmin vaxt nəvəsi Zərərçəkmiş şəxs2 ağlıya-ağlıya onun yanına gəlmiş va həmin saci sarı olan qadının onu "qizlangaç” oyunu oynamaq adı ilə qırağa çekib qullağında olan 04 (dörd) qram çəkida 585 əyyarlı bir cüt qızıl sırğaları məcbur olaraq qulağlarından çıxartmışdır. Nəvəsinə ona sirğaları vermək istəmədiyi üçün həmin qadın oradan qaçmışdır. Bunları ona nəvəsi danışdıqdan sonra o, da bu barədə oğlu Qanuni nümayəndə2 məlumat vermiş və o da ona görə, bu barədə Sumqayit ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. İş materiallarında olan 01 (ədəd) CD diskə baxış keçirilmişdir. Həmin videogörüntüyə baxdıqda ağ rəngli idman ayaqqabısında, göy cins şalvarda və uzun qol narıncı zolağlı qara rəngli gödəkçədə olan şəxsin həmin vaxt Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində olan binaların qarşısında yerləşən avtomaşınların arası ilə qaçaraq getdiyi müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə görüntülənən ağ rəngli idman ayaqqabısında, göy cins şalvarda və uzun qol narıncı zolağlı qara rəngli gödəkçədə olan və həmin vaxt Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində olan binaların qarşısında yerləşən avtomaşınların arası ilə qaçaraq gədən şəxsin özü olduğunu, habelə oradan qaçaraq getməsinin səbəbi sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 Muxtar qızının qulağından sırğalan götürməsi olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8865 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 cüt 585 əyyarlı, 4,5 qram üzərində xırda qaşlar olan sırğanın qiyməti 360 manat və Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) cüt 585 əyyarlı, 04 (dörd) qram ürək formasında olan qızıl sırğanın qiyməti 320 (üç yüz iyirmi) manat olmaqla nəzəri qaydada 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 680 (altı yüz səksən) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü İl tarixli, 231 saylı rəyin Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, Nəticə hissəsi Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Zərərçəkmiş şəxs2 idrak prosesslərinin yaş xüsusiyyətlərinə uyğun olması müəyyən edilir. Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: 1-ci sual: Zərərçəkmiş şəxs2 ona qarşı əməl törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirmişdirmi? Cavab: Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs2 həmçinin qərarda göstərilən ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. 2-ci sual: Zərərçəkmiş şəxs2 hadisə zamanı ona qarşı edilən hərəkətin mahiyyətini dərk etmək qabilliyyətinə malik olmuşdurmu? Cavab: Zərərçəkmiş şəxs2 hadisə zamanı ona- qarşı edilən hərəkətin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmiş psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. 1-cİ sual: Zərərçəkmiş şəxs2 psixi fəaliyyəti, əqli və intellektual inkişafı, qavrama qabiliyyəti necədir? Cavab: Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı normaya uyğundur. 2-ci sual: Zərərçəkmiş şəxs2 hansı fərdi-psixi xüsusiyyətlərə malikdir? Cavab: Zərərçəkmiş şəxs2 aktivlik, ünsiyyətçillik, fəallıq və s. kimi fərdi-psixi xüsısiyyətlərə malikdir. 3-cü sual: Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri varmı? Cavab: Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. 4-cü sual: Zərərçəkmiş şəxs2 özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdurmu? Cavab: Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar hadisə zamanı müqavimət göstərə, yəni etiraz edə bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü İl tarixli, 242 saylı rəyin Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, Nəticə hissəsi Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Zərərçəkmiş şəxs2 idrak prosesslərinin yaş xüsusiyyətlərinə uyğun olması müəyyən edilir. Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: 1-ci sual: Zərərçəkmiş şəxs2 ona qarşı əməl törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirmişdirmi? Cavab: Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs2 həmçinin qərarda göstərilən ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. 2-ci sual: Zərərçəkmiş şəxs2 hadisə zamanı ona qarşı edilən hərəkətin mahiyyətini dərk etmək qabilliyyətinə malik olmuşdurmu? Cavab: Zərərçəkmiş şəxs2 hadisə zamanı ona qarşı edilən hərəkətin mahiyyətini dərk etmək qabiİliyyətinə malik olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. 1-ci sual: Zərərçəkmiş şəxs2 psixi fəaliyyəti, əqli və intellektual inkişafı, qavrama qabiliyyəti necədir? Cavab: Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı normaya uyğundur. 2-ci sual: Zərərçəkmiş şəxs2 hansı fərdi-psixi xüsusiyyətlərə malikdir? Cavab: Zərərçəkmiş şəxs2 aktivlik, ünsiyyətçillik, fəallıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. 3-cü sual: Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri varmı? Cavab: Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan geı ilik əlamətləri aşkar olunmur. 4-cü sual: Zərərçəkmiş şəxs2 özünün yaş və fərdi-psixi xüsusiyyətlənndən, intellektual inkişafından və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdurmu? Cavab: Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar hadisə zamanı müqavimət göstərə, yeni, etiraz edə bilərdi. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs üçün qanuni nümayəndə təyin etmək haqqında qərardan görünür ki, Qanuni nümayəndə1 iş üzrə xx.xx.2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs üçün qanuni nümayəndə təyin etmək haqqında qərardan görünür ki, Qanuni nümayəndə2 iş üzrə xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəx barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə istintaqa dəvət olunmasına baxmayaraq o, istintaqa gəlməkdən qəsdən boyun qaçırdığına və onun olduğu yerin müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və tutulduğu halda Sumqayıt ŞPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-449/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqdim etmə və götürmə aparılması haqqında qərardan görünür ki, Şahid2 təqdim etdiyi “Qızıl və Brilyantların alışının akt” kitabından götürülmüş 02 (iki) ədəd vərəqədə çıxarışlar iş üçün əhəmiyyət kəsb etdyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177 və 178-ci maddələrinin, Şahid2 əməlində isə 194-cü maddənin tərkib əlamətləri olmadığına görə onların barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından olan doğum haqqında şəhadətnamənin surətindən ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2023-cü il təvəllüdlü X2). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən cərimə cəzası tam şəkildə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs mehkumluğu olmayan şəxs kimi hesab edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti azyaşlı şəxslərə qarşı törətdməsi Azərbaycan Respublikası Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağrılaşdıran hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətcə ancaq azadlıqdan məhrumetmə növündə cəza çəkməklə islah və tərbiyə olunmağını mümkün sayaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2023-cü il təvəllüdlü uşağın 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, cəzanın məqsədlərinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi, onun tərəfindən və digər şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınmasını təmin edə biləcəyini nəzərə alıb, bu növdə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşağı 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli təxirə salınmış cəzasının faktiki icra olunacağı gündən hesab edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının çəkilməsinin təxirə salınmasına nəzarəti Sumqayıt şəhər probasiya şöbəsi həyata keçirməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk və “Qızıl və Brilyantların alışının akt” kitabından götürülmüş 02 (iki) ədəd vərəqə cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixdə həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşağı 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli təxirə salınmış cəzasının faktiki icra olunacağı gündən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsinin təxirə salınmasına nəzarəti Sumqayıt şəhər Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk və “Qızıl və Brilyantların alışının akt” kitabından götürülmüş 02 (iki) ədəd vərəqə cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-449/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-449/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver