Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-449/2024 24.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Sumqayıt şəhəri, Kotec qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,453 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 26 dekabr 2023-cü il tarixdə saat 20:45 radələrində Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Araz» marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,453 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 97,58 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 01 (bir) ədəd CM-4214 nömrəli, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1968-ci ildə istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə, atəşə yararlı yivli odlu silah olan tapançanı, içərisində 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan Makarov konsturksiyalı silahların komplekt hissəsi olan darağını və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və sairə həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 08 ədəd atəşə yararlı döyüş sursatı olan patronları əldə etməklə üzərində daşıyaraq saxlamış, 16 yanvar 2024-cü il tarixdə, saat 20:30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən “Naxış” restoranında saxlanılmaqla Sumqayıt ŞPİ-yə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd Makarov konstruksiyalı tapança, 01 (bir) ədəd Makarov konsturksiyalı silahların komplekt hissəsi olan darağı və 9x18 mm kalibrli 08 ədəd patronlar boynundan asıb saxladığı qara rəngli çantasının içərisindən, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 97,58 qram narkotik vasitə olan qurudulmuş marixuana əynindəki gödəkçəsinin sol iç cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, CM-nin 228.1 və 234.1-ci maddəsi ilə özünü təqsirli bilir, lakin CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroindir, çəkisi təxminən 0.4-05 qram olmuşdur. Həmin narkotik vasitəni Corat qəsəbəsində əldə etmişdir. 26 dekabr 2023cü il tarixdə axşam saatlarında “Araz” marketin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitə olan qurudulmuş marixuananı da Corat qəsəbəsində 200 manata əldə edib üzərində daşımışdır. Marixuananın çəkisi təxminən 100 qram olmuşdur. Hər iki narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Silahı isə Sumqayıt şəhəri, 17ci mikrorayon ərazisində zirzəmidən tapmışdır. Belə ki, narkotik vasitə istifadə etmək məqsədi ilə həmin zirzəmiyə girmiş, orada parçanın arasında bükülmüş silah (tapança) tapmışdır. Həmin silahı satmaq istəmiş, bir şəxslə 300 manata razılığa gəlmişlər. Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən “Naxış” restoranında görüşməyə razılaşmışlar, lakin həmin şəxs onunla görüşməyə gəlməmişdir və həmin yerdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitə olan qurudulmuş marixuananı əvvəlcə satmaq fikrinə düşsə də elə bir niyyəti olmamış və heç kimə satmamışdır, sadəcə başqa narkotik vasitə ilə dəyişməyi düşünmüşdür. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, satmaq məqsədi olmamış və satmamışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə heroin almaq qərarına gəlmişdir. 26 dekabr 2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat məbləğində 1 ədəd bükümdə narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 26 dekabr 2023-cü il tarixdə təxminən saat 20:45 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən “Araz” marketin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitə üzərində daşımağında, gəzdirməyində və istifadəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan kiçik cibində saxlamış olduğu 1 ədəd bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə heroinə bəznər maddə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin zaman müvafiq sənədləşmə işləri aparılandan sonra 2 gün sonra barəsində müstəntiq tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan sonra isə müxtəlif binaların zirzəmisində gecələmişdir. Təxminən 14-15 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən yaşayış binalarının birinin zirzəmisində gecələyən vaxtı orada bir ədəd şəffaf lentlə bağlanmış bağlamada qurudulmuş marixuana, bir ədəd bağlamada tapança, bir ədəd tapançanın darağını və 8 ədəd patronlarını tapmışdır. Həmin marixuanadan biraz özünə istifadə etmişdir. Sonra qərara gəlmiş ki, həm qurudulmuş marixuananı, həmçinin makarov tapançasını kim istəsə satsın, ona görə də qurudulmuş marixuananı əynində olan gödəkçəsinin sol iç cibinə, makarov tapançasını, darağı və patronları özünə məxsus qara rəngli dəri əl çantasının içərisinə qoyub çantanı boynundan asaraq saxlamış və onları satmaq üçün Sumqayıt şəhəri ərazisində soraqlaşmışdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 20:30 radələrində Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən "Naxış" restoranının yanından keçən zaman düşünmüş ki, orada maddi imkanlı şəxsər olar, təklif edərək istəyən olsa yaxşı pula satar. Belə ki, restoranda olan zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib Sumqayıt şəhər polis idarəsini polis işçiləri olduqlarını bildirərək onun qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, daşıma və gəzdirməkdə, həmçinin qanunsuz olaraq narkotik vasitələr əldə etmə, qəbul etmə, daşıma və gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişlər. İdarədə xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahıdan seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X5 polis əməkdaşı tərəfindən təqdim olunmuş və ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və sairə vardırsa təqdim etməyi təklif olunduqda o, boynunda asıb saxladığı qara rəngli dəri materiallı əl çantasını təqdim edərək içərisində odlu silah makarov tapançası olduğunu bildirmişdir. Həmin əl çantasının içərisinə baxılanda içərisindən 1 ədəd 9 mm-lik "Makarov" modelli tapança və ayrıca vəziyyətdə darağı, 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon və 1 ədəd qoltuqaltı sprey aşkar olunmuşdur. Tapançanın üzərində "CM 4214 68" hərf və rəqəmlər zavod üsulu ilə həkk olunmuş, darağın içərisində isə 8 ədəd 9 mm-lik patronlar aşkar olunmuş, darağın üzərində "4078-2" rəqəmləri cızılmışdır. Verilən suallara cavab olaraq bildirmiş ki, həmin tapançanı, darağını və 8 ədəd patronları Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən yaşayış binalarının birinin zirzəmisində gecələyən vaxtı orada tapmış, üzərində gəzdirməkdə məqsədi, həmin silahı istəyən şəxs olsa satmaq olmuşdur. Bundan sonra əynimdə olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd şəffaf yapışqan lentlə bükülmüş bağlamanı təqdim edərək həmin bağlamanın içərisində nəşə, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bağlamanın içərisinə baxıldıqla qurudulmuş marixuana aşkar olunmuşdur. Verilən suallara cavab olaraq bildirmiş ki, həmin qurudulmuş marixuananı da Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən həmin yaşayış binasının zirzəmisində gecələyən vaxtı orada tapmış, bir qədərini özünə istifadə etmiş, üzərində gəzdirməkdə məqsədi həmin qurudulmuş marixuananı istəyən şəxs olsa satmaq olmuşdur. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərimdən cinayət xarakterli heç bir predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd bağlamada qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd tapanca, 1 ədəd daraq və 8 patronlar ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyulub qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş üzərində ***-***-**-** saylı nömrə olan "Nokia" markalı mobil telefon müstəntiq tərəfindən götürülmüş, qoltuqaltı sprey və əl çantası özünə qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında saat təxminən 20-21 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, “Araz” marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Xidməti otaqların birində Sumqayıt ŞPİ-nin TŞnin baş təhqiqatçisi Elnur Feyzullayev ona hüquqularının müdafiəsi üçün vəkil təqdim etmiş, sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Raminin üzərindən aşkar olunan həmin heroin sellofan bükümlə birlikdə tərəzidə çəkilən zaman yarım qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə zərfdə qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah daşımaqda və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə 16 yanvar 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-nə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. 16 yanvar 2024-cü il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən Naxış restoranında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs da boynundan asıb saxladığı qara rəngli çantasının içərisindən 01 (bir) ədəd “Makarov” modelinə bənzər odlu silah olan tapança, 8 ədəd patron və 01 (bir) ədəd daraq, əynində olan gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs büküm barədə soruşulduqda o, üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə olan ’’nəşə”, yəni qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni və 1 ədəd Makarov markalı tapancanı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən yaşayış binasının zirzəmisində gecələyən zaman tapdığını, narkotik vasitəni və 1 ədəd “Makarov” markalı tapancanı satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər məddə büküm ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin çəkisinin təxminən 120 qram olduğu müəyyən edilmiş, həmin maddə və 01 (bir) ədəd “Makarov” modelinə bənzər odlu silah olan tapança, 8 ədəd patron və 01 (bir) ədəd daraq möhürlənib götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1 maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Metallurq küçəsi, “Naxış” restoranında xx.xx.2024-cü il tarixdə saat 20:30-da Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 01 may 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona qanunsuz iaraq odlu silah və döyüş sursatları əldə etmə, daşıma və gəzdirməsində, həmçinin qanunsuz olaraq narkotik vasitələr əldə etmə, qəbul etmə, daşıma və gəzdirməsində şübhəli bilindiyi üçün saxlanıldığı bildirildi, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X5 təqdim olundu və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olundu. Təqsirləndirilən şəxs boynuna asıb saxladığı qara rəngli dəri materiallı əl çantasmı təqdim edərək içərisində odlu silah Makarov tapançası olduğunu bildirdi. Həmin əl çantasının içərisinə baxılanda içərisindən 1 ədəd 9 mm-lik "Makarov" modelli tapança və ayrıca vəziyyətdə sandıxçası, 1 ədəd sadə modelli qara rəngli Nokia markalı mobil telefon və 1 ədəd qoİtuqaltı sprey aşkar olundu. Tapançanın üzərində "CM 4214 68" hərf və rəqəmlər zavod üsulu ilə həkk olunmuşdur, sandıxçanm içərisində isə 8 ədəd 9mm-lik patronlar aşkar olundu, sandıxçanın üzərində "4078-2" rəqəmləri cızılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, həmin tapancanı, sandıxçanı və 8 ədəd patronları Sumqayıt şəhəri, 17-ci mkr ərazisində yerləşən yaşayış binalarının birinin zirzəmisində gecələyən vaxtı orada tapmış, üzərində gəzdirməkdə məqsədi, həmin silahı istəyən şəxs olsa satmaq olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd şəffaf yapışqan lentlə bükülmüş bağlamanı təqdim edərək həmin bağlamanın içərisində nəşə, yəni qurudulmuş marixuana olduğunu bildirdi. Həmin bağlamanın içərisinə baxıldıqla spesifik iyə malik yaşıl rəngli, qurudulmuş bitki kütləsi- qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, həmin qurudulmuş marixuananı da Sumqayıt şəhəri, 17-ci mkr ərazisində yerləşən həmin yaşayış binasının zirzəmisində gecələyən vaxtı orada tapmış, bir qədərini özünə istifadə etmiş, üzərində gəzdirməkdə məqsədi, həmin qurudulmuş marixuananı istəyən şəxs olsa satmaq olmuşdur. Bundan sonra keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir predmet və əşya aşkar olunmadı və götürülmədi. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bağlamada qurudulmuş marixuanya bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 123,13 qram oldu. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq DİN-nin 124 saylı möhürü ilə möhürləndi, zərfin üzərində qeydlər aparılaraq imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd tapanca, 1 ədəd sandıxça və 8 patronlar iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü, ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyulub qablaşdırıldı və Sumqayıt ŞPİ-nin 124 saylı möhürü ilə möhürləndi, zərfin üzərində qeydlər aparılaraq imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş "Nokia" markalı ***-***-**-** nömrəli mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü, qoltuqaltı sprey və əl çantası özünə qaytarıldı. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/80 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 97,58 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 97,53 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 18 yanvar 2024-cü il tarixli 24/132 nömrəli ekspertiza rəyindən görünür ki, 1.01 ədəd CM-4214 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. 2.Tədqiqata təqdim edilmiş 08 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyah və.s həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatlarıdırlar və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur. 3. Tədqiqata təqdim edilmiş 01 ədəd zavod üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş 08 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olumuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, təqdim edilmiş “Nokia” markalı mobil telefon sadə markalıdır və işlək vəziyyətdədir. ***-***-**-** saylı mobil nömrə işlədilir. Mobil telefonda olan zəng bölməsinə daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək heç bir məlumat olmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 16 yanvar 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlar massivi, ev 63 -nvanmda yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən Naxış restoranında saxlanılmış və üzərinə Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində müstəntiq, polis mayoru Mustafa Mustafazadə tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri regional vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs boynundan asıb saxladığı qara rəngli çantasının içərisindən 01 (bir) ədəd Makarov konstruksiyalı tapança, 01 (bir) ədəd Makarov konsturksiyalı silahların komplekt hissəsi olan darağı və 9x18 mm kalibrli 08 ədəd patronlar, 1 ədəd qoltuqaltı sprey, 1 ədəd sadə modelli qara rəngli Nokia markalı mobil telefon, əynində olan gödəkcəsinin sol iç cibindən 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunduğu, həmin bükümün çəkisi 123.13 qram olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin aşkar olunmadığını görünür, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının şifahi suallarına cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş “makarov” konstruksiyalı tapancanı və narkotik vasitə qurudulmuş marixuananı atmaq üçün üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2-3 gün qabaq Sumqayıt şəhəri, 17-ci mikrorayon, ərazisində yerləşən yaşayış binalarının zirzəmisində gecələyən vaxtı tapdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 01 ədəd 9x18mm kalibrli, CM- 4214 №-li Makarov konstruksiyalı, PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 97.58 qram narkotik qurudulmuş marixuana və 01 (bir) ədəd Makarov konstruksiyalı tapança, 01 (bir) ədəd Makarov konsturksiyalı silahların komplekt hissəsi olan darağı və 9x18 mm kalibrli 08 ədəd patronlar maddi sübut kimi tanınmış və tədqiqat zamanı aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 97,53 qram narkotik qurudulmuş marixuana və 01 ədəd Makarov konstruksiyalı tapança, 01 (bir) ədəd Makarov konsturksiyalı silahların komplekt hissəsi olan darağı və 9x18 mm kalibrli 05 ədəd patronlar məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, “Aeaz market”in qarşısında xx.xx.2023-cü il tarixdə saat 20:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, X3 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olundu, daha sonra isə videoçəkıliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. X7 özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və arxa sağ cibində saxlamış olduğu 10 manat pulu təqdim etdi. Daha sonra həmin 01 ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin "kakos" olduğunu, həmin maddəni bu gün günorta saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi uçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra X4 üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0.49 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. X4 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar ounmuş 10 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/6556 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,453 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,403 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,453 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,403 qram narkotik vasitə heroin məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada papka müəyyən edilir. Papkaya daxil olduqda, müəyyən edilir ki, orada videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 20:45-də Sumqayıt şəhəri 9-cu mikrorayon Ü.Hacıbəyov küçəsi “Araz” marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor- kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları du özlərini təqdim edir. Bundan sonra baş təhqiqatçı Elnur Feyzullayev ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Tahir Abbasovu təqdim edir. Ramin bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə Raminin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Ramin də əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini və arxa sağ cibində saxlamış olduğu 10 manat pulu təqdim edir. Sorğu zamanı Ramin üzərindən aşkar olunan narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Raminin üzərindən aşkar olunan həmin heroin sellofan bükümlə birlikdə tərəzidə çəkilən zaman 0,49 qram olduğu müəyyən edilir. Aşkar olunmuş həmin maddə 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənir. Həmçinin Raminin üzərindən aşkar olunmuş 10 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünü qaytarılır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 08 ay 12 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-728/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-122/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-728/2023 saylı, xx.xx.2023-cü il tarixli cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs 01 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsi ilə üzərində 09 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1589 saylı, xx.xx.2024cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 228.1, 234.1 və 234.2-ci maddələrinə tövsif olunmaqla, Azərbaycan Respublikası CM-nin 228.1, 234.1 və 234.2-ci maddələri ilə ona yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona həmin məcəllənin 228.1, 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 26.12 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.453 qram narkotik vasitə heroin və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş, həmçinin 16 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 97,58 qram narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd Makarov konstruksiyalı tapança, 01 (bir) ədəd Makarov konsturksiyalı silahların komplekt hissəsi olan darağı və 9x18 mm kalibrli 08 ədəd patronlar və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.2.1ci maddəsi ilə cinayət təqibindən imtina edilmişdir. Beləliklə, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, məhkəmədə ifadə verərkən əldə etdiyi marixiannanın keyfiyyətinin yaxşı olmaması səbəbindən dəyişdirmək və ya başqa cür realizə etmək niyyətində olduğunu təsdiq etmiş, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 234.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 09 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0.453 qram narkotik vasitə heroin və 97,58 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 2 maddəsinin 6 bəndinə görə soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd Makarov konstruksiyalı tapança, 01 (bir) ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı və 9x18 mm kalibrli 05 ədəd patronlar müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə-bioloji (72 manat) və məhkəmə fiziki-kimyəvi (65 manat) ekspertizasının dəyəri 137,00 (bir yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş №1(060)- 449/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 660 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 09 (doqquz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0.453 qram narkotik vasitə heroin və 97,58 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd Makarov konstruksiyalı tapança, 01 (bir) ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı və 9x18 mm kalibrli 05 ədəd patronlar müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-bioloji (72 manat) və məhkəmə fiziki-kimyəvi (65 manat) ekspertizası tədqiqatının dəyəri 137,00 (bir yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-449/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-449/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver