Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-45/2025 16.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 22:40-da BCD koteqoriyalı, AC seriyalı, 243791 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X11 Minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yolun sağ kənarında yerləşən avtoyuma məntəqəsinin qarşısından hərəkətə başlayıb yolun hərəkət hissəsinə daxil olaraq, hərəkətini Sumqayıt şəhəri istiqamətində davam etdirərkən həmin ərazidə yerləşən Kompressor zavodunun yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pazaraq, yəni idarə etdiyi nəqliyyat vasitəsi ilə yola bitişik ərazidən yola çıxarkən, yolda hərəkətdə olan digər nəqliyyat vasitəsinə yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə idarə etdiyi avtomobilin sol qabaq hissəsinin hərəkətdə olduğu yolun əks zolağına daxil olaraq hərəkətini Sumqayıt şəhəri istiqamətindən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində davam etdirən Zərərçəkmiş şəxs4 idarə etdiyi “X13” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmasına səbəb olub ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 sağ göz almasının orta dərəcəli kontuziyası, (sağ gözdə görmə itiliyi 0,5), hifema, QKBT, baş beyin silkələnməsi, alın nahiyəsinin, sağ gicgah almacıq nahiyəsinin, sağ üst göz qapağının əzilmiş cırılmış yaraları, üzün çoxsaylı sıyrıntısı, hər iki diz oynağının və sağ aşıq baldır oynaqlarının yumşaq toxumalarının əziyi kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, sərnişinləri Zərərçəkmiş şəxs3 qarnın küt travması, sol İİİ-V qabırğaların yerdəyişməyən, sağ Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs2 QKBT. Baş beyin silkələnməsi, sol göz yuvasının bayır divarının sınığı, hər iki paraorbital (gözətrafı) nahiyənin dərialtı hematomaları, travmatik konyuktivit, qarnın küt travması, böyrəklərin əzilməsi, burun və üzün yumşaq toxumalarının əziyi kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs1 başın küt travması, kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş beyinə qansızma və beynin hissəvi evakuasiyası, sağ göz almasının evakuasiyası, sağ təpə alın gicgah nahiyəsinin geniş ölçülü əzilmiş cırılmış yarası, alın nahiyəsinin, sol qaşüstü nahiyənin, sol baldırın, sol aşıq baldır oynağı nahiyəsinin sıyrıqları kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər fonunda başın küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş beyinə qansızma və beynin hissəvi evakuasiyasından ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq, yəni hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2011-ci il buraxılışlı “Grand Cherokee” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında hadisədən təxminən bir ay əvvəl idarə etməyə başlamışdır. O, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, H.Tağıyev qəsəbəsi, Kompressor zavodunun yaxınlığında yerləşən avtoyuma məntəqəsinə idarə ediyi avtomobili yuduzdurmaq üçün getmişdir. O, idarə etdiyi avtomobili yuduzdurduqdan sonra idarə etdiyi avtomobilə əyləşmiş və avtomobili ilk əvvəl geriyə hərəkət etdirərək avtoyuma məntəqəsindən çıxmışdır. Daha sonra avtomobili idarə edərək Sumqayıt şəhəri istiqamətinə hərəkət etmək üçün yolun boşalmasını gözləməyə başlamışdır. Sumqayıt şəhəri istiqamətindən H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomobil sürətini azaldaraq ona yol vermiş, bundan sonra o, idarə etdiyi avtomobili hərəkətə gətirib yolun hərəkət hissəsinə daxil olaraq Sumqayıt şəhəri istiqamtində idarə etdiyi avtomobillə hərəkət etməyə başlamıdşır. Ancaq həmin vaxt Sumqayıt şəhəri istiqamətindən H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan avtomobil qarşısındakı avtomobili, yəni sürətini azaldaraq onun yoluna daxil olmasına şərait yaradan avtomobilin sol hissəsindən anidən ötmə əməliyyatı edərək, çox sürətli şəkildə idarə etdiyi avtomobillə hərəkətdə olduğu zolağa daxil olaraq hərəkətini davam etdirməyə başlamışdır. O, bunu təxminən 2-3 metr məsafədən gördükdə hərəkət istiqamətinin sağ tərəfindəki yol kənarına doğru idarə etdiyi avtomobili istiqamətləndirməklə baş verəcək hadisədən yayınmağa cəhd göstərmişdir. Buna baxmayaraq həmin avtomobilin qabaq hissəsi hərəkət etdiyi sürətlə idarə etdiyi avtomobilin sol qabaq hissəsinə çırpılmıdşır. Bundan bir qədər sonra özünə gəldikdə idarə etdiyi avtomobildən yerə enmiş, daha sonra idarə etdiyi avtomobillə toqquşmuş avtomobillə yaxınlaşıb həmin avtomobilin qabaq sağ qapısını açmış, bu zaman avtomobilin içərisində sürücü ilə birlikdə bir neçə şəxsin olduğunu, həmin şəxslərin xəsarət aldıqlarını görmüşdür. Sonradan oraya yığılmış şəxslər idarə etdiyi avtomobillə toqquşmuş, avtomobildə olan xəsarət almış şəxslərə tibbi yardım göstərilməsi üçün onları avtomobildən endirib digər avtomobillərə mindirib xəstəxanaya yola saldılar. Hadisədən sonra təxmini 15-20 dəqiqə orada olmuşdur, həmin vaxt oraya yol polisi də olmuşdur, həmin vaxt yol polisinin onun kikm olmasını soruşub-soruşmadıqlarını xatırlamır, hadisə yerində adını, soyadını və nömrəsini kiməsə verməmişdir. Bundan sonra özünü yaxşı hiss etmədiyi üçün ona ailə üzvləri tərəfindən tibbi yardım göstərilməsi üçün ilk əvvəl evə gəlmişdir. Ancaq özünü pis hiss etdiyi üçün ona tibbi yardım göstərilməsi üçün daha sonra Sumqayıt şəhər TTY stansiyasına getmişdir. Orada ona tibbi yardım göstərildikdən sonra ilk əvvəl yaşadığı ərazi üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə, sonra isə polis idarəsinə getmişdir. Göstərilən halları, həmçinin hadisədən sonra mərhum Zərərçəkmiş şəxs1 yaxınlarına 5000 manat yardım etməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, yolnəqliyyat hadisəsi zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, “Opel Astra” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında təxminən altı-yeddi ay əvvəl idarə etməyə başlamışdır. O, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində olarkən və yaşadığı evə geri qayıtmalı olmuşdur. O, geri qayıdan zaman boş qayıtması üçün özü ilə bir iki müştəri götürməyi fikirləşmişdir. Buna görə də Sumqayıt şəhəri ərazisində yerləşən Karvan Ticarət Mərkəzinin yaxınlığında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisinə getdiyini bildirdikdən sonra ayrı-ayrı yerlərdə idarə etdiyi avtomobilə üç nəfər qadın və bir nəfər kişi cinsindən olan əvvəllər tanımadığı sərnişin mindirmişdir. Bundan sonra Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində idarə etdiyi avtomobillə hərəkətə başlamışdır. İki qadın və bir kişi sərnişin arxa oturacaqda, bir qadın isə qabaq sağ oturacaqda əyləşmişdir. O, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsi ərazisində yerləşən Kompressor zavodunun yaxınlığına çatan zaman qəflətən onadan irəlidə hərəkət edən dövlət qeydiyyat nişanını xatırlamadığı, ehtimalına görə “Opel” markalı olan avtomobilin sürücüsü idarə etdiyi avtomobilin sürətini azaltmış, qəza işıqlarını yandırmışdır. O, bundan sonra öz hərəkətinə davam etmək üçün ilk əvvəl qarşı hərəkət zolağına baxmışdır. Həmin vaxt yolda digər avtomobilin olmamasına əmin olduqdan sonra sola dönmə işıq cihazlarını yandırmış və qarşı hərəkət zolağına daxil olmuşdur. Bu zaman təxminən 15-17 metr məsafədən yola başqa bir avtomobilin hərəkət istiqamətinin sağ tərəfindən daxil olduğunu gördükdə, baş verəcək yol nəqliyyat haidisəsindən yayınmaq üçün idarə etdiyi avtomobili hərəkət istiqamətinin sol tərəfinə yönləndirmiş və əyləci sıxaraq idarə etdiyi avtomobili dayandırmaq istəmişdir. Buna baxmayaraq hərəkət istiqamətinin sol tərəfindəki yol kənarında idarə etdiyi avtomobil sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi **-SY-*** dövlət qeydiyyat nişanlı, “Grand Cherokee” minik markalı avtomobillə toqquşmuşdur. Hadisədən sonra o, huşunu itirmiş, özünə gələndə artıq xəstəxanada olduğunu və ona tibbi yardım göstərildiyini görmüşdür. O, Hadisədən əvvəl spirtli içki və ya digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmişdir. Onun sürücülük vəsiqəsi var. Hadisə zamanı idarə etdiyi avtomobildə yük olmamış, bədəninin müxtəlif nahiyələrindən bədən xəsarətləri almışdır. Hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 50 km/saat olmuş və o, qarşı hərəkət zolağına daxil olub ötmə əməliyyatı həyata keçirərkən sürəti bir qədər artırmışdır. Həmin vaxt sürət 60 km/saat olmuşdur. İdarə etdiyi avtomobillə toqquşmuş avtomobili təxminən 15-17 metr məsafədən qarşısına çıxarkən görmüşdür. Hadisənin qarşısını almaq üçün ancaq eyni anda idarə etdiyi avtomobilin istiqamətini hərəkət istiqamətinin sol tərəfindəki yol kənarına doğru istiqamətləndirməklə və əyləcdən istifadə edərək baş verəcək hadisədən yayınmağa cəhd göstərmişdir. Onun idarə etdiyi avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə hər hansı texniki nasazlıq olmamışdır. Hazırda təqsirləndiirlən şəxsdən şikayətçidir və ona dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri ərazisində yerləşən “Al Market” mağazalar şəbəkəsindən birində satıcı işləyir. xx.xx.2024-cü il tarixdə işdən çıxdıqdan sonra Sumqayıt şəhəri, ərazisində yerləşən Karvan Ticarət Mərkəzinin yaxınlığındakı dayanacaqdan yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmək üçün taksi fəaliyyəti göstərən, sonradan anket məlumatlarını öyrəndiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi “Opel Astra” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Avtomobildə ondan başqa üç nəfər tanımadığı iki qadın və bir kişi sərnişinlərdə olmuşdur. Həmin qadın sərnişinlərindən digərinə nisbətən yaşlı olanı arxa sol, digəri arxa orta oturacaqda, kişi sərnişin isə arxa sağ oturacaqda, yəni əyləşdiyi oturacağın arxasındakı oturacaqda əyləşmişdir. O, avtomobilə əyləşdikdən sonra sürücü idarə etdiyi avtomobili hərəkətə gətirmiş və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Bir qədər yol getdikdən sonra sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Kompressor zavodunun yaxınlığında ötmə əməliyyatı etmək istəmişdir. Bu zaman onun idarə etdiyi avtomobil sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Grand Cherokee” markalı avtomobillə toqquşmuşdur. Bundan sonra oraya gəlmiş kənar şəxslərin köməkliyi ilə avtomobildən çıxarılaraq tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmış, sonradan xəstəxanada olarkən sərnişin qismində əyləşdiyi avtomobildəki kişi sərnişinin vəfat etdiyini öyrənmişdir. Hadisədən sonra bir neçə gün ərzində Sumqayıt şəhər TTY Xəstəxanasında stasionar şəraitdə həkim nəzarətində müalicəsini davam etdirmiş, sonradan isə ambulator müalicə təyin olunaraq evə buraxılmışdır. Hadisədən öncə “Opel Astra” markalı avtomobil yüksək sürətlə hərəkət etmişdir. Avtomobildə olduğu vaxt başı qarışdığı üçün hansı avtomobilin toqquşma zolağına daha öncə daxil olmasını dəqiq xatırlamır. Lakin, avtomobil ötmə əməliyyatı yerinə yetirən zaman anidən qarşıdan başqa avtomobilin gəldiyini görmüşdür. Hadisədən sonra uzun müddət müalicə almışdır, təqsirləndirilən şəxs müalicə xərclərinin qarşılanmasında ona heç bir maddi yardım etməmişdir əksinə təqsirləndirlən şəxsin arvadı onun səsini yazaraq onu şantaj etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində mərhum qardaşı Zərərçəkmiş şəxs1 və xalası Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan Ticarət” mərkəzinin yaxınlığında sonradan anket məlumatlarını öyrəndiyi taksi fəaliyyəti göstərən sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi ** GC *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə sərnişin qismində əyləşərək yaşadıqları ünvan 3 ünvanına gələn zaman saat 22:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Kompressor zavodunun yaxınlığında sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi ** GC *** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobillə digər sürücü Təqsirləndirilən şəxs idarə etdiyi 10SY359 dövlət qeydiyyat nişanlı “Grand Cherokee” markalı avtomobillə toqquşmuş, nəticədə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Opel Astra” markalı avtomobilin sərnişini olan xalası Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Mərhum qardaşı Zərərçəkmiş şəxs1 isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Bundan sonra o və qohumları mərhum qardaşı Zərərçəkmiş şəxs1 meyitini xəstəxananın morqundan qəbul etdikdən sonra Sumqayıt şəhəri ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsini və onun törətdiyi əmələ görə cəzalandırılmasını tələb edir. Bundan başqa hadisə nəticəsində xəsarət almış xalası Zərərçəkmiş şəxs2 isə bir müddət Sumqayıt şəhər TTY xəstəxanasında stasionar şəraitdə müalicə almış, lakin o, tam sağalmamış ağır vəziyyətdə, eyni zmanada yeriyə bilmədiyi üçün arabada evə buraxılmışdır. Hadisəni törətmiş sürücülər Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs xalası ilə maraqlanmadıqları üçün onun bütün tibbi xərclərini özləri ödəmişlər. Həmçinin bildirmişdir ki, hadisə hadisədən sonra təqsirləndirilən şəxsin yaxınları onun yaxın qohumlarına 5000 manat vermişlər, həmin vaxt dərin sarsıtnı içərisində olmuşdur, hazırda həmin pulu da geri qaytarmağa hazırdır, onun barışmaq niyyəti yoxdur, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza təyin edilməsini xahiş edir. İş üzrə digər Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq Naxçıvanda yaşadığı üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR-da yaşayır. Hadisədən bir qədər əvvəl Sumqayıt şəhərində yaşayan qohumları ilə görüşmək üçün Sumqayıt şəhərinə gəlmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə mərhum bacısı oğlu Zərərçəkmiş şəxs1 ilə Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzinin yaxınlığında yerləşən dayanacaqdan bacısı oğlu və ailə üzvülərinin yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmək üçün taksi fəaliyyəti göstərən sonradan anket məlumatlarını öyrəndiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi ** GC *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilə əyləşmişdir. Həmin vaxt avtomobilin arxa sol oturacağında, mərhum bacısı oğlu Ramin isə avtomobilin arxa sağ oturacağında əyləşmişlər. Avtomobildə onlardan başqa iki nəfər tanımadığı qadın sərnişinlərdə olmuş, həmin qadın sərnişinlərindən digərinə nisbətən cavan olanı arxa orta oturacaqda, digəri isə ön qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra sürücü idarə etdiyi avtomobili hərəkətə gətirib Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində hərəkətə başlamış, bir qədər yol getdikdən sonra qəflətən sərnişin qismində əyləşdiyi avtomobil digər avtomobillə toqquşmuşdur. O, avtomobilin arxa oturacağında əyləşdiyi üçün hadisənin hansı şəraitdə baş verməsini görə bilməmiş, bundan sonra oraya gəlmiş kənar şəxslərin köməkliyi ilə avtomobildən çıxarılaraq ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmışdır. O, xəstəxanada olan zaman mərhum bacısı oğlu Raminin vəfat etdiyini öyrənmişdir. Hadisədən sonra bir neçə gün ərzində Sumqayıt şəhər TTY Xəstəxanasında stasionar şəraitdə həkim nəzarətində müalicəsini davam etdirmiş və daha sonra isə ona ambulator şəraitdə müalicə təyin olunaraq evə buraxılmışdır. Hadisədən sonra müxtəlif bədən xəsarətləri aldığından hərəkət etməkdə çətinlik çəkmiş, hadisənin törədilməsində iştirak etmiş heç bir sürücü onunla maraqlanmamış, nə ona dəymiş ziyanın ödənilməsi, nə də tibbi xərclərini ödəməkdə köməklik göstərməmişlər. Buna görə də hadisənin törədilməsinə, onun bədən xəsarəti alaraq yataq şəraitində müalicə almağında günahı olan hər iki sürücünün barəsində qanuni tədbir görülməsini, onların cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Hadisə zamanı o, hər iki əlindən və ayaq nahiyələrindən bədən xəsarətləri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, ərazisində yerləşən Karvan Ticarət Mərkəzinin yaxınlığındakı dayanacaqlardan birindən yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmək üçün taksi fəaliyyəti göstərən, sonradan anket məlumatlarını öyrəndiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi “Opel Astra” markalı avtomobilin arxa orta oturacağında əyləşmişdir. Avtomobildə ondan başqa üç nəfər, iki qadın və bir kişi sərnişində olmuş, həmin sərnişinlərdən ancaq Zərərçəkmiş şəxs3 tanımış, lakin digərlərini tanımamışdır. Aynurə ön sağ oturacaqda, digər qadın sərnişin arxa sol oturacaqda, kişi sərnişin isə arxa sağ oturacaqda əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra sürücü idarə etdiyi avtomobili hərəkətə gətirmiş və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Bir qədər yol getdikdən sonra sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Kompressor zavodunun yaxınlığında qarşısında sürətini azaldaraq dayanmaq istəyən avtomobili ötüb keçmək istədiyi üçün qarşı hərəkət zolağına daxil olmuşdur. Həmin vaxt sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü idarə etdiyi avtomobili çox sürətli idarə etdiyi üçün sürücünün yanında əyləşmiş Aynurə isə ona irad bildirərək sürəti azaltmasını tələb etmişdir. Sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü ötmə əməliyyatı edərkən yolun sağ kənarından yola daxil olan avtomobillə sərnişin qismində əyləşdiyi avtomobil toqquşmuşdur. Hadisədən sonra o, huşunu itirmiş və özünə gəldikdə oraya toplanmış kənar şəxslərin ona köməklik göstərərək avtomobildən çıxartdıqlarını görmüşdür. Bundan sonra o, orada olan şəxslərdən birindən ailə üzvlərinə zəng etməsini xahiş etmişdir. Daha sonra atası hadisə yerinə gələrək ona tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparmışdır. Sonradan o, xəstəxanada olan zaman sərnişin qismində əyləşdiyi avtomobildəki kişi sərnişinin vəfat etdiyini öyrənmişdir. Hadisə zamanı o, bədəninin müxtəlif nahiyələrindən bədən xəsarətləri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən DİO-da, 2024-cü ildən isə Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru kimi işləyir. 17 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi və ətraf ərazilərdə idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə xidmətdə olarkən, Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən məsul növbətçi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Kompressor zavodunun yaxınlığında avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verdiyini, hadisə nəticəsində bədən xəsarətləri almış şəxslərin olması barədə məlumat vermiş və buna görə də o, dərhal həmin əraziyə yaxınlaşmışdır. Hadisə yerində “Opel Astra” markalı avtomobilin Sumqayıt şəhəri istiqamətindən, H.Z.Tağıyev qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Kompressor zavodunun yaxınlığında qarşısında hərəkətdə olan avtomobili ötüb keçmək üçün qarşı hərəkət zolağına daxil olduğu, bu zaman onun idarə etdiyi avtomobilin qabaq hissəsinin hərəkət istiqamətinin sağ kənarında yerləşən avtoyuma məntəqəsindən yolun hərəkət hissəsinə daxil olaraq Sumqayıt şəhəri istiqamətində hərəkətə başlamış “X11” markalı avtomobilin qabaq hissəsi ilə toqquşduğunu, nəticədə sürücülərin və “Opel Astra” markalı avtomobilin sərnişinlərinin müxtəlif dərəcəli xəsarətləri aldığı, bir nəfər sərnişinin isə aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyü məlum olmuşdur. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə hadisə nəticəsində bədən xəsarətləri almış şəxslərə tibbi yardım göstərilməsi üçün onları xəstəxanaya yola salmış, daha sonra hadisə yerinə əməliyyat qrupunun digər üzvləri də gəlmişdir. O hadisə yerində zərərçəkmiş şəxslərə yardım etmiş və əməliyyat qrupunun üzvlərinin gəlməsini gözləmişdir. Hadisə yerində olduğu vaxt “X11” minik markalı avtomobilin sürücüsünü orada görmüş, lakin onun şəxiyyətini müəyyən etməmişdır. Çünki həmin vaxt əraziyə artıq idarənin əməkdaşları gəlməyə başlamışdır. Onun işi yalnız həmin vaxt yolda təhlükəzisliyi təmin etməkdən ibarət olmuşdur. Həmin sürücünün sonradan özünü səlahiyyətli şəxslərə təqdim edib-etməməsi barədə məlumatı yoxdur. Daha sonra isə o, xidməti əraziyə qayıtmış və xidmətimi davam etdirməyə başlamışdır. Hadisə baş vermiş ərazidə avtomobillərin icazə verilən hərəkət sürət həddi 50 km/saat olmuşdur. Cinayət işinin 1-ci cild 260-261-ci vərəqələrində olan 29 aprel 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 27-ci vərəqəsində olan 22 sentyabr 2018-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B, C, D” dərəcəli sürücülük hüququ var, vəsiqənin 22 sentyabr 2028-ci il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 1-ci cild 27-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AE seriyalı, 145615 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2011-ci il, “X11” minik markalı, 10SY359 dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r. Cinayət işinin 1-ci cild 61-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-8/2-599/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə “BCD” kateqoriyalı AC 243791 nömrəli on illik sürücülük vəsiqəsini almış, mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan 18 yanvar 2024-cü il tarixli,259 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 1-ci cild 98-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X8 xx.xx.2024-cü il tarixli 197 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs4 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 186 saylı xəstəlik tarixinə, göz həkiminin müvafiq müayinəsinə əsasən, göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs4 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ göz almasının orta dərəcəli kontuziyası, (sağ gözdə görmə itiliyi 0,5), hifema, QKBT, baş beyin silkələnməsi, alın nahiyəsinin, sağ gicgah-almacıq nahiyəsinin, sağ üst göz qapağının əzilmiş-cırılmış yaraları, üzün çoxsaylı sıyrıntısı, hər iki diz oynağının və sağ aşıq-baldır oynaqlarının yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cild 151-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X8 xx.xx.2024-cü il tarixli 223 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 184 saylı xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qarnın küt travması, sol İİİ-V qabırğaların yerdəyişməyən, sağ Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cild 166-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X8 xx.xx.2024-cü il tarixli 546 saylı rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 185 saylı xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKBT. Baş beyin silkələnməsi, sol göz yuvasının bayır divarının sınığı, hər iki paraorbital (gözətrafı) nahiyənin dərialtı hematomaları, travmatik konyuktivit, qamın küt travması, böyrəklərin əzilməsi, burun və üzün yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nm müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş diskdə olan olan video görüntülərdən görünür ki, “X11 Minik” markalı avtomobilin sürücüsü ekranda göstərilən vaxtla saat 22:39:31-də həmin avtomobilə əyləşir, bundan sonra avtomobili hərəkətə gətirərək ilk əvvəl avtomobili geri hərəkət etdirir, daha sonra isə Sumqayıt şəhəri istiqamətində hərəkət etmək üçün idarə etdiyi avtomobili həmin istiqamətə yönləndirir, yolun boşalmasını gözləmədən yolun hərəkət hissəsinə daxil olaraq Sumqayıt şəhəri istiqamətində hərəkətə başlayır, bu zaman Sumqayıt şəhəri istiqamətindən H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan avtomobilin olması, həmin avtomobillə eyni istiqamətdə hərəkətdə olan digər avtomobilin ötmə əməliyyatı həyata keçirərərkən Sumqayıt şəhəri istiqamətində hərəkətə başlamış “X11 Minik” markalı avtomobillə sonuncu avtomobilin hərəkət istiqamətinin sağ kənarındakı yol kənarında toqquşduqları, daha sonra oraya kənar şəxslərin toplaşdığının göründüyü müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 121-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X8 xx.xx.2024-cü il tarixli 09 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə tibbi ekspertrizasına, laborator müayinənin cavabına əsasən, ölüm haqqında qərardakı məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Mərhum Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması, kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş-beyinə qansızına və beynin hissəvi evakuasiyası, sağ göz almasının evakuasiyası, sağ təpə-ahn-gicgah nahiyəsinin geniş ölçülü əzilmiş-cırılmış yarası, alın nahiyəsinin, sol qaşüstü nahiyənin, sol baldırın, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş beyinə qansızına və beynin hissəvi evakuasiyası olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2024-cü il, saat 09:00-da) 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində spirt və narkotik maddə aşkar edilməmişdir. (AKT-267/K). Cinayət işinin 1-ci cild 170-174-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/590 nömrəli rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən; 1. X11 markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Opel Astra markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.N.X12 markalı avtomobili sürət həddi 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 1-ci cild 171-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə videotexniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/670-4/835 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “WhatsApp Video 2024-07-18 at 15.43.05” adlı videoyazının qeydə alındığı yazı qurğusunun ayırdetmə qabiliyyətinin avtomobillərin toqquşma anında sürətlərinin müəyyən olunması üçün lazım olan məsafələri müəyyən etmək üçün aydın görünən hesablama cisimlərini seçməyə imkan vermədiyindən videoyazıya görə avtomobillərin sürətlərini müəyyən etmək mümkün olmadı. Yol-nəqliyyat hadisəsinin hallarının müəyyən olunması məqsədilə videoyazıdakı görüntülərin keyfiyyəti yaxşılaşdırılaraq əldə olunmuş yeni videyazı yol-nəqliyyat hadisələri üzrə tədqiqat aparan ekspertə təqdim olunmuşdur. Hadisənin videogörüntüsündən belə məlum olur ki, “X11” markalı avtomobil H.Z.Tağıyev qəsəbəsi istiqamətində yolun sağ kənarında yerləşən avtoyuma məntəqəsinin qarşısından yolun hərəkət hissəsinə daxil olaraq Sumqayıt şəhəri istiqamətində olan hərəkət zolağına doğru çəpinə hərəkətini davam etdirərək hərəkət hissəsinin təxminən ortasında olan zaman H.Z.Tağıyev qəsəbəsi istiqamətində olan avtomobilin hər iki farasının işıqları yanılı vəziyyətdə tam aydın görünür, həmin avtomobil X11 markalı avtomobilə yaxınlaşarkən arxadan avtomobilin yanılı vəziyyətdə fara işıqlarının olması görünür, birinci işıqları görünən, yəni “Opel Astra” markalı avtomobil “X11” markalı avtomobil ilə toqquşur və toqquşma anında belə “X11” markalı avtomobilin çəpəki vəziyyətdə, yəni Sumqayıt şəhəri istiqamətində olan hərəkət zolağına düzəlməmiş vəziyyətdə olması görünür. “X11” markalı avtomobil təxminən yolun ortasında çəpinə olduğu vəziyyətdə H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan digər nəqliyyat vasitəsinin Opel Astra markalı avtomobildən arxada olması onu izah edir ki, “Opel Astra” markalı avtomobil ötmə əməliyyatına başlayarkən “X11” markalı avtomobil Sumqayıt şəhəri istiqamətində olan zolağa daxil olmamışdır. “X11” markalı avtomobil təxminən yolun ortasında çəpinə olduğu vəziyyətdə “Opel Astra” markalı avtomobil ötmə əməliyyatına başlayarkən “X11” markalı avtomobil Sumqayıt şəhəri istiqamətində olan zolağa daxil olmaması və toqquşma anında belə X11 markalı avtomobilin çəpəki vəziyyətdə, yəni Sumqayıt şəhəri istiqamətində olan hərəkət zolağına düzəlməmiş vəziyyətdə olması nəzərə alınmaqla qeyd edilir ki, qeyd olunan vəziyyətdə “Opel Astra” markalı avtomobil “X11” markalı avtomobilə nəzərən hərəkət üstünlüyünə malik olmuşdur, yəni “X11” markalı avtomobil yola bitişik ərazidən hərəkət hissəsinə daxil olarkən hərəkət hissəsi ilə (hansı zolaqda hərəkətdə olmasından asılı olmayaraq) hərəkətdə olan “Opel Astra” markalı avtomobilə yol verməli və onun hərəkəti üçün təhlükə yaratmamalı idi. Göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin bir-başa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri, orada yerləşən həyətlər,yaşayış masivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyeklər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməlidir. Mövcud şəraitdə sürücü Təqsirləndirilən şəxs hərəkət hissəsi ilə Opel Astra markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi “X11” markalı avtomobili yola bitişik ərazidən yolun hərəkət hissəsinə daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, hərəkət üstünlüyünə malik olan Opel Astra markalı avtomobilə yol verməli və həmin avtomobilə yol verdikdən sonra hərəkətin təhlükəsizliyinə əmin olaraq idarə etdiyi “X11” markalı avtomobili yola daxil edib hərəkətini davam etdirməli idi. Lakin, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X11” markalı avtomobili yola bitişik ərazidən yolun hərəkət hissəsi ilə “Opel Astra” markalı avtomobilin yaxınlaşdığı vəziyyətdə həmin yola daxil etməsi, hərəkət üçün təhlükə yaratması və “Opel Astra” markalı avtomobil ilə toqquşması faktları onu izah edir ki, göstərilən vəziyyətdə “X11” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 3-cü cildində ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 24-cü vərəqəsində olan "xxxx" MMC-dən təqdim edilmiş, yaddaşında diskə baxış keçirildikdə "xxxx" mobil operatoruna məxus ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, ***-***-**-** saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 22:30:15-də Bakı-Quba yolunun yaxınlığında, Avtomobillərə texniki xidmət məntəqəsi, saat 22:48:32, 22:50:14-də Sumqayıt şəhəri, S. Vurğun 1, saat 22:48:39-da Sumqayıt şəhəri, Üzvi Sintez zavodu, saat 22:50:50-də Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 1183, saat 22:51:09, 22:52:36, 22:52:41, 22:54:11-da Sumqayıt şəhəri, Üzvi Sintez zavodu, saat 22:54:22-də Sumqayıt TKQ, ATS 643, saat 22:54:50, 22:54:51-də Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 1183, saat 22:55:03, 22:55:03-də Sumqayıt şəhəri, Yaşma bağ massivi 137a, saat 22:59:41-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, saat 23:01:12-dən saat 01:43:07-dək Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küç 22C, saat 02:23:14-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, saat 02:24:30-da Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küç 22C, saat 02:26:27-də Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45, saat 03:45:15-də Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisində yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild cild 01-16-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, yol-nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Abşeron Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlşadırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli “Amnistiya” qərarına əsasən ona təyin edilmiş cəzadan azad edilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaq 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarına əsasən cəza çəkməkdən azad edilmişdir. Cinayət işinin 2-ci cild 45-ci vərəqəsində olan AZ-İV№773661 və AZ-İV№773660 doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var. (xx.xx.2022-ci il təvəllüdlü uşaqlar) Beləliklə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsinin video görüntüləri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2 və 264-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İV hissəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarına əsasən CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi törətdikdən sonra özü barədə məlumatları zərərçəkmiş şəxslərə, eləcə də hüquq mühafizə orqanlarına təqdim etmədən hadisə yerini tərk etmişdir. Bu hal təqsirləndirilən şəxsin özünün ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin təqsirləndirilən şəxsin istifadə etdiyi mobil telefon nömrəsinin anten məlumatları ilə də öz təsdiqini tapmışdır. Belə ki, yol-nəqliyyat hadisəsi törədildikdən sonra 15 dəqiqə müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsi hadisə yerinin yaxınlığında olan antendən şəbəkəyə qoşulmuşdur. Anten məlumatlarına əsasən bundan sonra Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi yerindən uzaqlaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri üzrə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün qəbul edildiyi 16 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci, ümumilikdə 328 (üç yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 328 (üç yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-45/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-45/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver