Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-450/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 41A məhəllə, ev 4B, mənzil 7 ünvanında aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı X2 başından yumruq zərbələri ilə vuraraq ona sol təpəgicgah nahiyyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 2016-cı ildə o Məlahətlə ailə həyatı qurmuşdur və birgə nigahlarından onların bir övladları var. 31.05.2021-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadıqları evdə o Məlahətdə onda olan maaş kartını ona verməsini istəmişdir. Məlahət də kartı verməkdən imtina edərək onu söydüyü üçün yumruqlarla başından vuraraq hər iki qolundan bərk tutub sıxaraq, həmçinin təpiklərlə sağ ayağından vuraraq onu döymüşdür. Məlahət də kartı ona vermiş və o da evdən çıxıb getmişdir. Sonradan isə öyrənmişdir ki, Məlahət ondan polisə şikayət vermişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2016-cı ildən o, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur və birgə nigahlarından onların bir övladları var. Orxan narkotik vasitə alüdəçisi olduğu üçün mütəmadi olaraq evdə yersiz münaqişələr yaradır. 31.05.2021-ci il tarixdə təxminən saat 17:00 radələrində Orxan ondan özünün plastik bank kartını istəmişdir. O da həmin kartda olan pulla evə nəs alacağını deyərək, kartı ona verməkdən imtina etmişdir. Buna görə də, Orxan onunla mübahisə edib, yumruqlarla başından vuraraq, əlləri ilə hər iki qolundan bərk tutub sıxaraq, həmçinin təpiklərlə sağ ayağından vuraraq onu döyməyə başlamışdır. O da buna görə Orxanın bank kartını özünə vermiş və evdən çıxıb getmişdir. O da 01.06.2021-ci il tarixdə atası Telmana zəng vurraq yaşadığı evə çağırmış və Orxanın onu döyməsini deyib, aldığı xəsarətləri ona göstərmişdir. Sonra isə bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə şikayət ərizəsi vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan 608 saylı, 01.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol təpə-gicgah nahiyyənin dərialtı hematoması, sağ saidin, sol mil-bilək nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir gün qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 31.05.21-ci il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdilər, həmin xəsarətlərdən-sol təpə-gicgah nahiyyənin dərialtı hematması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağalamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni-sağ saidin, sol mil-bilək nahiyyəsinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.(i.v 14-15) İş materiallarında olan 269 saylı 03.06.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 22) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2016 saylı 04.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 23) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 10.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 36) İş materiallarında olan 10.06.2021-ci il tarixli xasiyyətnamədn görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 38) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, bir azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-450/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-450/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver