Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-450/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Narkoloji dispanserin yaxınlığında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə nəticəsində yumruqla vuraraq ona sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması xəsarətini yetirərək Zərərçəkmiş şəxs qəsdən “YÜNGÜL'’ dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 5 il müddətdir ki, tanımışdır. Belə ki, hadisədən təxminən 1 ay öncə Mətləbə 30 manat borca pul vermiş, o, pulu 1 həftə ərzində qaytacarağını demiş, lakin həmin müddət çatdıqda mən Mətləblə əlaqə saxlamaq istəsə də, sonuncu zənglərə cavab verməmiş, xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Narkoloji xəstəxananın yaxınlığında piyada hərəkətdə olduğu vaxt Mətləbi görmüş, ondan pulunu tələb etmiş, lakin pulunun olmadığını, olanda qaytacağınıona demişdir. O, anidən əsəbiləşərək yumruq zərbəsi ilə onun sifət nahiyyəsindən vurmuş, nəticədə Mətləb sifətini tutaraq yerə çökmüşdür. O, üzrxahlıq etmiş, onu əsəbiləşdiyi üçün vurduğunu bildirmişdir. O, polisə şikayət edəcəyini deyərək oradan uzaqlaşmışdır. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxsla barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, iş üzrə üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 14:00 radəiərində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Narkoloji xəstəxananın yaxınlığında piyada hərəkətdə olarkən tanışı Təqsirləndirilən şəxs görmüşdür. O, ona yaxınlaşaraq görüşdükdən sonra təxminən 1 ay öncə ona borca vermiş olduğu 30 manat pulu tələb etmiş, o, da hazırda maddi imkanı olmadığı, imkanı olduğu təqdirdə ona olan 30 manat borcunu ödəyəcəyini bildirmişdir. Lakin Elnur pulunu dərhal istədiyini yenidən bildirmiş, o, da hazırda imkanı olmadığını bildirərək pulu olanda qaytaracağını demişdir. Həmin vaxt Elnur yumruq zərbəsi ilə onun sifət nahiyyəsinə vurmuş, o, sifətini tutaraq yerə çökmüşdür. Elnur üzrxahlıq etsə də, onun barəsində polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan ödənilmiş bu səbəbdən icraata xitam verilməsini məhkəmən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Elnur Mürsəovla barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, AR SN-nin MTE və PAB X2 xx.xx.2025-ci il tarixli, 765 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol gicgah-təpə nahiyyəsinin dərialtı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərəçəkənin müayinəsindən bir günə qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v.16-18). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.21-22) Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.29) Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 2830 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayından RNMda “bir neçə narkotik maddənin birgə qəbulundan yaranan asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır.(i.v. 26) “Sumqayıt Tibb Mərkəzi” X2 Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin 179 saylı, 04 iyun 2025-ci il tarixli məktubuna əsasən, Sumqayt şəhəri, Corat qəsəbəsi, S.Vurğun küçəsi, ev 171/41 ünvanında yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şəbəsinin psikiatrik kabinetində qeydiyyatda yoxdur.(i.v. 30) “Zərəçəkmiş şəxs qismində tanınma haqqında” 06 iyun 2025-ci il tarixli qərara əsasən, vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmış, qərar elan edilərək ona bu barədə məlumat verilmişdir. (i.v. 54) DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs Sumqayit Şəhər Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayit Şəhər Məhkəməsinin 23 fevral 2015-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs CM-nin 263-cü maddəsi ilə təqsirli bilinərək, 01 müddətə nəqliyyat vasitəsini məhrumetmə hüququndan məhrum edilməklə 01 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 65-66) “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin dindirmə” haqqında 07 iyun 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00 radələrində dindirilmiş, sonuncunun izahatı alınmışdır. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 05 iyun 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs əməlində CM-nin 221-ci maddəsinin tərkib əlamətləri qeydə alınmadığından toplanmış material üzrə CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Mürsəlovun əməlində CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində açılmış məhkməyədək sadələşdirilmiş icraat amteriallarının araşdırılması davam etdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi X2 Sumqayıt şəhər Şöbəsinin xx.xx.2025-ci il tarixli, 765 saylı ekspert rəyi material üzrə sübut növü kimi qiymətləndirilmişdir. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər Prokuroruna göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-450/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-450/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver