Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-451/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının 22-dən 2021-ci ilin may ayının 27dək olan müddətdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tamah niyyətilə, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri 21-ci mikrorayon, “Xəzər Yurd” küçəsində yerləşən 3 sot torpaq sahəsinin özünə məxsus olmasını bildirərək aldadıb həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 12.000 (on iki min) manata satacağı ilə bağlı yalan vədlər verib inandıraraq, etibarından sui-istifadə edib aldatmaqla, bu məqsədlə sonuncudan 22 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində 6500 manat, 10 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində 500 manat, 10 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində 500 manat, 10 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində 500 manat, 10 mart 2021-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar" kafesində 500 manat, 10 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində 500 manat, 2021-ci ilin may ayının 20-dən 25-dək olan müddətdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar" kafesində 1000 manat, 27 may 2021-ci il tarixdə isə 150 manat, ümumilikdə vahid niyyətlə 10.150 (on min yüz əlli) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tamah niyyətilə, tanışı Zərərçəkmiş şəxs2 X1 Agentliyinə yüksək əmək haqqılı işə düzəldəcəyini vəd verib inandıraraq, etibarından sui-istifadə etməklə aldadıb, ondan 27 fevral 2021-ci il tarixdə, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində 4000 (dörd min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Şahid2 onun qohumudur, həmçinin Fuadın iş yoldaşı Zərərçəkmiş şəxs2 də uzun müddətdir ki, Fuad vasitəsi ilə tanımışdır. Təxminən 2020-ci ilin oktyabr ayının ortalarında Fuadla söhbət edərkən o, iş yoldaşı Mahirənin özünə ev tikməyə münasib qiymətə torpaq sahəsi axtardığını bildirmişdir. O da pul lazım olduğundan onun yaşadığı evin yaxınlığında, yəni Sumqayıt şəhəri 21-ci mikrorayon “Xəzər Yurd” küçəsində uzun illərdir daş hasara alınmış torpaq sahəsini Mahirə adlı qadına satmaq qərarına gəlmişdir. Fuada Sumqayıt şəhəri Yaşıl Dərə ərazisi yaxınlığında 3 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satmaq istədiyimi bildirmiş, Fuad bu barədə Mahirəyə bildirəcəyini demiş, bundan bir neçə gün sonra Fuad, Mahirə və Orxan qeyd olunan torpaq sahəsinə baxmaq üçün onunla həmin ərazidə yerləşən “Vüqar market” mağazasının qarşısında görüşmüşlər. Həmin torpaq sahəsi ona məxsus olsa da mübahisəli torpaq sahəsi olmuş, torpaq sahəsinə dair heç bir rəsmi sənədi olmamış və torpaqla bağlı məhkəmə mübahisəsi olmuşdur. Məhkəmə mübahisəsi ilə o Orxan və Mahirəyə heç nə deməmişdir.Torpaq sahəsi 3 sot olmuşdur. Bundan sonra o, “Vüqar market” mağazasından bir qədər aralıda olan və hasara alınmış torpaq sahəsini ilk dəfə gördüyü Mahirə adlı qadına göstərib həmin ərazidə torpaq baha olsa da Fuada görə ona hörəmət edib torpaq sahəsinin sotu 4.000 manatdan cəmi 12.000 manata satdığını bildirmiş, sahə Mahirənin xoşuna gəlmiş və bu səbəbdən həmin torpaq sahəsini almaq istədiyini, lakin hal-hazırda cəmi 6500 manat pulunun olduğunu, qalan 5.500 manat pulu isə ayda 500 manat olmaqla hər ayın 10-da əmək haqqını aldıqdan sonra ona verə biləcəyini bildirmişdir. Mahirə ilə razılaşmış, Mahirə torpaq sahəsinin sənədləri barədə ondan soruşduqda hal-hazırda həmin 3 sot sahənin adına keçirilməsi prosesinin getdiyini, 1 ay ərzində qeyd olunan sahənin bütün sənədlərini qaydasına qoyub daha sonra rəsmi qaydada ona sata biləcəyini bildirmişdir. Mahirə ona inanaraq razılaşmış, pulu ona necə verə biləcəyini soruşduqda Mahirənin gəlməyinə ehtiyac olmadığını, elə Fuada 6500 manat pulu çatdırmağının kifayət etdiyini bildirmişdir. Bundan bir gün sonra yəni 2020-ci ilin oktyabr ayının 22-də Mahirə 6500 manat pulu ona Orxan vasitəsi ilə göndərmiş və axşam üstü Fuadla birlikdə onunla görüşüb həmin 6500 manat pulu Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində almışdır. Bundan sonra Mahirə hər ayın 10-da əmək haqqını aldıqdan sonra 500 manat pulu Orxan vasitəsi ilə ona çatdırmış, 2021-ci ilin fevral ayının 10-da Mahirə ayda 500 manat olmaqla artıq əlavə 1500 manat pulu ona çatdırmış, lakin Mahirəyə evin sənədlərini bir ay ərzində qaydasına qoyacağına söz verdiyindən Mahirə ona zəng vuraraq bu barədə soruşurmuş, o isə müxtəlif bəhanələr gətirərək özündən asılı olmayan səbəblərdən prosesin yubandığını bildirmişdir. Bu səbəbdən də fevral ayının pulunu verdikdən sonra Mahirə sənədləşmə olmayana kimi ona pul verəməyəcəyini bildirmiş, lakin o, Fuadı da aldadaraq onun vasitəsi ilə Mahirəni tezliklə sənədləri düzəldəcəyinə inandırmış və bundan sonra may ayınadək müddətdə Fuad vasitəsi ilə Mahirə ona daha 2000 manat pul vermişdir. Lakin Mahirə son pulu verdikdən sonra da onunla əlaqə saxlayıb sənədləşmənin nə yerdə olduğunu soruşduqda, yenə müxtəlif bəhanələr gətirməyə başlamış və sonuncu dəfə 27 may 2021-ci il tarixdə ona zəng vuraraq artıq bütün sənədləşmənin hazır olduğunu, dövlət rüsumunu köçürmək üçün əlavə 150 manat pul lazım olduğunu bildirdikdə Mahirə ona inanıb həmin 150 manat pulu da Fuad vasitəsi ilə ona göndərmişdir. Sonra Mahirə aldanıldığını başa düşüb verdiyi 10150 manat pulu geri tələb etməyə başlamış, bir neçə dəfə Fuadı da hədələyib onun barəsində şikayət edəcəyini bildirmişdir. Bu səbəbdən Fuad onunla görüşüb Mahirənin pulunu qaytarmağı tələb etmiş, o isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Həmin puldan nə Orxana, nə də Fuada hər hansı bir məbləğ çatmamışdır. Bundan başqa, eyni dövrdə, yəni 2021-ci ilin fevral ayının axırlarında Fuad və Orxan birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” adlı kafedə yemək yeyərkən söhbət əsnasında Orxan ondan başqa işə keçməsinə köməklik etməsini xahiş etmiş, buna görə hörmət də edəcəyini demiş, o da Orxana kömək edib onu 1000 manatdan yuxarı maaşı olan işə düzəldəcəyinə söz vermişdir. O Orxana tanışlarının çox olduğunu demiş, Orxan ondan konkret olaraq hansı işi təklif etdiyini soruşmuş, o isə Orxana X1 Agentliyinə işə düzəldə biləcəyini bildirmişdir. Orxan inanıb ona münasib əmək haqqılı iş axtarmasını xahiş etmiş, bu söhbətdən 1-2 gün keçdikdən sonra Orxana zəng vuraraq yalandan Bərdə QTA-nın işə başlaya biləcəyini demiş, lakin bunun üçün ona 5000 manat şirinlik vermək lazım olduğunu bildirdikdə Orxan ona inanaraq razılaşmış və sonuncu iki gün ərzində 4000 manat pul düzəldərək 27 feval 2021-ci il tarixdə onunla Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində Fuadın iştirakı ilə görüşüb 4000 manat pulu ona verərək qalan 1000 manatı işə düzəldikdən sonra verəcəyini bildirmişdir. Həmin 4000 manatı Orxandan götürmüş və uzağı 1 ay ərzində onun işə qəbul olunması barədə əmr veriləcəyini və onun işə başlayacağını bildirmiş, Orxandan aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin bundan təxminən iki aya yaxın müddət keçsə də işə qəbul olması barədə əmr çıxmadığından Orxan onunla görüşüb hər dəfə bu barədə soruşduqda müxtəlif bəhanələr gətirmişdir. Nəhayət Orxan ondan şübhələnərək Bərdə QTA-nın səlahiyyətli şəxsləri ilə əlaqə saxlayıb vəziyyəti izah etmiş, agentiliyə işə düzəltmək adı ilə 4000 manat pulunun alındığını bildirmiş, agentlikdən də Orxana belə bir hadisədən xəbərsiz olunduğu, heç kimə pul çatmadığını, belə bir sövdələşmənin olmadığı deyilmişdir. Bu səbəbdən də Mahirə və Orxan ondan polisə şikayət etmişlər. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam olaraq ödədiyini və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, uzun illərdir ki, Sumqayıt şəhəri “Etilen-poletilen” zavodunda operator vəzifəsində çalışır. Zərərçəkmiş şəxs2 və Fuad bir neçə il idi ki, onunla bir yerdə, bir növbədə çalşmışlar və onlarla münasibətləri həmişə yaxşı olmuşdur. Ailəsi ilə birlikdə uzun illərdir ki, yataqxanalarda yaşadığından özünə torpaq sahəsi alıb ev tikmək istəmiş, bu məqsədlə uzun illər idi ki, az-az pul yığıb cəmi 6500 manat pul düzəltmişdir. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində Fuad və Orxanla birlikdə gecə növbəsində olarkən öz aralarında söhbət edərkən onlara özünə ev tikməyə münasib qiymətə torpaq sahəsi axtardığını bildirdikdə Fuad xalası oğlu Vüsalın elə bu işlərlə məşğul olduğunu, onunla əlaqə saxlayıb kömək edə biləcəyini bildirmiş, bundan təxminən 1 həftə sonra yəni artıq 2020-ci ilin oktyabr ayının ortalarında Fuad ona müraciət edərək xalası oğlu Vüsalla danışdığını, onun münasib qiymətə Sumqayıt şəhəri Yaşıl Dərə ərazisində torpaq sahəsinin olduğunu bildirib Vüsalla görüşüb gedib həmin torpaq sahəsinə baxmağı təklif etmişdir. O, Orxan və Fuad Sumqayıt şəhəri Yaşıl Dərə deyilən əraziyə gəlmiş, orada “Vüqar market” mağazasının qarşısında ilk dəfə gördüyü, özünü Vüsal kimi təqdim edən şəxslə görüşdükdən sonra Vüsal “Vüqar market” mağazasından bir qədər aralıda ona məxsus 3 sot torpaq sahəsinin olduğunu, həmin ərazidə torpaq baha olsa da Fuada görə ona hörəmət edib torpaq sahəsinin sotunu 4.000 manatdan cəmi 12.000 manata satdığını bildirmiş, birlikdə marketdən təxminən 50 metr aralıda olan həmin boş torpaq sahəsinə yaxınlaşmış və Vüsalın göstərdiyi əraziyə baxdıqda yer ona uyğun gəlmiş və bu səbəbdən Vüsala həmin torpaq sahəsini almaq istədiyini, lakin hal-hazırda cəmi 6500 manat pulunun olduğunu, qalan 5.500 manat pulu isə ayda 500 manat olmaqla hər ayın 10-da əmək haqqını aldıqdan sonra ona verə biləcəyini bildirmişdir. Vüsal razılaşmış, torpaq sahəsinin sənədləri barədə Vüsaldan soruşduqda o, hal-hazırda həmin 3 sot sahənin onun adına keçirilməsi prosesinin getdiyini, 1 ay ərzində qeyd olunan sahənin bütün sənədlərini qaydasına qoyub daha sonra rəsmi qaydada ona sata biləcəyini bildirmişdir. Vüsala inanmış və razılaşmış, pulu ona necə verə biləcəyini soruşduqda Vüsal onun gəlməsinə ehtiyac olmadığını, elə xalası oğlu Fuada 6500 manat pulu çatdırmasının kifayət etdiyini bildirmiş, Fuada etibar etmədiyindən Orxandan həmin pulu Vüsala özü çatdırmasını xahiş etmişdir. Bundan bir gün sonra yəni 2020-ci ilin oktyabr ayının 22-də 6500 manat pulu Orxana vermiş, Orxan da həmin gün axşam üstü Fuadla birlikdə Vüsalla görüşüb həmin 6500 manat pulu Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində Vüsala vermişdir. Bundan sonra o, hər ayın 10-da əmək haqqısını aldıqdan sonra 500 manat pulu Vüsala çatdırmaq üçün Orxana vermiş, Orxan da pulu elə həmin gün Vüsala çatdırırmış, 2021-ci ilin fevral ayının 10-da ayda 500 manat olmaqla artıq əlavə 1500 manat pulu Vüsala çatdırmış, lakin Vüsal sənədləşməni bir ay ərzində başa çatdıracağına söz versə də bu prosesi yubatmışdır. O, isə Vüsalla telefon vasitəsi ilə əlaqə saxlayıb sənədləşmənin nə yerdə olduğunu soruşanda o, hər dəfə müxtəlif bəhanələr gətirib, tezliklə məsələni həll edəcəyini bildirmişdir. Bu səbəbdən də fevral ayının pulunu verdikdən sonra sənədləşmə olmayana kimi Vüsala pul verməyəcəyini demişdir. Vüsal ondan inciyib demişdir ki, “Mən sizin qalan pulunuzu neçə ay ərzində verməyinizi gözlədiyim halda siz sənədləşmə üçün mənə vaxt vermirsiniz” demiş, təxminən 2021-ci ilin mart ayında Fuad ona müraciət edərək Vüsalın ondan incidiyini, sənədləşmənin ondan asılı olmayan səbəblər üzündən gecikdiyini, qalan pulu vermək lazım olduğunu bildirdikdə yenə Vüsala inanmış, bundan sonra mart ayının 10-da 500 manat pulu Fuada Vüsala çatdırmaq üçün vermişdir. Daha sonra aprel ayının 10-da Fuad vasitəsi ilə əlavə 500 manat, may ayının 20-si, 25-si arası isə daha 1000 manat pulu Fuad vasitəsi ilə Vüsala göndərmiş, bundan sonra may ayının 27-də Vüsal ona zəng vuraraq artıq bütün sənədləşmənin hazır olduğunu, dövlət rüsumunu köçürmək üçün əlavə 150 manat pul lazım olduğunu bildirdikdə həmin 150 manat pulu da Fuad vasitəsi ilə Vüsala göndərmişdir. Ümumilikdə Vüsalın qeyd olunan torpaq sahəsinə görə ondan almış olduğu pul 10.150 (on min yüz əlli) manat təşkil etmiş, son pulu verdikdən sonra da Vüsalla əlaqə saxlayıb sənədləşmənin nə yerdə olduğunu soruşduqda o, müxtəlif bəhanələr gətirməyə başlamış, bundan başqa əri Şahid1 həmin dövrdə qeyd olunan torpaq sahəsinə baxmaq üçün həmin əraziyə gedərkən orada qonşuluqda yaşayan şəxslər ona yaxınlaşaraq nəyə baxdığını soruşanda İlyas 3 sot torpaq sahəsinin onlara məxsus olduğunu bildirmiş, həmin şəxslər isə gülərək gündə həmin sahəni almaq məqsədi ilə baxmaq üçün bir neçə nəfər şəxsin oraya gəldiyini bildirdikdə Vüsalın onu aldadaraq pulunu ələ keçirdiyini başa düşüb ondan və qohumu Fuaddan verdiyi 10150 manat pulu geri tələb etməyə başlamışdır. Lakin Vüsal hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Daha sonra, Vüsalın Orxanı da aldadıb onun 4000 manat pulunu ələ keçirdiyini öyrənmiş, ona görə də 2021-ci ilin sentyabr ayında Vüsalın onu aldatması ilə əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Vüsal torpağın mübahisəli olması və bununla bağlı məhkəmə mübahisəsinin olmasını ona deməmişdir. Şifahi şəkildə Vüsal ona torpaq sahəsinin özünə məxsus olduğunu demiş, həqiqətən torpaq sahəsinin kimə məxsus olmasını bilməmişdir. Verdiyi puldan nə Orxana, nə də ki, Fuada hər hansı bir məbləğ çatmamışdır.Torpaqla bağlı mübahisənin olmasını Fuad da bilməmişdir. Sadəcə ona köməklik etmişdir. Zərərçəkmiş şəxs1 özünün, vəkili və nümayəndəsi Rəşad İldırımzadənin imzası ilə təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin ona vurulmuş maddi zərərin tam şəkildə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, ərizəsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri “Etilenpoletilen” zavodunda maşinist vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 və Şahid2 bir neçə il idi ki, onunla bir yerdə, bir növbədə çalşmışlar və onlarla münasibətləri həmişə yaxşı olmuşdur. Fuadla həmyaşıd olduğundan onunla dostluq münasibətləri yaranmış, həmçinin Fuad vasitəsi ilə onun qohumu Təqsirləndirilən şəxs da tanımış və onunla da yaxşı münasibətləri olmuşdur. O, Fuad və Vüsalı aktiv iş görən, iş düzüb qoşan adamlar kimi tanımış, belə ki, onlarla birlikdə oturub söhbət edərkən müxtəlif işlər görmələri, əlaqələrinin güclü olması barədə danışmışlar. Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə uzun illərdir ki, yataqxanalarda yaşadığından özünə torpaq sahəsi alıb ev tikmək istəmiş və bu barədə birlikdə işdə növbədə olarkən ona və Fuada da danışmışdır. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində o, Fuad və Mahirə gecə növbəsində olarkən öz aralarında söhbət edərkən Mahirə onlara özünə ev tikməyə münasib qiymətə torpaq sahəsi axtardığını bildirdikdə Fuad xalası oğlu Vüsalın elə bu işlərlə məşğul olduğunu, onunla əlaqə saxlayıb Mahirəyə kömək edə biləcəyini bildirmiş, bundan təxminən 1 həftə sonra yəni artıq 2020-ci ilin oktyabr ayının ortalarında Fuad Mahirəyə müraciət edərək xalası oğlu Vüsalla danışdığını, onun münasib qiymətə Sumqayıt şəhəri Yaşıl Dərə ərazisində torpaq sahəsinin olduğunu bildirib Vüsalla görüşüb gedib həmin torpaq sahəsinə baxmağı təklif etmişdir. Mahirə razılaşmış və ondan da birlikdə gedib həmin torpaq sahəsinə baxmağı xahiş etmiş, bu səbəbdən o, Mahirə və Fuad Sumqayıt şəhəri Yaşıl Dərə deyilən əraziyə getmiş, “Vüqar market” mağazasının qarşısında Vüsal onları qarşılamışdır. Vüsalla görüşdükdən sonra o, “Vüqar market” mağazasından bir qədər aralıda özünə məxsus 3 sot torpaq sahəsinin olduğunu, həmin ərazidə torpaq baha olsa da Fuada görə Mahirəyə hörmət edib torpaq sahəsinin sotu 4.000 manatdan cəmi 12.000 manata satdığını bildirmiş, birlikdə marketdən təxminən 50 metr aralıda olan həmin boş torpaq sahəsinə yaxınlaşmış və Vüsalın göstərdiyi əraziyə baxdıqda yer Mahirənin xoşuna gəlmiş və bu səbəbdən Vüsala həmin torpaq sahəsini almaq istədiyini, lakin hal-hazırda cəmi 6500 manat pulunun olduğunu, qalan 5.500 manat pulu isə ayda 500 manat olmaqla hər ayın 10-da əmək haqqını aldıqdan sonra ona verə biləcəyini bildirmişdir. Vüsal Mahirə ilə razılaşmış, Mahirə torpaq sahəsinin sənədlərini Vüsaldan soruşduqda o, hal-hazırda həmin 3 sot sahənin onun adına keçirilməsi prosesinin getdiyini, 1 ay ərzində qeyd olunan sahənin bütün sənədlərini qaydasına qoyub daha sonra rəsmi qaydada ona sata biləcəyini bildirmişdir. Mahirə Vüsala inanmış və razılaşmış, Vüsaldan pulu ona necə verə biləcəyini soruşduqda o, Mahirənin gəlməyinə ehtiyac olmadığını, xalası oğlu Fuada 6500 manat pulu çatdırmağının kifayət etdiyini bildirmişdir. Mahirə Fuada etibar etmədiyindən ondan həmin pulu Vüsala çatdırmasını xahiş etmiş, bundan bir gün sonra yəni 2020-ci ilin oktyabr ayının 22-də Mahirə 6500 manat pulu ona vermiş, o isə həmin gün axşam üstü Fuadla birlikdə Vüsalla görüşüb həmin 6500 manat pulu Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində Vüsala vermişdir. Bundan sonra, Mahirə hər ayın 10-da əmək haqqısını aldıqdan sonra 500 manat pulu onun vasitəsi ilə Vüsala çatdırmışdır. 2021-ci ilin fevral ayının 10-da Mahirə ayda 500 manat olmaqla artıq əlavə 1500 manat pulu Vüsala çatdırmış, lakin Vüsal sənədləşməni bir ay ərzində başa çatdıracağına söz versə də bu prosesi yubatmışdır. Mahirə isə Vüsalla telefon vasitəsi ilə əlaqə saxlayıb sənədləşmənin nə yerdə olduğunu soruşanda o, hər dəfə müxtəlif bəhanələr gətirib, tezliklə məsələni həll edəcəyini bildirirdi. Bu səbəbdən də fevral ayının pulunu verdikdən sonra Mahirə sənədləşmə olmayana kimi Vüsala pul verməyəcəyini bildirmiş, təxminən 2021-ci ilin mart ayında Fuad Mahirəyə müraciət edərək Vüsalın ondan incidiyini, sənədləşmənin ondan asılı olmayan səbəblər üzündən gecikdiyini, qalan pulu vermək lazım olduğunu bildirdikdə Mahirə yenə Fuad və Vüsala inanmış, bundan sonra may ayınadək müddətdə Fuad vasitəsi ilə Vüsala daha 2000 manat pulu da vermişdir. Lakin, Mahirə son pulu verdikdən sonra da Vüsalla əlaqə saxlayıb sənədləşmənin nə yerdə olduğunu soruşduqda o, yenə müxtəlif bəhanələr gətirməyə başlamış, artıq Mahirə Vüsalın onu aldadaraq pulunu ələ keçirdiyini başa düşüb ondan və qohumu Fuaddan verdiyi 10150 manat pulu geri tələb etməyə başlamış, lakin Fuad və Vüsal hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişlər. Mahirənin verdiyi puldan ona və Fuada hər hansı bir məbləğ çatmamışdır. Torpaqla bağlı mübahisənin olmasını Fuad və o bilməmişdir. Bundan başqa həmin ərəfələrdə 2021-ci ilin fevral ayının axırlarında o, Fuad və qohumu Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” adlı kafedə yemək yeyərkən söhbət əsnasında Vüsala əmək haqqısı yüksək olan bir işə keçmək istədiyini, buna görə hörmət də edəcəyini demiş, Vüsal da ona “ali təhsilli oğlansan niyə 600 manat əmək haqqı müqabilində fəhlə işləyirsən, gəl sənə köməklik edim, 1000 manatdan yuxarı maaşı olan işə düzəldim demişdir. Vüsal yuxarı vəzifələrdə işləyən tanışlarının çox olduğunu dedikdə Vüsaldan onu konkret hansı işə düzəldə biləcəyini soruşmuş, Vüsal X1 Agentliyinə işə düzəldə biləcəyini bildirmişdir. Vüsala inanıb ona münasib əmək haqqılı iş axtarmasını xahiş etmiş, bu söhbətdən 1-2 gün keçdikdən sonra Vüsal onun istifadə etdiyi mobil telefona zəng vuraraq Bərdə QTA-na işə düzələ biləcəyini demiş, lakin bunun üçün ona 5000 manat şirinlik vermək lazım olduğunu bildirdikdə yenə Vüsala inanaraq onunla razılaşmış və yaxın qohumlarından borc-xərc edib iki gün ərzində 4000 manat pul düzəldərək 27 feval 2021-ci il tarixdə Vüsalla Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Yaşar” kafesində Fuadın iştirakı ilə görüşüb 4000 manat pulu Vüsala verərək qalan 1000 manatı işə düzəldikdən sonra ona verəcəyini bildirmişdir. Vüsal razılaşaraq həmin 4000 manatı ondan götürmüş və uzağı 1 ay ərzində onun işə qəbul olunması barədə əmr veriləcəyini və onun işə başlayacağını bildirmişdir. Lakin həmin vaxtdan iki ay keçsə də işə qəbul olunması barədə əmr çıxmamış, hər dəfə bu barədə Vüsaldan soruşduqda o, müxtəlif bəhanələr gətirmiş, Fuad isə onu sakitləşdirib hər şeyin qaydasında olacağını bildirmişdir. Nəhayət Vüsaldan şübhələnmiş, bu səbəbdən də Bərdə QTA-dan səlahiyyətli şəxslərdən birinin nömrəsini öyrənib ona zəng vuraraq Vüsalın onu rəhbərlik eldiyi agentiliyə işə düzəltmək adı ilə 4000 manat pulunu aldığını bildirmiş, ona işi ilə əlaqədar hər hansı bir müraciət olunmadığını və ya ona hər hansı bir məbləğdə pul verilmədiyini bildirmişdir. Vüsal tərəfindən aldadıldığına tam əmin olduğundan onun barəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Vüsala verdiyi puldan Fuada və ya hər hansı bir başqa şəxsə hər hansı bir məbləğ pul çatmamış, Vüsal onun pulunu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin ona vurulmuş maddi zərərin tam şəkildə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə verdi. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. “Kapital Bank” Sumqayıt filialının 22442 №li 03 noyabr 2021-ci il tarixli və 2028 №li xx.xx.2022-ci il tarixli qəbzindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 3541 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri tam olaraq ödədiyi üçün zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığına, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin, zərərçəkmiş şəxslər ərizə ilə məhkəməyə müraciət edərək onlara dəymiş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını göstərmişlər. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndiriləməsinə dair cinayət işi üzrə icraata xx.xx.2018-ci ildə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir.Həmin qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəhər prokuroru tərəfindən xx.xx.2018-ci ildə ləğv edilmiş, təkrarən xx.xx.2018-ci ildə cinayət işi üzrə icraata CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilərək CMnin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd edilən müddəa 01 dekabr 2017-ciil tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ciil tarixli Qanunu əsasında Cinayət Məcəlləsinə daxil edilmişdir. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin hadisə 2016-ci ilin iyul ayının axırlarında olmuş və 2 il sonra cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdən sonra xx.xx.2018 və xx.xx.2018-ci ildə cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin, tələbnamədən görünür ki, şəxs əvvəllər şəxsiyyət əleyhinə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş və cinayət işi üzrə icraata CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxsin bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi müəyyən edilmişdir. Həmin maddələrin hər birində məsuliyyətdən azad olunma üçün müxtəlif şərtlər tələb edilməklə yanaşı, qeyd edilən normaların bir sıra hallarda fərqli cinayətlərə görə məsuliyyətdən azad etmənin əsaslarını təsbit etməsi müəyyən edilir. Göründüyü kimi, CM-nin 72-ci maddəsinin qeydi bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən ümumilikdə bir dəfə məsuliyyətdən azad olunmasını deyil, həmin maddələrin hər biri ilə ayrı-ayrılıqda bir dəfə azad olunmasını təsbit edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, CM-nin 72-ci maddəsinin qeydi bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən ümumilikdə bir dəfə məsuliyyətdən azad olunmasını deyil, həmin maddələrin hər biri ilə ayrı-ayrılıqda bir dəfə azad olunmasını təsbit edir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Qərardan elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-451/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-451/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver