Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-451/2023 27.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.3-cü maddələrinə əsasən 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməyən hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 fərdi evdə ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, saat 02 radələrində X3 məxsus Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən bir mərtəbəli, təmiri tam başa çatmamış nömrəsiz fərdi evin əvvəlcə həyətinə darvazası olmayan yerdən keçmiş, sonra isə evin birinci mərtəbəsində giriş qapının sol tərəfində yerləşən plastik pəncərənİn kilidini özü ilə gətirdiyi ling ilə sıxıb açaraq evə qanunsuz daxil olmaqla evdən bir ədəd dəyəri 100,00 manat olan “Makute” markalı dreli, bir ədəd dəyəri 250,00 manat olan “Bosch” markalı dreli, bir ədəd dəyəri 40,00 manat olan laqondanı, bir ədəd dəyəri 55,00 manat olan “Plastik welding” markalı boru yapışdıran ütünü, 9 qutu, hər qutunun dəyəri 5,00 manat, cəmi dəyəri 45,00 manat olan şrupu, 3 qutuda hər birinin dəyəri 10,00 manat cəmi dəyəri 30,00 manat olan (kleyli setka) dərzibantı, 5 metrlik cəmi dəyəri 20,00 manat olan proyektor işıq paylayıcını gizli yolla talayaraq zərərçəkmiş X3 cəmi 540,00 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Dəmiryol yük həyətində yerləşən bir mərtəbəli, təmirdə olan nömrəsiz fərdi evin əvvəlcə həyətinə darvazası olmayan yerdən keçmiş, sonra isə həyət evinin zirzəmisinə evin arxa tərəfində olan nəfəslikdən qanunsuz daxil olmaqla, zirzəmidən bir ədəd dəyəri 50 manat olan “Candan” markalı plastik boru yapışdırıcı aparatı, bir ədəd dəyəri 260 manat olan "Bosch' markalı drel preparatoru, bir ədəd dəyəri 200 manat olan "İnteksol” markalı drel preparatoru, bir ədəd dəyəri 25 manat olan “Volqa” markalı dreli, hər biri 100 metr uzunluğunda, hər birinin dəyəri 50 manat, cəmi dəyəri 200 manat olan 4 top elektrik naqilini, hər birinin dəyəri 5 manat, cəmi dəyəri 150 manat olan 30 ədəd elektrik açarını və elektrik yuvasını, bir ədəd dəyəri 60 manat olan duş kranını, bir ədəd dəyəri 45 manat olan duş kranını, bir ədəd dəyəri 35 manat olan dirsəkli su kranını, bir ədəd dəyəri 25 manat olan 25 metr uzunluğunda elektrik uzadıcısını, 60 manat dəyərində kombi xətti üçün aksesuarları, 4 ədəd hər birinin dəyəri 5 manat, cəmi dəyəri 20 manat olan adi su krantlarını, 5 ədəd hər birinin dəyəri 8 manat, cəmi dəyəri 40 manat olan “Şnayder” markalı elektrik avtomat açarını, 3 top hər topu 100 metr uzunluğunda, hər topunun dəyəri 38 manat, cəmi dəyəri 114 manat olan 2,5 mm-lik elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 1284 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci İl tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən təmiri tam başa çatmamış nömrəsiz fərdi evin əvvəlcə darvazası olmayan həyətinə, sonra İsə həyətdə olan iki mərtəbəli evin arxa tərəfindən evin birinci mərtəbəsinin plastik pencərəsinin kilidini özü ilə gətirdiyi buraç ilə sıxıb açaraq evə qanunsuz daxil olmaqla evin ikinci mərtəbəsində olan yataq otağından 12 ədəd hər birinin dəyəri 12 manat, cəmi dəyəri 144 manat olan xruslal spotları, 6 ədəd hər birinin dəyəri 6 manat, cəmi dəyəri 36 manat olan İed spotları, 3 ədəd ayrı ayrılıqda dəyərləri 73 manat, 15 manat, 29 manat olan smistitelləri, dəyəri 210 manat olan 200 metrlik 6-lıq elektrik naqilini, 5 ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəri 20 manat olan razetkaları, 5 ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəri 20 manat olan kulçatorları, 12 ədəd hər birinin dəyəri 3 manat, cəmi dəyəri 36 manat olan paylayıcı karopkaları, bir ədəd dəyəri 240 manat olan sarı qızıl suya çəkilmiş içərisində svarovsk daşları olan qadın qol saatını, bir ədəd dəyəri 7 manat olan adi qadın qol saatını, bir ədəd 925 əyarlı cəmi dəyəri 15 manat olan 3 qramlıq, qramı 5 manatdan qadın gümüş üzüyünü, bir ədəd 925 əyarlı cəmi dəyəri 25 manat olan 5 qramlıq, qramı 5 manatdan qadın gümüş üzüyünü gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızma cəmi 870 manat dayərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 İl müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2022-ci ilin avqust ayında cəzasının sonu ilə azad edilmişdir. Heç yerdə işləmədiyindən maddi çətinliyi olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin dekabr ayında Sumqayıt şəhəri ərazisində ayrı ayrı vaxtlarda bir neçə təmiri başa çatmamış mənzillərdən tikinti təmir alətləri oğurlamışdır. xx.xx.2022-cİ il tarixdə gecə saat 02 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində təmiri tam başa çatmamış bir mərtəbəli kürsülü bir evin həyətinə yaxınlaşmış, görmüşdür ki, həyət hasara alınsa da həyətin darvazası yoxdur. Ətrafa göz gəzdirmiş, evdə də yaşayış olmadığına əmin olmuş, sonra isə əvvəlcə evin həyətinə darvaza olmayan yerdən keçmiş, sonra isə bir mərtəbəli evin qarşı tərəfində giriş qapının sol tərəfində olan birinci plastikdən olan pencərəyə yaxınlaşmış, pencərənin kilidini özü ilə gətirdiyi dəmirdən olan linglə sıxaraq açmış, sonra isə evə pencərədən daxil olmuş, evin otaqlarını bir bir gəzmiş, bir ədəd “Makute” markalı dreli, bir ədəd “Bosch” markalı dreli, bir ədəd laqonda, bir ədəd "Plastik welding” markalı boru yapışdıran ütü, 9 qutu şrup, 3 qutu kleyli setka, 5 metrlik proyektor işıq paylayıcını oğurlamışdır. O, həmin əşyaları torbalara yığmış, hamısını bir bir pəcərədən evin həyətinə çıxarmış, sonra isə onları həmin evdən 100 metr aralıda kimsəsiz yarı hasarlı yer tapıb aparıb hasarın dibində basdırıb üstünü örtmüşdür. Sonradan həmin əşyaları hissə hissə müxtəlif vaxtlarda aparıb satmış, bir qismini Sumqayıtda tikinti materialları dükanına, bir qismini tanımadığı metal alanlara dəyər dəyməzinə satmışdır. Bundan başqa pula ehtiyacı olduğu üçün Sumqayıt şəhəri, Dəmiryol yük həyəti deyilən ərazidə də təmiri başa çatmamış bir həyət evindən də oğurluq etmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində həmin evin həyətinə yaxınlaşıb görmüşdür ki, həyət hasara alınsa da həyətə giriş darvazası yoxdur. Həyətdə bir mərtəbəli zirzəmisi olan ev vardır. O, həmin evin həyətinə darvaza olmayan yerdən keçmiş, evin zirzəmisinə yaxınlaşmış, görmüşdür ki, zirzəminin dəmirdən olan qapısı bğlıdır, sonra isə evin arxa tərəfinə keçmiş, arxa tərəfdə zirzəminin nəfəsliyi olmuş, nəfəslikdən içəri daxil olmuş, zirzəminin içinə göz gəzdirmiş, içəridə evin təmirinə aid əşyalar olmuşdur. O, həmin əşyaların hamısını oğurlamaq qərarına gəlmişdir. Zirzəmidən bunları oğurlamışdır, bir ədəd “Candan” markalı plastik boru yapışdırıcı aparat, bir ədəd "Bosclı” markalı drel preparator, bir ədəd “İnteksol” markalı drel preparator, bir ədəd “Volqa” markalı drel, 4 top elektrik naqili, 30 ədəd elektrik açarı və elektrik yuvası, iki ədəd duş kranı, bir ədəd dirsəkli su kranı, bir ədəd elektrik uzadıcısı, kombi xətti üçün aksesuarlar, 4 ədəd adi su krantları, 5 ədəd “Şnayder” markalı elektrik avtomat açarı, 4 top 4 mm-lik elektrik naqili, 3 top 2,5 mm-lik elektrik naqili. Onların hamısını torbalara yığmış, eyni ilə həmin həyətdən 50 metr aralıda bir kimsəsiz yer tapıb gizlətmiş, hissə hissə aparıb metallum alanlara satmışdır. Əldə etdiyi pulu öz şəxsi tələbatına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhər, Yaşıldərə yaşayış massivi, nömrəsiz fərdi evindən oğurluq etmişdir. xx.xx.2022-ci İl tarixdə gecə saat 01 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən təmiri tam başa çatmamış nömrəsiz fərdi həyət evinə yaxınlaşmış, görmüşdür ki, həyətin ətrafı hasara alınsa da qarşı tərəfdən darvazası qoyulmamış, yəni həyətə sərbəst daxil olmaq mümkündür. Ev iki mərtəbədən ibarətdir, evin arxa tərəfinə keçmiş, görmüşdür ki, pəncərələrdə dəmir barmaqlıq yoxdur, pencərələr plastikdəndir. Evin arxa tərəfində birinci mərtəbənin plastikdən olan pəncərəsini özü ilə gətirdiyi vintaçanla sıxıb açmış, sonra isə pəncərədən içəri daxil olmuşdur. Evin hər iki mərtəbəsini, otaqları gəzmiş, otaqlarda təmir işləri tam başa çatmamışdır. Evdən aşağıda göstərdiyi əşyaları oğurlamışdır. 11 ədəd xrustal spotları, 6 ədəd led spotları, 3 ədəd smistitelləri, 6-lıq elektrik naqilini, 5 ədəd razetkaları, 5 ədəd kluçatorları, 12 ədəd paylayıcı karopkalan, iki ədəd qadın qol saatını, iki ədəd gümüş üzükləri. Dükanda həmin əşyaları ondan alan şəxs bu əşyaların oğurluq olmasından xəbəri olmamış, şübhələnməmiş, ondan şəxsiyyət vəsiqəsinin surətini təİəb etmiş, o da şəxsiyyət vəsiqəsinin surətini çıxarmış, öz xətti ilə üzərində oğurluq olmadığını, özünə məxsus olması barədə qeyd etmiş, yanından da imza etmişdir. Hadisəni özü tək törətmiş, onu bu işə istiqamətləndirən, məsləhət verən olmamış, hadisəni törədərkən ayıq olmuş, oğurluq etdiyi ünvanın sahibini tanımamış, həmin ünvanlara təsadüfən girmişdir. ünvan 4irayədə yaşamış, ona görə Sumqayıt şəhəri ərazisində çox yeri tanıyır. Həbs olunana kimi Sumqayıt şəhərində tez-tez olmuşdur. Sumqayıt ŞPİ-nin 5-ci PB-nİn əməkdaşına təqdim eldiyi bir ədəd qara rəngli əl çantasında olan alətlər onun özünə məxsus idi, həmin çantada olan alətlərdən oğurluqda istifadə etmişdir. Həmin çanta ilə birlikdə alətləri özü könüllü olaraq polisə təqdim etmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27-nin zirzəmisində yerləşən metal qəbulu yerinə iki dəfə şəxsiyyət vəsiqəsinin surəti ilə yanmış mis məftilləri satmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərəri tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, digər zərərçəkmiş şəxslərə isə vurulmuş zərəri ödəməyə maddi imkanının olmadığını, hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 2010-cu il tarixdən Sumqayıt şəhəri Dəmiryol yük həyətindən yerləşən torpaq sahəsini alaraq orada özünə həyət evi tikmişdir. Həmin evdə təmir getdiyindən 2 gündən bir gedib orada təmir işləri ilə məşğul olurdu. Evin zirzəmisində ona məxsus tikinti alətlərini, müxtəlif əşyaları və tikinti materiallarını saxlayırdı. Həmin fərdi evin daşdan hörülmüş hasarı olsa da, lakin darvaza qoymamışdır. Fərdi evin zirzəmisinin dəmir listdən düzəldilmiş qapısı içəri tərəfdən zirzəminin dəmir qapısı 8-lik, 10-luq almatur kəsikləri ilə deşilmiş hissələrə keçirilmiş halda kilidlənmişdir. Həmin almaturla qapını möhkəm bağlamışdır. O. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində fərdi evə getməmişdir. xx.xx.2022-ci İl tarixdə fərdi evinə təmir işləri görmək üçün getmişdir. Həyətə daxil olan zaman fərdi evin zirzəmisinin qapısının açıq olduğunu görmüşdür. O, DİN-nin 102 xidmətinə zəng edərək oğurluq faktı barədə məlumat vermişdir. Bundan sonra həmin fərdi evə gələn polis əməkdaşları ilə birlikdə zirzəmiyə daxil olmuş, bu zaman zirzəmidən dəyəri 120 manat olan 1 ədəd “Candan” markalı plastik boru yapışdırım aparatın, dəyəri 150 manat olan 1 ədəd “Bosh” markalı drel-pereparatorun, dəyəri 150 manat olan 1 ədəd “İnteksol” markalı drel-pereparatorun, dəyəri 57 manat olan 1 ədəd “Volqa” markalı drelin, ümumi dəyəri 200 manat olan hər biri 100 metr uzunluğunda 4 top (4*50), ümumi dəyəri 114 manat olan 1 topu 38 manat olan 3 top naqilin, ümumi dəyəri 150 manat olan hər biri 5 manat 30 ədəd elektrik açarı və elektrik yuvasının, 1 ədəd 60 manat dəyərində duş kranının, 1 ədəd 45 manat dəyərində duş kranının, 1 ədəd 35 manat dəyərində dirsəkli su kranının, 1 ədəd 25 manat dəyərində 25 metr uzunluğunda elektrik uzadıcısının, 60 manat dəyərində kombi xətti üçün aksessuarın, ümumi dəyəri 20 manat olan hər biri 5 manat olan 4 ədəd adi su kranının, ümumi dəyəri 40 manat olan 5 ədəd hər biri 8 manat olan “Şnayder" markalı elektrik avtomat açarının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Beləliklə oğurluq hadisəsi nəticəsində ona 1226 manat maddi ziyan dəymişdir. Hadisəni törədən şəxs zirzəmiyə evin arxa tərəfində yerləşən nəfəslikdən daxil olmuş, qeyd etdiyi əşyaların hamısı zirzəmidə olmuş, çıxanda isə zirzəminin qapısını içəri tərəfdən açmış, zirzəmidən çıxıb oradan uzaqlaşmışdır. Çünki zirzəminin qapısının çöldən açılması mümkün deyildir. Sonradan oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayında Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi ərazisində özünə ev inşa etdirmişdir. xx.xx.2022-ci ildən həmin evə köçüb yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə həmin evdə təmir işləri aparıldığından həmin gün saat 21.30 radələrində evə gəlib baş çəkib çıxıb getmiş, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində həmin evə gəldikdə görmüşdür ki, evin arxa hissəsində birinci mərtəbədə yerləşən plastik pəncərə açıqdır. Evə daxil olduqda isə evin dağınıq vəziyyətdə olduğunu görmüş, başa düşmüşdür ki, evdən oğurluq olmuşdur. Plastik pəncərəni sıxıb açıb içəriyə girmişlər. Evin ikinci mərtəbəsinin yataq otağına nəzər saldıqda oradan bu əşyaların oğurlandığını aşkar etmişdir. 12 ədəd hər birinin dəyəri 12 manat, cəmi dəyəri 144 manat olan xrustal spotlar, 6 ədəd hər birinin dəyəri 6 manat, ümumi dəyəri 36 manat olan led spotlar, 3 ədəd ayrı ayrılıqda dəyərləri 73 manat, 15 manat, 29 manat olan smistitellər, dəyəri 210 manat olan 200 metrlik 6-lıq elektrik naqili, 5 ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəri 20 manat olan razetkalar. 5 ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəri 20 manat olan kluçatorlar, 12 ədəd hər birinin dəyəri 3 manat, cəmi dəyəri 36 manat olan paylayıcı karopkalar, bir ədəd dəyəri 240 manat olan sarı qızıl suya çəkilmiş içərisində svarovsk qaşları olan qadın qol saatı, bir ədəd dəyəri 7 manat olan adi qadın qol saatı, bir ədəd 925 əyarlı cəmi dəyəri 15 manat olan 3 qramlıq, qramı 5 manatdan qadın gümüş üzüyü, bir ədəd 925 əyarlı cəmi dəyəri 25 manat olan 5 qramlıq, qramı 5 manatdan qadın gümüş üzüyü oğurlanmışdır. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədini bildirərək, sonuncunun işləyib onun ziyanını ödəməsi üçün barəsində azadlğın məhdudlaşdırılması növündə cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkmiş şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 49-cu məhəllədə nömrəsiz fərdi evdə yaşayır. 2020-ci ildə Sumqayıt şəhəri, Yaşıldərə bağlar ərazisində özünə bir mərtəbəli ev inşa etmiş, evdə təmir işləri tam başa çatmadığından orada daimi yaşayış yoxdur. xx.xx.2022-cİ il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə ərzində naməlum şəxslər Sumqayıt şəhəri, Yaşıldərə bağlar ərazisində yerləşən təmir etdiyi həmin evin ön hissəsində yerləşən plastik pencərəni sıxıb açma yolu ilə içəri daxil olaraq təmir əşyalarını oğurlamışdır. O, 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermiş, məlumatı əsasında polis əməkdaşları hadisə yerinə gəlib müvafiq sənədləşmə aparmışlar və o, bu barədə 5-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış əşyalar bunlardır. Bir ədəd "Makute” markalı drel-110 manat, bir ədəd “Bosh” markalı zaryadka direl-260 manat, bir ədəd markasını bilmədiyi laqonda-85 manat, bir ədəd “Plastik welding” markalı boru yapışdıran ütü-55 manat, 9 qutu şrup-45 manat, 3 qutu (kleyli setka) dərzibant - 33 manat, 5 metrlik proyektor işıq paylayıcı- 20 manat. Həmin oğurlanmış əşyalar onun özünə məxsusdur, hadisə nəticəsində ona cəmi 600 manat maddi ziyan dəymişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir kİ, baş vermiş hadisə ilə əlaqədar dəqiq şübhələndiyi kimsə yoxdur, evdən sadaladığı bu əşyalardan başqa hər hansı əşya oğurlanmamışdır. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2011-ci ildən Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasının 1-ci mərtəbəsində “1001 xırdavat” adlanan dükanı icarə ilə işlədir. Həmin dükana istifadə edilmiş tikinti təmir avadanlıqları da gətirən olur. O, satmaq üçün tikinti təmir avadanlıqları gətirən şəxsdən mal almamışdan əvvəl şəxsiyyət vəsiqəsinin surətini alır, öz xətti ilə şəxsiyyət vəsiqəsinin surətinin üzərinə satmaq üçün gətirdiyi malların qısa adını və bir də oğurluq olmadığını qeyd etdirir, eyni zamanda imza etdirir. Təqsirləndirilən şəxs şəxsən yaxından tanımayıb, Rüfət özünü ona ev təmiri ustası kimi tanıtdırmışdır. Təqsirləndirilən şəxs onun yanında 3 dəfə olmuş, Rüfət 2022-ci ilin dekabr ayının 5-də, dekabr ayının 13-də, dekabr ayının 17-də ona əşya satmışdır. Dekabr ayının 5-də şrup paçkaları ilə direli satmış, ona 10 manat vermiş, dekabr ayının 13-də kombi aksesuarları, su kranları, drel, paylayıcılar satmış, buna görə 60 manat vermiş, dekabr ayının 17-də işıq spotları, kluçatorlar, şnur, razetkaları satmış, ona 40 manat pul vermişdir. Təqsirləndirilən şəxs satdığı əşyalardan 2,5-lik şnuru, 09 ədəd razetka karobkalarını, 01 ədəd kuliçatoru, 3 ədəd razetkaları, 1 ədəd razetka kuliçatorlarını polisə təqdim etmiş, Təqsirləndirilən şəxs ona satdığı qalan əşyaları isə satdığından polisə təqdim edə bilməmişdir. Eyni zamanda Riifət Nağıyevdən satmaq üçün gətirdiyi əşyaların oğurluq olub olmadığını soruşanda Rüfət bildirmişdir ki, özünündür, pula ehtiyacı olduğu üçün satır. Rüfət onun yanına tək gəlmişdir. O, Təqsirləndirilən şəxs üzərində öz xətti ilə yazısı, imzası olan şəxsiyyət vəsiqəsinin surətini polisə təqdim etmişdir. Sonradan polis idarəsinə dəvət ediləndə bilmişdir ki, Təqsirləndirilən şəxs ona özününkü kimi təqdim edib satdığı əşyalar oğurluq olmuşdur. O, həmin əşyaları ondan alanda oğurluq olmasından şübhələnməmişdır. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 5, Qarayev küçəsi, ev 10, mənzil 62-də qeydiyyatda olmaqla yaşayır. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27-nin zirzəmisində artıq iki ildir ki, özünə şərait yaratmış, metal qəbulu ilə məşğul olub ailəsini dolandırır. O, metal gətirən şəxslərin ilk növbədə şəxsiyyət vəsiqəsinin surətini tələb edir, həmin kağızda eyni zamanda metalı qəbul etdiyi vaxtı, imzasını, əlaqə telefon nömrəsini və oğurluq olub olmadığını öz xətti ilə qeyd etdirir. Sonra isə gətirilən metalı həmin günün qiymətinə uyğun dəyərləndirib pulunu ödəyir. Təqsirləndirilən şəxs onun metal qəbulu obyektinə iki dəfə gəlmiş, özü ilə yanmış mis məftil gətirmişdir. Birinci dəfə xx.xx.2022-ci il tarixdə 900 qram yanmış mis məftil gətirmiş, ikinci dəfə də xx.xx.2022-ci il tarixdə 1,700 kq yanmış mis məftil gətirmişdir. O, hər ikisinidə də eyni qaydada Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini almış, üzərinə ifadəsində qeyd etdiyi kimi, qeydləri öz xətti İlə etdirmişdir. 900 qram mis məftilə görə 11 manat pul ödəmiş, 1,700 kq mis məftilə görə isə 18 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs özü də ondan soruşanda demişdir ki, gətirdiyi yanmış mis məftillər özünə məxsusdur, oğurluq deyildir, pula ehtiyacı olduğu üçün satır. Eyni zamanda çəkinmədən sənədinin surətini verdiyi, həmin kağızda öz xətti ilə yazdığına görə onun əməlindən şübhələnməmiş, oğurluq etdiyini bilməmişdir. Lakin sonradan polis idarəsinə dəvət olunanda bilmişdir ki, Təqsirləndirilən şəxs ona iki dəfəyə satdığı yanmış mis məftillər oğurluqdur, oğurluq yolu ilə əldə etmişdir. Təqsirləndirilən şəxs ona təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs ona yanmış mis məftillərdən başqa hər hansı usta alətləri, başqa əşya satmamış, Təqsirləndirilən şəxs cəmi iki dəfə görmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9\495 saylı rəyindən görünür ki, 7 adda malların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) 2022-ci ilin dekabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 540.00 manat müəyyən olunur. Həmin malların ayrı ayrılıqda adları və qiymətləri bunlardır; bir ədəd dəyəri 100,00 manat olan “Makute” markalı drel, bir ədəd dəyəri 250,00 manat olan "Bosch" markalı drel, bir ədəd dəyəri 40,00 manat olan iaqonda, bir ədəd dəyəri 55,00 manat olan “Plastik weldİng” markalı boru yapışdıran ütü, 9 qutu, hər qutunun dəyəri 5,00 manat, cəmi dəyəri 45,00 manat olan şrup, 3 qutuda hər birinin dəyəri 10,00 manat, cəmi dəyəri 30,00 manat olan (kleyli setka) dərzibant, 5 metrlik cəmi dəyəri 20,00 manat olan proyektor işıq paylayıcı, cəmi 540,00 manat. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması İstisna edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9\350 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2 adda malların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 40,0 ma nal müəyyən edilir. Qiymətləndirilən əşyaların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, bir ədəd 925 əyarlı cəmi dəyəri 15 manat olan 3 qram tıq, qramı 5 manatdan qadın gümüş üzüyü, bir ədəd 925 əyarlı cəmi dəyəri 25 manat olan 5 qramlıq, qramı 5 manatdan qadın gümüş üzüyü. Digər qiymətləndirilməyən 11 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, əmtəə görünüşü, ölçüləri, əyan və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Bunlar aşağıdakılardır; 12 ədəd hər birinin dəyəri 12 manat, cəmi dəyəri 144 manat olan xrustal spotlar, 6 ədəd hər birinin dəyəri 6 manat, cəmi dəyəri 36 manat olan led spotlar, 3 ədəd ayrı ayrılıqda dəyərləri 73 manat, 15 manat, 29 manat olan smistitellər, dəyəri 210 manat olan 200 metrlik 6-lıq elektrik naqili, 5 ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəıi 20 manat olan razetkalar, 5 ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəri 20 manat olan kluçatorlar, 12 ədəd hər birinin dəyəri 3 manat, cəmi dəyəri 36 manat olan paylayıcı karopkalar, bir ədəd dəyəri 240 manat olan sarı qızıl suya çəkilmiş içərisində svarovsk daşlan olan qadın qol saatı, bir ədəd dəyəri 7 manat olan adi qadın qol saatı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9\1117 saylı rəyində görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda malların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1170,00 manat müəyyən olunur. Belə ki, bir ədəd dəyəri 50 manat olan “Candan” markalı plastik boru yapışdırıcı aparat, bir ədəd dəyəri 260 manat olan “Bosch” markalı drel preparator, bir ədəd dəyəri 200 manat olan “İnteksol” markalı drel preparator, bir ədəd dəyəri 25 manat olan “Volqa” markalı drel, lıər biri 100 metr uzunluğunda, hər birinin dəyəri 50 manat, cəmi dəyəri 200 manat olan 4 top elektrik naqili, hər birinin dəyəri 5 manat, cəmi dəyəri 150 manat olan 30 ədəd elektrik açarı və elektrik yuvası, bir ədəd dəyəri 60 manat olan duş kranı, bir ədəd dəyəri 45 manat olan duş kranı, bir ədəd dəyəri 35 manat olan dirsəkli su kranı, bir ədəd dəyəri 25 manat olan 25 metr uzunluğunda elektrik nzadıcısı, 60 manat dəyərində kombi xətti üçün aksesııarlar, 4 ədəd hər birinin dəyəri 5 manat, cəmi dəyəri 20 manat olan adi su krantları, 5 ədəd hər birinin dəyəri 8 manat, cəmi dəyəri 40 manat olan “Şnayder” markalı elektrik avtomat açarı, 4 top hər biri 100 metr uzunluğunda, hər topunun dəyəri 50 manat, cəmi dəyəri 200 manat olan 4 mm-lik elektrik naqili, 3 top hər topu 100 metr uzunluğunda, hər topunun dəyəri 38 manat, cəmi dəyəri 114 manat olan 2,5 mm-lik elektrik naqili. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. İş materiallarına əlavə edilmiş AR DİN KTİ-nin xx.xx.2022-ci il tarixli 011-15045- 1222 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2022-cİ il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, Zərərçəkmiş şəxs3 qızma məxsus fərdi evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədi (ADİS-in məlumat bankına ŞPİ daxil olan) 19.03.199l-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlin orta barmağının (qutu üzərindən götürülmüş) əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının AR ƏN MEM-nin daktiloskopik ekspertizasının xx.xx.2023cü il tarixli 3X442 saylı rəyindən görünür ki, təqdim edilmiş 2 saylı daktilolentlərin səthindəki əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4, saylı daktilolentlərin sətlılərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 2 saylı daktilolentİn səthindəki əl barmaq izi isə Təqsirləndirilən şəxs sol əlinin orta barmağından qalmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxs X3 vurulmuş maddi zərəri ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.3-cü maddələrinə əsasən 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən cəzasının çəkilməyən hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla 02 ay 08 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 18 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 09 fevral 2023-cü il tarixdən hesablanmalıdr. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut iki ədəd qutuda 2 ədəd fəhlə əlcəyi, bir ədəd buraç, bir ədəd kəlbətin, bir ədəd əl fənəri, bir ədəd aboy kəsən bıçaq, bir ədəd ling, bir ədəd vint açan olan qara rəngli əl çantası ilə birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 2,5-lik şnur, 09 ədəd qırmızı rəngdə razetka karobkaları, 01 ədəd kuliçator, 3 ədəd razetka və 1 ədəd razetka kuliçatorun Zərərçəkmiş şəxs3 sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 300,29 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 09 fevral 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, iki ədəd qutuda 2 ədəd fəhlə əlcəyi, bir ədəd buraç, bir ədəd kəlbətin, bir ədəd əl fənəri, bir ədəd aboy kəsən bıçaq, bir ədəd ling, bir ədəd vint açan olan qara rəngli əl çantası ilə birlikdə höküm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 2,5-lik şnur, 09 ədəd qırmızı rəngdə razetka karobkaları, 01 ədəd kuliçator, 3 ədəd razetka və 1 ədəd razetka kuliçatorun Zərərçəkmiş şəxs3 sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 300,29 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-451/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-451/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver