Məhkəmə qərarları › İş №1(060)-451/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-451/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-451/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 və X1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 X11 və X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə X8 və X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 27 yanvar 2023 il tarixdə yoldaşı onu insanlara məxsus olan nümunəvi həyətdə qoyub özü alış-verişə getdi. Biraz keçdi maşın alverçiləri X6 və X11 maşını üzərinə sürdülər, o yerə yıxıldı. Onlar güləgülə yerə düşüb ona baxdılar. 10-15 dəqiqə sonra təcili və təxirə salınmaz tibbi yardım stansiyasında həkim psixitarik briqadası gəlmişdir. O həmin briqadadan hansı məqsədlə gəldiyini soruşarkən, bildirilmişdir ki, saat 12:24-də təcili və təxirə salınmaz tibbi yardım stansiyasına 34 nömrəli çağırış daxil olmuşdur. O həmin psixiatrik həkim briqadası ilə getməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq, o, Sumqayıt şəhər prokrorluğuna ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər Prokroru Baş Ədliyyə Müşaviri Mürvət Həsənov tərəfindən ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixində barənizdə Sumqayıt TTYX edilən zəng müəllifinin şəxsiyyəti barədə ərizənizə baxılmışdır. Sumqayıt Səhiyyə Şöbəsinin xx.xx.2023-cü il tarixli, 100 nömrəli məktubuna əsasən "Sumqayıt Tibbi Mərkəzi" publik hüquqi şəxsin TTYŞ-yə xx.xx.2023-cü il tarixində saaat 12:24 radələrində X9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə psixitarik həkim briqadasının dəvət olunması üçün "Sədaqət" adına çağırış edilmişdir. Göründüyü kimi X11 ictimai yerdə ona böhtan ataraq, ona psixiatrik pozuntusu olan şəxs kimi qələmə vermişdir. Ona görə də, həmin şəxsin onun şərəf və ləyaqətini alçatması və ona böhtan atması ilə əlaqədar olaraq, hazırki şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, barəsində xüsusi ittiham haqqında şikayət verilmiş şəxs yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atdığına və şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığına görə Sumqayıt şəhərində yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən yaşadığı həyətdə qonşuların yanında ona böhtan atan və həmin böhtanla şərəf və ləyaqətini qəsdən alçaltdığına görə, X8 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətini müdafiə etdi və icraata götürülüb baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə X11 və X1 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onların Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan əməli törətmələrinə dair dəlillər göstərilməmiş, Azərbaycan Respublikası CM-nin həmin maddəsində nəzərdə tutulan əməllərinin ayrı-ayrılıqda hər birinin konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147.1-ci olması göstərilməmiş, məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin dispozisiyasına, 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsinə, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına və “Şərəf və X7 Qanunvericiliyin Məhkəmələr Tərəfindən X10” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarına istinad etməklə yazıldığından, məhkəmə, X3 hansı hallarda Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin tərkibi əlamətlərinin yaranması barədə geniş izah etməyə lüzum görmür. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 X11 və X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar