Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-451/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,389 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 mart 2025-ci il tarixdə, saat 09:56 dəqiqədə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının arxasında saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,389 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, tutulduğu gün səhər saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində olarkən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən həmin şəxs onun narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olduğunu bilmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin-“kakos” verə biləcəyini bildirmişdir. O, sözügedən şəxsdən 20 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroin almış, həmin maddəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 09:56 dəqiqədə o, ünvan 1 ünvanının arxasında piyada hərəkətdə olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş narkotik vasitə varsa təqdim etməyini təklif etmişlər. O, isə əynindəki şalvarın cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Ondan həmin maddəni haradan aldığını soruşduqda o, həmin bükümü səhər saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmişdir. Bundan sonra onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar Sumqayıt şəhər Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə bükümü olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı həmin zərfi açıb baxış keçirmiş və həmin büküm elektron tərəzidə çəkilmişdir. O, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 09:56 dəqiqədə, ünvan 1 ünvanının arxasında Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd mobil telefon və açarlar, şalvarının cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, pulu və 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan bükümün içərisindəki maddənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin heroin olduğunu, həmin bükümü səhər saatlarında Kotec qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin heç bir şey aşkar olunmamışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Onlar birlikdə Sumqayıt ŞPİ-yə gəlmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcə də müdafiəçi təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd bükümün olduğu zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı zərfin tamlığını yoxlamışdır. Sonra 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış, şəxsiyyət vəsiqəsinin isə materiala əlavə olunacağı bildirilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ifadələri məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, şahidlər məhkəmə iclasında ifadə verən şahid Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 09:56 dəqiqədə ünvan 2 ünvanında saxlanılmış, saat 09:56-dan saat 10:01-dək onun üstünün yoxlanılması istintaq hərəkəti həyata keçirilmişdir. Üstünü yoxlama və götürülmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) büküm şəffaf sellofanı onlara təqdim etmiş, polis əməkdaşları tərəfindən həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinəbənzər maddənin olması müəyyən edilmiş, həmin heroinəbənzər maddə onlar tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,50 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinəbənzər maddənin nə olması, kimdən, nə vaxt, haradan və neçəyə alması barədə sual olunmuş və sonuncu həmin maddənin narkotik vasitə olan “kakos” (heroin) olduğunu, bir neçə dəqiqə əvvəl Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i.v. 9-10) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:56-da ünvan 2 ünvanının arxasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 30) “Şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 12:20-dən saat 12:31-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş və müdafiəçi təqdim olunmuş, müdafiəçinin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol yan cibində bir ədəd narıncı rəngli “M-Horse” markalı mobil telefon cihazı, həmin gödəkcənin sağ yan cibindən bir ədəd alışqan, iki ədəd açar və bir ədəd üzərində “Wincester” sözləri yazılmış siqaret qutusu içərisində olan siqaret dənələri ilə birlikdə, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, əynində olan qara rəngli şalvarın sol yan cibindən ümumilikdə 9 manat olmaq hər biri 1 manatlıq pul əskinaslarını çıxardıb təqdim etmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış davam etdirilən zaman onun üzərindən başqa qanunla qadağan olunmuş əşya, predmet aşkar edilməmişdir. Daha sonra Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 bir ədəd üzərində müvafiq qeydlər aparılmış ağ rəngli DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanılan zaman təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə sayılan heroinə bənzər maddənin olduğunu bildirdi. Bundan əlavə olaraq o qeyd etdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən aşkar edilən və hazırda təqdim etdiyi zərfin içərisindəki maddə elektron tərəzidə çəkilmiş və həmin maddənin şəffaf sellofanla birlikdə çəkisinin 0,50 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, möhürlənmiş zərfin içərisindəki maddənin həqiqətən ona məxsus olduğunu, həmin maddəni saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş bir ədəd narıncı rəngli “M-Horse” markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və zərfə qablaşdırılaraq DİN-in 124 saylı möhrü ilə möhürlənmiş, özünə məxsus şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd alışqan, iki ədəd açar və bir ədəd üzərində “Wincester” sözləri yazılmış siqaret qutusu içərisində olan siqaret dənələri ilə birlikdə və ümumilikdə 9 manat olmaqla hər biri 1 manatlıq əskinasları iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. (i.v.) 32-33 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/97 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikasının DİN “Zərflər üçün 124” möhür əksi, “İçərisində narkotik vasitəyə bənzər 1 (bir) büküm; Vət/imza/ Təqsirləndirilən şəxs; /imza Şahid1; /imza/ Şahid3; /imza/ Şahid2” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0, 389 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata qəbul edildi 0,389 qram; nümunə götürüldü 0,05 qram; 0,339 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. (i.v.45-47) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 08:55-də həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 56-57) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.67-69) Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 09:45-də təqsirləndirilən şəxsə təqdim edilmişdir. (i.v. 70-71) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin ümumi çəkisi 0,389 qram heroin maddi sübut kimi tanınmış, kimyəvi tədqiqatdan sonra qalıq çəkisi 0,339 qram heroin məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi zamanı aparılan video görüntüləri əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 73) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə cəzası 3 il azadlıqdan məhrum etməyə endirilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2009-cu il tarixli 662 saylı Əfv Fərmanına əsasən vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.78-79) Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(105)-144/2011 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. (i.v.81-83) Telefona baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd “M-Horse” markalı mobil telefon aparatına baxış keçirilmiş, “M-Horse” markalı mobil telefon aparatı sadə tipli, narıncı rəngli mobil telefon aparatıdır, telefonda olan kontaktlara və qovluqlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edə bilən hər hansı bir sms, məlumat və ya şübhəli adlar olan telefon nömrəsi aşkar edilməmişdir. (i.v. 84) xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd mobil telefonu təhvil almışdır. (i.v. 85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 1716 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 100-101) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilkin çəkisi 0,389 qram olan narkotik vasitə olan heroin və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən baxış və şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd diskin maddi sübut kimi tanınması, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 20/97 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1716 nömrəli rəyləri, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (i.v.103-110) Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməklə özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, narkotik vasitənin növünü və miqdarını, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün qəbul edildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1716 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1716 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,339 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmədə iclaslarında iştirakı və işlə tanış olduğu müddətə görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,339 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə (12 saat göstərilmiş hüquqi yardım 11 manatdan hesablanmaqla) 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-451/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-451/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver