Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-452/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanında olarkən Zərərçəkmiş şəxs oğlu ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı sonuncuya sağ əlin ovuc səthinin deşilmiş-kəsilmiş yarası xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Göstərilən hərəkəti ilə Təqsirləndirilən şəxs ahir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 01 iyun 2021-ci il tarixdə keçmiş həyat yoldaşı Şahid1 yaşadığı ünvan 3 ünvanına gedərək azyaşlı uşaqları ilə görüşmüşdür. Həmin vaxt oğlu Rinatdan ona verdiyi mobil telefonun harda olduğunu soruşmuş, bu zaman keçmiş qayınanası Şahid2 onunla münaqişə yaradaraq üstünə gəlmiş və uşağı onun əlindən almaq istəmişdir. Buna baxmayaraq keçmiş həyat yoldaşı Şahid1 onun üzərinə gələrək mübahisə etmişdir. O, baş verənlərə əsəbləşmiş və onlarla mübahisə etmiş, həmin vaxt həyətdə olan tanımadığı oğlanlar da ona yaxınlaşaraq onu oradan uzaqlaşdırmışlar. Bundan sonra o, öz avtomobilinə əyləşmək üçün gedərkən keçmiş qaynı Zərərçəkmiş şəxs onun arxasıyca gələrək onu vurmaq istədikdə o, avtomobilində gəzdirdiyi məişət bıçaqı ilə ona hədə qorxu gələrkən biçaq Muradın sağ əlini kəsmişdir. Həmin vaxt onların yanında heç kim olmamış və bu mübahisə 3-4 dəqiqə davam etmişdir. Hazırda o, törətdiyi əməldən peşman olduğunu bildirdi. Zərərçəkmiş şəxslə barışıq əldə etmək istəsə də zərərçəkmiş şəxs onu bağışlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısı Şahid1 keçmiş həyat yoldaşı olmuşdur. Bacısı Təqsirləndirilən şəxs boşansa da Orxan tez-tez onun yaşadığı ünvana gələrək narahatçılıqlar yaradırmış. Belə ki, 01 iyun 2021-ci il tarixdə axsam saatlarında evə gələrkən bacısı Kəmalə və anası Bağdagülün əsəbi halda qapıda dayandığını görmüş və onlardan nə baş verdiyini soruşmuşdur. Bacısı Kəmalə ona Təqsirləndirilən şəxs onların evinə gələrək mübahisə etdiyini bildirdikdə, o, Orxanın hansı istiqamətdə hərəkət etdiyini maraqlanıb onun arxasıyca qaçmışdır. Binanın tinində Orxanı görüb ona yaxınlaşmış və həmin vaxt Orxan şalvarının bel hissəsindən biçaq çıxararaq onun üzərinə gəlmişdir. O, özünü müdafiə etmək istədikdə biçaq onun sağ əlini kəsmişdir. Mübahisə təxminən 4-5 dəqiqə davam eləmiş, lakin hadisə zamanı ətraflarında heç kim olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əri, zərəçəkmiş Zərərçəkmiş şəxs isə onun qardaşıdır. Belə ki, 01 iyun 2021-ci il tarixdə anası Şahid2 ilə birlikdə uşaqlarını parka gəzməyə aparmış və axşam saat 21:00 radələrində evə qayıdarkən keçmiş əri Təqsirləndirilən şəxs həyətdə onları gözlədiyini görmüşdür. Həmin vaxt Orxan heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və uşaqları ona demədən gəzməyə apardığını, həmçinin oğlu Rinata aldığı mobil telefonun nəyə görə onun üzərində olmadığını bildirmişdir. O, həyətdə kənar şəxslərin olduğunu bildirərək ona münaqişə yaratmamasını və gəzməyə gedərkən uşağın telefonunu evdə qoyduğunu bildirmişdir. Lakin Orxan deyilənlərə məhəl qoymamış və onun saçından tutaraq dartmışdır. Bu zaman onun anası Bağdagül Orxanı ayırmış və o, çıxıb getmişdir. Bu hadisədən xəbər tutan qardaşı Zərərçəkmiş şəxs bir neçə dəqiqə sonra evə gəlmiş və Orxanın hansı istiqamətdə getdiyini soruşaraq onun arxasıyca getmişdir. Bundan sonra qardaşı Murad evə gələrkən əlindən qan axdığını görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 02 iyun 2021-ci tarixli 609 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ əlin səthinin deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətdeşiin), ola bilsin ki, bıçağın təsirindən yaranmışdır, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 01.06.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. İş üzrə keçirilmiş məhkəmə ballistik və trasoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 3/956 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üərində sonradan düzəlişlər edilməmişdir. İş materiallarında olan 05 iyun tarixli “Məhkəməyədək sadələşdirilmiş icraat materialınınaraşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və əməlin tövsüf edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221 və 228-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Həmin qərara əsasən Təqsirləndirilən şəxs götürülmüş Azərbaycan Respublikası MEM-nin 16 saylı möhürlənmiş zərfdə olan 01 ədəd mətbəx bıçağı Sumqayıt ŞPİ-nin Təchizat Qrupuna təhvil verilmişdir. - Təqsirləndirilən şəxs tərəfindən Şahid1 döyərək bədən xəsarətləri yetirməsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın sürəti Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Daxili İuşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini könüllü olaraq etiraf etməsini və törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alıb onun cəmiyətdən təcrid olunmadan islah olunmasını mümkün sayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – ictimai işlər cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-in 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin Təchizat Qrupuna təhvil verilmiş 01 (bir) ədəd mətbəx bıçağı Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 64 (altımış dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum X1 üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altımış) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli hökm faktiki icra olunmağa başlandığı tarixdən hesab edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin Təchizat Qrupuna təhvil verilmiş 01 ədəd mətbəx bıçağı qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 64 (altımış dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq («xxxx» ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-452/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-452/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver