Məhkəmə qərarları › İş №1(060)-452/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-452/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-452/2022 02.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qram, 0,032 qram, 0,094 qram, 0,081 qram, ümumi təmiz çəkisi 0,472 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,125 qram, 0,395 qram, 0,436 qram, ümumi təmiz çəkisi 0,956 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 4 ədəd gümüşü rəngli folqa kəsikləri və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi əldə edib daşıyaraq yaşadığı ünvan 2-də saxlamış, 06 oktyabr 2021-ci il tarixdə bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərklibli narkotik vasitə heroini Şahid1 hər bükümü 5 manatdan olmaqla 10 manata satmış, 07 oktyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 29 nömrəli binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİnin 3-cü PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 07 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına axtarış keçirilən zaman evdən sonuncuya məxsus üç ədəd bükümdə 0,032 qram, 0,094 qram, 0,081 qram, ümumi təmiz çəkisi 0,207 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, iki ədəd bükümdə 0,395 qram, 0,436 qram ümumi təmiz çəkisi 0,831 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 4 ədəd gümüşü rəngli folqa kəsikləri və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,630 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 10 yanvar 2022-ci il tarixdə, saat 11:15 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 21 nömrəli evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd səffaf selofan bükümdə təmiz çəkisi 1,630 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək və 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilməyərək göstərdi ki, 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman təsadüfən rastlaşdığı adını, soyadını, ünvanını və mobil nömrəsini bilmədiyi şəxsdən 40 manata 1 ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroin alıb əynində olan göy rəngli gödəkçənin sağ yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul etsin. 10 yanvar 2021-ci il tarixdə saat 11:15 radələrində yaşadığı evin qarşısında küçədə olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİnin 3-cü PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri barədə ona bildiriş təqdim edildikdən sonra ona təqdim olunmuş vəkili Mirzəyev Vüsalın iştirakı və onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına əynindəki göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd alışqan, gödəkçəsinin sağ yan cibindən çıxartdığı şəffaf selofana bükülmüş 1 ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları bükümdəki qəhvəyi rəngli, spesifik iyə malik kütləni gördükdə o bildirmişdir ki, qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir və həmin narkotik vasitə heroini 09 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman təsadüfən rastlaşdığı adını, soyadını, ünvanını və mobil nömrəsini bilmədiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün almışdır. Bundan başqa, şəxsi axtarış zamanı üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən narkotik vasitə heroin aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin onun iştirakı ilə tərəzidə çəkilmiş və heroinin çəkisinin 1,83 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o digər iştirakçılar tərəfindən imzalanmışdır. O artıq 3 ildir ki, narkotik vasitələr istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman təsadüfən rastlaşdığı adını, soyadını, ünvanını və mobil nömrəsini bilmədiyi şəxsdən 40 manata almış, həmin narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, bu vaxta qədər heç kimə narkotik vasitə satmamış, polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir və təzyiq göstərilməmişdir. O, həqiqətən də Şahid1 ilə birgə narkotik maddə istifadə etmiş və həmin şəxsə heç vaxt pulla narkotik satmamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının xx.xx.2021-ci ildə keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində onun yaşadığı ünvan 2 ünvanına axtarış keçirilən zaman evdən aşkar olunmuş üç ədəd bükümdə 0,032 qram, 0,094 qram, 0,081 qram, ümumi təmiz çəkisi 0,207 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr metamfetamin, iki ədəd bükümdə 0,395 qram, 0,436 qram ümumi təmiz çəkisi 0,831 qram olan qəhvəyi rəngli maddələr heroin, 4 ədəd gümüşü rəngli folqa kəsikləri və səthində heroin izləri olan 1 ədəd elektron tərəzi özünə məxsus olmuşdur, həmin narkotik maddələri öz şəxsi istifadəsi üçün evində saxlamış və elektron tərəzini isə özü üçün narkotik maddə alarkən çəkisini bilmək üçün evdə saxlamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirinin olduğunu, CM-nin 234.2-ci maddəsi ilə isə heç bir təqsirinin olmadığını və əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 29, mənzil 9-da yaşayan Şahid1 narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 29 nömrəli binanın qarşısına getmişlər. Həmin gün saat 10:00-da bir nəfər şəxsin Şahid1 əlamətləri ilə uyğun gəldiyini görüb ona yaxınlaşaraq o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Şahid1 olduğunu bildirmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şahid1 etiraz etmədiyi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Sumqayıt şəhər Pİ-nin 3-ci PB-də xidməti otaqlarının birində təhqiqatçı Mustafa Mustafazadə özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Şahid1 olduğunu bildirmiş, təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 3-cü PB-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Şahid1 hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu və Şahid1 şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verib, bildirişi təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. Şahid1 əynindəki boz rəngli şalvarının sağ yan cibindəki 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Şahid1 qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli kütlənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şahid1 narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 06 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yanında olan zaman Azər adlı şəxsdən bükümü 5 manatdan olmaqla 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Şahid1 üzərindən 1 ədəd açar və “Redmi Pro 6” markalı, içərisində ***-***-**-** mobil nömrəsi olan mobil telefon aşkarlanmışdır. Açar əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, mobil telefon isə tərtib edilmiş protokola əlavə edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid1 üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra, Şahid1 üzərindən narkotik vasitə və psixotrop maddə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin tərəzidə çəkilmiş, heroinin çəkisinin 0,21 qram olması, metamfetaminin çəkisinin isə 0,38 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq üstü yazılıb Şahid1 imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Bununla əlaqədar olaraq məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. xx.xx.2021-ci ildə qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmişlər. Təqsirləndirilən şəxs evdə olmadığından anası Bəsdi Səmədova və qardaşı Sənan Səmədovun razılığı ilə həmin evdə axtarış keçirməyə başlamışlar. Axtarış zamanı zalda olan stolun sağ tərəfindəki stulun üzərində işlək olmayan “Samsung” markalı mobil telefon, kiçik ölçülü qayçı, 2 ədəd folqa, 1 ədəd 1 manatlıq əskinazdan hazırlanmış borucuq, 1 ədəd metaldan olan borucuq, 4 ədəd alışqan, 1 ədəd bıçaq tiyəsi, 1 ədəd elektron tərəzi, 4 ədəd folqa kağız parçaları, 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütllə, 1 ədəd yaşıl rəngli konfet kağızında narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkarlanmışdır. Axtarışda iştirak edən Sənan Səmədov aşkar edilən əşya və kütlələrin qardaşı Azərə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr tərəzidə çəkilmişdir. Daha sonra mobil telefondan başqa aşkar edilmiş əşya və kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq ekspertizaya göndərilməsi üçün götürülmüş və qablaşdırılaraq zərfə qoyulmuşdur. Axtarış zamanı evin digər otaqlarından iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Axtarışda iştirak edən Sənan Səmədov qardaşı Azərin evdə narkotik vasitə saxlamasından məlumatsız olduğunu, həmçinin anasının da bundan xəbərsiz olduğunu, lakin Azərin narkotik vasitə qəbul etdiyini bildiyini və bununla bağlı ona dəfələrlə irad bildirsə də, heç bir faydasının olmadığını, hazırda da Azərin harada olmasını bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs evində axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Azər adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 11:15-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Novruz qəsəbəsində yaşadığı 21 saylı evinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı, polis mayoru Mustafa Mustafazadə özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Mustafa Mustafazadə ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Vüsal Mirzəyevi təqdim etmiş, Təqsirləndirilən şəxs bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd alışqanı, gödəkçənin sağ yan cibindən çıxartdığı şəffaf selofana bükülmüş 1 ədəd bükümü təqdim etmiş, sorğu zamanı Azər bildirmişdir ki, qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir və həmin narkotik vasitə heroini 09 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman təsadüfən tanış olduğu, adını, soyadını, ünvanını və mobil telefon nömrəsini bilmədiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün almış, 3 ildir ki, narkotik vasitə olan heroini zərli kağızda yandırmaqla istifadə edir. Azərin üzərindən götürülmüş həmin heroin tərəzidə çəkilərək qablaşdırılmış, onun üzərindən aşkar edilmiş 01 ədəd alışqan isə onun özünə qaytarılmışdır. Daha sonra müvafiq sənədləşdirmə aparılmış, Təqsirləndirilən şəxs da tərtib edilmiş protokola imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahidlər Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid4 və 3-cü PB-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid5 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən bir aydır ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini falqada yandırmaqla qəbul edir. 06 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yanında olan zaman əvvəldən tanıdığı və 1 ay müddətində mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə aldığı Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, yol kənarında Yeni tikilmiş bina ilə üzbəüz yaşayan, təxminən 35-36 yaşı və ağ saçı olan Azər adlı şəxsdən bükümü 5 manatdan olmaqla 10 manata, iki büküm, bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Həmin bükümləri əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuş və evə gəlmişdir. 07 oktyabr 2021ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşadığı binanın qarşısında olduğu zaman və Azərdən aldığı 2 büküm narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin əynində olan boz rəngli şalvarın sağ yan cibində olmuşdur. Bir qədər sonra 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri barədə ona bildiriş təqdim edildikdən sonra ona təqdim olunmuş vəkili X2 iştirakı və onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. O, polis əməkdaşlarına əynindəki boz rəngli şalvarının sağ yan cibindəki 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Polis əməkdaşları bükümlərdəki qəhvəyi rəngli, spesifik iyə malik kütləni və ağ rəngli kristal şəkilli kütləni gördükdə bildirmişdir ki, qəhvəyi rəngli kütlə narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli kütlə isə psixotrop maddə metamfetamindir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 06 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yanında olan zaman Azər adlı şəxsdən bükümü 5 manatdan olmaqla 10 manata şəxsi istifadəsi üçün almışdır. Bundan başqa şəxsi axtarış zamanı üzərindən 1 ədəd açar və “Redmi Pro 6” markalı, içərisində ***-***-**-** mobil nömrəsi olan mobil telefon aşkarlanmışdır. Açar əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, mobil telefon isə tərtib edilmiş protokola əlavə edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən narkotik vasitə və psixotrop maddə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin onun iştirakı ilə tərəzidə çəkilmiş və heroinin çəkisinin 0,21 qram olması, metamfetaminin çəkisinin isə 0,38 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, bu vaxta qədər heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir və təzyiq göstərilməmişdir. İş materiallarında olan üzləşmə protokolundan görünür ki, Vüsal Mehrəliyev ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Vüsal Mehrəliyev ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini təkzib etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid4, Şahid5 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4466 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Vət. Şahid1 üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəkisi-0,125 qram, tədqiqata sərf olundu-0,050 qram, qalıq-0,075 qramdır. Metamfetaminin təmiz çəkisi-0,265 qram, tədqiqata sərf olundu-0,050 qram, qalıq-0,215 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021 -ci il tarixli 6/4465 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Vət. Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qr, 0, 094 qr, 0,081 qr, ümumi təmiz çəkisi 0,207 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,395 qr, 0,436 qr, ümumi təmiz çəkisi 0,831 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 2 №-li zərfi açdıqda içərisində 4 ədəd gümüşü rəngli folqa kəsikləri və 1 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 4 ədəd borucuq, 1 ədəd qayçı, bir ədəd bıçaq tiyəsində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Üzərində Vət. Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki 3 ədəd bükümdəki metamfetaminlə üzərində “...Vət.Mehralıiyev Vüsal Etibar oğlunun üzərindən...” sözləri olan bir ədəd zərfdəki 1 ədəd bükümdə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “...Vət. Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 2 ədəd bükümdəki heroinlə üzərində “...Vət.Mehralıyev Vüsal Etibar oğlunun üzərindən...” sözləri olan bir ədəd zərfdəki 1 ədəd bükümdə olan heroinlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər (Heroinin ümumi təmiz çəkisi-0,207 qram, tədqiqata sərf olundu-0,090 qram, qalıq-0,117 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi-0,831 qram, tədqiqata sərf olundu-0,100 qram, qalıq-0,731 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/125 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...» yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,630 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəkisi-1,630 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq-1,580 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1064 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti № 67» ştampı əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlər, üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti №59» ştamp əksi olan paketdə olan vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidirlər. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi xx.xx.2021-ci il tarixli 6/4465 saylı vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi xx.xx.2022-ci il tarixli 6/125 saylı ekspert rəylərində göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 549 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-810/2021-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə müəyyən edilmişdir ki, Meraliyev Vüsal Etibar oğlunun üzərindən aşkar olunmuş 0,265 qram çəkidə psixotrop maddə olan metamfetamini və 0,125 qram çəkidə narkotik vasitə olan heroini o Təqsirləndirilən şəxs almışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik maddələrin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində yaşadığı evdən aşkar edilmiş narkotik və psixotrop maddələrin satışı ilə məşqul olmadığını göstərsə də yaşadığı evdən aşkar edilmiş elektron tərəzi, iki fərqli adda bir neçə bükümdə narkotik maddə olan heroin və psixotrop maddə olan metanfetamin və Şahid1 ibtidai istintaq zaman verdiyi ifadəsi ilə Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşqul olduğunu təsdiq edir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyaları həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və eyni məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 10 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1,560 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 0,117 qram psixotrop maddə metamfetamin, 0,691 qram narkotik vasitə heroin, 4 ədəd gümüşü rəngli folqa kəsikləri, 4 ədəd borucuğ, 4 ədəd alışqan, 1 ədəd bıçağ tiyəsi, 1 ədəd qayçı və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumi dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli (iş № 1(060)- 452/2022) qərarını icra edərək, 12 aprel 2022-ci il tarixli 500 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 10 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1,560 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 0,117 qram psixotrop maddə metamfetamin, 0,691 qram narkotik vasitə heroin, 4 ədəd gümüşü rəngli folqa kəsikləri, 4 ədəd borucuq, 4 ədəd alışqan, 1 ədəd bıçaq tiyəsi, 1 ədəd qayçı və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ona müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar