Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-452/2023 25.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi:Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə, yaşayış sahəsinin həyətinə hasardan atdanaraq qanunsuz daxil olub, oradan 01 kisəsinin qiyməti 8,20 manat, cəmi 82 manat olan “MS Sement” zavodu istehsalı, M500 markalı, hər biri 50 kq çəkili 10 kisə sement, daha sonra yaşayış sahəsinin həyətində yerləşən yarımtikiliyə qapısı olmayan girişdən qanunsuz daxil olaraq, yarımtikilinin otağından 1 metrinin qiyməti 0,70 manat, cəmi qiyməti 420 manat olan istifadə olunmamış, “Borsan” markalı, en kəsiyi 4,00 mm olan 600 metr uzunluğunda elektrik naqili və 1 kv metrinin qiyməti 14 manat, cəmi 31,50 manat olan hər paketində 4 metr uzunluğunda, 2,5 sm qalınlığında taxtalar olan, istifadə olunmamış ümumilikdə 2,25 kv metr Rusiya Federasiyası istehsalı 02 paket döşəmə (pol) taxtası olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 533,50 manat dəyərində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi - 0,292 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 10 noyabr 2022-ci il tarixdə, saat 14:45 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat bağları, V.Allahyarov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi -0,845 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 17 yanvar 2023-cü il tarixdə, saat 14:00 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən Murad marketin yaxınlığında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, işləməyə yer tapa bilmədiyindən dolanışığını təmin etmək üçün pulu olmamışdır. Buna görə də oğurluq edərək qazanc əldə etmək qərarına gəlmiş və 28 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində olarkən məscidin yaxınlığında yerləşən yaşayış sahələrinin birinin həyətində tikinti işlərinin aparıldığını müşahidə etmiş, yaşayış sahəsinin həyətinin əhatə olunduğu hasardan boylanıb həyətə baxdıqda orada ustaların işlədiyini və palçıq qarışdırdıqlarını görmüşdür. Tikinti işləri aparıldığından orada heç kimin yaşamadığı qənaətinə gəlmiş, ustalar oradan getdikdən sonra həmin yaşayış sahəsindən tikinti materialları oğurlamaq qərarına gəlmiş və 29 oktyabr 2022-ci il tarixində saat 05 radələrində yaşadığı ünvandan götürdüyü, ona məxsus əl arabası ilə sözügedən yaşayış sahəsinin qarşısına gəlmişdir. Hasardan həyətə boylandıqda həyətdə heç kimin olmadığını müşahidə etmiş və hasardan tullanıb həyətə daxil olmuşdur. Həyətdə olduğu zaman tikilinin qarşısında üzəri sellofanla örtülmüş sement kisələrinin olduğunu görmüş, həmin sement kisələrindən 10 ədədini hasara yaxın bir yerə yığıb, daha sonra qapı və pəncərəsi olmayan yarımtikiliyə daxil olmuşdur. Tikilinin daxilindəki otaqlarda da heç bir qapı olmadığından bir-bir otaqları gəzmiş və otaqların birində paketlənmiş şəkildə pol taxtalarının və elektrik naqillərinin olduğunu görmüşdür. Hissə-hissə olmaqla 02 paketdəki pol taxtalarını və elektrik naqillərini götürüb yaşayış sahəsinin həyətindəki sement kisələrini yığdığı yerin yanına qoymuşdur. Bundan sonra dağılmamasından ötrü sement kissələrini və pol taxtalarını yaşayış sahəsinin hasarının üzərinə qaldıraraq qoymuş, elektrik naqillərini isə birbaşa hasarın üzərindən küçəyə atmışdır. Daha sonra özü hasarın üzərindən atdanaraq küçəyə çıxıb sement kisələrini və 02 paket pol taxtalarını aşağı endirmişdir. Hissə-hissə olmaqla özü ilə gətirdiyi əl arabasına yükləyib, qəsəbə ərazisində ara küçə ilə hərəkət edərək avtomobil yolunun kənarında, pərakəndə şəkildə tullantıların yığımı ilə məşğul olan şəxslərin mütəmadi olduğu, tullantıların atıldığı yerin yaxınlığına yığmağa başlamışdır. Təxminən 4-5 dəfəyə olmaqla oğurladığı əşyaların hamısını həmin yerə yığmışdır və təxminən yarım saat sonra oğurladığı əşyaların hər birini Qazel markalı yük avtomobili ilə hərəkət edən, şəxsən tanımadığı və özlərini tullantılar, işlənmiş əşyalar alan kimi təqdim edən şəxslərə sement kisələrini ümumilikdə 50 manata, 02 paket pol taxtalarını 10 manat və elektrik naqillərini 50 manata olmaqla cəmi 110 manata satmışdır. Oğurladığı əşyaları həmin şəxslərə satanda da, həqiqəti onlardan gizlədərək həmin əşyaların özünə məxsus olduğunu, yaşadığı evdə tikinti apardığını, həmin əşyalar artıq qaldığına görə satmaq istədiyini demişdir. Oğurladığı əşyaların satışından əldə etdiyi pulu da şəxsi təlabatına xərcləmişdir. Bundan başqa, narkotik vasitə aludəçisi olduğundan ağrılarına görə uzun müddət narkotik vasitə əldə edərək istifadə etmişdir. Narkotik vasitələri Sumqayıt və Bakı şəhər ərazisində tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. 10 noyabr 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin alaraq əynindəki şalvarın sağ yan cibində saxlamışdır. Bədənində ağrılar olduğundan əldə etdiyi narkotik vasitə heroindən istifadə etmək üçün sakit bir yer axtarmışdır. Həmin tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, Corat bäğları, V.Allahyarov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıblar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bidirdirərək barəsində narkotik vasitələrdən istifadə edib üzərində saxlamağında şübhələr olduğunu deyib, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət ediblər, o onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində saxladığı narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaret bükümünü təqdim edib, həmin bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Həmçinin aşkar olunaraq götürülmüş 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,35 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Bundan başqa, son olaraq 17 yanvar 2023-cü il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, 3-cü mikrorayon dairəsində olarkən narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi, lakin şəxsiyyəti barədə məlumatı olmayan bir şəxslə qarşılaşmışdır. Həmin şəxsdən ona narkotik vasitə satmasını istədikdə üzərində 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu demiş və o, ondan 10 manata 01 ədəd sellofan bükümdə olan heroini almışdır. Həmin narkotik vasitəni əynindəki gödəkçənin sağ yan cibinə qoyub şübhə çəkməmək üçün oradan uzaqlaşaraq taksi ilə Sumqayıt şəhərinə, yaşadığı Corat qəsəbəsinə gəlmişdir. Həmin gün bədənində ağrılar olduğundan yaşadığı ünvana getməyib, Corat qəsəbəsi ərazisində əldə etdiyi narkotik vasitə heroindən istifadə etmək üçün sakit bir yer axtarmağa başlamışdır. Həmin tarixdə, yəni 17 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən Murad marketin yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıblar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdirərək barəsində narkotik vasitələrdən istifadə edib üzərində saxlamağında şübhələr olduğunu deyib, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət ediblər, o, onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, əynindəki gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü təqdim edib, həmin bükümün içində narkotik vasitə heroin olduğunu demişdir. Sonradan təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Ona aid olan aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 0,79 qram olmuşdur. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib onun və digər iştirakçıların iştirakı ilə tərəfindən imzalanmışdır. Üzərindən ayrı-ayrı vaxtlarda aşkar edilərək götürülmüş narkotik vasitə heroin kütlələri ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsə də, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağları, X3 yaşamış olsa da, son vaxtlar şəxsi işləri ilə əlaqədar olaraq Xızı rayonunda olur. Sumqayıt şəhəri, Corat qəsəbəsində, məscidin yaxınlığında yerləşən yaşayış sahəsindən tikinti materiallarının oğurlanması ilə bağlı 29 oktyabr 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat və həmçinin Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət onun tərəfindən edilmişdir. Sözügedən yaşayış sahəsi ona məxsus olmaqla həyətində tikinti işləri aparılmışdır. Yaşayış sahəsinin həyətindəki evin tikinti işləri davam etdiyindən, yəni yarımtikili vəziyyətində olduğundan, həmçinin ustalar tərəfindən tikinti işləri olduğundan o, mümkün qədər tikintiyə nəzarət üçün həmin yaşayış sahəsində olsa da, günün sonunda həmin yaşayış sahəsində tikinti işləri bitmədiyindən heç kim olmur. Son olaraq da 28 noyabr 2022-ci il tarixdə axşam saatlarınadək yaşayış sahəsində işləri ilə əlaqədar ustalar olmuş, başqa şəxslər olmamış, ustalar oranı tərk etdikdən sonra, yaşayış sahəsinin həyət qapısı tərəfindən kilitlənmişdir. Növbəti gün, yəni 29 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında o, yaşayış sahəsinə gəldikdə, yaşayış sahəsinin həyətinin dağınıq olduğunu, həyətdəki sementlərin bir qisminin yerində olmadığını, həmçinin yarımtikilinin otağının dağınıq olduğunu və pol taxtalarının yerində olmadığını görmüş, dərhal DİN-nin 102 xidmətinə zəng edib sözügedən yaşayış sahəsindən oğurluq edilməsi barədə məlumat verib və ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış keçirildiyi zaman 28 oktyabr 2022-ci İl tarixdən 29 oktyabr 2022-ci il tarixdək olan müddətdə yaşayış sahəsinin həyətindən “MS Sement” zavodu istehsalı, M500 markalı, hər biri 50 kq çəkili 10 kisə sementin, həmçinin evin içərisində otaqların birində saxladığı “Borsan” markalı, en kəsiyi 4,00 mm olan 600 metr uzunluğunda elektrik naqilinin və hər paketində 4 metr uzunluğunda, 2,5 sm qalınlığında taxtalar olan ümumilikdə 2,25 kv metr Rusiya Federasiyası istehsalı 02 paket pol taxtasının oğurlandığı ona məlum olmuş, həmin əşyaları ayrı-ayrılıqda neçəyə aldığını xatırlamasa da, həmin əşyalar təxminən 1000 manat dəyərində olarmış və istifadə olunmamışdır. DİN-nin 102 xidmətinə zəng edib məlumat verərkən oğurlanmış əşyaları tam dəqiqliklə bilmədən zəng edib məlumat vermiş, daha sonra hansı əşyaların oğurlandığını bilib izahatında buna uyğun təxmini dəymiş maddi ziyanı göstərmişdir. Ona dəymiş ziyan ödənilməmiş, ziyanın ödənilməsini xahiş edir, lakin təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Bunların nəzərə alınmasını və təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 10 noyabr 2022-ci il tarixdə, saat 14:45 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat bağları, V.Allahyarov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim ediblər. Onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu ona bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret bükümü çıxardaraq təqdim edib, bükümün içində “kakos” olduğunu demişdir. Bükümün içinə təhqiqatçı tərəfindən baxıldıqda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi 0,35 qram olmuş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu, “bugün”, yəni 10 noyabr 2022ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini, uzun müddətdir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini konkret olaraq haradan və ya kimdən əldə etməsi, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 17 yanvar 2023-cü il tarixdə, saat 14:00 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən Murad marketin yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim ediblər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildiriblər və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət ediblər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardaraq təqdim edib, bükümün içində narkotik vasitə olduğunu demişdir. Bükümün içinə təhqiqatçı tərəfindən baxıldıqda narkotik vasitə heroinin aşkar olunaraq götürülmüşdür. Kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi 0,79 qram olmuş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu, Bakı şəhərində 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini, ona qarşı hər hansı bir təzyiq olunmadığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini konkret olaraq haradan və ya kimdən əldə etməsi, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid4 ifadəsində Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:45-də Sumqayıt şəhəri, Corat bağları, V.Allahyarov küçəsində, qəbiristanlığın yaxınlığında tutulmuşdur. İş materiallarında “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, Murad marketin yanında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə saat 14:45 dəqiqədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Corat bağları, V.Allahyarov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada olarkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü çıxardaraq təqdim etmiş, bükümün içinə baxıldıqda narkotik vasitə heroin təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüş, kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi 0,35 qram olduğu müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənib imzalanmış, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu, kakos olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Sumqayıt şəhəri, Corat qəsəbəsində “bugün”, yəni 10 oyabr 2022-ci il tarixdə, səhər saatlarında 10 manata şəxsi istifadəsi üçün aldığını, satışı ilə məşğul olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və göstərilənlər öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/6485 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №125” dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan....” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,292 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 14:00 dəqiqədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən Murad marketin yaxınlığında piyada olarkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardaraq təqdim etmiş, təqdim etdiyi bükümün içində narkotik vasitə olduğunu demiş, bükümün içinə təhqiqatçı tərəfindən baxıldıqda narkotik vasitə heroinin aşkar olunaraq götürülmüş, kütlənin bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,79 qram olduğu müəyyən edilmiş, həmin kütlən ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanmış, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu, Bakı şəhərində 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini, ona qarşı hər hansı bir təzyiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və göstərilənlər öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/291 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 125” möhür əksi, “Şübhəli şəxs.... Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,845 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq edilən yaşayış sahəsi Sumqayıt şəhəri, Corat qəsəbəsində, məscidin yaxınlığında yerləşir, yaşayış sahəsinin həyəti daş hasarla əhatə olunmuşdur, həyətə dəmir darvazadan daxil olunur, yaşayış sahəsinin həyətində birmərtəbəli yarımtikili vardır, yarımtikinin qapı və pəncərələri yoxdur, yaşayış sahəsinin həyətindən sement kisələri, yarımtikilinin otağından pol taxtaları və elektrik naqilləri oğurlanmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş, xx.xx.2020-ci ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan mıhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,292 qram (qalıq 0,242 qram) narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,845 qram (qalıq 0,795 qram) nakotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilmişdir. İş materiallarında olan Sumqayıt ŞİHB-nin Corat QİƏD-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan üzrə barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 537 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/272 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 03 adda malların istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 533,50 manat müəyyən olunur. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini harada, necə, hansı şəraitdə törətdiyini əyani olaraq göstərir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 qram (qalıq 0,242 qram) və 0,845 qram (qalıq 0,795 qram) narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videogörüntüləri əks etdirən disk maddi sübut kimi tanınmış, qalıq qalmış 0,242 qram və 0,795 qram narkotik vasitə heroin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə toplanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,242 qarm və 0,795 qram narkotik vasitə heroinlər məhv edilməli, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 215 (iki yüz on beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək tutularaq saxlanmış və azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək utulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 215 (iki yüz on beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış-Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,242 qram və 0,795 qram narkotik vasitə heroinlər məhv edilsin, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk cinayət işinin istintaq materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-452/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-452/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver