Məhkəmə qərarları › İş №1(060)-452/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-452/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-452/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 4. mənzil 54-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti’' altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Beləki, o istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,288 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 26 mart 2025-ci il tarixdə, saat 21:42-də Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən, əynindəki gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,288 qram olan xeyli miqdarda qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. 26 mart 2025-ci ildə “Vida” mərasim evinin yaxınlığında obyektdə olmuşdur. Orada olarkən həmin şəxs sözügedən narkotik vasitəni onun yanına qoyub getmiş və ona “bunu saxla, indi gəlirəm” demişdir. Daha sonra polis əməkdaşları gəlib onu saxlamış və üzərini yoxlamışlar. 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Özü birbaşa narkotik vasitə əldə edə bilməmiş, narkotik vasitələri kiminsə vasitəsi ilə əldə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında mühüm ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddət əvvəl narkotik tərkibli və psixotrop maddələr qəbul etməyə başlamış, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, soyadını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükmdə "kakos” adlandırılan narkotik vasitə heroin almış və bundan sonra üzərində saxlamaqla Sumqayıt şəhərinə qayıtmışdır. Sonradan həmin gün saat 21:42-də Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida'' mərasim evinin yaxınlığında piyada hərəkət edərkən ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Sonra ona üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyini təklif etmişlər. Buna etiraz etməyərək, polis əməkdaşlarının təklifi ilə əynindəki gödəkcəsinin sağ yan cibində saxladığı, həmin gün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, soyadını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün aldığı bir ədəd bükmdəki “kakos” adlandırılan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları təqdim ediyi içərisində narkotik vasitə heroin olan bükümün içərisinə baxış keçirməklə elektron tərəzidə çəkib, çəkisini müəyyən etmişlər. Təqdim etdiyi içərisində narkotik vasitə heroin olan büküm elektron tərəzidə çəkilərkən həmin bükümün ümumi çəkisinin 0.37 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılaraq, zərfin üzərində qeydlər aparılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs Əramuz qızının təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Mirkamil oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Mətanət adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, bununla bağlı əməliyyat tədbirləri keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 21:42-də Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, bundan sonra ilk əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki gödəkcənin sağ yan cibində saxladığı bir ədəd kağız bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə olan, “kakos” adlandırılan heroin olduğunu, narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı, barəsində digər məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək, şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərini əlavə olaraq axtarmışlar, onun üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə isə həmin bükümün içərisindən qəhvəyi rəngli maddə aşkar edilmiş, sonra isə aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, içərisində qəhvəyi rəngli kütlə olan büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0.37 qram olması müəyyən edilmişdir. Bundan sonra isə aşkar edilmiş büküm içərisi boş ağ rəngli zərfə qablaşdırılmaqla götürülmüşdür. Sonra müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs polis bölməsinə təqdim edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş üzərində “Bingo”, “CD-R” və sair markalanma yazısı olan ikinci diskə baxış protokolundan görünür ki, diskin yaddaşında 01 (bir) ədəd, “İMG_998F‘ adlı, 64008 kb həcmində, 05 dəqiqə 13 saniyyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Araz Əliyev olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddənin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş narkotik vasitəyə bənzər maddənin təqdim edildiyi barədə məlumat verdiyi, daha sonra xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvvəkkili Şahid1 olduğunu, ikinci şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inspektoru Kəmalə Əliyeva olduğunu, üçüncü özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvvəkkili Şahid2 olduğunu, dördüncü şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməliyyat müvvəkkili Şahid3 olduğunu bildirdikləri, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 olduğunu bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izah edildiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edildiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş zərfin açıldığı, zərfin içərisindən bir ədəd kiçik ölçülü kağız bükümün aşkar edildiyi, həmin bükümün içərisinə baxış keçirilərkən içərisindən qəhvəyi rəngli kütlənin olmasının müəyyən edildiyi, sonra isə özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək həmin bükümün onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin narkotik vasitənin aşkar edilərək götürüldüyünü, bundan sonra aşkar edilmiş həmin bükümün yenidən içərisi boş zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, zərfin üzərinin ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs, sonra müdafiəçi tərəfindən imzalandığı, sonra götürüldüyü, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümdəki kütlənin özünə məxsus olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzəri yoxlanılarkən aşkar edilmiş bükümdəki narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyi, sonda özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin yekunlaşması bildirilməklə, aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/127/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 127” möhür əksi, “Təqsirləndirilən şəxs /imza/; Səfizadə Məhərrəm /imza/; Əliyeva Kəmalə /imza/; Şahid1 /imza/; Şahid2 /imza/; Araz Əliyev” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.288 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0.288 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq - 0,238 qram. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 23 aprel 2025-ci il tarixli 2313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (nakomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərini yoxlayarkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,288 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış, təmiz çəkisi 0,288 qram olan narkotik vasitə heroindən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,238 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə heroin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-73-cü vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2, 69.3 və 79.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, himayəsində olan övladı 14 yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmışdır. Cinayət Məcəlləsinin 83.3.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zaman verdiyi ifadəsində saxlanılarkən üzərində narkotik vasitə olmadığını, tanımadığı şəxsin narkotik vaasitəni onun yanına qoyaraq getdiyini, sonra gəlib götürəcəyini dediyini göstərmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin bu hissəsini özünü müdafiə etmək məqsəd ilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, videçəkilişlə üzərində axtarış aparılması protokolu və s. İstintaq hərəkətləri ilə tam təsdiq edilir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəməsi istintaqı zaman verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini cinayət işinin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əməlində cinayətlərinin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza nöünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusioə təhlükəli resivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respubikası CM-in 79.5-ci maddəsinə şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır,ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 79.5ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinə əsasən hökmün icrasının təxirə salınmasına dair müddəa ləğv edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmü ilə CM-in 180.2.2 ilə CM-in 69.3-cü maddələri tətbiq edilməklə təyin edilmiş 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2025-ci ildən 28 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi reimli cəzaçəkmə müəssisələrindəçəkirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2313 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,238 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 79.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmü ilə barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsinə dair müddəa ləğv edilsin. Azərbaycn Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmü ilə CM-in 180.2.2 ilə CM-in 69.3-cü maddələri tətbiq edilməklə təyin edilmiş 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3(üç) il 2(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs- barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,238 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar