Məhkəmə qərarları › İş №1(060)-453/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-453/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-453/2022 31.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,077 qram, 0,055 qram, ümumi təmiz çəkisi 0,266 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, 24 yanvar 2022-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 17ci mikrorayon ərazisində yerləşən “Divaspa” estetik mərkəzinin yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılıb üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 03 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,077 qram, 0,055 qram, ümumi təmiz çəkisi 0,266 qram kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ilə yaxındır narkotik vasitələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə almaq qərarına gəlmişdir. 21 yanvar 2022-ci il tarixdə Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə olduğu zaman üzdən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 (otuz) manat dəyərində 03 (üç) bükümdə narkotik vasitə qurudulmuş marixuana və 03(üç) bükümdə psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır. 24 yanvar 2022-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Divaspa” mərkəzinin yaxınlığında olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirmişlər və üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını demişlər. O da etiraz etməmiş və polis işçiləri ilə birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsində xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş və bildiriş təqdim edilmişdir. Bundan sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da bu zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən özünə məxsus siqaretin gümüşü kağızına bükülmüş 03 (üç) ədəd bükümdə psixtrop maddə metamfetamini və qəhvəyi rəngli kağıza bükülmüş 03 (üç) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin içərisinə qoyulmuş, üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis İdarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Həmçinin o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini vəzifəsində xidmət edir. 24 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 3an Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-a əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunmuş, bundan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3 də iştirak etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Divaspa” mərkəzinin yaxınlığında saxlanılaraq, heç bir etirazı olmadığı üçün üzərində şəxsi axtarış keçirilməsindən ötrü tərəflərindən Sumqayıt ŞPİ-yə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə polis əməkdaşlarının və müdafiəçi Könül Qədimalıyevanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmamasını soruşmuşlar, olduğu halda təqdim etməyi təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu 06 (altı) ədəd, 03 (üç) ədədi qəhvəyi rəngli kağıza bükülmüş, 03 (üç) ədədi isə siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri təqdim etmişdir. Götürülmüş bükümlərə baxış zamanı həmin bükümlərin qəhvəyi rəngli olanların içərisində narkotik vasitə olan marixuanaya bənzər, siqaretin gümüşü rəngli kağızına bükümlərin içərisindən isə ağ rəngli kristal şəkilli metamfetaminə bənzər maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 03 ədəd qəhvəyi bükümdə olan maddələr narkotik vasitə olan nəşə (narkotik vasitə olan qurudulmuş marixuana), siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərdə olan isə patıdır (psixotrop maddə olan metamfetamin) özünə məxsusdur, tanımadığı şəxsdən 03 gün öncə Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə hamsını birlikdə 30 (otuz) manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş üzərindən telefon, cib dəsmalı və siqaret aşkar olunmuşdur. Siqaret və cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmış, telefon isə əhəmiyyət kəsb etdiyindən protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 06 (altı) bükümdə olan maddələr qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin və narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntülərdən müəyyən olunmuşdur ki, Sumqayıt ŞPİ TŞ-nin təhqiqatçısı Səadət Qənbərov xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etdi. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdi. Təhqiqatçının göstərişi ilə polis əməkdaşları özlərini təqdim etdi. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin üzərində saxlanılmasında şübhəli şəxs qismində saxlanıldığını və polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-yə gətirildiyini dedi. Daha sonra təhqiqatçı tutma haqqında protokolu, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etdi. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təyin olunduğunu bildirdi. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirdi. Görüntünün 02-ci dəqiqəsində Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sol iç cibindən ümumilikdə 06 (altı) ədəd, 03 (üç) ədədi siqaretin gümüşü kağızına bükülmüş, 03 (üç) ədədi isə qəhvəyi rəngli kağıza bükülmüş bükümləri çıxardaraq təqdim etdi. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki. üzərindən aşkar olunmuş 03 (üç) ədədi siqaretin gümüşü kağızına bükülmüş bükümlərin içərisindəki psixotrop maddə olan metamfetamindir (patı), 03 (üç) ədədi isə qəhvəyi rəngli kağıza bükülmüş bükümlərin içərisindəki isə marixuanadır (nəşə) və həmin maddəni təxminən 3-4 gün əvvəl Bakı şəhəri, 20 yanvar ərazisindən tanımadığı şəxsdən 30 (otuz) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Həmçinin o bildirdi ki, 4 ildir ki, psixotrop və narkotik vasitələrdən istifadə edirmiş və satışı ilə məşğul deyildir. Həmin bükümlər bir-bir açılaraq içərilərinə baxılır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, axtarış zamanı onun üzərində siqaret, cib dəsmalı və mobil telefon aşkar olunur. Siqaret və cib dəsməli iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılır. “HUAVEİ” markalı mobil telefon isə protokola əlavə olunur. Görüntünün 13:15-ci saniyəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 (üç) ədəd qəhvəyi rəngli kağıza bükülmüş bükümlər təhqiqatçı tərəfindən elektron tərəziyə qoyulub çəkilən zaman 1,50 qram olduğu müəyyən olundu və həmin bükümlər zərfə qoyularaq qablaşdırıldı, 03 (üç) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin isə 0,31 qram olduğu müəyyən olundu və zərfə qoyularaq qablaşdırıldı. Təhqiqatçı, Təqsirləndirilən şəxs vəkili X2 hər hansı bir sualının olması barədə soruşduqda sonuncu hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı biri fiziki zor tətbiq olunduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirdi ki, heç bir fiziki zor tətbiq olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/485 №-li rəyindən görünür ki, “vət. Təqsirləndirilən şəxs aşkar edilmi..” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,134 qram, 0,077qram, 0,055 qram, ümumi təmiz çəkisi 0,266 qram ağ rəngli kristallardan obarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 0,266 qram, tədqiqata sərf edildi: ümumi 0,06 qram, qalıq 0,206 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/64 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs...3(üç) büküm” yazıları və imzalar olan ədəd kağız paketdəkı 03(üç) ədəd açıq qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,370 qram; 0,280 qram; 0,290 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 940 qram. Qeyd: Marixuananın təmiz çəkisi: 0,940 qram, tədqiqata sərf edildi: ümumi 0,06 qram (hər obyektdən 0,02 qram), qalıq 0,880 qram İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 818 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin nəticəsində ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,206 qram psixotrop maddə metamfetamin və 0,880 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-53/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəmisinin xx.xx.2021-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə barəsində 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin olunan cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən cinayətlərin residivi kimi qiymətləndirilmir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 136610 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəmisinin xx.xx.2021ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə barəsində 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək cəzasının 07 (yeddi) ay 22 (iyirmi iki) gününü çəkmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 (bir) il azaldılmış, hazırda 18 (on səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,206 qram psixotrop maddə metamfetamin və 0,880 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 192,82 (bir yüz doxsan iki manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 01 (bir) il 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,206 qram psixotrop maddə metamfetamin və 0,880 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 192,82 (bir yüz doxsan iki manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar