Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-454/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları, xx.xx.1991-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş və götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 özgə əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 28.03.2021-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs özünə məxsus “Vaz 2107” markalı avtomobilinin arxa yük yerinin qapısının üzərinə qoyduğu içərisində 10 (on) manat dəyərində «Bakcell» mobil telefon operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə olan 700 (yeddi yüz) manat dəyərində 01 ədəd «Xiaomi Mİ Note 10 Pro» markalı, «M1910F4S» modeli mobil telefonunu gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, özgə əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 28.03.2021-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs özünə məxsus “Vaz 2107” markalı avtomobilinin arxa yük yerinin qapısının üzərinə qoyduğu içərisində 10 (on) manat dəyərində «Bakcell» mobil telefon operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə olan 700 (yeddi yüz) manat dəyərində 01 ədəd «Xiaomi Mİ Note 10 Pro» markalı, «M1910F4S» modeli mobil telefonunu gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 1 ildir tanımaqla, onunla Sumqayıt şəhərindəki çayxanaların birində tanış olmuş, onunla münasibəti normal olmuşdur. 28.03.2021-ci il tarixdə saat 20:00 radələrində o, İbrahimlə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində görüşmüş, onlar həmin ərazidə gəzişərkən ağ rəngli VAZ 2107 markalı avtomobil görmüşlər. Onlar həmin avtomobilə yaxınlaşdıqda o İbrahimə demişdir ki, avtomobilin arxa yük yerinin üstündə mobil telefon var, həmin telefonu oğurlasınlar, İbrahim onunla razılaşmış, o, həmin vaxtı mobil telefonu avtomobilin arxa yük yerinin üstündən götürmüşdür. Onlar dərhal oradan gedərək uzaqlaşmışlar, əvvəlcə onlar oğurladıqları “Xiaomi Note 10 Pro” markalı mobil telefonu satmaq üçün Sumqayıt şəhəri, Sputnik deyilən ərazidəki telefon satılan mağazaya getmişlər, lakin onun tanışı orada olmadığı üçün onlar 3-cü mikrorayon ərazisindəki telefon satılan mağazaya getmişlər.Orada onlar telefonu həmin dükanda işləyən tanımadıqları şəxsin yanında girov qoymuşlar. Həmin şəxs onlardan mobil telefonun kimə məxsus olduğunu soruşmamış, onlar da ona oğurladıqları mobil telefonun kimə məxsus olduğunu deməmişlər. Həmin şəxs onlara 40 manat pul vermiş, onlar həmin şəxslə razılaşmışlar ki, yaxın günlərdə onlara verdiyi 40 manat pula 5-6 manat pul əlavə edib ona verəcəklər. Sonra isə o və İbrahim əldə etdikləri 40 manat pulu Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə xərcləmişlər. 04.04.2021-ci il tarixdə o yaşadığı evdə olarkən polis əməkdaşları evə gəlib onu oğurluq etməkdə şübhəli bilindiyi üçün 4-cü PB-nə gətirmişlər. Orada o, Təqsirləndirilən şəxs1lə birlikdə mobil telefonu oğurladığını etiraf etmişdir. Oğurluq edərkən onları heç kəs görməmiş, onlara başqa şəxslər köməklik etməmişdir. Oğurladıqları mobil telefonu girov qoyub pul götürərkən həmin şəxs mobil telefonun kimə məxsus olduğunu onlardan soruşmamış, onlar da mobil telefonun kimə məxsus olduğunu ona deməmişlər. Təqsirləndirilən şəxs2 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 Hökuməli oğlunu 1 ildir tanımaqla, onunla Sumqayıt şəhərindəki çayxanaların birində tanış olmuş, onunla münasibəti normal olmuşdur. 28.03.2021-ci il tarixdə saat 20:00 radələrində o, Hafizlə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində görüşmüş, onlar həmin ərazidə gəzişərkən ağ rəngli VAZ 2107 markalı avtomobil görmüşlər. Onlar həmin avtomobilə yaxınlaşdıqda Hafiz ona demişdir ki, avtomobilin arxa yük yerinin üstündə mobil telefon var, həmin telefonu oğurlayaq. O da Hafizlə razılaşmışdır. Hafiz mobil telefonu götürmüş, onlar dərhal oradan gedərək uzaqlaşmışlar. Əvvəlcə onlar oğurladıqları “Xiaomi Note 10 Pro” markalı mobil telefonu satmaq üçün Sumqayıt şəhəri, Sputnik deyilən ərazidəki telefon satılan mağazaya getmişlər, lakin Hafizin tanışı orada olmadığı üçün onlar 3-cü mikrorayon ərazisindəki telefon satılan mağazaya getmişlər. Orada onlar telefonu həmin dükanda işləyən tanımadıqları şəxsin yanında girov qoymuşlar, həmin şəxs onlardan mobil telefonun kimə məxsus olduğunu soruşmamış, onlar da ona oğurladıqları mobil telefonun kimə məxsus olduğunu deməmişlər. Həmin şəxs onlara 40 manat pul vermiş, onlar həmin şəxslə razılaşmışlar ki, yaxın günlərdə onlara verdiyi 40 manat pula 5-6 manat pul əlavə edib ona verəcəklər. Sonra isə o və Hafiz əldə etdikləri 40 manat pulu Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə xərcləmişlər. 04.04.2021-ci il tarixdə o, yaşadığı evdə olarkən polis əməkdaşları evə gəlib onu oğurluq etməkdə şübhəli bilindiyi üçün 4-cü PB-yə gətirmişlər. Orada o, Təqsirləndirilən şəxs2 ilə birlikdə mobil telefonu oğurladığını etiraf etmişdir. Onlar oğurluq edərkən onları heç kəs görməmiş, onlara başqa şəxslər köməklik etməmişdir. Oğurladıqları mobil telefonu girov qoyub pul götürərkən həmin şəxs mobil telefonun kimə məxsus olduğunu onlardan soruşmamış, onlar da mobil telefonun kimə məxsus olduğunu ona deməmişlər. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. 12.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Xiaomi Mİ Note 10 Pro” markalı **********69878 və **********69886 imei kodlu mobil telefon ona məxsusdur, həmin telefonu 2020-ci ilin may ayında 1500 manata almışdır. O, həmin mobil telefonu ***-***-**-** nömrəsi ilə istifadə etmişdir. 28.03.2021-ci il tarixdə saat 20:10 radələrində o özünə məxsus “Vaz 2107” markalı, avtomobilini Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Huqqa” geyim mağazasının qarşısında saxlayıb köşkə getmişdir. Həmin vaxtı o, musiqi kəsilməsin deyə telefonunu avtomobilinin arxa yük hissəsinin qapısının üstünə qoymuşdur. Təxminən 5-10 dəqiqə keçdikdən sonra o, avtomobilinə tərəf qayıtdıqda mobil telefonunun orada olmadığını görmüşdür. Buna görə də DİN-nin 102 xidmətinə zəng vurub mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Ona məxsus oğurlanmış “Xiaomi Mİ Note 10 Pro” markalı mobil telefonu 2020-ci ilin may ayında 1500 manata, cin kartı 10 manata almışdır. Həmin mobil telefon arxası göy rəngdə, sensor ekranlı olmaqla 2020-ci il Çin istehsalı olmuşdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncuların barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında Şahid2 ifadəsində göstərdi ki, iş yoldaşı Şahid3lə birlikdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində xidmət apararkən 28.03.2021-ci il tarixdə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs məxsus «Xiomi Note 10 Pro» markalı mobil telefonu oğurlamaqda şübhəli olan 2 nəfər şəxslər həmin ərazidə onlar tərəfindən saxlanılaraq aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs2 Hökməli oğlu və Təqsirləndirilən şəxs1dur. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq eskpertizasının 25.05.2021-ci il tarixli, 9/2686 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Xiaomi Mİ Note 10 Pro» markalı, «M1910F4S» modeli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 700 manat müəyyən olunur. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 01 ədəd «Xiaomi Mİ Note 10 Pro» markalı, «M1910F4S» modeli mobil telefon Zərərçəkmiş şəxs sərəncamına verilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və onun sonunculara qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək sonuncular barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin 14.05.2019-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə təqsirli bilinərək 360 saat ictimai işlər cəzasına məhkum olunmuş, 11.02.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 14.05.2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni ictimai işlər cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı-16.05.2017-ci il təvəllüdlü X2 vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 22.01.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.3 və 69.3-cü maddələrinə əsasən 04 il 02 ay 28 gün müddətə azadlıqdan məhrrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli qərarına əsasən CM-nin 185.2.2-ci maddəsi CM-nin 185.1-ci maddəsinə tövsif olunmuş, cəzası 04 il 03 aya endirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 11.05.2018-ci il tarixli qərarına əsasən cəzası endirilərək 03 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin 07.01.2019-cu il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 11.05.2018-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 01 gün hissəsindən vaxtdan əvvəl şərti azad olunmuş, 15.03.2019-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 07.01.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 07.01.2019-ci ildə Saylan rayon məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 11.05.2018-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 01 gün hissəsindən vaxtdan əvvəl şərti azad olunmuşdur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmçinin, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 07.01.2019-cu ildə vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən, yəni 2 il keçdikdən, məhkumluğu ödənildikdən sonra hazırkı cinayəti 28.03.2021-ci ildə törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal CM-nin 61-ci maddəsinə əsasən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 04.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04.04.2021-ci ildən hesablanmış, həmin məhkəmənin hazırlıq iclasının 29.06.2021ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 04.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 aprel 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 29.06.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 04 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 04.04.2021-ci il tarixdən 06.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm üzrə təyin edilmiş cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd «Xiaomi Mİ Note 10 Pro» markalı, «M1910F4S» modeli mobil telefonun Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli (iş № 1(060)-454/2021) qərarını icra edərək, 23 iyun 2021-ci il tarixli 680 və 682 saylı orderlərə əsasən vəkillər Müdafiəçi4 və Müdafiəçi3 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi4 və Müdafiəçi3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 10 saat olmaqla cəmi 20 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 04.04.2021-ci il tarixdən 06.04.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 17, mənzil 37 ünvanını tərk etməmək, Abşeron rayonunun, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 ədəd «Xiaomi Mİ Note 10 Pro» markalı, «M1910F4S» modeli mobil telefonun Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 göstərdikləri 10 saat hüquqi yardıma görə hər birinə 60 manat olmaqla, cəmi 120 manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-454/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-454/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver