Məhkəmə qərarları › İş №1(060)-454/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-454/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-454/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq ümumilikdə 4,437 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və ümumilikdə 0,549 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 29 oktyabr 2021-ci il tarixdə saat 21:10-da Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli tam orta məktəbin qarşısında Sumayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffav rəngli sellofan bükümdə təmiz çəkisi 4,437 qram olan külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd şəffav rəngli sellofan bükümdə təmiz çəkisi 0,549 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddət əvvəl narkotik vasitə istifadəçilərinin “kakos” adlandırdığı heroin və “patı” və “şüşə” adlandırdığı mütamfetamin istifadə etməyə başlamış, həmin narkotik vasitələri qarışdırıb iniyeksiya yolu ilə damarına vurmaqla qəbul etmiş, bir gün ərzində 1 qram heroin və 0,1 qram metamfetamin istifadə etmiş, narkotik vasitələri adətən Sumqayıt, Bakı şəhərləri və Abşeron rayonunda tanmımadığı şəxslərdən almışdır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək üçün evdən çıxıb Bakı şəhərinə getmişdir. Həmin gün təxminən saat 15-16 radələrində Bakı şəhəri, İnqilab prospektində Tibb Akademiyasının yaxınlığında əvvəllər tanımadığı, təxminən 170 sm boyunda, qarabəniz olan və özünü ona Həsən adı ilə təqdim edən şəxsə 100 manat verib ümumilikdə 5 qram heroin və metamfetamin almışdır. Sonra Sumqayıta qayıtmışdır. Həmin gün saat 21 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 5 saylı tam orta məktəbin qarşısıda olarkən polis əməkdaşları onu saxlayıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər, PB-nə gətirilən zaman üzərində narkotik vasitə saxladığını polis əməkdaşlarına bildirmiş, PB-də olan zaman əvvəllər tanımadığı, mülki geyimli şəxs əynində olan gödəkcənin sağ iç cibinə bir ədəd elektron tərəzi qoymuş, üzərinə şəxsi axtarış keçirilərkən həmin elektron tərəzini də çıxarıb təqdim etməyini, ona sual verildikdə isə həmin tərəzini aldığı narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirməsini tələb etmişdir. Ona qarşı təzyiq göstəriləcəyindən qorxduğundan həmin şəxsə etiraz etməmiş, bundan sonra onu polis bölməsinin otaqlarından birinə dəvət etmişlər, həmin otaqda olarkən polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməyi təklif edilən zaman özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olan 2 ədəd şəffaf rəngli sellofan bükümləri, polis bölməsinin inzibati binasında olarkən tanımadığı mülki geyimli şəxs tərəfindən əynində olan gödəkcənin sağ iç cibinə qoyulmuş elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərdə metamfetamin və heroin olmuşdur. Həmin bükümləri tanımadığı şəxsdən 100 manata aldığını, üzərindən aşkar olunmuş elektron tərəzi ilə isə ona tapşırıldığı kimi almış olduğu narkotik vasitənin çəkisini müəyyən etdiyini bildirmişdir. Bundan sonra həmin maddələr elektron tərəzi ilə çəklilib qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satmaq niyyəti olmamış, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş elektron tərəzinin ona məxsus olmadığını, polis bölməsinin inzibati binasında olarkən əynində olan gödəkcənin cibinə qoyulduğunu, ona qarşı təziq göstəriləcəyindən qorxduğundan hər hansı şəxsə məlumat verməmiş, ilkin araşdırma zamanı izahatında, sonradan isə ifadələrində həmin tərəzinin özünə məxsus olduğunu, aldığı narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş, satmaq fikri olmamış, polis əməkdaşları tərəfindən saxlanılana qədər gündəlik olaraq təxminən bir qram heroin və 0,1 qram metamfetamin istifadə etmiş, bir dəfəyə 4,437 qram heroin və 0,549 qram metamfetamin əldə edərkən, həmin narkotik vasitə və psixotrop maddəni bir dəfəyə alıb, sonradan bir neçə gün ərzində hissə-hissə qəbul edəcəyini fikirləşərək almış, polis əməkdaşları tərəfindən saxlanılarkən, sonradan isə polis bölməsində olarkən ona qarşı hər hansı formada fiziki zor tətbiq edilməmiş, ancaq polis bölməsinin inzibati binasında cibinə elektron tərəzi qoyulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və hazırda xəstə olmasının nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektor vəzifəsində xidmət aparır. Sonuncu dəfə 29 oktyabr 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə İlqar adlı şəxsin narkotik vasitələrin və psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu, eləcədə üzərində saxlanması ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, İlqar adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, onun narkotik vasitələrin və psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar adlı şəxsin xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri Nizami küçəsi 19C məhəllə 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Q.Qarayev küçəsi ev 19-da yaşayan Təqsirləndirilən şəxs müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 21:10-da Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli tam orta məktəbin qarşısında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkl Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmasında şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs ilk əvvəl əlini əynində olan qara rəngli gödəkcənin sağ iç cibinə salaraq həmin cibindən bir ədəd elektron tərəzini, daha sonra isə əlini əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə salaraq həmin cibindən iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdəki maddələri çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş şəffav rəngli sellofan bükümlərin içərisinə baxış keçirildikdə həmin bükümlərdən birincisinin içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar maddə, ikincisinin içərisindən isə ağ rəngli, kristal şəkilli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş maddələrin nə olduğunu, kimdən, harda, nə məqsədlə və neçiyə əldə etməsi soruşulduqda o təqdim etdiyi içərisində qəhvəyi rəngli maddə olan bükümdəki maddənin “kakos” adlandırılan narkotik vasitə olan heroin, içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümdəki maddənin “patı” adlandırılan, psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni həmin gün Bakı şəhəri ərazisində yerləşən Tibb Akademiyasının yaxınlığında olarkən təsadüfən tanış olduğu, əvvəllər tanımadığı, adını, soyadını, yaşadığı ünvanı və digər anket məlumatlarını bilmədiyi şəxsə 100 manat pul verərək, şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini, elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdəki narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələrin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı vəzifəsində 2010-cu ildən xidmət aparır. 29 oktyabr 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə İlqar adlı şəxsin narkotik vasitələrin və psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu və üzərində saxlanması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, İlqar adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, onun narkotik vasitələrin və psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xidmət etdiyi Sumqayıt ŞPİnin 4-cü PB-nin əməliyyat müvvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmiş, həmçinin bununla bağlı onun da tərkibinə daxil edildiyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili Şahid1, cinayət axtarış üzrə kiçik inspektor Şahid2 və Sumqayıt ŞPİ-nin KTBnin inspektor kriminalisti Rasim Paşayevdən ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik əməliyyat müvvəkkili Şahid1 həvalə edilmiş, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar adlı şəxsin xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri Nizami küçəsi 19C məhəllə 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Q.Qarayev küçəsi ev 19-da yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 21:10-da Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli tam orta məktəbin qarşısında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili, polis mayoru Şahid1 və cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid2 tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildiyindən, xidməti otağında əməliyyat müvvəkkli Şahid1, cinayət axtarışı üzrə kiçik inspektor Taleh Mehtiyein, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti Rasim Paşayevin, eləcədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməklə, narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağını bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o etirazının olmadığını bildirmiş, daha sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs ilk əvvəl əlini əynində olan qara rəngli gödəkcənin sağ iç cibinə salaraq həmin cibindən bir ədəd elektron tərəzini, daha sonra isə əlini əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə salaraq həmin cibindən iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdəki maddələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş şəffav rəngli sellofan bükümlərin içərisinə baxış keçirdikdə həmin bükümlərdən birincisinin içərisindən qəhvəyi rəngli, heroinə oxşar maddə, ikincisinin içərisindən isə ağ rəngli, kristal şəkilli, metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş maddələrin nə olduğunu, kimdən, harda, nə məqsədlə və neçiyə əldə etməsi soruşduqda o təqdim etdiyi içərisində qəhvəyi rəngli maddə olan bükümdəki maddənin “kakos” adlandırılan narkotik vasitə olan heroin, içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümdəki maddənin “patı” adlandırılan, psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni həmin gün Bakı şəhəri ərazisində yerləşən Tibb Akademiyasının yaxınlığında olarkən təsadüfən tanış olduğu, əvvəllər tanımadığı, adını, soyadını, yaşadığı ünvanı və digər anket məlumatlarını bilmədiyi şəxsə 100 manat pul verərək, şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini, elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəfindən şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdəki narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələri qablaşdırıldıqları materiallarla birlikdə ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoymuş, ilk bükümü qablşadırıldığı materialla birlikdə elektron tərəzinin üzərinə qoyarkən elektron tərəzinin ekranında 23,50 rəqəmlərinin, ikinci bükümü qablşadırıldığı materialla birlikdə elektron tərəzinin üzərinə qoyarkən elektron tərəzinin ekranında 3,80 rəqəmlərinin göründüyü müşahidə edilmiş, ancaq həmin vaxt diqqətsizlik etdiyindən elektron tərəzinin “g”, yəni qram rejimində yox, “ct”, yəni karat rejimində işləməsinə fikir verməmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş şəffav rəngli sellofana bükülmüş bükümlərdəki ilk baxışdan narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələri elektron tərəzinin “g”, yəni qram rejimində çəkməli olsa da, həmin maddələri elektron tərəzinin “ct”, yəni karat rejimində çəkməklə çəkilərini müəyyən etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı aparılan istintaq hərəkəti əvvəldən axıra kimi aparılan videoçəkiliş dayandırılmadan davam etmiş, zəruri hərəkətləri icra etdikdən sonra video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq etmiş, iştirakçılardan heç biri buna etiraz etmədiyindən aparılan video çəkliş dayandırılmış, bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin nəticəsinə dair müvafiq protokol tərtib edilərkən, şəxsi axtarış istintaq hərəkəti zamanı elektron tərəzinin “g”, yəni qram rejimindən yox, “ct”, yəni karat rejimindən istifadə etdiyini anlamış, ancaq artıq gec olduğundan bununla bağlı hər hansı tədbir görə bilməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı aşkar edilərək götürülmüş ilk baxışdan narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələr qablaşdırıldıqları zərflə birlikdə həmin maddələrin narkotik vasitə və psixotrop maddə olub olmamalarının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməsi haqqında qərarla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Sonradan təqdim edilmiş müvafiq ekspert rəyində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd şəffav rəngli sellofan bükümdəki maddənin təmiz çəkisi 4,437 qram narkotik vasitə olan heroin və bir ədəd şəffav rəngli sellofan bükümdəki maddənin təmiz çəkisi 0,549 qram psixotrop maddə olan metamfetamin olduğu göstərildiyindən tərəfindən toplanmış materiallar istintaq aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4820 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqdim etdi: Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,549 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 4,437 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı (heroinin təmiz çəkisi – 4,437 qram, tədqiqata sərf olundu - 0,050 qram, qalıq – 4,387 qram. Metamfetaminin təmiz çəkisi – 0,549 qram, tədqiqata sərf olundu - 0,050 qram, qalıq – 0,499 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4755 nömrəli saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən səmimi peşimançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan (tələbnamədən), Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün və xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(060)- 149/2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri növündə cəza ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndlərinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni cərimə növündə cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28 aprel 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və həmin məhkəmənin 24 may 2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 29 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata olınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,387 qram çəkidə narkotik vasitə olan heroin və 0,499 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli (İş № 1(060)-454/2022) qərarını icra edərək, 22 aprel 2022-ci il tarixli 501 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 29 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,387 qram çəkidə narkotik vasitə olan heroin və 0,499 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar