Məhkəmə qərarları › İş №1(060)-455/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-455/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-455/2021 26.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1984-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkanı tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsbəsində yerləşən fərdi həyət evini ona satmaq adı ilə yalan vəd etməklə aldadaraq vahid niyyətlə 2020-ci ilin sentyabr ayının 10-da Abşeron rayonu, Masazır qəsəbəsində Masazır dairəsinin yaxınlığında 200 manat, 2020-ci ilin sentyabr ayının 15-də Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 2168 nömrəli evdə sonuncunun atası Şahid1 vasitəsilə 2000 manat, 2020-ci ilin sentyabr ayının sonlarında həmin ünvanda Şahid1 vasitəsilə 2000 manat, 2020-ci ilin oktyabr ayının əvvələrində həmin ünvanda Şahid1 vasitəsilə 3000 manat, 2020-ci ilin oktyabr ayının ortalarında həmin ünvanda Şahid1 vasitəsilə 1300 manat, 2020-ci ilin oktyabr ayının sonlarında həmin ünvanda Şahid1 vasitəsilə 3000 manat, 2020-ci ilin dekabr ayının əvvələrində həmin ünvanda Şahid1 vasitəsilə 3500 manat, 2020-ci ilin dekabr ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Araz” marketin yaxınlığında 320 manat, 2021-ci ilin yanvar ayının ortalarında Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 2168 nömrəli evdə Şahid1 vasitəsilə 800 manat olmaqla, ümumilikdə 16120 (on altı min yüz iyirmi) manat nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, Şahid3 onun bacısı Fatma Məmmədovanın həyat yoldaşıdır. X3 rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış evi vardır. 2020-ci sentyabr ayının əvəllərində Xətai ona bildirmişdir ki, özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış evini satmaqda ona köməklik göstərsin. O, 14 ildir Xırdalan şəhərində makler işlədiyi üçün Xətaiyə kömək etmək qərarına gəlmiş, lakin həmin evin sənədləri qaydasında olmadığı üçün evi satmaqda müəyən problemlər yaranmışdır. O, Xətaiyə həmin evin tez satılması üçün kreditlə satmasını təklif etmiş, Xətai əvvəlcə onunla razılaşsa da, sonradan evi kreditlə satmaq fikirindən daşınmış və ona evin açarlarını aparıb evinə verməyini tapşırmışdır. O, həmin evin açarının sürətini çıxarıb özündə saxlayaraq açarı Xətaigilə vermişdir. 2020-ci ilin senyatabr ayında Zərərçəkmiş şəxs adlı müştəri ona ev almaqda köməklik üçün müraciət etmiş, o da Xətainin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış evini Azərə, qayınatası Akifə və Azərin arvadına aparıb göstərmiş və həmin evin özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt onun maddi problemləri olduğu üçün evi kreditlə Azərə 42000 (qırx iki min) manata, ilkin ödəniş 15000 (on beş min) manat olmaqla, qalan məbləği isə aylıq 400 (dörd yüz) manat olmaqla kreditlə satmağı razılaşdırmış, lakin Azər evin həyətinə tamet düzdürülüb ona təhvil verməsini bildirmiş, o da sonuncu ilə razılaşmışdır. Belə ki, 2020-ci ilin sentyabr ayının 10-da Azər Abşeron rayonunda Masazır dairəsinin yaxınlığında ev üçün ona beh olaraq 200 (iki yüz) manat pul vermişdir. Bundan sonra Azərin atası Vaqif müxtəlif vaxtlarda 2020-ci ilin sentyabr ayının 15-də Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2168 nömrəli bağ evində ona həmin ev üçün ilkin ödəniş olaraq 2000 (iki min) manat, 2020-ci ilin sentyabr ayının sonlarında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2168 nömrəli bağ evində 2000 (iki min) manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində Sumqayıt şəhəri, Novxani bağ massivi, 2168 nömrəli bağ evində 3000 (üç min) manat, 2020-ci ilin oktyabr ayının ortalarında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2168 nömrəli bağ evində 1300 (bir min üç yüz) manat, 2020-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2168 nömrəli bağ evində 3000 (üç min) manat, 2020-ci ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, Novxani bağ massivi, 2168 nömrəli bağ evində 3500 (üç min beş yüz) manat pul ödəmiş, 2020-ci ilin dekabr ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Araz” marketin yaxınlığında Azər isə ona ev üçün ödəniş olaraq 320 (üç yüz iyirmi) manat pul vermiş, 2021-ci ilin yanvar ayının ortalarında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2168 nömrəli bağ evində Azərin atası Vaqif yenidən həmin ev üçün ödəniş olaraq ona 800 (səkkiz yüz) manat pul vermiş, nəticədə həmin evə görə ona ümumilikdə, 16120 (on altı min yüz iyirmi) manat pul verilmişdir. Pulu aldıqdan sonra Xətaiyə məxsus olan Azərə satdığı evin həyətində təmir işləri aparmış, həmin evə təxminən 3000 (üç min) manat pul xərcləmiş, qalan 13000 (on üç min) manat pulu isə öz ehtiyacına xərcləmişdir. Maddi imkanı pis olduğu üçün Azərdən aldığı 16120 (on altı min yüz iyirmi) manat pulu qaytara bilməmişdir, amma qısa müddətə qaytaracağına söz verir. Maddi ehtiyaclarını həll etmək üçün həmin evi yeznəsi Xətaidən xəbərsiz satmaq qərarına gəlmişdir. İndi etdiyi əməldən peşmandır, ailəlidir, himayəsində iki uşağı var. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2020-ci ilin sentyabr ayında ev almaq istəmiş, buna görə ev axtarmağa başlamışdır. Həmin vaxt qayınatası Şahid2 ona bildirmişdir ki, ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs adlı bir şəxs var, o, Abşeron rayonu, Masazır kəndində yerləşən 3 otaqlı həyət evi satır. O, qayınatası Akiflə birlikdə Səidlə Abşeron rayonu, Masazır qəsəbəsində görüşmüşlər və orada Səid onlara Safura adlı xalası olduğunu, satılan evin xalasının olduğunu və evi satmağı ona həvalə etdiyini bildirmişdir. Onlar birlikdə həmin evə baxmaq üçün Abşeron rayonu, Masazır kəndinə getmişlər, evi bəyəndikdən sonra qiymətini soruşduqda Səid onlara həmin evin qiymətinin 42000 (qırx iki min) manat olduğunu, kreditlə və ya nağd həmin qiymətə satdığını demişdir. Onlar Səidlə evi kreditlə götürməyə, ilkin ödəniş kimi 15000 (on beş) manat, yerdə qalan pulu isə ayda 400 (dörd yüz) manat ödəməyə razılaşmışlar. Səid həmin vaxt evin sənədlərini Daşınmaz Əmlakın Reyesteri Xidmətinə verdiklərini, onlar həmin ilkin ödənişi və qalan məbləği tam ödəyəndən sonra həmin evi onun adına sənədləşdiriləcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının 10-da Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında saat 12 radələrində qayınatası Akiflə birlikdə ev üçün Səidlə görüşmüş, beh olaraq 200 (iki yüz) manat pul vermişdir. Həmin vaxt Səid onların yanına tək gəlmiş, onunla tez-tez görüşə bilməyəcəyi üçün qalan pulu hissə-hissə atası Şahid1 götürməsini Səidə bildirmişdir. Səid də onunla razılaşmış və bundan sonra, Səid 2020-ci ilin sentyabr ayının 15-də, saat 14 radələrində atasının yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2168 nömrəli bağ evinə gedərək atası Şahid1 2000 manat, 2020ci ilin sentyabr ayının 29-da saat 12 radələrində Səid atasının yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2168 nömrəli bağ evinə gedərək atasından ona məxsus 2000 manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində təxminən ayın 5-də saat 13 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2168 nömrəli bağ evində atasından ona məxsus 3000 manat, 2020-ci ilin oktyabr ayının təxminən 15-də saat 14 radələrində yenə də, atasının evinə, yəni Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2168 nömrəli bağ evinə gedərək atasından ona məxsus 1300 manat, 2020-ci ilin oktyabr ayının sonlarında təxminən ayın 25-də, saat 15 radələrində Səid atasının evinə gedərək ona məxsus 3000 manat pul almışdır. 2020-ci ilin noyabr ayında o, həmin evə getmiş, evə öz hesabına qaz çəkdirmiş, su çəkdirmiş, evə kombi aparatı quraşdırmış, su çəni qoydurmuş və istixana tikdirmişdir. O, ümumilikdə həmin evə 2380 manat xərc çəkmişdir. 2020-ci ilin dekabr ayının əvvələrində, təxminən ayın 5-də, saat 11 radələrində Səid yenə də, atasının yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2168 nömrəli bağ evinə gedərək atasından ona məxsus 3500 manatı almışdır. O, 2020-ci ilin dekabr ayının 15-də ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamağa başlamışdır. 2020-ci ilin dekabr ayının sonlarında, təxminən ayın 27-də, saat 14 radələrində o, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında yenidən Səidlə görüşmüş, ona 320 (üç yüz iyirmi) manat pul vermişdir. Həmin vaxt orada Səidlə və ondan başqa heç kim olmamışdır. 2021-ci ilin yanvar ayının ortalarında, təxminən ayın 15-də, saat 14 radələrində Səid onun atasının yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2168 nömrəli evə gedərək atasından ona məxsus 800 manat pulu da almışdır. O, ümumilikdə Səidə 16120 (on altı min yüz iyirmi) manat pul vermişdir. Həmin müddət ərzində Səid evi onun adına sənədləşdirməmiş və aralarında evə aid hər-hansı müqavilə imzalamışlar. O, hər dəfə Səiddən evin sənədləri barədə soruşanda Səid ona evin sənədlərini Daşınmaz Əmlakın Reyesteri Xidmətinə verdiyini, karantinə görə evi sənədləşdirə bilmədiyini demişdir. 2021-ci ilin fevral ayının 13-də o, ailəsi ilə birlikdə qeyd olunan evdə olarkən sonradan ona adı bəlli olan Xətai adlı şəxs həmin evə gələrək evin özünə aid olduğunu bildirmişdir. O da Xətai adlı şəxsə bu evi aldığını demiş, söhbət zamanı Xətai ondan evi kimdən aldığını soruşmuş, o evi Səiddən aldığını bildirmişdir. Xətai ondan evi neçəyə almağını soruşanda o, həmin evi 42000 (qırx iki min) manata aldığını demiş, Xətai isə evin qiymətinin ən aşağı 60.000 (altmış min) manat olduğunu, pulu ödədiyi halda evin ona qalacağını bildirmişdir. O, Xətaiyə imkanının olmadığını söyləmiş, evin ona Səid tərəfindən 42000 manata satıldığını və Səidlə razılaşdığını demişdir. Bundan sonra Xətai getmiş və o, Səidlə görüşmüş, Səid isə ortada olan anlaşılmazlığı özü həll edəcəyini demişdir. Bundan sonra Xətai ona bir neçə dəfə zəng vuraraq evdən çıxmağını bildirsə də o, evə ödədiyi pulunu və evə çəkdiyi xərci geri aldıqdan sonra evdən çıxacağanı demiş, sonra o, bu barədə polisə müraciət etmişdir. Həmin evin Xətaiyə məxsus olması barədə Təqsirləndirilən şəxs ona heç bir məlumat verməmiş, o, evin pulunu ödəyən vaxt, eləcə də evin-alqı-satqısı barədə Səidlə söhbət edən vaxt Xətaini tanımamış, onunla Səid arasında şifahi müqavilə olmuş, Səid ona evi sənədləşdirəndən sonra aralarında qalan pula görə borc müqaviləsi bağlayacaqlarını bildirmişdir. Bu günə qədər ziyan ödənilməmiş və pulunun qaytarılmasını tələb edir, təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Şahid3 göstərdi ki, 2019-cu ilin oktyabr ayında qaynı Təqsirləndirilən şəxs ona məxsus anası X2 adına olan torpaq sahəsində yerləşən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olan fərdi həyət evini müştəri çıxarsa satmağa köməklik etməsini söyləmiş və evin içərisində divar kağızı qopduğuna görə usta gətirməyi üçün evin açarını ona vermişdir. 2020-ci ilin əvvəllərində o, Səidə evi satmaq istəmədiyini, kirayə verəcəyini bildirmiş və evin açarını ondan geri istəmiş, Səid də evin açarını gətirib onlara təhvil vermişdir. 11 fevral 2021-ci il tarixdə, saat 18 radələrində özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən evə getdiyi zaman darvazanın açarının qapını açmadığını, eləcə də işıq və qaz sayğaclarının işlək vəziyyətdə olduğunu görmüş, evin həyətinə baxdıqda həyətə metlax döşəndiyini və yaşayış olduğunu görmüşdür. O, Səidə zəng edərək bu barədə maraqlandıqda o, heç bir məlumatının olmadığını bildirmiş, bundan sonra o, həmin şəxslərdən kim olduqlarını soruşduğu zaman orada olan Zərərçəkmiş şəxs ona həmin evi onun qaynı Təqsirləndirilən şəxs kreditlə aldığını bildirmişdir. Onlara evin ona məxsus olduğunu, satmadığını və qaynı Səidin onları aldatdığını bildirmişdir. Bundan sonra həmin şəxslər Səid barəsində polisə şikayət etmişlər. Səid ona məxsus evi Azərgilə satmaq adı ilə pul alarkən bu barədə ona heç bir məlumat verməmişdir. Təxminən həmin hadisədən bir il əvvəl o, Səidə evi satmaq istəmədiyini və açarları evinə verməsini söyləmiş, sonuncu da açarları aparıb onun evinə vermişdir. İş materiallarında olan 09.06.2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.80-81) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 09.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v.40) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, ailəsi anasından, həyat yoldaşı və iki yetkinlik yaşına çatmayan uşağından (19.08.2010-cu il təvəllüdlü və 23.12.2008-ci il təvəllüdlü) ibarətdir, yaşayış yerindən müsbət xarakterizə olunur.(i.v.14-18) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2072 saylı, 08.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatı yoxdur.(i.v.60) İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 09.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnın 177.2.2 və 178.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.(i.v.84-89) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CMnın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə mülki iddia, maddi sübut yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Dadaşova Həqiqət Salam qızı tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin... Təqsirləndirilən şəxs cəzasının əvvəli 26 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizizam” qətimkan tədbiri dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar