Məhkəmə qərarları › İş №1(060)-455/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-455/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-455/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixidə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 41, yataqxana 15-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində 2 mərtəbəli “yarımtikili” binada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,305 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 yanvar 2022-ci il tarixdə, saat 18:00-da, Sumqayıt ŞPİ-nin 3-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, 16-cı mikrorayon ərazisində, yaşadığı 2 mərtəbəli “yarımtikili” binanın qarşısında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli, zolaqlı şalvarının sağ yan cibində olan 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş vəziyyətdə, 0,305 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində, yaşadığı 2 mərtəbəli yarımtikilinin yaxınlığında olan zaman 2 (iki) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə getmişdir. PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün siyahı təqdim olunmuşdur. Təhqiqatçı, ondan nə vaxt, harada və kim tərəfindən saxlanıldığını soruşduqda, o, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində, Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında saxlanıldığını, polis əməkdaşlarının saxlayaraq polis bölməsinə gətirdiklərini bildirmişdir. Sonra təhqiqatçı, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə və ya maddi sübut vardırsa təqdim etməsini xahiş etmiş, o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd alışqanı və ağ rəngli kağız parçasını çıxardıb masanın üzərinə qoymuş və üzərində olan digər şeyləri çıxartmağa davam edərək, əynindəki qara rəngli, zolaqlı şalvarın sağ yan cibindən 1 büküm, qara rəngli siqaret kağızına bükülmüş kütləni çıxardıb masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı onun üzərinə axtarış keçirməyə başlamış və əynindəki şalvarın sol yan cibindən ağ rəngli kağız bükülünü aşkar edərək götürmüşdür. O, həmin bükülünün içərisində telefon nömrəsi olduğunu, telefonunu isə satdığını demiş, axtarış zamanı onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Təhqiqatçı, onun üzərindən aşkar olunmuş, qara rəngli siqaret kağızına bükülmüş 1 ədəd bükümün nə olduğunu soruşduqda o, həmin bükümün içərisində “metamfetamin”, yəni psixatrop maddə olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda bükümün içərisində qəhvəyi rəngli, toz halında kütlə aşkar olunmuşdur. Təhqiqatçı, sözügedən bükümün içərisindən aşkar olunmuş qəhvəyi rəngli, toz halında olan kütlənin nə olduğunu bir daha soruşduqda o, həmin maddənin “heroin” olduğunu bildirmişdir. Təhqiqatçı, onun əynindəki şalvarın sağ yan cibindən aşkar olunmuş, qara rəngli siqaret kağızına bükülmüş 1 büküm kütlənin, öncə metamfetamin, büküm açıldıqdan sonra isə heroin adlandırmasının səbəbini soruşduqda, o, həm metamfetamin həm də, heroin istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə bükümünü aldığı şəxsin metamfetamin əvəzinə ona heroin satdığını, sözügedən büküm təhqiqatçı tərəfindən açıldığı anadək bükümün içərisində metamfetamin olduğunu güman etdiyini bildirmişdir. Sonra o, təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş, 1 büküm narkotik vasitə olan heroini səhər saatlarında, Bakı şəhəri “20 Yanvar” ərazisində, tanımadığı şəxsdən 10 manata, öz istifadəsi üçün aldığını, 2 il müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş, qara rəngli siqaret kağızına bükülmüş, 1 büküm narkotik vasitə heroinə bənzər kütlə, büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyularaq çəkisi ölçdükdə, çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin, 1 büküm qara rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, o və digər iştirakçılar zərfi imzalamışlar. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 41, yataqxana 15-də qeydiyyatda olan, Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, 16-cı mikrorayon ərazisində 2 mərtəbəli “yarımtikili” binada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdiriməsi barədə Sumqayıt ŞPİ, 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilində iştirak etməsi üçün o da əlavə edilmişdir. O, əməliyyat qupunun digər üzvü ilə birlikdə, xx.xx.2022ci il tarixdə Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, 16-cı mikrorayon ərazisində, Rahibin yaşadığı 2 mərtəbəli yarımtikilinin” yaxınlığında pusqu qurmuş, saat 18:00-da Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, 16-cı mikrorayon ərazisi, həmin 2 mərtəbəli “yarımtikilinin” yaxınlığında Rahibi saxlamışlar. Onlar özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, saxladıqları şəxsdən də, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirib, etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və onlarla birlikdə 3-cü PB-nə getmişdir. Saxlanılan şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində, Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında, ə\müvəkkili Şahid2 və onun tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə və ya maddi sübut vardırsa təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd alışqanı və ağ rəngli kağız parçasını çıxardıb masanın üzərinə qoyub, üzərində olan şeyləri çıxartmağa davam edərək, əynindəki qara rəngli, zolaqlı şalvarın sağ yan cibindən 1 büküm, qara rəngli siqaret kağızına bükülmüş kütləni çıxardıb masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirməyə başlamış və Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən ağ rəngli kağız bükülünü aşkar edərək götürmüşdür. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində telefon nömrəsi olduğunu, telefonunu isə satdığını bildirmişdir. Təhqiqatçı sözügedən bükümü açaraq masanın üzərinə qoymuş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Təhqiqatçı, R.Dünyamahyevin üzərindən aşkar olunmuş, qara rəngli siqaret kağızına bükülmüş 1 ədəd bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “metamfetamin” olduğunu bildirmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda bükümün içərisində qəhvəyi rəngli, toz halında kütlə aşkar olunmuşdur. Təhqiqatçı, sözügedən bükümün içərisində aşkar olunmuş qəhvəyi rəngli, toz halında olan kütlənin nə olduğunu bir daha soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin “heroin” olduğunu bildirmiş, təhqiqatçı, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən aşkar olunmuş, qara rəngli siqaret kağızına bükülmüş 1 büküm kütlənin, öncə metamfetamin, büküm açıldıqdan sonra isə heroin adlandırmasının səbəbini soruşduqda, Təqsirləndirilən şəxs həm metamfetamin həm də, heroin istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə aldığı şəxsin metamfetamin əvəzinə ona heroin satdığını, sözügedən büküm təhqiqatçı tərəfindən açıldığı anadək bükümün içərisində metamfetamin olduğunu güman etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavblandıraraq üzərindən aşkar olunmuş, 1 büküm narkotik vasitə olan heroinə bənzər kütləni, səhər saatlarında, Bakı şəhəri “20 Yanvar” ərazisində, tanımadığı şəxsdən 10 manata, öz istifadəsi üçün aldığını, 2 il müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, qara rəngli siqaret kağızına bükülmüş, 1 büküm narkotik vastə heroinə bənzər kütləni, büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyaraq çəkisini ölçdükdə, çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin, 1 büküm qara rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Sumqayıt ŞPİ-nin 3-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(i.v 17) İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də barəsində "polisin nəzarəti altına vermə qətimkan" tədbiri seçilmişdir.(i.v 66) "Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında" qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. (i.v 98) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilərək barəsində seçilmiş "polisin nəzarəti altına vermə qətimkan" tədbiri qüvvədə saxlanılmışdır. (i.v 106) Şəxsi axtarış keçirilməsi haqqında protokolun əks olunduğu 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/213 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №127”dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/213 saylı rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir.(i.v 36-40) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1073 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 79) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 19:11-də PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarışa başlamışdır. Dünmalıyev Rahib Nadir oğlunun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli bilindiyi üçün saxlanıldığı biİdirilmiş, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, tutulması barədə protokol, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuş, video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış və şəxsi axtarış zamanı - Dünyamalıyev əynində olan qara rəngli zolaqlı şalvarının sağ yan cibindən 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş 1 ədəd bükümü çıxarıb təqdim etmiş, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin metamfetamin olduğunu bildirərək, həmin büküm açılan zaman onun içərisindən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümdə metamfetamin yox, kakos olduğunu, sadəcə alan zaman metamfetamin əvəzinə kakos aldığını, həmin kakosu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 1 ədəd qara rəngli alışqan, 1 ədəd ağ rəngli salfetka və siqaretin gümüşü rəngli siqaret kağızına bükülmüş ***-***-**-** mobil nömrə aşkar olunmuş, 1 ədəd qara rəngli alışqan, 1 ədəd ağ rəngli salfetka əhəmiyyət kəsb etdiyindən özünə qaytarılsa da mobil nömrə götürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə elektron tərəzidə çəkilmiş, 1 bükümdə olan heroinə bənzər maddənin kağızla birlikdə çəkisi 0,48 qram olmuş, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənərək üzərində qeydlər aparılaraq imzalanmışdır. (i.v 24-25) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və bir ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,305 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək daşıyaraq üzərində saxlaması təsdiqini tapmışdır. Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2015-ci il təvəllüdlü X3 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X4 oğlu adlı 2 azyaşlı uşağı vardır. İş materiallarında olan 22 saylı MKS-nın xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2 azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ilkin çəkisi 0,305 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,255 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub saxlanıldığı cəmi 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində 2 mərtəbəli “yarımtikili”-ni tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0,255 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar