Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-455/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1966-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan 05 ədəd narkotik vasitə metadon dərman tabletləri əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 21 fevral 2023-cü il tarixdə saat 18:00-da həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 450 saylı fərdi yaşayış evinin yaxınlığında yerləşən “Şorun-üstü” deyilən yerin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib həmin tarixdə saat 18:40-da orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan uzun balon paltonun sağ yan cibində saxladığı üzərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 01 ədəd blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan 05 ədəd narkotik vasitə metadon dərman tabletləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 450 ünvanında qızı X3 ilə birlikdə yaşayır. Qızı İ qrup əlil olmaqla yataq xəstəsidir. X8 və Mahir Ağayev həbsdədirlər. Bir neçə ildir ki, qadın xəstəliyindən əziyyət çəkir. Ağırlarını azaltmaq üçün son zamanlar narkotik vasitə metadon dərmanları qəbul edir. Belə ki, bir ədəd dərman həbini 4 hissəyə bölərək ağırlarını kəsmək məqsədilə bir hissəsini qəbul edir. Metadon dərman həblərini Sumqayıt şəhəri ərazisində tanımadığı şəxslərdən əldə edir. Təxminən 15 gün əvvəl yaşadığı evin həyət darvazasından bayırda küçədə bir list metadon dərman həbləri olmasını görmüşdür. Metadon dərman həblərini tanıdığına görə həmin dərman listini götürüb cibinə qoymuşdur. Həmin listdə 8 ədəd dərman həbləri olmuşdur. 15 gün ərzində həmin dərman həblərindən 3 ədəd dərman həbini istifadə etmişdir. Qalan 5 ədəd dərman həbləri isə üzərində gəzdirmişdir. 21 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Corat qəsəbəsi 450 saylı evindən çıxıb evinin yaxınlığında yerləşən “şorun üstü” deyilən yer ilə piyada hərəkət edərkən, evdən təxminən 150 metr aralandıqdan sonra tanımadığı avtomobil yanında saxlamışdır. 2 nəfər mülki paltarda olan şəxslər düşərək ona yaxınlaşıb Sumqayıt ŞPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olmağı barədə məlumat aldıqlarını deyərək onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. O da üzərində 5 ədəd narkotik vasitə metadon dərman həbləri olmasını bildirərək polis əməkdaşlarına etiraz etməmiş və onların idarə etdikləri avtomobilə əyləşmişdir. Polis əməkdaşları onu Sumqayıt şəhər polis idarəsinə gətirdikdən sonra təhqiqatçı onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutaraq müdafiəçi ilə təmin etmişdir. Özü Sumqayıt şəhər 1 saylı vəkillər bürosunun vəkili Nail Məmmədovun müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Nail Məmmədov müdafiəçisi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi Nail Məmmədovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli balon paltonun sağ yan cibində saxlamış olduğu bir ədəd kəsik listdə olan 5 ədəd metadon dərman həblərini çıxarıb təqdim etmişdir. Həmin metadon dərman həblərini özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bədənində olan ağrıları kəsmək məqsədilə gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitə metadon həblərini 10-15 gün əvvəl yaşadığı evin həyətindən tapdığını bildirmişdir. Həmin narkotik vasitə metadon həbləri təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri özü, vəkili Nail Məmmədov və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Həmin narkotik vasitəni yaşadığı evin həyət darvazasının bayır tərəfindən tapmışdır. Şəxsi axtarış aparılan zaman həyəcanlı olduğuna görə fikirlərini tam düzgün izah edə bilməyərək narkotik vasitəni evinin həyətindən tapdığını göstərmişdir. İstər saxlanılan zaman, istərsə də polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Ailəlidir, özü və uşağı İ qrup əlildir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, xəstədir, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsnun ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı xüsusi rütbəsi daşıyır. Sumqayıt şəhəri Corat qəsəbəsi ev 450-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 21 fevral 2023-cü il tarixdə Xalidə adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Xalidə adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra CAŞ-nin rəisi, polis polkovnik-leytenantı Yelmar Mehdiyevin rəhbərliyi altında CAŞ-nin kiçik inspektoru Şahid2, Təhqiqat şöbəsinin təhqiqatçısı Elnur Feyzullayev, KTİ-nin kriminalisti Rasim Paşayev və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə kiçik inspektor Şahid2la birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun Sumqayıt şəhəri Corat qəsəbəsində yaşadığı evin yaxın ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Az sonra Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında “şorun üstü” deyilən yerin yaxınlığında piyada hərəkət etdiyini görüb kiçik inspektor Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanurla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan metadon həbləri olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılinası məqsədi ilə onu Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis İdarəsində təhqiqatçı Elnur Feyzullayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman iştirak etməsi üçün Sumqayıt ŞPİ-nin əməliyyat-rabitə qrupunun operatoru Mələk Əhmədova dəvət olunmuşdur. Daha sonra ŞPİ-nin X2 ekspert kriminalisti X4 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan uzun balon paltosunun sol yan cibindən Samsung markalı mobil telefon, sağ yan cibindən isə üzərində “Methadone” yazılan dərman həbləri olan konvalyutu çıxarıb təqdim etmişdir. Həmin konvalyuta baxış keçirən zaman içərisində 5 ədəd tamlığı pozulmamış dərman həbləri, bir həbin isə yerinin boş olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qadın xəstəliyindən əziyyət çəkdiyini, ona görə də həmin dərman həblərini ağrılarını kəsmək üçün özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin dərman həblərini yaşadığı evin həyətyanı sahəsindən 15 gün əvvəl tapdığını bildirmişdir. Bundan sonra ŞPİ-nin əməkdaşı Mələk Əhmədova tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılsa da qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd konvalyutda olan 5 ədəd metadon həbləri təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1la eyniməzmunlu ifadə verdi. İş materiallarında olan “Cinayət törətmiş şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 450 saylı fərdi evin yaxınlığında yerləşən “Şorun üstü” deyilən ərazidə tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış parılan zaman əynində olan qara rəngli uzun balon paltosunun sol yan cibindən bir ədəd ‘‘Samsung” markalı mobil telefonu, sağ yan cibindən isə bir ədəd üzərində methadone yazılan dərman konvalyutunu çıxarıb təqdim etmişdir. Həmin dərman konvalyutunda 5 ədəd tamlığı pozulmamış halda dərman həbləri, bir ədəd həb yerinin isə boş olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin dərman həblərini şiş xəstəliyi olduğuna görə ağrılarını azaltmaq məqsədilə istfadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin dərman həblərini 15 gün əvvəl yaşadığı evin həyətyanı sahəsindən tapdığını və həmin vaxtdan özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 5 ədəd metadone dərman həbləri iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə iclasında həmin diskdəki videogörüntülərə baxış keçirildi və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1070 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün № 124 möhür əksi “saxlanılan şəxs Təqsirləndirilən şəxs ... qeydli zərfdəki üzərində Methadone 40... Faran” əmtəə göstəriciləri olan 01 ədəd blister kəsiyində üzərlərində “F/M 40” yazısı həkk olunmuş 05 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan narkotik vasitə metadon müəyyən edildi. 05 ədəd tablet kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd blister kəsiyində üzərlərin “F/M40” yazısı həkk olunmuş 05 ədəd dərman tabletləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatına sərf olunmuş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 04 ədəd dərman tabletləri saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 1 ədəd “Samsung” markalı mobil telefon cihazının zənglər və SMS-lər siyahısına, vvhatsap bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən zəng və ya SMS müəyyən edilməmişdir. İş materiallarında olan ambulator-məcburi narkoloji tibbi yoxlamanın 01 mart 2023-cü il tarixli 1180 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt ŞİHB-nin Corat İƏDN-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 2 nömrəli xəstəxananın arayışından görünür ki, X3 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin nevroloji kabinetində “keçirilmiş USİ-nin qalıq əlamətləri, spastik taraparez” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 307.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 06 ay 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmişdir. Bundan başqa o Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilərək cəzası 05 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2011-ci il tarixli qərar ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2015-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən 01 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı ildə cəza müddəti başa çatmışdır. Bundan başqa o Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, həbs qətimkan tədbiri ləğv edilərək azad olunmuşdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd blister kəsiyində üzərlərin “F/M40” yazısı həkk olunmuş 05 ədəd dərman tabletləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatına sərf olunmuş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 04 ədəd dərman tabletləri saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxsnun cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdardatəsiriedici maddəsinin miqdarı 0,2 qram olan 05 ədəd narkotik vasitə metadon həbi əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsindəki övladının və özünün İ qrup əlil olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Təqsirləşdirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxsnun törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadliqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 04 ədəd metadon həbi məhv edilməlidir. Təqsirləndirilən şəxsnun üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdən tutularaq saxlanmış və xx.xx.2023-cü il tarixdə azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsnun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 450-i tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 04 ədəd metadon həbi məhv edilsin. Təqsirləndirilən şəxsnun üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-455/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-455/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver