Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-456/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01.04.2022-ci il taraixdə, saat təxminən 10:00 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Dominos Pizza”-nın yaxınlığında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq ona sol sağrının yuxarı bayır kvadratının dərialtı hematoması, sol bazunun orta 1/3-nin bayır-arxa səthinin qançırı, sol gicgah nahiyyəsinin şişkinlik fonunda əziyi xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığa «YÜNGÜL» dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən bir ildən çoxdur ki tanıyır. Elmin təxminən hadisədən 3 ay qabaq ondan borca 50 manat pul almış, lakin sonradan pulu vəd etdiyi vaxtda qaytarmamışdır. Bundan sonra o Elminə dəfələrlə zəng etsə də, Elmin onun zənglərinə cavab verməmişdir. O, 01.04.2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Dominos Pizza”-nın yaxınlığında olan zaman o təsadüfən Elmini görmüş, ondan ona borca verdiyi pulu istəmiş, Elmin də ona pulu olan zaman pulu qaytaracağını bildirmişdir. Lakin o Elminlə razılaşmamış və pulunu istəmişdir. Həmin zaman onlar arasında mübahisə yaranmış, yaranmış mübahisə zamanı o anidən əsəbiləşərək yumruq və təpiklə Elminin baş, ayaq, bel, qol və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarətlər yetirmiş, sonra isə oradan çıxıb getmişdir. Onlar arasında baş verən mübahisə ümumilikdə 2-3 dəqiqə çəkmiş, mübahisə anidən yarandığı və səs-küy olmadığı üçün heç kim görməmişdir. Hazırda etdiklərindən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxs ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildən çoxdur ki tanıyır. Hadisədən 3 ay qabaq Təqsirləndirilən şəxs borca 50 manat pul almış, lakin sonradan imkanı olmadığı üçün pulu vəd etdiyi vaxtda qaytara bilməmişdir. Ceyhun sonradan bununla bağlı dəfələrlə zəng etsə də, o utandığından sonuncunun zənglərinə cavab verməmişdir. O, 01.04.2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Dominos Pizza”-nın yaxınlığında olan zaman o təsadüfən Ceyhunu görmüşdür. Ceyhun ondan ona borca verdiyi pulu istəmiş, o isə ona pulu olan zaman pulu qaytaracağını, halhazırda imkanı olmadığından pulu qaytara bilməyəcəyini bildirmişdir. Lakin Ceyhun israrla pulunu istəmişdir. Həmin zaman onlar arasında mübahisə yaranmış, yaranmış mübahisə zamanı Ceyhun anidəjn əsəbiləşərək yumruq və təpiklə Elminin baş, ayaq, bel, qol və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarətlər yetirmiş, sonra isə oradan çıxıb getmişdir. Onlar arasında baş verən mübahisə ümumilikdə 2-3 dəqiqə çəkmiş, mübahisə anidən yarandığı və səs-küy olmadığı üçün heç kim görməmişdir. O hadisədən dərhal sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gedərək ərizə ilə hadisə ilə bağlı müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayəti yoxdur və Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02.04.2022-ci il tarixli, 402 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində «sol sağrınınn yuxarı bayır kvadratının dərialtı hematoması, sol bazunun orta 1/3-nin bayır-arxa səthinin qançırı, sol gicgah nahiyyənin şişkinlik fonuna əziyi» xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törədilmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvəl olmaqla 01.04.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 03.06.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs 03.06.2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 1216 saylı 05.04.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 Saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” PHŞ 4 nömrəli poliklinika şöbəsi tərəfindən verilmiş 78 saylı, 06.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 29.03.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən 05.04.2022-ci il tarixdə qəbul edilmiş “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri qeydə alınmadığından toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi iloə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsinə tövsif edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmiş, işin davam etdirilməsi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həvalə edilmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-456/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-456/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver