Məhkəmə qərarları › İş №1(060)-456/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-456/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-456/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, evli, fərdi əməklə məşğul olan, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü madəlləri ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixində cəzasını tam qaydada çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında fərdi yaşayış evində qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,220 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 28 mart 2025-ci il tarixdə saat 18:40 radələrində həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 4 saylı Notariat ofisinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan balaca cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0,220 qram çəkidə həmin narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir tanışındna narkotik vasitəni 10 manata almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunan narkotik vasitə heroin olub, ondan başqa heç bir narkotik vasitədən istifadə etmir,nsrkotik vasitəni həmin gün büküm kimi almışdı.Polis əməkdaşları onu saxlayan zaman ona qarşı heç bir təzyiq göstərməmişlər. Əməlindən peşmandır.Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, ünvan 1 ünvanında fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayır, fərdi əməklə məşğul olur, heç vaxt ruhi-əsəb xəstəliyi keçirtməmiş, bununla bağlı müalicə almamışdır. Narkotik vasitə olan heroindən 5 ildir ki, yandırıb tüstüsünü udma yolu ilə, əvvəllər isə inyeksiya yolu da istifadə etmişdir. O, əvvəllər məhkum edilmişdir, belə ki, sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddəlləri ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. O, xx.xx.2025-ci il tarixdə axşam saat 17-18 radələrində şəxsi işi ilə bağlı Sumqayıt şəhəri, Kotec qəsəbəsinə getmiş, orada olan zaman təsadüfən rastlaşdığı, əvvəllər tanıdığı şəxslə görüşüb söhbət edən zaman narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxsin də narkotik vasitə istifadəçisi olduğunu görüb ona narkotik vasitə olan “heroin” verməsini xahiş etmişdir. Həmin şəxs də ona 10 (on) manat pul müqabilində 01 (bir) ədəd bükümdə narkotik vasitə “heroin” vermiş, həmin heroin bükümünü alıb əynində olan tünd göy rəngli cins şalvarının sağ balaca yan cibinə qoymuşdur. Oradan Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisinə gəlmişdir. Həmin tarixdə saat 18:40 radələrində Sumqayıt şəhəri, 3-cü mikrotayon ərazisində olan 4 saylı Notariat ofisinin yaxınlığında piyada hərəkət edən zaman 03 (üç) nəfər mülki geyimli şəxslər küçədə ona yaxınlaşıb onu yaxalamışdılar, özlərini təqdim edib Sumqayıt şəhər Pİnin 3-cü Polis Bölməsinin əməkdaşları olduqlarını deyib, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişdilər. Həmin polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Daha sonra polis əməkdaşları ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini bildirib videoçəkiliş aparılmaqla üstünü yoxlayacaqlarını demişdilər. O, etiraz etməmiş, sonra üst-başını yoxlamağa başlamazdan qabaq polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuş, o, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirib üzərində narkotik vasitə olan “heroin” bükümü olduğunu deyib əynində olan tünd göy rəngli cins şalvarın sağ balaca yan cibindən həmin gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı gümüşü rəngli siqaret kağızında olan bükümü açıb içərisinə baxdıqda narkotik vasitə “heroin”-ə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra əməliyyat müvəkkili tərəfindən üst-başının yoxlanılması davam etdirilmiş, bu zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ cibindən 01 (bir) ədəd "xxxx" ASC-yə aid plastik bank kartı aşkar olunmuş, lakin əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, yoxlama davam etdirilmiş, lakin üzərindən əlavə olaraq heç bir əşya, yaxud predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı üzərindən aşkar olunmuş narkotik vasitəni haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşmuş, o, bildirmişdir ki, həmin narkotik vasitə bükümünü xx.xx.2025-ci il tarixdə saxlanıldığı vaxtdan qabaq Sumqayıt şəhəri, Kotec qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 (on) manat pul müqabilində alıb üzərində saxladığı demişdir. Daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd büküm siqaret kağızı ilə birlikdə Çin istehsalı olan elektron tərəzi ilə ölçüldükdə çəksinin 0,31 qram olması müəyyən olunmuşdur. Daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan narkotik vasitə “heroinə” bənzər maddə xüsusi qaydada Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürləyib qablaşdırılmış, qablaşdırılmış zərf əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra video çəkliş dayandırılmışdır. Daha sonra əməliyyat müvəkkilləri onu müvafiq sənədləşmə aparılması üçün tutulduğu yerdən birbaşa Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasına aparmışdılar. 3-cü PB-yə çatdıqdan sonra xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı ona təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X8 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X8 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə yenidən video çəkiliş aparılmalqa üzərindən aşkar olunmuş bükümün əməliyyat müvəkkilindən götürülməsinə başlanılmışdır. Çəkiliş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X9 çıxışı ilə başlamış, təhqiqatçı özünü təqdim edəndən sonra o, sonra polis əməkdaşları və vəkil özlərini təqdim etmişdilər. Təhqiatçı Z.Quliyev ona nəyə görə saxlanıldığını bir daha izah edib ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, ona bu barədə bildirişi təqdim etmiş, o, hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib təqdim olunmuş bildirişi imzalamış, heç bir etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı Z.Quliyev ona Sumqayıt ŞPİnin 3-cü PB-nın əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanlıması, üzərində gəzdirilməsi və istifadəsində şübhəli olduğu üçün saxlanılıb Polis Bölməsinə gedirdiklərini deyib onun yanında dayanan şəxslərin həmin əməkdaşlar olub-olmadığını ondan soruşmuş, o da onu saxlayan polis əməkdaşlarının hazırda yanında dayanan şəxslər olduğunu demişdir. Daha sonra təhqiqatçı əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş 01 (bir) ədəd diski və bağlamanı qəbul etmiş, bağlamanı göstərib ona üzərindən aşkar olunmuş bağlamanın həmin bağlama olub-olmadığını soruşmuş, o, üzərindən aşkar olunmuş bağlamanın məhz həmin bağlama olduğunu deyib içərisindəki narkotik vasitə heroini şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə saxlanıldığı vaxtdan qabaq Sumqayıt şəhəri, Kotec qəsəbəsində olarkən tanımadığı şəxsdən 10 (on) manata aldığını və üzərində saxladığını demişdir. Daha sonra təhqiqatçı Z.Quliyev onun üzərindən aşkar olunmuş və əməliyyat müvəkkili tərəfidən təqdim edilmiş bağlamanı açıb ona yenidən baxış keçirmiş, daha sonra onu yenidən xüsusi qaydada Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürləyib qablaşdırmış, qablaşdırılmış zərf əməliyyatçılar, vəkil və onun tərəfindən imzalanmışdır. Təhqiqatçı həmin bağlamanı Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün götürmüşdür. Sonra o, təhqiqatçı Z.Quliyevin və vəkilin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütləni xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsində olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 (on) manata aldığını bildirmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində mobil telefon olmamışdır. Bundan sonra video çəkliş dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki,28 mart 2025-ci il tarixində saat 18:40 radələrində keçirilmiş əməliyyat-axtarış təbirləri nəticəsində 3-cü mkrn, 4 saylı notariusun qarşısında üzərində narkotik vasitə olması şübhəsi ilə vətəndaşı saxlamışlar,bundan sonra təqsirləndirilən şəxs cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirdi ki, əməliyyat məlumatı vətəndaşın şəxsi istifadəsi üçün üzərində narkotik vaitə gəzidrməsi ilə bağlı daxil olduğunu bildirdi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 elan edilmiş ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışı barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Bölmə rəhbərliyinə məruzə edildikdən sonra bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa o, həmçinin daha 02 (iki) nəfər polis əməkdaşı daxil edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 28 mart 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı Notariat ofisinin yaxınlığında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra xx xxxx 1989-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə sonuncunu 28 mart 2025-ci il tarixdə saat 18:40 radələrində əməliyyat müvəkkili, polis baş leytanantı Şahid3 tərəfindən fasiləsiz video çəkiliş aparılmaqla piyada hərəkətdə olarkən saxlamışdılar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar fasiləsiz video çəkiliş aparılmaqla saxlanılan şəxs Təqsirləndirilən şəxs bir daha saxlanılmasının səbəbini izah edərək ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra üst-başını yoxlayacağını demişdir. Bundan sonra yoxlamaya başlamazdan əvvəl o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində narkotik vasitə bükümü olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sağ balaca yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb ona təqdim etmişdir. Təqdim olunan gümüşü rəngli siqaret kəsiyi onun tərəfindən açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra onun tərəfindən yoxlama davam etdirilmiş, bu zaman saxlanılan şəxs Təqsirləndirilən şəxs əynindəki həmin şalvarın sağ yan cibindən 01 (bir) ədəd "xxxx" ASC-yə aid plastik ban kartı aşkar olunmuş, lakin sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarmışdır. Daha sonra aşkar olunmuş büküm onun tərəfindən elektron tərəzi ilə ölçülərkən çəkisinin 0,31 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin büküm onun tərəfindən 01 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üstü DİN-in 127 nömrəli möhürü ilə möhürlənmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və onların tərəfindən imzalanmışdır. Daha sonra onun tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üst-başı yoxlanılmış, lakin sonradan M.Rəcəbovun üzərindən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs salları cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər bükümü saxlanılmamışdan qabaq Sumqayıt şəhəri, Kotec qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 (on) manat pul müqabilində alıb öz şəxsi istifadəsi üçün üzərində saxlanıldığını demişdir. Sonrakı prossesual sənədləşmənin aparılması məqsədi ilə video çəkiliş dayandırılaraq şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs PB-ya gətirilərək bu barədə Bölmə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin inzibati binasında, xidməti otaqlardan birində təhqiqatçı, polis mayoru X12 özünü təqdim edərək şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adlarının siyahısını ona təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil X8 dəvət edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X12 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi və daşınması ilə bağlı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanıldığını, 3-cü Polis Bölməsinə gətirildiyini deyib üzərində şəxsi axtarış keçiriləcəyini qeyd edib axtarışda iştirak edən polis əməkdaşlarını, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxsin müdafiəçisi X7 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etikdən sonra sonuncu bildirişi imzalayıb sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, yaxud, predmet aşkar olunmamışdır. Daha sonra təhqiqatçı əməliyyat müvəkkili, onun tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bağlamanı götürüb ona təkrarən baxış keçirir və onu yenidən müvafiq qaydada qablaşdırıb Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün götürmüşdür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütləni xx.xx.2025-ci il tarixdə saat 17-18 aralığında saxlanılmamışdan qabaq Sumqayıt şəhərində, Kotec qəsəbəsində olarkən əvvəllər tanımadığı şəxsdən 10 (on) manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra video çəkliş dayandırıldır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilib daşıması, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, saat 18:39 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariusun yanında piyada hərəkətdə olan zaman saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürülmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ kiçik yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş “heroinə” bənzər kütlə və 01 ədəd bonkamat kartı təqdim etmiş, 01 ədəd bankomat kartı heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən vətəndaşın özünə qaytarılmışdır. Narkotik vasitə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,31 qram olması müəyyən edilmiş və 01 ədəd İnfinix markalı telefon vasitəsilə zərfdə 127 saylı möhür vurukmaqla qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında tanımadığı şəxsdən Kotec qəsəbəsi ərazisində 10 manata “heroinə” bənzər kütləni aldığını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama zamanı İnfinix markalı videokamera vaitəsilə Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. - Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə saat 18:40 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 4 saylı Notariat ofisinin yaxınlığında cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. - xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, üzərində gəzdirməsi və istifadəsində şübhəli bilindiyi üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18:40 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariusun yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, əynindəki tünd göy rəngli cins şalvarının sağ kiçik yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş “heroinə” bənzər maddə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərkən çəkisinin 0,31 qram olması müəyyən edilmişdir. Daha sonra həmin maddə 01 ədəd kağız zərfə qoyulmaqla qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin “kakos” adlandırdığı narkotik maddə heroinə bənzər maddəni ümumilikdə 10 manat verməklə xx.xx.2025-ci il tarixdə, axşamüstü radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində tanımadığı şəxsdən almaqla əldə etdiyini və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvfiq sənədləşmə işlərinin aparılmasından ötrü maddi sübutla birlikdə 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunan 01 ədəd ağ rəngli kağız zərfə baxış keçirilmişdir. Əvvəlcə üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan 01 ədəd zərf açılmış, zərfin içərisindən çıxan 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümünə isə açılmadan baxış keçirilmiş və 01 ədəd ağ rəngli başqa bir kağız zərfə qoyulmaqla yenidən qablaşdırılaraq möhürlənmişdir. Həmçinin M.Rəsulov tərəfindən təqdim edilən və keçirilmiş əməliyyat tədbirinin nəticələrini əks etdirən 01 ədəd DVD disk də götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs içərisində “kakos” olduğunu bildirdiyi 01 ədəd gümüşü rəngli bükümün özünə məxsus olduğunu, xx.xx.2025-ci il tarixdə axşamüstü radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində tanımadığı şəxsə bir bükümə ümumilikdə 10 manat pul verməklə əldə etdiyini, narkotik maddəyə bənzər maddəni şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını, istifadə etməyə imkan tapmamış polis əməkdaşları tərəfindən saxlanıldığını və üzərindən aşkar edildiyini bildirmişdir. Həmçinin saxlanılan zaman və polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi təzyiq edilmədiyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı “İnfinix” markalı mobil telefon vasitəsi ilə Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. - Məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2025-ci il tarixli 3-16-16/2-20/140 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N “127” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan Heroinə bənzər kütlə; Z.Quliyev “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd gümüşü rəngli siqaret kəsiyinə bükülmüş təmiz çəkisi 0,220 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “Heroin”-dir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,03 qram sərf edildikdən sonra 0,190 qram heroin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və eyni tarixli istintaq hərəkətinin videoçəkilşini əsk etdirmiş 02 (iki) ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş 1-ci disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində “CMC BİNGO 16X” markalanma yazıları olması müəyyən edildi, həmin disk «Windovs-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” döyməsi açıldı. “My Compyuter” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD-ROM” yazılmış disk şəkilli alt menyu vardır. Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntü “video**********672221502” başlıqlı 1 072 625 KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntü «Windovs-10» əməliyyat sisteminin «MPC-HC Player» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edildi. Həmin diskdə olan faylda «20250224_194111 » sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 07 dəqiqə 14 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 28 mart 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 19:39-dan saat 18:46-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və video çəkilişi aparan əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakları ilə xx xxxx 1989-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü mikrorayon, 4 saylı Notariat ofisinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılması və orada üstünün yoxlanılması müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 çıxışı ilə başlayır. Əməliyyat müvəkkili Şahid1 özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları özlərini təqdim edirlər. Əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ balaca yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb əməliyyat müvəkkilinə təqdim edir, sonuncu tərəfindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olan büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunur. Daha sonra yoxlama davam etdirilir, bu zaman saxlanılan şəxs Təqsirləndirilən şəxs əynindəki həmin şalvarın sağ yan cibindən 01 (bir) ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartı aşkar olunur, lakin sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılır, sonrakı yoxlama zamanı sonuncunun üzərindən əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmur. Daha sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd büküm Çin istehsalı olan elektron tərəzi ilə ölçüldükdə çəkisinin 0,31 qram olması müəyyən olunur. Sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) bükümdəki kütləni, büküldüyü sellofan kəsiyi ilə birlikdə 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərfin üstü DİN-in 127 nömrəli möhürü ilə möhürlənir, daha sonra polis əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Sonra şübhəli şəxs M.Rəcəbova əməliyyat müvəkkili Ə.Hacızadənin suallarını cavablandıraraq üzərindən aşkar olunan narkotik vasitə heroinə bənzər kütləni saxlanılmamışdan qabaq axşamüstü Sumqayıt şəhəri, Kotec qəsəbəsindən tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra əməliyyat müvəkkili, polis kapitanı Şahid1 saxlanılan şəxs Təqsirləndirilən şəxs sonrakı sənədləşmə aparılması üçün onu Polis Bölməsinə aparacağını deyib, sonra video çəkiliş dayandırılır. 2-ci disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində hər hansı markalanma yazıları olmaması müəyyən edildi, həmin disk «Windovs-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” döyməsi açıldı. “My Compyuter” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD-ROM” yazılmış disk şəkilli alt menyu vardır. Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntü “video**********672221500” başlıqlı 1 267 897 KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntü «Windovs-10» əməliyyat sisteminin «MPC-HC Player» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edildi Həmin diskdə olan faylda « video**********672221500» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 08 dəqiqə 33 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 28 mart 2025-ci il tarixli «şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 19:45-dən saat 19:53-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X9, 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, video çəkilişi aparan əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1989-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ŞPİ-nin 3-cü PB-nın inzibati binasında, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilməsi və əməliyyat müvəkkili tərəfindən təqdim olunan bağlamanın götürülməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin 3-cü PB-nın təhqiqatçısı, polis mayoru X9 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və vəkil özlərini təqdim edirlər. Təhqiqatçı Z.Quliyev şübhəli Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını bir daha izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona bu barədə bildirişi təqdim edir, şübhəli şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib təqdim olunmuş bildirişi imzalayıb heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı O.Rzayev şübhəli şəxs M.Rəcəbova Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanlıması, üzərində gəzdirilməsi və istifadəsində şübhəli olduğunu üçün saxlanılıb 3-cü PB-ya gedirdiklərini deyib yanında dayanan şəxslərin həmin əməkdaşlar olub-olmadığını soruşur, şübhəli şəxs onu saxlayan polis əməkdaşlarının hazırda yanında dayanan şəxslər olduğunu deyir. Daha sonra təhqiqatçı əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş bağlamanı göstərib şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın həmin bağlama olub-olmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın məhz həmin bağlama olduğunu deyib içərisindəki narkotik vasitə heroini şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə saat 17-18 aralığında Sumqayıt şəhəri, Kotec qəsəbəsində olarkən 10 (on) manata aldığını və üzərində saxladığını bildirir. Daha sonra təhqiqatçı Z.Quliyev şübhəli şəxsin üzərindən aşkar olunmuş və əməliyyat müvəkkili tərəfidən təqdim edilmiş bağlamanı açıb içərisindəki bükümə bir daha baxış keçirir və onu yenidən xüsussi qaydada qablaşdıraraq DİN-in 127 nömrəli möhürü ilə möhürləyib Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün götürür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı Z.Quliyevin və vəkilin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütləni saxlanılmamışdan qabaq qabaq Sumqayıt şəhəri, Kotec qəsəbəsində olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 (on) manata aldığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. - xx.xx.2025-ci il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,220 qram olan narkotik vasitə olan heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,190 qram çəkidə narkotik vasitə olan heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ- nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş 30 may 2025-ci il tarixli məktubdan görsənir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,220 qram narkotik vasitə olan heroini əldə etdiyi şəxsi və ya mənbənin müəyyən etdilməsi, eləcə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatının əldə edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(057)-596/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü madəlləri ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Salyan rayon Məhkəməsinin 7(057)-596/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - məhkəmə-narkoloji ekspertizasının 1803 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında xx.xx.2021-ci il tarixdə X4 Komissiyasından müayinədən keçmiş və 111.2 diaqnozu ilə qeydiyyata alınmışdır. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış, 0,220 qram narkotik vasitə olan heroin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış etdikdən sonra saxlanılması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc yerinə təhvil verilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanması, şəxsi axtarış keçirilməsi və təqdim edilən əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq mateiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilmiş və onun əməlində cinayətin residivinin olması nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin xeyli miqdarı təmiz halda 0.15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdırna hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü madəlləri ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, habelə sonuncu dəfə Salyan rayon Məhkəməsinin hökmü ilə ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və həmin iş üzrə məhkumluğunun ödənilməməsini nəzərə alaraq, təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,190 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olmağı nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-456/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1117 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 99 (doxsan doqquz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,190 qram narkotik vasitə olan qurudulmuş heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar