Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-457/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.2004-cü ildə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllr məhkum olunmayan, işsiz, Masallaı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2020-ci il tarixli, 1(101)-373/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək 03 (üç) il meddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, çəzası çəkilməmiş hesab olunan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 15.02.2022-ci il tarixdə saat 19.40 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 6-cı mikrorayon ev 23, mənzil 18ə qonaq qismində gələrək sonuncunun başının qarışmasından istifadə edərək ona məxsus içərisində 5 (beş) manat dəyərində “Bakcell” mobil operatora məxsus olan 055 *** ** ** mobil nömrə və 5 (beş) manat dəyərində “Bakcell” mobil operatora məxsus olan 055 *** ** ** nömrəsi olan 200(iki yüz) manat dəyərində 1 ədəd “Samsung” markalı, “SM- A505FN” modelli İMEi356644/10/35383017, 356645/10/353/83/0/4 imei kodlu mobil telefon cihazını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 210 (iki yüz on) manat məbləğində ziyan vurmaqla oğlurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 15.02.2022-ci il tarixdə saat 19.40 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 6-cı mikrorayon ev 23, mənzil 18ə qonaq qismində gələrək sonuncunun başının qarışmasından istifadə edərək ona məxsus içərisində 5 (beş) manat dəyərində “Bakcell” mobil operatora məxsus olan 055 *** ** ** mobil nömrə və 5 (beş) manat dəyərində “Bakcell” mobil operatora məxsus olan 055 *** ** ** nömrəsi olan 200(iki yüz) manat dəyərində 1 ədəd “Samsung” markalı, “SM- A505FN” modelli İMEi356644/10/35383017, 356645/10/353/83/0/4 imei kodlu mobil telefon cihazını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 210 (iki yüz on) manat məbləğində ziyan vurmaqla oğlurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təqribən bir ay əvvəl dostu İlkinlə birlikdə instagram sosial şəbəkəsində Kənan adlı şəxslə tanış olmuş, Kənanın dəvəti ilə hadisəsən öncə İlkinlə birlikdə onun yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən evinə ikisi getmişlər, hər dəfə Kənan onlara çay hazırlamışdır. 15.02.2022-ci il tarixdə Sadiqlə birlikdə 12-ci mikrorayon ərazisində olduğu zaman Kənana məxsus olan mobil telefonu oğurlamaq qərarına gəlmiş və o, Kənana zəng vurmuş və görüşmək istədiyini ona demiş, Kənanan evdə tək olduğunu gələ biləcəyini bildirmişdir. Saat 19:30 radələrində Kənanın evinə İlkinlə birlikdə getmiş, Kənan onları qarşılamış, keçib qonaq otağında əyləşmiş, Kənananın hər iki telefonu qonaq otağındakı masanın üzərində görmüş, Kənana onlara çay gətirmiş, çay içəndən sonra Kənanı oradan uzaqlaşdırmaq üçün qabacadan İlkinlə planlaşdırdıqları kimi o, Kənanın başını qatmış, Kənan hamam otağına keçdikdə İlkin mənzlilin giriş qapısını açmış o, qonaq otağından masanın üzərindən Kənanın Samsung galaxy markalı mobil telefonunu götürüb cibinə qoyaraq Kənana heç bir söz demədən və onun xəbəri olmadan evdən çıxıb getmişdirlər. Evdən çıxan kimi Kənanın telefonunu dərhal söndürmək istəsə də, telefon kodda olduğuna görə sönməmiş, bu səbəbdəndə üzərində olan nömrələri yerə atmışdırlar. Kənanın evindən çıxandan sonra birbaşa İlkinlə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən İdeal çay evinə getmiş, orada oturub çay içərək razılığa gəlmişdirlər ki, telefonu 3-4 gündən sonra aparıb satıb, pulunu aralarında böləcəklər və İlkinə telefonu aparıb evində gizlədəcəyinə də razılaşmışdır. O, Kənanın evindən oğurladığı telefonu yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gətirərək anasının xəbəri olmadan həmin telefonu yatdığı divanın altında selofan torbaya büküb gizlətmiş, 17.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində İdeal çay evinə gedərkən yolda mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqim etdilər və polis əməkdaşları olduqlarını bildirərək Kənanın şikayəti ilə əlaqədar onu 3-cü PB-yə dəvət etmişlər, O, sonra polislərə Kənana məxsus olan telefonuda təqdim etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 oğlu bildirdi ki, hadisədən təxminən 1 ay əvvəl Sadiqlə birlikdə instagram sosial şəbəkəsində Kənan adlı şəxslə tanış olmuş, Kənanın dəvəti ilə təqribən hadisədən iki həftə öncə Sadiqlə birlikdə onun yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən evinə getmiş, Kənan onlara çay hazırlamış, onlar, Kənanın evinə ümumi nəzər saldıqda Kənananın iki ədəd mobil telefonun olduğunu görmüşlər. Bundan bir həftə sonra yenə də Kənanala telefonla danışmış, onunla görüşmək istəyidiyini demiş, Kənan evdə olduğunu deyib onları dəvət etmiş, o, Sadiqlə birlikdə Kənanın evinə getmiş, ikinci dəfə onun evində olduqları zaman Sadiqlə evdə öz aramızda danışıb razılaşmışları ki, Kənanı evdən uzaqlaşdırıb onun Samsung galaxy markalı mobil telefonunu oğursınlar, lakin həmin gün Kənan daima onlarla qonaq otağında olduğundan onun mobil telefonunu oğurlaya bilməmişlər. 15.02.2022-ci il tarixdə Sadiqlə birlikdə 12-ci mikrorayon ərazisində olduğu zaman Kənana məxsus olan mobil telefonu oğurlamaq qərarına gəlmiş və o, Kənana zəng vurmuş və görüşmək istədiyini ona bildirmiş, Kənanan evdə tək olduğunu gələ biləcəyini demişdir. Saat 19:30 radələrində Kənanın evinə Sadiqlə birlikdə getmiş, Kənan onları qarşılamış, keçib qonaq otağında əyləşmiş, Kənananın hər iki telefonu qonaq otağındakı masanın üzərində görmüş, Kənana onlara gətirmiş, çay içəndən sonra Kənanı otaqdan uzaqlaşdırmaq üçün qabacadan Sadiqlə planlaşdırmış kimi o, Kənan yataq otagına aparmış, sonra Kənana hamama keçdiyi zaman Sadiq mənzlilin giriş qapısını açmış o, qonaq otağından masanın üzərindən Kənanın Samsung galaxy markalı mobil telefonunu götürüb cibinə qoyaraq Kənanan heç bir söz demədən və onun xəbəri olmadan evdən çıxıb getmişdirlər. Evdən çıxan kimi Kənanın telefonunu dərhal söndürmək istəsə də, telefon kodda olduğuna görə sönməmiş, bu səbəbdəndə üzərində olan nömrələri yerə atmışdırlar. Kənanın evindən çıxandan sonra birbaşa Sadiqlə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən İdeal çay evinə getmiş, orada oturub çay içərək Sadiqlə razılığa gəlmişdirlər ki, telefonu 3-4 gündən sonra aparıb satıb, pulunu aralarında böləcəklər və Sadiqə telefonu aparıb evlərində gizlədəcəyinədə razılaşmışlar. O, Kənanın evindən oğurladığı telefonu yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gətirərək anasının xəbəri olmadan həmin telefonu divanın altında selofan torbaya büküb gizlətmiş, 17.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində İdeal çay evinə gedərkən yolda mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim etdib polis əməkdaşları olduqlarını bildirərək Kənanın şikayəti ilə əlaqədar onu 3-cü PB-yə dəvət etmişlər. O daha sonra polis əməkdaşlarına Kənana məxsus olan telefonuda təqdim etmişdir. Təqsirləndirilən şəxs1 oğlu son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında dindiirlmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda tək yaşayır, təxminən bir ay bundan öncə İlkin və Sadiq adlı şəxslə instagram sosial şəbəkəsində mesajlaşıb tanış olmuş, daha yaxından tanımaq məqsədi ilə yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilinə dəvət etmiş, İlkin və Sadiq onun yaşadığı evə qonaq gəlmiş, onlarla görüşüb söhbətləşərək çay içmiş və bir müddətdən sonra çıxıb getmişlər. Bundan sonra, iki dəfə də İlkin və Sadiqlə mənalı vaxt keçirmək məqsədi ilə mənzilinə dəvət etmiş, sonuncu dəfə 15.02.2022-ci il tarixdə İlkinlə vatsapla danışarkən evdə tək olduğunu, darıxdığını deyərək çay içmək üçün onları mənzilinə dəvət etmiş, İlkinlə Sadiq saat 19:40 radələrində yaşadığı mənzilə gəlmiş, onlar qonaq otağında əyləşmiş, o, çay hazırlayıb gətirmiş, onlar çay içərək söhbətləşmiş, həmin vaxt özünə məxsus olan Samsung Galaxy A50 markalı, üzərində *** *** ** **, 055 *** ** ** mobil nömrələri olan telefonu masanın üzərinə qoymuş, çay içdikdən sonra tərlədiyinə görə o, İlkin və Sadiqdən bir neçə dəqiqəliyinə üzrxahlıq edib əlini yumaq üçün hamam otağına keçmiş, İlkinlə Sadiq qonaq otağında masanın ətrafında əyləşmiş, o təxminən 5 dəqiqəyə yaxın müddətdə hamam otağında yuyunduqdan sonra çıxanda İlkinlə Sadiqi evdə görməmiş, onlar artıq onun xəbəri olmadan getmişdirlər. Diqqətlə baxdıqda qonaq otağında masanın üzərində işlək vəzyyətdə qoyduğu Samsung Galaxy telefonunu yerində aşkar etməmişdir. İlkin və Sadiq adlı şəxslər onun hamam otaqında olmasından istifadə edərək 650 manata almış olduğu Samsung Galaxy A50 markalı mobil telefonun oğurlandığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 11 may 2022-ci il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25.02.2022-ci il tarixli 9/1298 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-A505FN” modelli, mobil telefon aparatının satış üçüb komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2022-ci ilin fevral ayına orta bazar qiyməti təxminən 200,00 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2004-cü ildə Masallı rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2020-ci il tarixli, 1(101)-373/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək 03 (üç) il meddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 12.05.2022-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 ona təyin olunmuş sınaq müddətinin 12.05.2022-ci il tarixə 01 il 11 ay 24 gününü çəkmiş, çəkilməmiş cəzası 06 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 10 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 10 saylı MKS tərəfindən verilmiş 246 saylı, 25.02.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi 06.01.1980-ci il təvəllüdlü anası X3 ibarətdir. Cinayət işi materiallarından görünür ki, 18.02.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin rəis müavini, polis mayoru Elşad Şahbazov tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmaqla icraatına qəbul etmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Ebrus oğlu 18.02.2022-ci il tarixdə, saat 16:15 radələrində Sumqayıt ŞPİ-nin İŞ-nin rəis müavini, polis mayoru Elşad Şahbazov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 18.02.2022-ci il tarixdə, saat 16:15 radələrində Sumqayıt ŞPİ-nin İŞ-nin rəis müavini, polis mayoru Elşad Şahbazov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 20 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Ebrus oğlu 20 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 20 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 20 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş “qətimkan tədbirinin seçilməsi haqqında” 20.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Ebrus oğlu MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “qətimkan tədbirinin seçilməsi haqqında” 20.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə zərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən imzalanmış aktdan görünür ki, ona məxsus olan “Samsung” markalı mobil telefon işlək şəkildə ona təhvil verilmişdir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 maddələsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, oğurluq cinayəti ilə bağlı zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, oğurluq cinayəti ilə bağlı zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən “yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.” Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi cinayət əməlini yetkinlik yaşına çatmadan törətdiyi üçün hal-hazırda onun əməlində residiv yaranmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlu tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 oğlunun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli tötərtməsini, məsuliyyəti ağaırlaşdıran halların olmamasını və təyin ediləcək cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun Sumqayıt MSY-də saxlanıldığı müddət 02 (iki) gün azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, üzərində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən “hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən “şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır cinayət törətdikdə şərti məhkum etmənin ləğv edilməsi və hökmlərin məcmusu qaydasında cəza təyin edilməsi imperativ xarakter daşıyır. Odur ki, Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il müddətinə şərti sınaq müddəti ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə hazırki təyin edilmiş cəza hökmlərin məcmusu üzrə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs1 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 12 may 2022-ci il tarixindən hesablanmalıdır. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50,00 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 13.04.2022-ci il tarixli (iş № 1(060)-457/2022) qərarını icra edərək, 21.04.2022-ci il tarixli 597 saylı vəkil orderi əsasında Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi əlova Leyla Elman qızı məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 13.04.2022-ci il tarixli (iş № 1(060)-457/2022) qərarını icra edərək 21.04.2022-ci il tarixli 656 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on)saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120,00 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il müddətinə şərti sınaq müddəti ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə hazırkı təyin edilmiş cəza hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 may 2022-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından dərhal həbs olunsun. Hökmün icrası Sumqayıt şəhəri Polis İdarəsi və Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 (iki) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerlşən fərdi evini tərk etməmək, Sumqayıt və Bakı şəhərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50,00 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün(“Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********). Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün(“Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********). Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-457/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-457/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver