Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-458/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci ildə Cəbrayıl rayonu, Soltanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2023-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam'' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evində anası Zərərçəkmiş şəxs ilə ailə-məişət münaqişəsi zəmnində aralarında yaranmış mübahisə zamanı yumruqla baş nahiyyəsinə vuraraq və əli ilə boyun nahiyyəsini sıxmaqla sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın sol gicgah-təpə nahiyyəsinin şişkinliyi-hematoması, boynun sol arxa səthinin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərərvurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Sumqayıt şəhəri, 76-cı məhəllədə fərdi yaşayış evində arvadı Şahid4 və onun qızı 2011-ci il təvəllüdlü Nərgizlə birlikdə yaşayır. Zərərçəkmiş şəxs doğma anasıdır. Birinci həyat yoldaşından ayrılmış, 2021-ci ilin dekabr ayının sonlarında Roza ilə münasibət qurub, yaşadığı ünvana gətirmişdir. Birinci həyat yoldaşı ilə nigah pozulması gec olduğundan Roza ilə rəsmi olaraq xx.xx.2022-ci il tarixdə nigaha daxil olmuşdur. Əvvəllər anası onlarla birlikdə yaşamış, hazırda isə anası, dayısı Xudaverdinin Bakı şəhərində yerləşən evində yaşayır. Roza onların evinə gəldiyindən anası Balaxanım ilə münasibəti pisləşmişdir. Anası əvvəl Roza ilə evlənməsinə razı olsa da, Rozanı evə gətirdikdən sonra münasibətləri pisləşmişdir. Heçnədən ara-sıra anası onunla söz-söhbətlər etmiş və həmin vaxtdan onun yeni ailə həyatı qurduğu həyatı yoldaşı ilə ayrılması üçün çalışmışdır. Həmin ərəfələrdə mübahisələri böyümüş və anası evdən getmişdir. Sonradan anası yaşadığı ünvana yenidən qayıtmışdır. 07 yanvar 2023-cü il tarixdə axşam vaxtı o, işdən evə qayıtdıqdan sonra anası Balaxanım evin mətbəxində özü üçün ayrıca xörək hazırlayıb yeməyə başlamış, o, da anasına nə səbəbə ayrı xörək hazırlayaraq yediyini və onlarla birlikdə niyə yemək istəməməsini, evlərinə hansı səbəbə dayısının çörək alıb gətirdiyini deyən zaman, anası onun və yoldaşının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, isə anasının nalayiq ifadələr işlətməsinə baxmayaraq qarşısında səbrlə davranmış və anasına artıq bir kəlmə deməmişdir. Daha sonra, anası səs-küylə çölə çıxmışdır. Bir neçə dəqiqədən sonra Bakı şəhərində yaşayan dayısı Xudaverdi ona mobil telefonla zəng edərək, nalayiq ifadə ilə mərhum atasını təhqir etmiş və o da dayısına nalayiq ifadələrlə cavab verərək, sözünə görə öz yaşadığı Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən fərdi evinə dəvət etmişdir. Daha sonra o, yatmaq istəyən zaman anası Balaxanım qapının zəngini eşidib gülməyə başlamış və ona nalayiq ifadələrlə dayısının gəldiyini deyərək çölə çıxmışdır. Həmin vaxt o, üst geyimlərini geyinərək çölə çıxmış və polis əməkdaşları ilə dayısıgilin gəldiyini görmüşdür. 07 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə anası Balaxanım onu söyüb təhqir etsə də anasını söyməmiş, vurmamış və xəsarət yetirməmişdir. Anasının bədəni üzərində aşkar olunmuş xəsarətləri hansı şəraitdə almasından məlumatı yoxdur. Həmin vaxt evdə o, anası Balaxanım və arvadı Roza olmuşdur, başqa heç kim olmamışdır. Hazırda o, evlidir. Arvadı Şahid4 ilk nikahından olan 2011-ci il təvəllüdlü X3 da onun himayəsindədir. Anası ilə arasında münaqişənin baş verməsinə, hadisələrin məhkəməyədək gəlib çıxmasına görə peşmandır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, hazırda qardaşı Şahid2 məxsus ünvan 2 ünvanında yerləşən evdə qardaşı və onun ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs doğma oğludur. 07 yanvar 2023-cü il tarixədək hazırda Türkiyə Respublikasında yaşayan qızı Ziyafətə məxsus Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evində oğlu Taleh, Talehin qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Roza və sonuncunun qızı Nərgizlə birlikdə yaşamışdır. Qeyd etdiyi ünvanda yaşadığı dövrdə təxminən bir ildən artıq idi ki, Taleh tez-tez evdə onunla səbəbsiz yerə münaqişə yaradıb evdən çıxmasını istəmişdir. Onlar arasında mübahisəyə əsas səbəb oğlunun həyat yoldaşı Rozadan ayrılmaq istəməmsi olmuşdur. Belə ki, o Rozanın evdə gəlin kimi qalmasını istəməmişdir. 07 yanvar 2023-cü il tarixdə, təxminən saat 23 radələrində Talehlə yaşadığı evdə mətbəxdə yemək yeyən zaman anidən boynunun arxasından zərbə dəymiş və geriyə baxan zaman arxa tərəfində Talehin yenicə özünə həyat yoldaşı dediyi Rozanı görmüşdür.Oğlu Taleh ona yaxınlaşıb təpiklə qarın nahiyyəsinə zərbələr endirərək, ona yemək verməyəcəklərini bildirmiş, Taleh boyun nahiyyəsindən tutaraq sıxmış və yumruqla baş nahiyyəsinə zərbələr endirmişdir. O, həmin vaxt bir təhər oğlu Talehin əlindən çıxmış və qapıya tərəf gəlmişdir. Bu vaxt qapıda maşın işığı görmüş və qapıya yaxınlaşanda orada polis maşını görmüşdür. Orada polis əməkdaşları ilə yanaşı, qardaşları Xudaverdi və Haqverdi də olmuşlar. O, dərhal qardaşları ilə oradan uzaqlaşmışdır. İlk öncə polis bölməsinə getsələr də səhhəti yaxşı olmadığı üçün onu dərhal Sumqayıt şəhər travmotologiya şöbəsinə aparmışlar. Oğlu Taleh mobil telefonla qardaşı Xudaverdiyə zəng edərək, kobud formada evə dəvət edərək, onun guya evdə söz-söhbət yaratdığını bildirməsini sonradan qardaşından eşitmişdir. Ona görə də həmin gün qardaşları polis əməkdaşları ilə onun yaşadığı ünvana gəlmişlər. 10 yanvar 2023-cü il tarixdə qardaşı Haqverdi və qızı Mətanət xəstəxanaya gələrək onu xəstəxanadan çıxartmışlar və halhazırda da qardaşı Xudaverdinin evində yaşayır, Talehin qorxusundan yaşadığı ünvanda yaşamağa qorxur. 07 yanvar 2023-cü il tarixdə, təxminən saat 23 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evində oğlu Taleh yumruqla baş nahiyyəsinə zərbə vurmaqla və əli ilə boyun nahiyyəsindən tutub sıxmaqla ona xəsarət yetirmişdir. Həmçinin Taleh qarın nahiyyəsinə təpiklə vurmasına baxmayaraq həmin nahiyyədən xəsarət almamışdır. Həmin vaxt evdə o, Taleh və Roza olmuş, başqa heç kim olmamışdır. Talehin onunla mübahisə edərək söyüb xəsarət yetirməsi təxminən 5-6 dəqiqə ərzində baş vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış, ona qarşı şikayətçidir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs doğma anası, Təqsirləndirilən şəxs isə doğma qardaşıdır. Anası əvvəllər qardaşı ilə birlikdə bacısı Ziyafətə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evində yaşamış, hazırda isə anası dayısı Şahid2 oğlana məxsus ünvan 3 ünvanında dayısıgillə birlikdə yaşayır. Qardaşı Taleh son bir ildə tez-tez yaşadıqları evdə anası ilə səbəbsiz yerə münaqişə yaradaraq anasını incitmiş, hətta bir neçə dəfə də döymüşdür. 07 yanvar 2023-cü il tarixdə dayısı Xudaverdi ona zəng edərək, qardaşı Talehin yenə evdə anası ilə münaqişə yaradaraq onu döydüyünü və hal-hazırda Sumqayıt şənərində xəstəxanada olduqlarını bildirmişdir. O, da dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vuraraq qardaşı Talehin anasını döyməsi barədə məlumat vermişdir. Əvvəllər qeyd etdiyi kimi anasının döyülməyi ilə bağlı müraciət etmiş, daha sonra barışıq yolu ilə qaydasına qoyulmuşdur. Lakin 07 yanvar 2023-cü il tarixdə Talehin anası Balaxanımı münaqişə yaradaraq döyülməsilə bağlı ətraflı məlumatı olmamış, yalnız münaqişə nəticəsində anasını qardaşı Taleh əli ilə zərbələr endirərək, bədəninə xəsarət yetirməsi və boğazını əlləri ilə sıxması barədə məlumatı olmuşdur. Anası Zərərçəkmiş şəxs Sumqayıt şəhəri travmatologiya şöbəsində müalicə almışdır. 10 yanvar 2023-cü il tarixdə anası Zərərçəkmiş şəxs xəstəxanadan götürüb dayısı Xudaverdinin yaşadığı evə aparmış, buna səbəb Talehlə anasının birlikdə bir evdə qalacağı təqdirdə Talehin analarına yenə xəsarət yetirə biləcəyindən qorxmuşlar. Həmin mübahisə zamanı orada olmamış, yaşadığı evdə olmuş, lakin sonradan anası özü də ona Talehin odu döyərək xəsarət yetirməsini bildirmişdir. Məhkəmədə Şahid2 göstərdi ki, ünvan 4 ünvanında ailə üzvləri və bacısı Balaxanımla birlikdə yaşayır. Taleh bacısı Balaxanımın oğludur, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Bacısı Balaxanım əvvəllər oğlu Taleh və onun arvadı Roza ilə birlikdə Balaxanımın qızı Ziyafətə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evində yaşamışlar. Taleh son bir ildə tez-tez yaşadıqları evdə Balaxanımla səbəbsiz yerə münaqişə yaradaraq onu incitmiş, hətta bir neçə dəfə də döymüş, lakin onlar sonradan barışmışlar. 07 yanvar 2023-cü il tarixdə, təxminən saat 23 radələrində qardaşı Haqverdi onun mobil telefon nömrəsinə zəng edərək Talehin anası Balaxanım ilə mübahisə edərək ona xəsarət yetirdiyini bildirmiş və onun da həmin ünvana gəlməsini istəmişdir. O, Haqverdi ilə danışdıqdan sonra Taleh ona zəng edərək nalayiq ifadələr işlədərək bildirmişdir ki, '"gəl bacını götür apar”. O, da dərhal öz istifadəsində olan avtomobilə minib əvvəlcə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə gedib orada məlumat vermiş, daha sonra polis əməkdaşları ilə birlikdə bacısı Balaxanımın yaşadığı ünvana getmişlər. Oradan isə bacısını götürərək əvvəlcə polis bölməsinə, daha sonra Sumqayıt şəhər Travmotologiya xəstəxanasına aparmışlar. Balaxanımın səhəti yaxşı olmadığından Balaxanıma ilkin tibbi vardım göstərilmiş və təxminən 3 gün xəstəxanada qalıb müalicə almışdır. Bundan sonra bacısını xəstəxanadan çıxartdıqdan sonra öz evində saxlamışdır ki, oğlu Taleh birdən ona yenə xəsarət yetirər. O, mübahisə zamanı orada olmamış, yaşadığı evdə olmuş, lakin sonradan bu barədə bacısı Balaxanımın özü də ona danışmış, həmçinin o, baxanda Balaxanımın boyun nahiyyəsində də xəsarətlərin olmasını görmüşdür. Balaxanım ona demişdir ki, Taleh evdə yumruqla onun baş nahiyyəsinə vurmuş və əli ilə boyun nahiyyəsini tutaraq sıxıb xəsarət yetirmişdir. Məhkəmədə Şahid3 göstərdi ki, Sumqayıt şəhəri. 76-cı məhəllə ərazisində fərdi yaşayış evində ailə üzvlərilə birlikdə yaşayır. Balaxan doğma bacısıdır, Taleh bacısı Balaxanımın oğludur. Talehlə ədavət və ya düşmənçiliyi olmamışdır. Bacısı Balaxanım əvvəllər oğlu Taleh və onun arvadı Roza ilə birlikdə onun qonşuluğunda yerləşən Balaxanımın Ziyafətə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllədəki fərdi yaşayış evində yaşamış, Taleh tez-tez yaşadıqları evdə anası Balaxanımla səbəbsiz yerə münaqişə yaratmışdır. O, qardaşı Xudaverdi, eləcədə Talehin bacısı Mətanət dəfələrlə Talehə anası ilə mübahisə etməməsini, onu incitməməsini deyib tənbeh etsələr də, Taleh onların dediklərinə məhəl qoymamış, 07 yanvar 2023-cü il tarixdə, təxminən saat 23 radələrində yaşadığı evdə bacısı Balaxanımın evində səs-küy olmasını eşitmiş və bilmişdir ki, yenə də Balaxanım oğlu Talehlə mübahisə edirlər. Bacısının səsindən başa düşmüşdür ki, Taleh onu döyür, ona görə də qardaşı Xudaverdiyə zəng edərək məlumat vermişdir. Bir müddətdən sonra qardaşı Xudaverdinin polis əməkdaşları ilə birlikdə Balaxanımın yaşadığı evə gəldiyini görmüşdür. Bundan sonra polis əməkdaşları ilə polis bölməsinə getmişlər. Balaxanımın səhəti yaxşı olmadığı onu Sumqayıt şəhər xəstəxanasına aparmışlar. Balaxanımı görən zaman Balaxanımın boğaz nahiyyəsində xəsarətlər olmuşdur. Balaxanıma ilkin tibbi yardım göstərilmiş və xəstəxanada qalmışdır. Sonradan bilmişdir ki, qardaşı Xudaverdi 10 yanvar 2023-cü il tarixdə Balaxanımı xəstəxanadan çıxardıb öz yaşadığı ünvana aparmışdır. Talehin anası Balaxanımı döyməsini görməsə də, Balaxanım qışqırıq səsindən və sonradan onun boynunda xəsarət olduğunu görəndə, həmçinin Balaxanım oğlu Talehin onu döyməsini dedikdən sonra bilmişdir ki, anasını Taleh döymüşdür. Məhkəmədə Şahid4 göstərdi ki, ünvan 1 ünvanında əri Təqsirləndirilən şəxs və 2011-ci il təvəllüdlü qızı Nərgizlə birlikdə yaşayır. Birinci həyat yoldaşından ayrılmış, 2021 ci ilin dekabr ayının sonlarında isə Talehlə münasibət qurub, sonuncuya məxsus hazırda yaşadıqları evdə yaşamağa başlamışlar. Talehlə 13 iyul 2022-ci il tarixdə rəsmi qaydada nigaha daxil olmuşlar. Əvvəllər qaynanası Zərərçəkmiş şəxs onlarla birlikdə yaşamış, hazırda isə sonuncu qardaşı Xudaverdinin Bakı şəhərində yerləşən evində onlarla birlikdə yaşayır. O, Talehlə birlikdə yaşamağa başlayandan Balaxanım onunla normal rəftar etməməyə, tez-tez evdə səbəbsiz yerə mübahisə yaratmağa başlamışdır. Balaxanım əsasən Talehlə mübahisə edib sonuncuya onu həmin evdən çıxart demişdir. 07 yanvar 2023-cü il tarixdə axşam saatlarında evdə olduqları zaman Balaxanım mətbəxdə özü üçün xörək bişirmişdir. Həmin vaxt Taleh işdən evə gəlmiş və anasına nə səbəbə ayrı yemək hazırlayıb yediyini və onlarla birlikdə niyə yemək istəməməsini, evə dayısının niyə çörək alıb gətirdiyini demişdir. Balaxanım isə Talehin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Taleh isə anasına heç bir söz deməyib sakitcə dayanmışdır. Daha sonra Balaxanım səs-küylə çölə çıxmışdır. Bir müddətdən sonra qapılarının zənginin səsi gəlmiş. Taleh çölə çıxmış və polis əməkdaşları ilə birlikdə yoldaşının dayısının da gəldiyini görmüşdür. 07 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə Balaxanım oğlu Talehi söyüb təhqir etsə də, sonuncu Balaxanımı söyməmiş, vurmamış və xəsarət yetirməmişdir. O, ümumiyyətlə Talehlə anasının mübahisəsinə qarışmamış, Balaxanımın saçından tutub yolmamış, Balaxanım yalan demiş, ona şər atmışdır. Balaxanımın həmin xəsarətləri hansı şəraitdə almasını bilməmişdir. Həmin vaxt evdə o, Taleh və Balaxanım olmuş, başqa heç kim olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş, Şahid5 bildirdi ki, Sumqayıt ŞPİ 5-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. 2023-cü ilin 07 yanvar tarixində axşam saatlarında xidmətdə olan zaman DİN-nin “102” Qaynar xəttinə edilmiş şikayət əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə getmişlər. Oraya çatan zaman qapını onlara Təqsirləndirilən şəxs açmışdır. Həmin vaxt evdə sonuncudan başqa onun arvadı və anası Zərərçəkmiş şəxs da olmuşdur. Mənzildə olarkən Zərərçəkmiş şəxs normal vəziyətdə olmadığını, divanda uzanmış şəkildə olduğunu müşahidə etmişdir. Belə ki, sonuncunun boğazında qızartı izləri var idi. Baş vermiş hadisə və edilmiş şikayətlə əlaqədar o, Zərərçəkmiş şəxs izahatını almaqdan ötrü polis bölməsinə dəvət etmişdir. Bölmədə olan zaman İ.Balaxanımın səhhəti anidən pisləşmiş və yanında olan qohumlarına onu xəstəxanaya aparmaq lazım olduğunu demişdir. Bu səbəbdən o, hadisə baş verən günü Zərərçəkmiş şəxs izahat ala bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə onun anasıdır. Bildirir ki, bundan əvvəl də bir neçə dəfə anası ilə qardaşı arasında mübahisə baş vermişdir. Sonuncu dəfəyəni 07 yanvar 2023-cü il tarixdə baş vermiş mübahisənin bilavasitə şahidi olmamış, ona edilmiş zəng əsasında anasının döyülərək, evdən çıxarıldığını bilmişdir. Anasının müalicə aldığı xəstəxanaya onu görmək üçün getsə də, dayıları ona anasını görməsi üçün imkan yaratmamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Sumqayıt şəhər prokuroru tərəfindən cinayət işi başlanmış və ibtidai istintaqın aparılmasından ötrü Sumqayt ŞPİ İŞ-ə göndərilmişdir (i.v. 1); 08 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 79-80) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 90-92); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 97-98); Azərbaycan Respublikası SN “MTE və PAB” Publik hüquqi şəxsinin 29 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah-təpə naıiyyəsinin şişkinliyi-hematoması, boynun sol arxa səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən əllə-yumruqla vurulmaqla əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin Zərərçəkmiş şəxs özü tərəfindən yetirilməsi inkar olunur. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş və “Sumqayıt Tibb Mərkəzi X8 Xəstəxanası” publik hüquqi şəxsin baş həkimi Rauf Sadıxov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 449 saylı məktubda qeyd olunur: 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:55-də X8 briqadası ilə xəstəxananın qəbul şöbəsinə gətirilmiş və neyrocərrahiyyə şöbəsinə stasionar müalicəyə daxil olmuşdur. Diaqnoz: Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyun nahiyəsində yumşaq toxumaların əziyi. Xəstə xx.xx.2023-cü il tarixdə, saat 15:00-da ambulator müalicəyə yazılıb. Xəstənin qardaşının deməsinə görə xəstə öz ailəsi tərəfindən döyülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 64); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 70). “sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs döyməməsi ilə bağlı gətirdiyi dəlillər zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə tibbi-ekspertizasının 29 nömrəli xx.xx.2023-cü il tarixli rəyi və digər istintaq materialları ilə təkzib olunduğundan özünü müdafiə kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsin ifadəsinin həmin hissələri sübut kimi nəzərə alınmış, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə tibbi-ekspertizasının 29 nömrəli xx.xx.2023-cü il tarixli rəyi iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmiş, 07 yanvar 2023-cü l tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə Şahid4 arasında baş vermiş mübahisə zamanı sonuncunun Zərərçəkmiş şəxs boyun nahiyyəsinə vurması və saçını yolması xüsusatı üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 104-110) Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla o cümlədən “Sumqayıt Tibb Mərkəzi X8 Xəstəxanası” publik hüquqi şəxsin baş həkimi Rauf Sadıxov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 449 saylı məktub və ona əlavə edilmiş sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməməsi, onu vurmaması və s. ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin göstərdikləri işdə olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə hesab edir ki, bu Təqsirləndirilən şəxs kimi Qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmaq istəyir. Çünki yuxarıda qeyd edildiyi kimi onun əməli qanuni yolla əldə edilmiş və mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. Belə ki, “Sumqayıt Tibb Mərkəzi X8 Xəstəxanası” publik hüquqi şəxsin baş həkimi Rauf Sadıxov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 449 saylı məktubundan da görünür ki, edilmiş müraciət əsasında hadisə yerinə gedən X8 briqadasının əməkdaşı həkim Yusubov Zərərçəkmiş şəxs müayinə edərkən onda ilkin xəsarətləri müşahidə etmiş və ona baş beyin silkələnməsi, boyun nahiyəsində yumşaq toxumaların əziyi diaqnozunu qoymuş, bundan başqa iş materiallarında olan ekspert rəyi və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi faktı öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, arvadının ilk nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X2 da onun himayəsində olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini həmçinin Təqsirləndirilən şəxs hazırda fərdi əməklə məşğul olaraq aylıq qazancının olmasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 SaylıVəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-458/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-458/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver