Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-458/2024 24.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə xx xxxxxx 1997-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq ələ keçirmək məqsədi ilə etibarnamə əsasında idarə etdiyi «Opel Astra H» markalı, **-EN-*** dövlət qeyliyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən tanış olduğu və daimi müştərisi olan Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 11 saylı yataqxananın qarşısında olarkən sonuncunun ondan öz mobil telefonuna proqram yükləməsini xahiş etməsindən istifadə edərək, Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş informasiya texnologiyası hesab edilən «M 10» tətbiqini öz mobil telefonuna sonuncunun xəbəri olmadan köçürtdükdən sonra, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la görüşərək Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən "xxxx"ASC-nin binasının qarşısında sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə özünə məxsus telefonda «M 10» tətbiqində qeydiyyatdan keçmiş, Zərərçəkmiş şəxs «M 10» hesabına həmin gün saat 22:54 radələrində göndərilmiş 4500 (dörd min beş yüz) manat, saat 22:55 radələrində göndərilmiş 390 (üç yüz doxsan) manat, ümumilikdə 4890 (dörd min səkkiz yüz doxsan) manat pulu həmin gün, saat 22:57 radələrində həmin ünvandan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə açılmış «M 10» hesabına köçürdükdən sonra, birlikdə Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-yə məxsus ödəmə terminalının yanına gələrək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ödəmə terminalına yaxınlaşıb həmin pulu gizli olaraq çıxarıb nağdlaşdırmaqla və sonradan aralarında bölməklə talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4890 (dörd min səkkiz yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi «Opel Astra H» markalı, **-EN-*** dövlət qeyliyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən tanış olduğu və daimi müştərisi olan Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 11 saylı yataqxananın qarşısında olarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 öz mobil telefonuna proqram yükləməsini xahiş etməsindən istifadə edərək, Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş informasiya texnologiyası hesab edilən «M 10» tətbiqini Təqsirləndirilən şəxs1 öz mobil telefonuna Zərərçəkmiş şəxs xəbəri olmadan köçürtdükdən sonra, Təqsirləndirilən şəxs2la qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la görüşərək Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən "xxxx"ASC-nin binasının qarşısında sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə Təqsirləndirilən şəxs1 özünə məxsus telefonda «M 10» tətbiqində qeydiyyatdan keçmiş, Zərərçəkmiş şəxs «M 10» hesabına həmin gün saat 22:54 radələrində göndərilmiş 4500 (dörd min beş yüz) manat, saat 22:55 radələrində göndərilmiş 390 manat, ümumilikdə 4890 (dörd min səkkiz yüz doxsan) manat pulu həmin gün, saat 22:57 radələrində həmin ünvandan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə açılmış «M 10» hesabına köçürdükdən sonra, birlikdə Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-yə məxsus ödəmə terminalının yanına gələrək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ödəmə terminalına yaxınlaşıb həmin pulu gizli olaraq çıxarıb nağdlaşdırmaqla və sonradan aralarında bölməklə talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4890 (dörd min səkkiz yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, idarə etdiyi **-EN-*** dövlət qeydiyyat nişanlı "Opel Astra H" markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs da onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomaşına təxminən 02 (iki) aydır müştəri kimi əyləşir. O, Lökbatan qəsəbəsində yerləşən Meyvəli bazarında işləyir. Onunla getdikləri müddətdə o, Çingizin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin M10 hesabına demək olar ki, hər gün axşam saatlarında pul köçürüldüyünü görmüşdür. Buna görə də, o həmin hesabdan pul çıxarmaq qərarına gəlmişdir. xx.xx.2023-cü ildə Zərərçəkmiş şəxslə birlikdə onun yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 11 saylı yataqxananın qarşısında dayanıb söhbət edərkən sonuncu ondan mobil telefonuna hazırda adını xatırlamadığı proqramı yükləməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs məxsus mobil telefonu əlinə aldığı zaman ona məxsus M10 proqramını öz telefonuna yükləmək qərarına gəlmişdir. Bu məqsədlə özünə məxsus "Samsung" markalı mobil telefonda M10 proqramını yükləyib mobil telefon nömrəsini yerinə Zərərçəkmiş şəxs məxsus 055 ***-**-** saylı nömrəni qeyd etmişdir. Zərərçəkmiş şəxs məxsus mobil telefon onda olduğundan onun ismarıc bölməsinə gələn kodu öz mobil telefonunda M10 proqramından qeydiyyatdan keçərkən tələb olunan qrafaya yazmış və M10 proqramı onun telefonunda qeydiyyatdan keçmişdir. O, Zərərçəkmiş şəxs məxsus M10 proqamını öz telefonuna köçürsə də, sonuncu özü də öz telefonunda həmin proqramdan istifadə edə bilmişdir. O, günün sonu M10 proqramına pul vəsaitinin daxil olacağını bilmiş, ilk əvvəl həmin pulu çıxartmağı düşünsə də, sonradan nədənsə həmin pulu digər tanımadığı bir nəfərin adına açılmış M10 proqramına göndərib, daha sonra həmin hesabdan çıxarmaq qərarına gəlmiş və bu səbəbdən tanışı Təqsirləndirilən şəxs2 yanına getmişdir. Ona baş verənləri danışıb ondan öz adına olmayan, sahibinin şəxsiyyətini müəyyən etmək mümkün olmayacaq mobil nömrəsinin olub-olmadığını soruşmuşdur. Sirxay tanımadığı şəxsin adına qeydiyyatda olan 051515- 53-50 saylı mobil telefon nömrəsinin olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Sirxay ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında olduqları zaman həyat yoldaşına məxsus mobil telefonda 051 ***-**-** saylı mobil telefon nömrəsinə M10 hesabı açmışlar. Sonra da Çingizin M10 hesabına pul köçürülməsini gözləmişlər. O həmin hesaba pul köçürüləcəyinə əmin olduğu üçün pulu da Sumqayıt şəhərində çıxarmaq istəmədiyindən idarə etdiyi avtomaşınla Sirxayla birlikdə artıq Bakı şəhərinə getmişlər. Lakin heç hərəkətə başlamamış Çingizin M10 hesabına saat 22:54 radələrində 4500 (dörd min beş yüz) manat pul köçürülmüşdür. O dərhal əməliyyat edərək həmin məbləği 051 ***-**-** saylı mobil telefon nömrəsinin M10 hesabına göndərmiş, yenə də gözləmişdir. Saat 22:55 radələrində Çingizin hesabına 390 (üç yüz doxsan) manat köçürülmüş, o saat 22:57 radələrində əməliyyat edərək həmin məbləği 051 ***-**-** saylı mobil telefon nömrəsinin M10 hesabına göndərmişdir. O ümumilikdə 4890 (dörd min səkkiz yüz doxsan) manat pulu Çingizin istifadəsində olan və öz mobil telefonuna kopyaladığı 055 ***-**-** saylı mobil telefon nömrəsinin M10 hesabından həyat yoldaşına məxsus olan telefonda açdığı Təqsirləndirilən şəxs2 ona təqdim etdiyi 051 ***-**-** saylı mobil telefon nömrəsinin M10 hesabına köçürmüşdür. Pulu köçürdükdən sonra idarə etdiyi avtomaşınla Sirxayla birlikdə Nizami rayonu, Xalqlar dostluğu metrostansiyasının yaxınlığına getmişlər. Artıq xx.xx.2023-cü il tarixdə saat təxminən 00:10 radələrində yaxınlıqda yerləşən "xxxx" ASC-yə məxsus olan bankomatdan Sirxay ardıcıllıqla 2000 (iki min), 2000 (iki min), 800 (səkkiz yüz) manat olmaqla 4800 (dörd min səkkiz yüz) manat pul çıxartmışdır. Həmin vaxt o avtomaşında əyləşmişdir. Sirxay pulu çıxarıb gətirib ona təhvil verdikdən sonra o həmin puldan ona 1300 (bir min üç yüz) manat pul vermişdir. Qalan 3500 (üç min beş yüz) manat pulu da özündə saxlamışdır. Oradan da geri qayıdıb yaşadığı ünvana gəlmişdir. Sirxayı da yaşadığı ünvanın yaxınlığında düşürtmüşdür. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəmişdir və onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən bir ildir tanıyır. Belə ki, Səbuhi onun işlədiyi avtoyuma məntəqəsinə idarə etdiyi avtomaşını yumaq üçün gətirmişdir. 2023-cü ilin iyun ayının 9-da Səbuhi onun yanına gələrək müştərisi olan Çingiz adlı şəxsin M10 proqramını öz telefonuna köçürdüyünü, həmin hesaba gecə saatlarında pul köçürələcəyini bildirib həmin pulu nağlaşdırmaq istədiyini demişdir. O, Səbuhiyə necə bir köməkliyinin dəyə biləcəyini soruşduqda Səbuhi ondan öz adına olan olmayan bir nömrə təşkil etməsini xahiş etmişdir. Səbuhiyə əvvəllər birlikdə işlədiyi Zahid adlı şəxsin ona vermiş olduğu ***-***-**-** saylı mobil telefon nömrəsinin olduğunu demişdir. Səbuhi həmin mobil tetefon nömrəsinə M10 hesabı açıb pulu həmin nömrəyə göndərmək istədiyini bildirmişdir. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə özündə olan ***-***-**-** saylı mobil telefon nömrəsini Səbuhiyə vermişdir. Səbuhi gətirdiyi digər telefonda özü ***-***-**-** saylı mobil telefon nömrəsinə M10 hesabı açmışdır. Əməliyyat edərək Zərərçəkmiş şəxs məxsus M10 hesabından iki əməliyyatla 4890 (dörd min səkkiz yüz doxsan) manat pulu ***-***-**-** saylı mobil telefon nömrəsinin M10 hesabına göndərmişdir. 4890 (dörd min səkkiz yüz doxsan) manat pulu ***-***-**-** saylı hesaba köçürdükdən sonra Səbuhi həmin pulu Bakı şəhərində nağdlaşdıracaqlarını bildirmişdir. Birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-yə məxsus olan bankomata getmişlər. Orada Səbuhi M10 hesabından pul çıxarmağın üsulunu ona izah etdikdən sonra o, ardıcıllıqla 2000 (iki min), 2000 (iki min), 800 (səkkiz yüz) manat olmaqla ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat pulu bankomatdan çıxartmış və avtomaşına geri qayıdaraq Səbuhiyə vermişdir. Səbuhi həmin məbləğdən ona 1300 (bir min üç yüz) manat pul vermişdir. Bundan sonra birlikdə Sumqayıt şəhərinə geri qayıtmışlar. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, ilk əvvəl Səbuhinin guya onu aldadıb hesab nömrəsinin atasının adına olduğunu bildiyini desə cinayət məsuliyyətindən kənarda qalacağını düşünmüşdür. Sonradan onsuz pulu bir yerdə gedib nağlaşdırmışlar və o da məsuliyyətə cəlb olunacağını başa düşmüşdür. Bu səbəbdən səmimi etiraf edib hər şeyi olduğu kimi danışmaq qərarına gəlmişdir. Halhazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəmişdir və onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, meyvə-tərəvəz alveri ilə məşğul olur. Buna görə də, təxminən üç ay əvvəl pul köçürmələri etmək üçün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə M10 hesabını dayısı oğlu X1 açmışdır. Hafiz də mütəmadi olaraq onun hesabına satacaqları və alacaqları mal üçün pulu göndərir. O da həmin məbləği istifadə edir. Hafiz ona özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin M10 hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin hesabına xx.xx.2023-cü il tarixdə saat 22:54 radələrində 4500 (dörd min beş yüz) manat, saat 22:55 radələrində isə 390 (üç yüz doxsan) manat olmaqla ümumilikdə 4890 (dörd min səkkiz yüz doxsan) manat pul göndərmişdir. O da həmin məbləği çıxarmaq üçün saat 23:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Qubadlı rayonu İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olan "xxxx" ASC-yə aid olan bankomata yaxınlaşmışdır. Mobil telefonunda M10 hesabını açmışdır. Bu zaman da M10 hesabından 4890 (dörd min səkkiz yüz doxsan) manat pulun çıxarıldığını aşkar etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 22:54 radələrində 4500 (dörd min beş yüz) manat, saat 22:57 radələrində 390 (üç yüz doxsan) manat olmaqla ümumilikdə 4890 (dörd min səkkiz yüz doxsan) manat pul onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin M10 hesabından ***-***-**-** saylı mobil telefon nömrəsinin hesabına göndərilmişdir. O da bundan sonra M10-un qaynar xətti ilə əlaqə saxlamış və bu zaman da onun hesabından 4890 (dörd min səkkiz yüz doxsan) manat pul çıxarıldığı dəqiqləşmişdir. O da baş vermiş hadisə barədə polisə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, dəymiş maddi ziyanona ödənilmiş və heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyan ona tam ödənilmiş və ona qarşı heç bir tərəl və şikayəti yoxdur. Cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin İŞnə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması və MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış və Sumqayıt ŞPİnin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqdim etmə və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi zərərçəkmiş şəxsə məxsus 3100 (üç min yüz) manat pul ondan götürülməklə qablaşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 3100 (üç min yüz) manat pulu iş üzrə Təqsirləndirilən şəxs1 istintaqa təqdim edildiyindən həmin pul Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 1790 (bir min yeddi yüz doxsan) manat pulu iş üzrə Təqsirləndirilən şəxs1 istintaqa təqdim edildiyindən həmin pul Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan 4 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə edilir və himayəsində 03 (üç) azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Lerik Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Lerik Rayon Məhkəməsinin 1(048)- 02/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, 4000 (dörd min) manat cəriməni xx.xx.2018-ci il tarixdə tam ödəmiş və cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, dəymiş maddi ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 dəymiş maddi ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və onlar törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiklri cinayət əməli öz etirafedici ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat sərf etmişdir. Ona görə də, 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat sərf etmişdir. Ona görə də, 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Bundan əlavə Zərərçəkmiş şəxs vurulmuş 4890 (dörd min səkkiz yüz doxsan) manat məbləğində maddi ziyanın qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 7-8-12ci məhəllə, ev 94A, mənzil 26 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 7-8-12ci məhəllə, ev 9B, mənzil 19 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs vurulmuş 4890 (dörd min səkkiz yüz doxsan) manat məbləğində maddi ziyanın qaytarılması nəzərə alınsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-458/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-458/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver