Məhkəmə qərarları › İş №1(060)-459/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-459/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-459/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, Sumqayıtçay yaşayış massivi fərdi evdə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, St.Suqmayıt qəsəbəsi, Sumqayıtçay yaşayış massivində yerləşən çayxanada atası X1 ilə bağlı çağırışa gəlmiş Sumqayıt şəhər TTYX-nın həkimi Zərərçəkmiş şəxs ilə arasında xəstə Cahangir Cavadova kömək göstərməmə səbəbindən aralarında yaranmış mübahisə zamanı X9 Hüseynzadəni itələyərək yerə yıxmış və sonuncuya sağ dizin baldırının yuxarı 1/3-ni tutan və diz oynağında hərəkətin çətinliyinə səbəb olan şişkinli-qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12.03.2021-ci il tarixdə rəhmətə gedən X6 onun doğma atasıdır. 12 mart 2021-ci il tarixdə evdə olduğu zaman onunla eyni həyətdə yaşayan lakin, adını bilmədiyi bir nəfər şəxsin gələrək atasının dərmanını istəmişdir. O, həmin anda atasının ürəyində yenidən problem olduğunu bilmişdir. Bundan sonra o, cəld dərmanı götürüb evdən çıxmış və atasının həmişə getdiyi çayxanaya qaçmışdır. O, çayxanaya çatdıqda əmisi oğlu Ramil Cavadovu orada görmüş və Ramil onun atasına köməklik göstərməyə çalışırmışdır. O, dərhal atasına yaxınlaşaraq dərmanını vermiş və sonra həkimə zəng etmək üçün evə getmişdir. Evdən telefonu götürüb həkimlə əlaqə saxlamış və həkim təcili yardım gələn kimi məlumat verməyini demişdir. O, telefonla danışa-danışa yenidən atasının yıxıldığı çayxanaya getmişdir. O, yenidən gəldikdə təcili yardımın hələ də gəlib çıxmadığını görmüşdür. Bir neçə dəqiqədən sonra təcili yardım briqadası gəlmiş və bir həkim, bir tibb bacısı avtomobildən düşmüşdür. Sonra həkim yerdə qalmış atasına yaxınlaşmış və nəbzinə baxaraq artıq gec olduğunu, atasının keçindiyini bildirmişdir. Bundan sonra o, həkimə əsəbi səslə kömək etməsini bildirmişdir. Həkim isə heç bir cavab verməyərək gəldiyi maşına getmişdir. Sonra həkim briqadası atasına köməklik göstərə bilməyəcəyini deyib, öldüyü üçün onu morqa aparılmasını demişdir. O, isə səbiləşərək qadın həkimi itələmiş və o, arxası üstə yerə yıxılaraq xəsarət almışdır. Sonra hadisə yerinə polisə əməkdaşları və prokurorluq əməkdaşları gəlmişlər. Həmçinin zərərçəkmiş şəxs törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını və sonuncunun ondan şikayətçi olmadığını bildirərək barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 1998-ci ildən Sumqayıt şəhər Təcili Tibbi yardım stansiyasında həkim işləyir. 12.03.2021-ci il tarixdə o, tibb bacısı Şahid1 ilə növbədə olarkən saat 12 radələrində stansiyaya ***-***-**-** nömrəsindən çağırış gəldi. Çağırışın məzmunu Sumqayıt şəhəri, St. Sumqayıt qəsəbəsi əraisində X6 adlı şəxsin vəziyyətinin pis olması ilə bağlı idi. Onlar dərhal çağırışla bağlı həmin əraziyə getmiş, lakin, zəng olunan nömrə ilə əlaqə saxlanılmasında çətinlik olduğu üçün çağırış yerini tapmaqda çətinlik çəkmişlər. Sonra həmin nömrə ilə əlaqə saxlayaraq onlara istiqamətləndirici yol göstərməsini bildirmiş və sonra çətinliklə də olsa çağırış yerini tapmışlar. Həmin ərazi Sumqayıtçay yaşayış massivində “vaqon” deyilən yer idi. Orada adamların yığışdığını görmüşdür. Sonra həmin yerə gedib vaqonun içərisinə girmiş və 55-60 yaşlarında bir kişinin yerdə uzanıq vəziyyətdə olduğunu görmüşdür. Həmin kişinin başından və ağzının içərisindən qan axırdı. O, həmin kişiyə yaxınlaşıb nəbzini ölçdükdə görmüşdür ki, nəbzi vurmur, həmin kişi keçinib. Kişinin keçinməyindən bir saat keçərdi. Bundan sonra o, həmin kişinin keçindiyini deyib başsağlığı vermişdir. Lakin, orada olan 28-30 yaşlı, adını bilmədiyi, lakin, münasibətdən ölən adamın qardaşı oğlu kimi təsir bağışlayan şəxsin onun və tibb bacısının üzərinə gələrək təzyiqlər göstərə göstərə həmin şəxsə köməklik göstərməklərini deyirdi. Bununla yanaşı həmin şəxs onun ünvanına nalayiq sözlərlə təhqir edərək yumruqla sağ yanağından bir neçə dəfə vurmuş, həmin anda onları kimsə ayırmışdır. Sonra başqa bir qardaşı oğlu tibb bacısına hücum etdi, əl və qolları ilə vurmağa başladı. Bundan sonra içəri iki nəfər xanım daxil oldu, onlar isə heç bir söz demədən yaxınlaşıb onun və tibb bacısının bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, ölən şəxsi diriltmələrini istədilər. Onlar daha çox xəsarət almamaq üçün oradan çıxmış və həmin zaman qızlardan biri ad və soyadının Təqsirləndirilən şəxs olduğunu sonradan öyrəndiyi şəxs onu itələmiş və o, həmin anda üzü üstə palçığa yıxılmışdır. Həmin yıxılma zamanı onu dizi yerə dəymiş, beli burxulmuş və orada olan tanımadığı bir nəfər kişi ona köməklik edərək yerdən qaldırmışdır. Sonra o, polisə məlumat verərək meyidi tərpətməməli olduqlarını demişdir. Həmin əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər, bundan sonra onlar 5-ci polis bölməsinə gedib döyülərək xəsarət almaqları ilə bağlı ərizə ilə müraciət etmişlər. Hazırda təqsirləndirilən şəxsi bağışlamışdır və ondan şikayətçi deyildir və bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Elbrus qızı ifadəsində göstərdi ki, o, təcili yardım stansiyasında tibb bacısı işləyir. 12.03.2021-ci il tarixdə o, növbətçi həkim Zərərçəkmiş şəxs ilə növbədə olarkən saat 12 radələrində stansiyaya ***-***-**-** nömrədən çağırış gəldi ki, Cahangirov Cahangir adlə şəxsin vəziyyəti pisdir, Stansiya Sumqayıta gəlin, onlar da həmin zəngdən dərhal sonra həmin tərəfə getmişlər, orada bir yerdə avtomobili saxlamışlar və həmin nömrəyə zəng etmişlər, daha sonra onlara istiqamətləndirici yol göstərmişlər onlar da yaxınlaşdıq bir yerə, “vaqon” deyilən bir yerin qarşısında adamlar yığışmış və adsız çayxana kimi fəaliyyət göstərən “vaqona” girmişlər, orada bir nəfər 55-60 yaşlı kşi yerdə uzanmış vəziyyətdə, başından qan axaraq, ağzının içərəsində də qan axırdı. Həkim yoxladıqda artıq həmin şəxsin ölməyi müəyyən oldu, artıq bir saatdan çox keçmişdir. Orada bir nəfər 28-30 yaşlı adını bilmədiyi, lakin, deyilənlərə görə ölənin qardaşı oğlu olan şəxs başladı Naziləyə təzyiq göstərərək həmin şəxsə tibbi yardım göstərməyi tələb etməyə Naziləni nalayiq sözlərlə təhqir edərək, yumruqla sağ yanağından bir neçə dəfə vurdu, sonra bədəninin müxtəlif nahiyələrindən zərbələr vurdu, Naziləni kimsə ayırdı, sonra başqa bir qardaşı oğlu ona hücum etdi, əl və qolları ilə vurmağa başladı, bundan sonra iki nəfər xanım daxil oldu, həmin xanımlar isə heç nə demədən Nəzilənin bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq, ölən şəxsi diriltməyi tələb etmişlər, onlar tez oradan çıxaraq, qızlardan biri sonradan adının və soyadının Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri qadın Naziləni itələdi, Nazilə üzü üstə palçığa yıxıldı, dizi yerə dəydi, beli burxuldu, bir nəfər kişi həkimi qaldırdı, sonra onlar gəlib maşına oturdular, sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişdilər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 12 mart 2021-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, Sumqayıtçay yaşayış massivi ərazisində yerləşən çayxanada olan zaman onunla qonşuluqda yaşayan, tanıdığı və münasibətinin yaxşı olduğu X6 içəri girdi və hamıya salam verib yanında olan stula söykəndi. Sonra anidən Cavadov Cahangir yerə yıxıldı. Bu zaman o, və içəridə olan digər şəxslər yaxınlaşıb kömək etməyə çalışmışlar. Bundan sonra onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qonşuluqda yaşayan X4 cəld olaraq TTYS və polisə baş verən hadisə ilə bağlı məlumat vermişlər. Sonra Cahangirin ailəsinə, qardaşı oğlanları Ramillə Rəşada məlumat verildi və onlar tez bir zamanda çayxanaya gəldilər. X6 bədənin sağ tərəfi ilə yerə yıxılmışdı. Təxminən 10-12 dəqiqə sonra təcili yardım briqdası gəldi və Cavadov Cahangirə yaxınlaşıb müayinə etdikdən sonra onun rəhmətə getdiyini bildirdilər. Bundan sonra Rəşad briqadanın üzərinə qışqırdı və nə isə etməsini bildirdi. Sonra Cahangirin adlarını bilmədiyi qız övladları briqada üzvlərindən birinin yaxasından böyük ehtimal ki, həkimin yaxasından tutaraq onu itələməyə başladı. Briqadanın həmin üzvü çayxanadan çıxanda yıxılan zaman o, həkimi tutub saxladı və bəzi əşyalarını yerdən götürüb sürücüyə verdi. Bundan sonra həkim briqadası gələn polislərə döyülərək xəsarət almaları ilə bağlı şikayət etdilər. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki,o, da Şahid1 Elbrus qızının ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir.Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19.03.2021-ci il tarixli, 271 saylı rəyindən görünür ki: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ almacıq-yanaq nahiyəsinin qançırı, sağ dizin baldırın yuxarı 1/3-ni tutan və diz oynağında hərəkətin çətinliyinə səbəb olan şişkinliyiqançırı.Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqa əmələ gələ bilər, müddəti müəyinədən 1 günə qədər olmaqla 12.03.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində kəsici-deşici alətlə yetirilməyə uyğun xəsarətlər aşkar edilmədi. Cinayət işinin materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının 21.05.2021-ci il tarixli, 13/271 saylı rəyindən görünür ki: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ almacıq-yanaq nahiyəsinin qançırı, sağ dizin baldırın yuxarı 1/3-ni tutan və diz oynağında hərəkətin çətinliyinə səbəb olan şişkinliyiqançırı. Qeyd olunan xəsarətlərdən sağ dizin baldırın yuxarı 1/3-ni tutan və diz oynağında hərəkətin çətinliyinə səbəb olan şişkinliyi-qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Sağ almacıq-yanaq nahiyəsinin qançırı sağlamlığa zərərvurmayan xəsartlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə uyğun gələ bilərlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki,210736115 saylı cinayət işi 07 may 2021ci il tarixdə Zərərçəkmiş şəxs Xiəlil qızının yüngül dərəcəli bədən xəsarəti alması faktı üzrə CM-nin 128-ci maddəsi ilə başlanmışdır. 10 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 10 iyun 2021-ci il tarixli sübutların qşiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 221-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərardan görünür ki, X7, X8 və X2 hərəkətlərində İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti sonuncular barəsində inzibati qərar qəbul edilməsi üçün Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla tam sübuta yetirilir. Cinayət işinin materiallarına əlavə edilmiş 17 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 17 iyul 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs X5 özünü təqsirli bilir və Zərərçəkmiş şəxs ilə barışdığından və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığından barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 iyun 2021-cu il tarixli (iş № 1(060)-459/2021) qərarını icra edərək, 25 iyun 2021-cu il tarixli 713 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar