Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-459/2025 01.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29B/24, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,365 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 13:26-da Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ iç cibində saxlamış olduğu bir ədəd bükümdə təmiz çəkisi 0,365 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özümü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmin gün, yəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında evdə uzanıb yatarkən birdən qapı döyülmüşdür. Qapını açanda görmüşdür ki, qapıda 2 nəfər polis əməkdaşı olan Orxan və Yusif dayanıbdır. Onlar ondan soruşdular ki, “Emilsən sən?”, o, da cavabında “hə” demişdir. Əllərində də 1 ədəd A4 formatında vərəq, vərəqin üzərində isə onun şəkli var idi. Elə “Emilsən sən?” sualına cavab verən kimi onu yaxasından tutaraq mənzildən çölə çıxarmışlar. O, polis əməkdaşlarına “heç olmazsa, imkan verin evin qapısını bağlayım” desə də, cavabında “idarədən məlumat gəlib getməlisən”. 3 aydır həbsdən çıxdığını, satışla və s. ilə isə məşğul olmadığını bildirmişdir. Daha sonra isə polis əməkdaşları onu Narkoloji Dispanserin qabağına gətirdilər, guya ki, onu elə orda saxlayıblar və üzərindən də yarım qram narkotik vasitə aşkar olunub, halbuki həmin narkotik vasitə ona məxsus deyildir. Həqiqətən də həmin vasitə onun üzərində olsaydı, polis əməkdaşları elə onu evdə tutanda üzərindən aşkarlayardılar. Polis əməkdaşları onu maşına əyləşdirib narkotik vasitəni boynuna almasını, əks halda onu 234.4.3-cü maddə ilə oformit edəcəkləri ilə hədələmişlər. Ona qarşı fiziki güc tətbiq etməmişlər, lakin ona hədə qorxu gəldiklərindən polislərin dedikləri ilə razılaşmışdır. Onu saxlayarkən üzərində metamfetamin olmamışdır. Orxan adlı polis əməkdaşı metametamini ona vermişdir ki, “qoy cibinə, fırlan gəl, səni tutacağıq”. Onda binanın girişində quraşdırılmış videokameradan çıxarılmış, disk vardır. Həmin diskdə də görünür ki, Orxan və Yusif onu evdən aparırlar. Lakin, videodakı görüntülərdə ayın tarixinin dəqiq 4 olmasının qeyd olunub-olunmamasını dəqiq bilmir. Müstəntiqin yanında olmuş, lakin heç nəyə imza etməmişdir. Lakin, polis əməkdaşlarının onu qanunsuz tutmaları, cibinə psixotrop maddə qoymaları barədə heç yerə şikayət etməmişdir. Əvvəllər marixuanadan istifadə etmiş, lakin həbsdən çıxandan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:26-da Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin NMBnin əməkdaşları olduqlarını, onu qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla, gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Onlar videoçəkiliş aparmaqla üzərini yoxlamağa başlamışlar. Ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Yoxlamadan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmişdir. O, da əynində olan tünd boz rəngli cins şalvarının sağ yan kiçik cibində saxlamış olduğu içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılmış, içərisində metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı o həmin maddəni saxlanılmamışdan 30 dəqiqə əvvəl yaşadığı ev tərəfdən yerdən tapdığını bildirmişdir. Bundan əlavə, polis əməkdaşı tərəfindən onun üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli «Redmi» markalı mobil telefon, şalvarının sol yan cibindən isə 8 manat pul və şəxsiyyət vəsiqəsi da aşkar olunmuşdur. Həmin mobil telefon, 8 manat pul şəxsiyyət vəsiqəsindən savayı üstündən başqa heç bir əşya və predmet aşkar edilməmişdir. 8 manat pul və şəxsiyyət vəsiqəsi ona qaytarılmışdır. Mobil telefon isə götürülmüşdür. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisi 0,48 qram olmuş və sonra ağ rəngli zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfin üzərinə o, da imza etmişdir. Daha sonra müvafiq sənədləşdirmə işinin aparılmasından ötrü onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, da etiraz etmədən onlarla birlikdə İdarəyə gəlmişdir. İdarəyə gətirildikdən sonra orada xidməti otaqların birində ona şübhəli şəxs qismində tutulması elan edilərək, hüquq və vəzifələri barədə bildiriş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasov təqdim olunmuşdur. O, bildirişlə tanış olaraq, vəkilinə etirazının olmadığını bildirmişdir. Daha sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmiş, aşkar edilmiş 8 manat pul və şəxsiyyət vəsiqəsi özünə qaytarılmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş halda olan psixotrop maddə olan metamfetamini onlara təqdim etdiyini, daha sonra onun müvafiq qaydada götürülərək qablaşdırıldığını bildirmişdir. Bundan sonra üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş ağ rəngli zərf və 01 ədəd «Redmi» markalı mobil telefon polis əməkdaşı tərəfindən təqdim edilmiş və onun saxlanıldığı vaxtda və yerdə əynindəki cins şalvarının sağ yan kiçik cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş halda olan metamfetamini təqdim etməsi, daha sonra həmin maddənin müvafiq qaydada götürülərək qablaşdırılaraq, çəkisinin 0,48 qram olması bildirilmişdir. Sorğu zamanı o, həmin zərfin içərisində qablaşdırılaraq götürülmüş metamfetamin olduğunu, onu yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ev tərəfdən yerdən tapdığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman ona məxsus içərisində ***-***-**-** mobil nömrə olan 01 ədəd «Redmi» markalı mobil telefon götürülmüşdür. Daha sonra həmin büküm başqa bir yeni zərfə qoyularaq qablaşdırılmış və üzəri tərəfindən imzalanmışdır. Bundan sonra müvafiq sənədləşmə aparılmış, o, da həmin sənədlərə imza etmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, psixotrop maddə olan metamfetaminin istifadəçisidir. O, hüquqlarını bilir, o saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və mənzildə axtarış zamanı qeyə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 13:26-da Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Narkoloji Dispanserin yaxınlığında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla ona yaxınlaşıb özlərini təqdim edib, onu saxlamışlar. Yoxlamadan əvvəl Emildən üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmadığı soruşulmuş, əgər vardırsa təqdim edilməsi təklif edilmişdir. O, da əynində olan tünd boz rəngli cins şalvarın sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin çıxarıb təqdim etmişdir. Sorğu zamanı Emil həmin metamfetamini saxlanılmamışdan 30 dəqiqə əvvəl yaşadığı ev tərəfdə tapdığını bildirmişdir. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisi şəffaf sellofanla birlikdə 0,48 qram olmuş və sonra ağ rəngli zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra müvafiq sənədləşdirmə işinin aparılmasından ötrü Sumqayıt ŞPİ-nin İŞ-yə dəvət edilmiş, o, da etiraz etmədən onlarla birlikdə İdarəyə gəlmişdir. İdarəyə gətirildikdən sonra orada xidməti otaqların birində bir daha onlar və Emil təhqiqatçıya özlərini təqdim etmişlər. Emil üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud da maddi sübutun olmadığını bildirmişdir. Həmin şəxsin üzərinə şəxsi axtarış davam etdirilən zaman sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmiş, aşkar edilmiş 8 manat pul və şəxsiyyət vəsiqəsi özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş halda olan metamfetamini polis əməkdaşlarına təqdim etdiyini, daha sonra həmin narkotik vasitənin müvafiq qaydada qablaşdırıldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı mənzildən aparılmamış, ona qarşı heç bir psixi və fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən özü könüllü olaraq cibindən bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid Şərail Quliyevin ifadəsinə uyğun ifadələr vermişlər. Cinayət işinin 12-ci vərəqəsində olan 04 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ciil tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/167 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” sözlər və imzalar kağız paketdəki, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,365 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1993 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda remissiya vəziyyətindədir, müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar astinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 438 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmadı. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada papka müəyyən edilir. Papkaya daxil olduqda, müəyyən edilir ki, orada videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 13:26-da Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Narkoloji Dispanserin yaxınlığında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, ona da özünü təqdim etməsini xahiş edirlər. O, da özünü təqdim edib. Daha sonra ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirilib, üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunur. Onun üzərinə yoxlama keçirilməyə başlanılır. Yoxlamadan öncə Emildən üzərində hər hansı bir qanunsuz əşya və predmetin olubolmadığı soruşulur, əgər vardırsa təqdim edilməsi təklif edilir. O, da əynində olan tünd boz rəngli cins şalvarın sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin çıxarıb təqdim edir. Sorğu zamanı Emil həmin metamfetamini saxlanılmamışdan 30 dəqiqə əvvəl yaşadığı ev tərəfdə tapdığını bildirir. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilir, çəkisi şəffaf sellofanla birlikdə 0,48 qram olur və sonra ağ rəngli zərfə qoyulub qablaşdırılır. Həmin zərfin üzərinə Emil və polis əməkdaşları imza edirlər. Emil əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd «Redmi» markalı qara rəngli mobil telefon və şalvarın sol yan cibindən isə 8 manat pul da təqdim edir. Daha sonra müvafiq sənədləşdirmə işinin aparılmasından ötrü Sumqayıt ŞPİ-nin İŞ-yə dəvət edilir, Emil də etiraz etmir. Bundan sonra sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada papka müəyyən edilir. Papkaya daxil olduqda, müəyyən edilir ki, orada videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 13:26-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhəri Narkoloji Dispanserin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq üzərinə yoxlama aparılarkən, üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmiş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqlarının birində polis əməkdaşları və Emil təhqiqatçıya özlərini təqdim edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil Qoşqar Abbasov təqdim olunur. Emil bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Emil üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud da maddi sübutun olmadığını bildirir. Həmin şəxsin üzərinə şəxsi axtarış davam etdirilən zaman sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmir, aşkar edilmiş 8 manat pul və şəxsiyyət vəsiqəsi özünə geri qaytarılır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş halda olan metamfetamini polis əməkdaşlarına təqdim etdiyini, daha sonra həmin narkotik vasitənin müvafiq qaydada qablaşdırıldığını bildirir. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 üzərində müvafiq qeydlər aparılmış və DİN-in 124 saylı möhürü ilə möhürlənmiş ağ rəngli zərfi və 01 ədəd «Redmi» markalı mobil telefonu təqdim edir, həmin zərfin içərisində Emilin saxlanıldığı vaxtda və yerdə əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş halda olan metamfetamin təqdim etdiyini, daha sonra həmin maddənin müvafiq qaydada götürülərək qablaşdırıldığını, həmin maddənin çəkisinin 0,48 qram olduğunu bildirir. Sorğu zamanı Emil həmin zərfin içərisində qablaşdırılaraq götürülmüş maddənin metamfetamin olduğunu, onu Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində tapdığını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus içərisində ***-***-**-** nömrə olan «Redmi» markalı mobil telefon götürülür. Daha sonra sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. İş materiallarından görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,365 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,315 qram metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışma verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsinin videogörüntüsünü əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61.1.1 -ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi-yəni polis əməkdaşları tərəfindən saat 11 radələrində evindən aparılması, saxlanılarkən üzərində psixotrop maddə olan metamfetamin olmaması, polis əməkdaşları tərəfindən ona psixi təzyiq göstərilərək psixotrop maddənin ona məxsus olmasını boynuna götürməsi barədə ifadəsi işin faktiki hallarına uyğun gəlmədiyindən sübut kimi qəbul edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, üzərində şəxsi axtarış aparılması və psixotrop maddənin götürülməsi barədə videçəkilişə baxış protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tamamilə təkzib olunduğundan, əvvəllər məhkum olunduğundan psixotrop maddənin ona məxsus olduğu etiraf edəcəyi halda onu hansı cəzanın gözlədiyni bildiyi halda istintaq dövründə polis əməkdaşlarının ona qarşı psixi təzyiq etmələri, zorla psixotrop maddəni boynuna götürməyə məcbur etmələri barədə hər hansı orqana şikayət etməməsini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin məhkəmə istintaqı zamanı məhkəmə videgörüntüyə dair disk təqdim edərək həmin diskdə Emin Adıgözəlovun saat 11 radələrində polis əməkdaşları tərəfindən evindən aparıldığı bildirməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, müdafiəçi tərəfindən həmin diskə məhkəmə istintaqı zamanı baxış keçirərkən videogörüntülərdə olan şəxslərin sifət cizgilərinin aydın olmadığı, həmin şəxslərin kimliyini müəyyən etməyin mümkün olmadığı, eyni zamanda videogörüntünün 04 aprel 2025-ci il tarixdə deyil, 3 aprel 2025-ci il tarixə aid olduğu görünür. Ona görə də qeyd olunanlara əsasən məhkəmə həmin videogörüntünü sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və mənzildə axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməklə özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal nəzərə alır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 03 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 04 aprel 2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən hal kimi törətdiyi əməli etiraf etməsini, ağırlaşdırıcı hal kimi əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2025-ci ildən 06 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 09 iyul 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1993 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda remissiya vəziyyətindədir, müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar astinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs barəsində narkomaniyaan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,315 qram psixotrop maddə olan metamfetamin heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2025-cü il tarixdən 06 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış psixottrop maddə olan 0,315 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ikir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 ( yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-459/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-459/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver