Məhkəmə qərarları › İş №1(060)-46/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-46/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-46/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-497/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 16A/37, mənzil 11də qeydiyyatda olan, ünvan 1-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,928 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək onu üzərində daşıyaraq saxlamış, , xx xxxx 2020-ci il tarixdə saat 19:50 radələrində Sumqayıt şəhər Pİ-nin CAŞ-nin və 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq 4-cü PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən siqaret qutusunun sellofan parçasına bükülmüş vəziyyətdə olan 0,928 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 18 ilə yaxındır ki, narkotik vasitə olan heroin qəbul edir, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Novxanı qəsəbəsinə getmişdir. Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxs ona yaxınlaşıb onda narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, narkotikdən istifadə etdiyi üçün alıb özü üçün istifadə etmək məqsədi ilə həmin şəxsdən heroini neçəyə satdığını soruşmuş, həmin şəxs 30 manata satdığını bildirmişdir. O razılaşıb 30 manat pul verərək bir ədəd sellofan parçasına bükülmüş heroini ondan almışdır. O, aldığı şəffaf rəngli sellofan parçasına bükülmüş heroini əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra özü istifadə edər. Sonra Sumqayıt şəhərinə gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 19:50 radələrində üzərində olan narkotik vasitə heroini münasib yer tapıb istifadə etmək üçün Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisinə gəlmiş, Kotec qəsəbəsi ərazisi ilə gedərkən üç nəfər mülki geyimli, bir nəfər polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirmiş, ondan adını və soyadını soruşandan sonra ona narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyini, ona görə də Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində olarkən polis əməkdaşları ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşaraq həmin əşyanın onlara təqdim etməyini təklif etmişdirlər. O, əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan parçasına bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, həmin heroini iki gün əvvəl Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığıı şəxsdən 30 manata özü istifadə etməsi məqsədi ilə aldığını bildirmişdir. Sonra onun üzərindən aşkar edilərək götürülmüş heroin tərəziyə qoyularaq çəkilib, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, o da protokolu imzalamışdır. O heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Müxtəlif işlərdə işləyərək ailəsini dolandırır, xəstə və yaşlı anası onun himayəsindədir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid X2 2016-cı ilin aprel ayından Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. xx.xx.2020-ci il tarixdə ünvan 1-da yaşayan Şəmsi adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2, 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və kriminlastik təhqiqatlar bölməsinin inspektoru, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişdirlər. Həmin məlumat əsasında xx.xx.2020-ci il tarixdə saat 19:40 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisinə getmişdirlər. Onlar həmin əraziyə gəldikdən sonra ekspert kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən saat 19:50 radələrində Şəmsi adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşdürlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görmüş ona yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və vəkillərin siyahısı təqdim olunmuşdur. Sonra Təqsirləndirilən şəxs tərəflərindən onun üzərinə 4-cü PB-də videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxsla birlikdə 4-cü PB-nə gəlmişdirlər. 4-cü polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun sellofan parçasına bükülmüş bükülünü onlara təqdim etmişdir. Həmin bükülü tərəflərindən açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni iki gün əvvəl Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuşdur, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oğlu Şahid1 Əli oğlu ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuşdur. (i.v. 18) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-146/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. (i.v.71-75) İş materiallarında olan “Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti alıtna vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v.76-77) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 24-25) İş materiallarında olan, məhkəmə iclasında da nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 26) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1235 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” əl yazıları və AR DİN “Zərflər üçün № 128 möhür əksi olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,928 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (heroinin təmiz çəkisi 0,928 qram, tədqiqata sərf olundu 0,50 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,878 qram.) (i.v. 38-43) İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərarla Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,878 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİnin məsul saxlanışına verilmişdir. (i.v.86-87) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2020-cu il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirini əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (i.v.125-129) İş materiallarında olan Sumqayıt Narkoloji Dispanserinin 1874 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12.2009-cu ildən Sumqayıt Narkoloji Dispanserində qeydiyyatdadır. (i.v. 93) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-497/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-497/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.100-102, 114-115) Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx xxxx 2021-ci il tarixli, 188585/19 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 497/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 03 (üç) ay 12 (on iki) gününü çəkmiş, çəkilməmiş cəzası 08 (səkkiz) ay 14 (on dörd) gün təşkil edir. Məhkuma elekteon nəzarət vasitəsi tətbiq olunub, hal-hazırda cəza çəkir. Bu günədək hər hansı bir qayda pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan məhkəmə - narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2053 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.122-123) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,928 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-497/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ağır ailə vəziyyətini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-497/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 14 (on dörd) gün hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs artıq ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cəzaların icrası Məcəlləsinin 17-1.6-cı maddəsində göstərilmişdir ki, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,878 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-146/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından və “Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci ildə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməyərək xx xxxx 2020-ci il tarixdə həbsdən azad edilmiş, barəsində “Polisin nəzarəti alıtna vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-497/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkir, Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyatdadır və üzərində elektron nəzarət vasitəsi vardır. Ona görə də məhkəmə ona təyin edilən cəzanın bu iş üzrə hökm çıxarılan tarixdən hesablanmasını əsaslı sayır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-497/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 14 (on dörd) gün hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanındakı evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,878 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar