Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-46/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2 İlqar oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçisi - “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məhəmməd oğlunun iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, оrtа təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 59-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,246 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 02 iyun 2021-ci il tarixdə saat 21:30-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 7 saylı orta məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılmış, Sumqayıt ŞPİ-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən sağ əlində saxladığı açıq-qəhvəyi rəngli pul kisəsinin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,246 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır Orxan adlı şəxslə qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamış, Orxanın ailə üzvlərinə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Cantapə məhəlləsi ərazisində yerləşən fərdi evdə yaşamışlar. Saxlanılmamışdan təxminən bir ay əvvəl narkotik vasitə olan heroin qəbul etməyə başlamış, adətən, qəbul etdiyi narkotik vasitəni Orxandan almış, hadisədən təxminən 4-5 gün əvvəl Orxandan yenidən qəbul etmək üçün narkotik vasitə olan və “kakos” adlandırılan heroin almış, həmin narkotik vasitəni sonradan qəbul etmək üçün özünə məxsus pul kisəsinin içərisinə qoymuşdur. Sonuncu dəfə 02.06.2021-ci il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 7 saylı orta məktəbin yaxınlığında olarkən ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis İdarəsinə getdikdən sonra isə xidməti otaqlardan birində narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmiş, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, o buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkiliş aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya Sumqayıt şəhər 1 saylı Vəkil Bürosundan vəkil Müdafiəçi1 da dəvət edilmişdir. Polis əməkdaşlarının və hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə sağ əlində saxladığı özünə məxsus açıq-qəhvəyi rəngli pul kisəsinin içərisindəki bir ədəd ağ rəngli sellofan bükümdəki narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə həmin narkotik vasitəni təxminən 4-5 gün əvvəl qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Orxandan şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitəni satmaq fikri olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə-qorxu gəlinməmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2001-ci ildən X4, tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvvəkkili vəzifəsində isə 2016-cı ildən xidmət aparmağa başlamış, sonuncu dəfə 02 iyun 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nə Ləman adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də qəbulu ilə məşğulu ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan Ləman adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ləman adlı şəxs xx.xx.2003cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 59-da qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi, Cantəpə məhəlləsi ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 21:30da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 7 saylı orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid2 və polis serjantı Ramin Kərimovla yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirmiş, raport tərtib etməklə təhvil vermişlər, bundan sonra xidməti otaqların birində onun Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2, Ramin Kərimov, Sumqayıt ŞPİ-nin polis nəfəri Şahnaz Məmmədovanın və Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcə də qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulduqda, o, heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs sağ əlində saxladığı açıq-qəhvəyi rəngli pul kisəsini təqdim edərək, ona məxsus pul kisəsinin içərisində narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu bildirmişdir. Təqdim edilmiş pul kisəsinin içərisinə baxış keçirildikdə ordan bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinin içərisindən aşkar edilmiş maddənin nə olduğunu, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşarkən, o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, saxlanılmamışdan təxminən 4-5 gün əvvəl qeyri-rəsmi nikah münasibətində yaşadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid2, X1 və X3 eyni məzmunlu ifadə verərək digər Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. 02.06.2021-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamışlar, daha sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirmiş, raport tərtib etməklə təhvil vermişlər, bundan sonra xidməti otaqların birində onun Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2, Ramin Kərimov, Sumqayıt ŞPİ-nin polis nəfəri Şahnaz Məmmədovanın və Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcə də qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulduqda, o, heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs sağ əlində saxladığı açıq-qəhvəyi rəngli pul kisəsini təqdim edərək, ona məxsus pul kisəsinin içərisində narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu bildirmişdir. Təqdim edilmiş pul kisəsinin içərisinə baxış keçirildikdə ordan bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinin içərisindən aşkar edilmiş maddənin nə olduğunu, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşarkən, o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, saxlanılmamışdan təxminən 4-5 gün əvvəl qeyri-rəsmi nikah münasibətində yaşadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılaraq götürülmüşdür. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə kimyavi ekspertizasının 03.06.2021-ci il tarixli №6/2245 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,246 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,246 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 1,196 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 12.06.2021-ci il tarixli 1863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalmış 1,196 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı zaman çəkilmiş video görüntü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02.06.2021-ci il tarixdə tutulmuş, 04.06.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-590/2021 saylı, 10.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 15.12.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 11.12.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq 14.12.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlardan görünür ki, Təqsirləndirilən şəxs “cui-citsu” idman növü üzrə İ yerə layiq görülərək təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və idman sahəsində nailiyyətlərinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi üzrə isə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 03 (üç) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 10 (on) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından azad edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,196 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 03 (üç) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 10 (on) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,196 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-46/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-46/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver