Məhkəmə qərarları › İş №1(060)-46/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-46/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-46/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı İlqar oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1979-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şamaxı rayonu, Cabanlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs məxsus ümumilikdə 9600 (doqquz min altı yüz) manat dəyərində 08 (səkkiz) baş, hər biri 02 illik, dişi, 06 aylıq boğaz olmaqla, hər birinin ayrı-ayrılıqda çəkiləri 150 kiloqram olan yerli cins iri buynuzlu mal-qaranı (inəkləri) həmin qiymətə satıb bir neçə günə pulunu verəcəynə dair yalan vəd verərək Zərərçəkmiş şəxs inandırıb, əslində isə vədinə əməl etməyərək xx.xx.2021-ci il tarixdə sonuncuya məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisindəki fermadan sözügedən 08 (səkkiz) baş mal-qaranı Ağcəbədi rayonuna aparıb sataraq, satışından əldə edilmiş pulu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 9600 (doqquz min altı yüz) manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs “Rəsul” adı ilə tanıdığını, tanışlıqlarının Həsənqulunun fermasında çoban işləyən Qəhraman adlı şəxsin vasitəsi ilə, təxminən 08 (səkkiz) ay əvvəl olduğunu, ilk əvvəl Həsənqulu ilə telefon vasitəsi ilə əlaqə saxladığını, o, Həsənqulunun fermasında işləməsi üçün Həsənquluya bir neçə dəfə işçi tapdığını, bunun müqabilində də, Həsənqulunun ona müəyyən miqdarda pul ödədiyini, bu münvalla Həsənqulu ilə onun arasında mobil telefon vasitəsilə olsa da belə, münasibətləri yarandığını bildirmişdir. Həsənqulu ilə danışıqlarının birində Həsənqulu ona Həsənqulunun fermasında erkək danaları olduğunu və həmin danaları satmaq istədiyini bildirərək, müştəri olsa Həsənquluya xəbər verməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə o, Həsənquluya zəng edərək, Həsənqulunun satmaq istədiyi həmin danalara müştəri olduğunu və müştərini Həsənqulunun yanına aparmaq istədiyini bildirmiş, Həsənqulu razılaşmış və 02 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə o, sözügedən danaları almaq üçün, hal-hazırda adlarını xatırlamadığı iki müştəri ilə birlikdə Həsənqulunun Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən fermasına getmişdir. Həmin müştərilər danalara baxmış və Həsənqulu müştərilərlə qiymətdə razılaşmaq istəyən zaman, o, sözügedən danaları özü satıb qazanc əldə etmək və eləcə də Həsənqulu ilə işgüzar münasibətlərini artıraraq Həsənqulunun inam və etibarını qazanmaq məqsədi ilə danaları daha baha qiymətə satacağını bildirərək, Həsənqulunun müştərilərlə razılaşmasına mane olmuş, buna görə də, Həsənqulu həmin müşdərilərlə heç bir alqı-satqı etməyərək, müşdəriləri yola salıb evinə getmişdir. O, həmin gün axşam saatlarında Həsənqulunun fermasına qayıdaraq fermanın çobanı Qəhrəmanın köməkliyi ilə həmin 10 (on) baş erkək dananı öz ilə gətirdiyi yük avtomobilinə yığıb aparmış və bu barədə Həsənquluya səhəri gün məlumat vermişdir. O, sözügedən 10 (on) baş erkək dananı satıb 09 (doqquz) baş dananın pulunu 15 (on beş) gün ərzində hissə-hissə Həsənquluya ödəsə də, 01 (bir) baş dananın pulunu, yəni 500 (beş yüz) manat pulu Həsənquluya borclu qalmış və qısa müüddət ərzində 500 (beş yüz) manatı da, ödəyəcəyini bildirmişdir. Bundan sonra o, bir çox şəxslərə olan borclarını ödəmək məqsədi ilə, Həsənqulunun ona olan etibarından istifadə edib aldatmaqla Həsənquludan malqara götürüb sataraq əldə etdiyi gəlirlə borclarını ödəmək qərarına gəlmiş və xx.xx.2021-ci il tarixdə Həsənquluya zəng edərək, yalandan, 10 (on) baş iri buynuzlu boğaz inək almaq istəyən müştəri olduğunu bildirmişdir. Həsənqulu satmaq üçün yalnız 08 (səkkiz) baş boğaz inəyi olduğunu və hər birini 1200 (bir min iki yüz) manata satacağını bildirdikdə o, Həsənqulunun dediyi qiymətlə razılaşmış və həmin gün Həsənqulunun Sumqayıt şəhəri, Yaşma bağları ərzisində yerləşən fermasına gedərək, sözügedən 08 (səkkiz) baş inəyi özü ilə apardığı, adı “Mahir” olduğunu ehtimal etdiyi sürücünün “Ateko” markalı yük avtomobilinə yükləmişdir. O, mal-qaranı avtomobilə yüklədikdən sonra üzərində pul olmadığını, mal-qaranı 02 (iki) günə satıb pulunu gətirəcəyinə söz vermişdir. O, Həsənqulu ilə əvvəllərdə al-ver etdiyi üçün Həsənqulu ona inanıb etiraz etməmiş və razılaşmışdır. Lakin o, malları hara aparmağı və müştərinin kim olması barədə Həsənquluya heç bir məlumat verməmişdir. O, malları Ağcəbədi rayonuna aparıb mal bazarında 08 (səkkiz) baş inəyin hər birini 800 (səkkiz yüz) manata üzdən tanıdığı bir nəfər orta yaşlı şəxsə satmış, inəkləri satdığı şəxs inəyin birinin ombasının sınıq olduğunu, bu səbəbdən də, həmin inəyi qaytarmaq istədiyini bildirmiş, belə olan halda o, həmin şəxsə 300 (üç yüz) manat qaytarmış, yəni ombası sınıq olan inəyi 500 (beş yüz) manata satmış olmuşdur. O, inəkləri satıb əldə etdiyi ümumilkdə 6100 (altı min yüz) manat pulun 3700 (üç min yeddi yüz) manatını Həsənqulunun inəklərini Yaşma bağlarından Ağcəbədi rayonuna apardığı «Ateko» markalı avtomobilin sürücüsünə verib həmin şəxsə olan borcunu ödəmişdir. Həmin vaxt onun yanında olan Həsənqulu ilə onun müştərək tanışı Zakir adlı şəxs onun Həsənqulunu aldadıb inəklərini ələ keçirərək dəyərindən ucuz qimətə satıb əldə etdiyi qazancla öz borclarını ödəməsini ona irad bildirərək Həsənqulunun onu bağışlamayacağını bildirsə də, o, Zakirin dediklərinə heç bir məhəl qoymamış və inəklərin satışından əldə etdiyi 2400 (iki min dörd yüz) manat pulu isə digər pul borclu olduğu şəxslərə vermişdir. Malları satdıqdan 02 (iki) gün keçdikdən sonra Həsənqulu ona zəng edərək nə üçün malların pulunu gətirmədiyini soruşduqda, o, Həsənqulunu aldadaraq malları hələ də satmadığını bildirmişdir. Bir qədər sonra Həsənqulu təkrar ona zəng edərək, onun mal-qaranı Ağcəbədi bazarında satdığını öyrəndiyini, onun Həsənquluya yalan danışdığını bildirsə də, o, yenə də mal-qaranı satdığını etiraf etməmiş, belə olan halda Həsənqulu, həmin 08 (səkkiz) baş inəyi Ağcəbədi rayonunda yaşayan, onun və Həsənqulunun tanışı olan Zakir adlı şəxsin tövləsinə yığmasını tələb etmiş və gedib oradan malları götürəcəyini bildirmişdir. Bundan sonra o, artıq Həsənqulunun hər şeyi bildiyini, onun Həsənqulunu aldadaraq 08 (səkkiz) baş inəyini satıb pulunu mənimsədiyini anladığını başa düşmüş və Həsənquluya məxsus sözügedən 08 (səkkiz) baş inəyin 9600 (doqquz min altı yüz) manat pulunu qaytarması üçün ona vaxt verməsini istəmişdir. Ancaq bu günə kimi satıb pulunu mənimsədiyi, Həsənquluya məxsus 08 (səkkiz) baş inəyin pulunu Həsənquluya verməmişdir. Bu səbəbdən də, Həsənqulu onun barəsində polisə şikayət etmişdir. Həmçinin onun başqa şəxslərə pul borcu olduğu üçün həmin borclarını ödəmək məqsədi ilə Həsənqulunun ona olan inam və etibarında istifadə etməklə Həsənquluya məxsus sözügedən 08 (səkkiz) baş inəyi satıb hər birinin pulunu 1200 (bir min iki yüz) manatdan Həsənquluya ödəyəcəyi adı ilə sonuncunu aldadaraq, inəkləri Həsənquludan götürüb mal bazarında dəyər-dəyməzinə satıb, əldə etdiyi gəliri mənimsəyərək, başqa şəxslərə olan pul borclarını ödədiyini, əvvəlcədən də, məqsədinin belə olduğunu, Həsənquluya məxsus həmin malları satıb pulunu Həsənquluya vermək niyyətində olmadığını qeyd etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 10 ilə yaxındır Sumqayıt şəhəri, Yaşma bağlar massivində iribuynuzlu mal-qara saxladığını və həmin ərazidə qanuni sənədlərlə ferması olduğunu, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edərək tanışı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri Yaşma bağları ərazisində onun etibarından sui-istifadə edərək ona məxsus, ümimilikdə 9600 (doqquz min altı yüz) manat dəyərində 08 (səkkiz) baş iri buynuzlu mal-qaranı (inəkləri) satıb pulunu ona verəcəyi adı ilə onu aldatmaqla, həmin mal-qaranı ələ keçirib ona 9600 (doqquz min altı yüz) manat maddi zərər vurmasını, Təqsirləndirilən şəxs təxminən 09 (doqquz) ay əvvəl onun fermada çoban işləyən Qəhrəman adlı şəxsin vasitəsilə tanımasını bildirmişdir. Təqsirləndirilən şəxs özünü ona dəllal, yəni fermalara işçi tapan şəxs kimi təqdim etmiş, Natiqlə ilk əvvəllər əlaqəsi telefon vasitəsi ilə olmuş, Natiq onun fermasında işləməsi üçün ona bir neçə dəfə işçi tapmış və bunun müqabilində o, Natiqə müəyyən miqdarda pul ödəmişdir. Bu münvalla onun Natiqlə mobil telefon vasitəsilə olsa da, belə münasibətləri yaranmışdır. Natiqlə danışıqlarınin birində o, Təqsirləndirilən şəxs onun fermasında erkək danaları olduğunu və həmin danaları satmaq istədiyini, müştəri olduğu təqdirdə ona xəbər etməsini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Natiq ona zəng edərək onun satmaq istədiyi həmin danalara müştəri olduğunu və müştərini onun yanına aparmaq istədiyini bildirmiş, o, razılaşmış və 02 (iki) gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Nətiq sözügedən danaları almaq üçün iki müştəri ilə birlikdə onun Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən fermasına getmişdir. Həmin müştərilər danalara baxmış və o, həmin müştərilərlə qiymətdə razılaşmaq istəyən zaman Natiq həmin müştərilərlə razılaşmamasını, danaları daha baha qiymətə satacağını bildirmişdir. Buna görə də, o, həmin müştərilərlə heç bir alqı-satqı etməmiş və müştəriləri yola salmışdır. Ancaq o, evinə getdikdən sonra Təqsirləndirilən şəxs onun fermasına gedərək çobanı Qəhrəmanın köməkliyi ilə 10 (on) baş erkək dananı satmaq üçün özü ilə gətirdiyi avtomobilə yığıb aparmış və bu barədə ona səhəri günü məlumat vermişdir. Sözügedən 10 (on) baş erkək dananın pulunu Natiq 15 (on beş) gün ərzində ona hissə-hissə ödəmiş, lakin Natiq ona həmin puldan 500 (beş yüz) manat borclu qalmış, qısa müddət ərzində həmin 500 (beş yüz) manatı da, ödəyəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Natiq onunla əlaqə saxlayaraq 10 (on) baş iri buynuzlu boğaz inək almaq istəyən müştəri olduğunu bildirmişdir. O, satmaq üçün yalnız 08 (səkkiz) baş boğaz inəyi olduğunu və hər birini 1200 (bir min iki yüz) manata satacağını bildirmişdir. Natiq onunla qiymətdə razılaşmış və həmin gün onun Sumqayıt şəhəri, Yaşma bağları ərzisində yerləşən fermasına gedərək, sözügedən 08 (səkkiz) baş inəyi özü ilə gətirdiyi “Ateko” markalı yük avtomobilinə yükləmişdir. Natiq mal-qaranı avtomobilə yüklədikdən sonra üzərində pul olmadığını, malqaranı 02 (iki) günə satıb pulunu gətirəcəyinə söz vermişdir. O, Natiqlə əvvəllər də al-ver etdiyii üçün Natiqə inanıb etiraz etməmiş və razılaşmışdır. Lakin malları hara aparması və müştərinin kim olması barədə Natiq ona heç bir məlumat verməmişdir. Həmin gündən iki gün keçdikdən sonra o, Təqsirləndirilən şəxs mobil telefonundan zəng edib malların pulunu nə vaxt gətirəcəyini soruşduqda, Natiq hal-hazırda Ağcəbədi rayonunda mal bazarında olduğunu, malları satan kimi onun pulunu aparıb verəcəyini bildirmişdir. Bundan sonra o, Natiq vasitəsilə tanış olduğu Ağcabədi rayonunda yaşayan Zakir adlı şəxsə zəng vuraraq Təqsirləndirilən şəxs ondan 08 (səkkiz) baş inək götürməsini və həmin malları satıb-satmaması barədə hər hansı bir məlumat olub-olmamasını soruşduqda, Zakir ona Təqsirləndirilən şəxs Zakirin yanında 08 (səkkiz) baş inəyin hər birini 800 (səkkiz yüz) manata satdığını və həmin pulu özü ilə gətirdiyi sürücü ilə birlikdə böldüyünü bildirmişdir. Daha sonra o, Natiqə zəng edərək Natiqin ona məxsus malları satdığını öyrəndiyini dedikdə Natiq yenə ona malları satmadığını bildirmişdir. Belə olan halda o, Natiqdən malları Zakirin tövləsinə yığmasını tələb etmiş və Ağcəbədi rayonuna gedib həmin malları Zakirin tövləsindən götürüb apararacağını bildirmişdir. Bundan sonra o, Natiqə zəng etdikdə Natiq bir müddət onun zənglərinə cavab verməsə də, sonradan onunla danışaraq sözügedən, ona məxsus 08 (səkkiz) baş malqaranı sataraq, satışdan əldə etdiyi pulu öz ehtiyacları üçün xərclədiyini etiraf edərək Natiqə bir qədər vaxt verməsini ondan xahiş etmiş və qısa bir müddət ərzində onun pulunu, yəni razılaşdıqları kimi 9600 (doquz min altı yüz) manatı verəcəyini bildirirmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq Natiq onun pulunu verməmişdir. Belə olan halda o, başa düşmüşdür ki, Natiq onu aldadaraq və etibarından sui-istifadə edərək, onun 9600 (doquz min altı yüz) manat dəyərində 08 (səkkiz) baş iribuynuzlu malqarasını ələ keçirib sataraq pulunu mənimsəmişdir. Halhazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir. Ona görə də, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 08 (səkkiz) il müddətdir Zərərçəkmiş şəxs məxsus olan Sumqayıt şəhəri, Yaşma bağları ərazsində yerləşən iribuynuzlu mal-qara fermasında çoban işlədiyini və digər işlərdə də, Həsənquluya köməklik etdiyini qeyd edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Həsənqulu onu fermaya çağıraraq fermada olan 08 (səkkiz) baş boğaz inəyi almaq üçün müştəri gəldiyini bildirmiş, o, fermaya çatdıqda Həsənqulunun əvvəlcədən tanıdığı Natiq adlı şəxsin fermada olduğunu görmüşdür. Natiq həmin inəklərin hər birini 1200 (bir min iki yüz) manata almağa Həsənqulu ilə danışıb razılığa gəldikdən sonra inəkləri özü ilə gətirdiyi “Ateko” markalı yük avtomobilinə yükləmişdir. Natiq mal-qaranı avtomobilə yüklədikdən sonra üzərində pul olmadığını, mal-qaranı 02 (iki) günə satıb pulunu gətirəcəyinə söz vermişdir. Həsənqulu Natiqlə əvvəllərdə al-ver etdiyi üçün, Natiqə inanıb, etiraz etməmiş və razılaşmışdır. Lakin Natiq malları hara aparması və müştərinin kim olması barədə heç bir məlumat verməmişdir. Bir neçə gündən sonra X1 aldatdığını və sözügedən inəkləri Ağcəbədi mal bazarında dəyər-dəyməzinə satıb pulunu da mənimsədiyini ona bildirmişdir. İş materiallarında olan “Misiroğlu” firması tərəfindən verilmiş 28 nömrəli, xx.xx.2023cü il tarixli məktubdan görünür ki, 08 (səkkiz) baş, hər biri 02 (iki) illik, dişi, 06 (altı) aylıq boğaz olmaqla, hər birinin ayrı-ayrılıqda çəkiləri 150 (bir yüz əlli) kiloqram olan yerli cins iri buynuzlu mal-qaranın (inəklərin) xx.xx.2021-ci il tarixə olan ümumilikdə bazar qiyməti 9600 (doqquz min altı yüz) manat dəyərində qiymətləndirilir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elna olunması məqsədilə barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin 125-4568-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq MSY-yə təhvil verilmişdir. İş materiallarına olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 1(060)-649/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin 125-11443-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Bərdə şəhər İcra Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan nikah şəhadətnaməsinin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2009-cu il təvəllüdlü X2). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəini dinləyərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o həmin maddə üzrə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə tutulduğu müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə tutulduğu müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Şamaxı rayonu, Cabanlı kəndi ünvanı tərk etməmək, Şamaxı rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar