Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-46/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında fərdi yaşayış evində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,352 qram çəkidə qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-ya daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 17 aprel 2024-cü il tarixdə, saat 17:05-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Ruzi” marketin yaxınlığında saxlanılaraq 1-ci PB-nin inzibati binasına gətirilib həmin tarixdə orada üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən, onun əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan kəsiyi bükümündə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayır, heç yerdə işləmir. Narkotik vasitə olan “kokos” kimi tanınan heroindən təxminən 9 ilə yaxın müddətdir ki, damara inyeksiya yolu ilə vurmaqla istifadə etmişdir. Onun əvvəllər də məhkumluğu olmuşdur. Belə ki, o, Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə Yasamal rayon məhkəməsinin xx.xx.2015-cil tarixli hökmü ilə 02 il, sonuncu dəfə isə Azərbaycan Respublikası CM-nin 180.3.2, 93.1.2-ci maddələri ilə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 09 il azadlıqdan məhrum edilmiş, sonradan Xətai rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli hökmü ilə cəzasının müddəti 06 il 06 aya endirilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 17:05 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Ruzi” marketin yaxınlığında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək, onlarla birlikdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə getməli olduğunu bildirmişdilər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə PB-ya getmişdir. PB-nə gedərkən yolboyu polis əməkdaşları ilə aralarında olan söhbət əsnasında o, üzərində narkotik vasitə bükümü olduğunu bildirmişdir. PB-ya çatdıqdan sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X5 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X5 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarışa başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis kapitanı X6 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının onu narkotik vasitələrin qəbulu və istifadəsində şübhəli kimi saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirən zaman onun üzərində narkotik vasitə olduğunu deməsini və üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, onu və müdafiəçi X3 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet vardırsa təqdim etməyini xahiş etmişdir. O, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin kütləsini və 01 ədəd qara rəngli alışqanı çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirməyi davam etdirib üzərindən əlavə qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar etməmişdir. Daha sonra aşkar olunmuş həmin sellofanın içərisindənki kütləyə təhqiqatçı tərəfindən baxış keçirilməsinə başlanmışdır. Təhqiqatçı ondan həmin kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin narkotik vasitə olduğunu demişdir. Daha sonra təhqiqatçı Ş.Kərimli tərəfindən həmin şəffaf rəngli sellofan bükümünü Çin istehsalı olan elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisi 0,39 qram olduğu müəyyən edilmişdir. Sonra təhqiqatçı ondan həmin kütləni haradan əldə etdiyini və nə üçün üzərində gəzdirməsini soruşmuşdur. O, həmin narkotik vasitə heroinə bənzər kütləni saxlanıldığı tarixdə, yəni, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini deyib narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra həmin büküm 01 ədəd ağ rəngli vərəqə bükülür, daha sonra həmin vərəq 01 ədəd ağ rəngli boş zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 125 saylı möhürü ilə möhürlənmiş və zərfin üstü baxışda olan bütün iştirakçılar tərəfindən imzalanmışdır. 01 ədəd qara rəngli alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən ona geri qaytarılmışdır. Sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılmışdır. O, hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, üzərində aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində gəzdirmiş, həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Onun üzərində şəxsi axtarış yalnız bir dəfə video çəkiliş zamanı aparılmışdır. Əməlindən peşmandır. Onun himayəsində yaşlı anası var. Özü üçüncü qrup əlildir. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinə qərərsiz və etibarlı mənbədən xx xxxxxxxx 1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında fərdi yaşayış evində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, istifadəsi və üzərində gəzdirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəhbərinə məruzə olunmuş, bu barədə qərar qəbul edilərək müvafiq əmr imzalanmış və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o da daxil edilmişdir. Daha sonra daxil olmuş əməliyyat məlumatı əsasında 17 aprel 2024-cü il tarixdə günorta saatlarında Ramil Əliyevin ola biləcəyi yerdə, yəni, qeydiyyatda olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Ruzi” marketin yaxınlığında “pusqu” qurmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb sonuncunu həmin tarixdə saat 17:05-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Ruzi” marketin yaxınlığında piyada hərəkətdə olarkən saxlamışdır. Özünü Təqsirləndirilən şəxs təqdim edib saxladığı şəxsdən də özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan söhbət zamanı sonuncu üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Polis Bölməsinə aparılaraq bu barədə bölmə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində xidməti otaqlardan birində təhqiqatçı, polis kapitanı Şəhriyar Kərimli özünü təqdim edərək şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt 1 saylı vəkil bürosunun vəkillərinin adlarının siyahısını sonuncuya təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil Müseyib Məhərrəmov dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 1ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X6 özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini qeyd etmişdir. Sonra təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxsin müdafiəçisi X3 təqdim etmişdir. Ardınca təhqiqatçı, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etikdən sonra sonuncu sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş kütləni və 01 ədəd qara rəngli alışqanı çıxardıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı Şəhriyar Kərimli tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmamışdır. Sonra aşkar olunmuş həmin şəffaf rəngli sellofan kəsiyinə bükülmüş kütləyə təhqiqatçı tərəfindən baxış keçirilməsinə başlanılmış, bükülünün tünd rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”-ə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Ş.Kərimli şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu soruşmuş, sonuncu üzərində aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu deyib həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində yerdən tapıb öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm Çin istehsalı olan elektron tərəzi vasitəsi ilə ölçülən zaman çəkisi 0,39 qram olduğu müəyyən edilmiş, daha sonra aşkar edilmiş narkotik vasitə olan heroin götürülərək müvafiq qaydada 01 ədəd ağ rəngli boş zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərflərin üstü təhqiqatçı, şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, məqsədinin həmin maddələrdən istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat polis nəfəri, polis serjantı Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur. (i.v.25) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2024 -cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən «Ruzi» marketin yaxınlığında, saat 17:05 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt Pİ-nin 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra kiçik əməliyyat müvəkkili X11 markalı mobil telefonun video kamerasını işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X5 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin 01 ədəd sellofan bükümün içərisində tünd qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Həmin 01 ədəd sellofan büküm içərisində olan tünd qəhvəyi rəngli maddəylə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,39 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə olan heroindir, həmin maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsində yerdən tapmışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. (i.v.27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilən tünd qəhvəyi rəngli maddə; dörd –imza, Təhqiqatçı: Ş.Kərimli-imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,352 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”-dir. Heroininin təmiz çəkisi 0,352 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,302 qram. (i.v. 37-41) xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 55-56) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (i.v.64-67) Qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v.68-69) “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,352 qram olmuş, aparılmış kimyəvi tədqiqatdan sonra qalıq xalis çəkisi 0,302 qram çəkidə narkotik vasitə olan “Heroin” sübut kimi tanınaraq saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir.(i.v. 80) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək, onun əməli Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsindən 180.2.3 və 180.2.5-ci maddələrinə tövsif olunaraq ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (i.v. 85-86) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. (i.v.87- 89) xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir.(i.v.103) Qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v.109-110) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4720 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.112-113) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Xətai rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.5-ci maddələrinə tövsif olunaraq ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 06 ilə endirilmiş, daha sonra 18 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.115-117) Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-719/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilən qərar əsasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİnin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-835/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilirmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və onun İİİ dərəcəli müddətsiz əlil olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Xətai rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.5-ci maddələrinə tövsif olunaraq ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 06 ilə endirilmiş və 18 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2024-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-835/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-835/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-835/2024 nömrəli cinayət işləri üzrə tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün, ümumilikdə 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 4720 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarının 3.2-ci bəndinə əlilliyi olan şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,302 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)- 835/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-835/2024 nömrəli cinayət işi üzrə tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə Təqsirləndirilən şəxs tututduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə 06 (altı) gün müddət cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növüdə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,302 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: JDTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-46/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-46/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver