Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-461/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-Nümayəndə Elləz oğlunun, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Laçın rayonu, Fətəlipəyə kəndində qeydiyyatda olan və ünvan 2 qəsəbəsi, Xəzri yaşayış kompleksi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 07.09.2021-ci il tarixdə digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Vurğun küçəsi 3-də yerləşən Şahid təsisçisi olduğu "xxxx" MMC-nin polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə orada yerləşən qeyri-yaşayış sahəsi hesab edilən sexin nazik metal divarının nisbətən sökülmüş yerindən içəriyə qanunsuz daxil olaraq oradan 2600 manat dəyərində çəkisi təxminən 50 kq olan iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanın (traynikin) bir hissəsini, 2650 manat dəyərində çəkisi təxminən 50 kq olan iki hissədən ibarət 32 diametrli dirsəyin bir hissəsini (02 ədəd dəmir qəlibləri) gizli talayaraq, "xxxx" MMC-yə 5250 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin sentyabr ayının 7-də tanışı Kamran Mustafayev yaşadıqları məhəllədə ona yaxınlaşaraq Sumqayıt şəhəri Xəzri yaşayış massivində yerləşən "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexinə gedib, sexdan metal əşyalar oğurlayıb metal qəbulu məntəqələrinə satıb gəlir əldə etmələrini təklif etdiyi üçün Kamranın təklifi ilə razılaşmış və həmin gün səhər saatlarında Kamranla birlikdə "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarın nisbətən açıq olan hissəsindən sexin həyətinə, oradan da sexin nazik metal divarının nisbətən sökülmüş yerindən sexin içərisinə daxil olaraq sexdən iki hissədən ibarət çəkisi təxminən 50 kq olan 32 diametrli mufta-troynikin bir hissəsini və iki hissədən ibarət çəkisi təxminən 50 kq olan 32 diametrli dirsəyin bir hissəsini (02 ədəd dəmir qəlibləri) oğurlayıb, sexə daxil olduqları yolla da çıxıb getmişlər. Daha sonra oğurladıqları əşyaları Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində ərazisinə aparıb orada yerləşən metal qəbul məntəqəsində işləyən Aqil adlı şəxsə 40 manata satıb pulu Kamranla öz aralarında bölmüşlər. Aqil adlı şəxs həmin metal qəlibləri oğurluq yolu ilə əldə etdiklərini bilməmiş, həmin puldan başqa heç kimə verməmişlər, Aqil adlı şəxsin mobil telefon nömrəsini və başqa anket məlumatlarını bilməmiş, sözügedən oğurluq cinayətini də ancaq ikisi törətmişlər, onlara başqa kömək edən olmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Elləz oğlu ifadəsində göstərdi ki, 2008-ci ildən hal-hazıradək ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, həmin MMC-nin nəzdnində olan polietilen sexi 7 ildir ki, fəaliyyətini dayandırıbdır və sexdə heç bir iş görülmür. Lakin həmin sexdə avadanlıqlar saxlanılır. O özü müəyyən vaxtlarda həmin sexə gedib baş çəkmişdir. 04.09.2021-ci il tarixdə həmin sexə getdikdə hər şey qaydasında olsa da, 08.09.2021-ci il tarixdə axşam saatlarında sexin gözətçisi Akif ona zəng edərək bəzi avadanlıqların yerində olmadığını həmin əşyaların oğurlandığını güman etdiyini bildirmişdir. O sexə gedib ətraflı baxmış və polietilen su boruları üçün dəmir qəliblərə aid olan 6700 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanın, 6400 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd mufta-keçidin, 4300 manat dəyərində olan iki hissədən ibarət 25 diametrli 01 ədəd propkanın, 5200 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanın (traynikin), 5300 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd dirsəyin, 5700 manat dəyərində olan iki hissədən ibarət 32 diametrli 01 ədəd dirsək keçidinin, 13500 manat dəyərində olan bir hissədən ibarət 01 ədəd polietilen vedrənin qulpu dəmir qəlibin, 950 manat dəyərində olan 01 ədəd avtomaşının bərk qoşqusunun (buksirin), 1500 manat dəyərində olan 01 ədəd akkumulyatora enerji dolduran aparatın və bir metri 20 manat olan 40 metr uzunluğunda olan 800 manat dəyərində 110 mm-lik elektri kabelin yerində olmadığını aşkar etmişdir. Sonradan həmin sexə baxış keçirilərkən 01 ədəd 250 manat dəyərində üzünlüğü təxminən 2 metr olan 01 ədəd dəmir şveller, 2700 manat dəyərində 01ədəd komplekt polietilen sifon şlanqının xanutu, 3100 manat dəyərində olan fitinq qəlibin bir tərəfi (diametri 25), 500 manat dəyərində olan 01 ədəd Çin istehsalı olan Termoplast SZ-1000 A markalı dəzgahın silindr mexanizmi,235 manat dəyərinqdə olan 01 ədəd həmin dəzgahın silindrinin üst qapağı, 936 manat dəyərində 03 ədəd tokarnı dəzgahının Mod 1- M63 başmağı,875 manat dəyərində 01 ədəd paket dəzgahının Türkün elektronika şkafının kabel, plata sisteminin sökülməsi, 840 manat dəyərində 01 ədəd plyonka dəzgahı KME-90,25 elektronika şkafının kabel, plata sistemi, 85 manat dəyərində kompressor və drel dəzgahının elektro kabelinin oğurlandığını da aşkar etmişdir. Həmin vaxt başa düşmüşdür ki, 04.09.2021-ci il tarixdən 08.09.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs (şəxslər) hasardan aşma yolu ilə sexin həyətinə daxil olaran həmin sadaladığı avadanlıqları oğurlamışdır. Həmçinin sexin müşahidə kameralırının görüntülərinə baxdıqda 07.09.2021-ci il tarixdə saat 06:30 radələrində 02 nəfər tanımadığı şəxsin hasardan aşaraq sexin həyətinə daxil olduğunu və sonra sexin arxa tərəf divarının aliminium lövhəsini qaldırıb sexə daxil olub sexdən əşyaları götürüb sexi tərk etdiklərini görmüşdür. Beləliklə də həmin oğurluq nəticəsində MMC-yə ümumilikdə 59.871 manat maddi ziyan vurulmuşdur. Bu barədə MMC tərəfindən məktub da verilmişdir. Ona görə də həmin MMC zərərçəkmiş qismində tanınmışdır. Sözügedən MMC hüquqi şəxs olduğundan onun nümayəndəsi qismində bütün istintaq hərəkətlərində iştirak etməsi ona həvalə edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Elləz oğlu ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi MMC-yə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirərək sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Elləz oğlunun göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 22.11.2021-ci il tarixli, 9/7298 saylı saylı rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 05 adda hər birinin uzunluğu 3 metr eni 2 metr qalınlığı 0,5 metr olan aliminium dəmir listlərin orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 300 manat (05 ədəd x60 manat) müəyyən olunur. Ekspertiza təyini haqqında qərarda göstərilən 17 adda mallar üzrə qiymətləndirmə aparılmadı. Bir qayda olaraq əmtəələrin qiymətləndirilməsi üçün onlara ekspert əmtəşünas tərəfindən baxış keçirilməli onların markası. Modeli istehsal yeri texniki göstəriciləri, hazırlandığı materialı əmtəə görünüşü müəyyən edilməlidir. Sadalanan əlamətlər müəyyən edildikdən sonra əmtəələrin qiymətləri müəyyən edilə bilər. Belə ki, eyni markaya məxsus malların qiymətləri onların modelinə, ölçülərinə, əmtəə görünüşünə görə və sair müxtəlif olur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18.11.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərəri könüllü olaraq tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19.09.2021-ci il tarixli qərarla CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 15.04.2022-ci il tarixli (iş № 1(060)-461/2022) qərarını icra edərək, 19.04.2022-ci il tarixli 567 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 qəsəbəsi, Xəzri yaşayış kompleksi, fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-461/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-461/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver