Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-462/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə gecə saat təxminən 23:30 radələrində Sumqayıt şəhər 34-cü məhəllə ərazisində aralarında baş vermiş münaqişə zamanı tanışı X1 qəsdən vuraraq ona iş üzrə təyin edilmiş MTE-nin vermiş olduğu rəyində göstərilən xəsarətləri yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətlərini yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Rafiqi təxminən 2 ildir ki, tanıyır. Belə ki, Rafiq Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində kafe işlədir, o da ara-sıra həmin kafeyə gedib-gəlir. Onun təxminən mart aylarında Rafiqə 35 manat borcu yaranmışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün borcunu ödəyə bilməmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 11:30 radələrində Rafiqə məxsus kafedə olan zaman Rafiq ondan borcunu tələb etməyə və onunla kobud danışmağa başlamışdır. Bundan sonra onlar söhbət etmək üçün Rafiqlə birlikdə kafenin qarşısındakı ağaclıq olan yerə getmişlər. Həmin yerdə Rafiq onunla kobud danışmağa davam etmiş və 1 yumruq zərbəsi ilə sifət nahiyyəsinə vurmuşdur. Bu zaman o Rafiqin hərəkətlərindən əsəbiləşdiyi üçün ona bir sillə zərbəsi ilə vurmuş və o yerə yıxılmışdır, o bundan sonra oradan çıxıb getmişdir. Əməlindən peşmandır, zərəçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərəçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, Cəfəri təxminən 1 ildir ki, tanıyır, belə ki, o tanışı vasitəsilə onunla münasibət qurmuşdur. Cəfər dəfələrlə onun işlədiyi kafeyə gəlib yeyibiçmişdir. 2020-ci ilin mart ayında Cəfər onun işlətdiyi kafeyə gəlib orada yeyib-içib getdikdən sonra hesabını səhərisi gün ödəyəcəyinə dair söz vermişdir. Lakin Cəfər veridiyi vədə əməl etməyərək onun pulunu bu günə kimi ödəməmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə təxminən saat 23:30 radələrində Cəfər onun işlədiyi kafeyə gəlmişdir. O, ondan borcu olduğu üçün 35 manat pulu tələb etmişdir. Bu zaman Cəfər kafedən gedəndə pulu ödəyəcəyinə dair söz vermişdir. Lakin bu dəfə də verdiyi vədə əməl etməmişdir. O söhbət etmək üçün Cəfər ilə birlikdə kafenin qarşısındakı ağaclıq olan yerə getmişdir. Həmin vaxt orada o və Cəfərdən başqa kənar şəxs olmamışdır. Cəfər ilə söhbət edən zaman aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı Cəfər əl zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona bədən xəsarətləri yetirmiş və bundan sonra oradan çıxıb getmişdir. O, hadisə vaxtı sifət nahiyyəsindən, qol nahiyyəsindən, sol qulaq nahiyyəsindən, ayaqlarından xəsarətlər almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 23:30 radələrində qardaşı Rafiq telefonda ona zəng vuraraq işlədiyi kafenin qarşısında tanıdığı Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığının bildirmişdir. O nə olduğunu öyrənmək üçün dərhal qardaşının işlədiyi kafeyə getmişdir. Həmin kafeyə çatarkən qardaşı Rafiqin bədəni üzərində xəsarətlər olduğunu görmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X5 xx.xx.2020-ci il tarixli 116 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma, sol qulaq seyvanının, sağ bazunun, üst dodağın sol yarısının qançırları, hər iki dizin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 5-7 gün əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v 14-15) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 Dispanserinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cabbarov X2 Şəhər Narkoloji Dispanserində qeydiyyatda olmamışdır.(i.v 22) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt 3 nömrəli şəhər poliklinikasının 406 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Cabbarov X2 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. (i.v. 23) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 25) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər məhkum olunmamışdır (i.v. 26) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxxxxxxxxx” ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-462/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-462/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver