Məhkəmə qərarları › İş №1(060)-462/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-462/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-462/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-X2, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 28.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.12.2017-ci il tarixli qərarı ilə cəzası 03 il 06 aya endirilmiş, Nizami Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli qərarı ilə 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 13.02.2020ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ində həbs qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 özgənin əmlakını talamaq məqsədi ilə 04.02.2021-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı”nın yaxınlığında Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan 7 nömrəli sərnişin avtobusunda vət. Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncunun əynindəki qış gödəkçəsinin sağ yan cibinə əlini salaraq üzərində 10 manat dəyərində (070) 243-40-43 nar kart mobil nömrəsi olan 1 (bir) ədəd 402 manat dəyərində “Samsung Galaxy J-7” markalı mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 412 (dörd yüz on iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 11.02.2021-ci il tarixdə saat 16:50 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “Uni Bank”ın yaxınlığında N.Nərimanov küçəsi ilə hərəkətdə olan 33 nömrəli sərnişin avtobusunda vət. Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncunun əynindəki qış gödəkçəsinin sağ yan cibindən üzərində 15 manat dəyərində 050 311-08-18 və 10 manat dəyərində 055 311-78-84 mobil nömrə kartları olan 1 (bir) ədəd 455 manat (dörd yüz əlli beş) dəyərində “X6 9 Pro” markalı mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs X4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə CM-nin 177.2.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2020-ci ilin fevral ayında cəzasını çəkib qurtarmışdır. O, 2021-ci ilin fevral ayının 4-də saat təxminən 19 radələrində 7 saylı sərnişin avtobusunda olan zaman təxminən 14 yaşında olan qızın avtobusda ayaq üstə dayandığını və əlində olan mobil telefonuna baxaraq əynində olan gödəkçəsinin sağ yan cibinə qoyduğunu görüb ona yaxınlaşmışdır. O, həmin vaxt kənardan onun əməlini heç kimin görməyəcəyinə əmin olduqdan sonra həmin qızın əynində olan gödəkçəsinin sağ yan cibinə sol əlini salaraq orada olan sonradan markasının “Samsung Galaxy J-7” olduğunu bildiyi mobil telefonu oğurlamış və Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisndə “Şərq bazarının” yanında saat təxminən 19:30 radələrində avtobusdan düşmüşdür. Sonra o, həmin mobil telefonun üzərində olan nar kart nömrəni çıxarıb sındıraraq xatırlamadığı yerə atmış və içərisində olan şəkilləri və videoları silmişdir. O həmin “Samsung Galaxy J-7” markalı mobil telefonu oğurlayarkən ona heç kim köməklik göstərməmiş, həmin cinayəti tək törətmiş, eləcə də oğurluğu edən zaman kənardan onun əməlini heç kim görməmişdir. Oğurladığı “Samsung Galaxy J-7”markalı mobil telefonu 05.02.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonuda yerləşən “Heyvan bazarı” adlanan yerdə şəxsi işləri ilə bağlı olan zaman adını və harada yaşadığını bilmədiyi orta yaşlarında olan oğlana 80 manat sataraq əldə etdiyi həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, o, telefonu həmin şəxsə satan zaman telefonun özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını söyləmiş və həmin şəxsi inandırmaq üçün özünə məxsus şəxsiyyət vəsiqənin surətini də ona təqdim etmişdir. Bundan əlavə 2021-ci ilin fevral ayının 10-14 tarixlərində səhhətində yaranmış problemlə bağlı yaşadığı evdə olmuş və müalicə olunmuşdur. O, 11.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 mobil telefonunu oğurlamamışdır. Təqsirləndirilən şəxs X4 oğlu hazırda törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərəri tam olaraq ödədiyini, digər Zərərçəkmiş şəxs2 isə vurulmuş maddi zərərdən 300 manat ödəniş etdiyini, qalıq məbləği isə ödəməyə maddi imkanı olmadığını göstərərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 11.02.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Məktəbli” mağazasının yanında 33 saylı sərnişin avtobusuna əyləşərək yaşadığı evə gedərkən, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində olan zaman bir nəfər orta yaşda olan oğlan ondan arxa tərəfdə dayanıb ona tərəf baxırdı. Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Uni bankın” yanında həmin şəxs avtobusdan gediş haqqını ödəmədən düşüb qaçmış, lakin o, həmin oğlanın nə səbəbə avtobusdan düşərək qaçmasını bilməmişdir. O, Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store” mağazasına çatmağa az qalmış zəng etmək üçün əynində olan gödəkçəsinin sağ cibinə qoyduğu “X6 9 Pro” markalı mobil telefonunu götürmək istəyəndə telefonunu cibində aşkar etməmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Uni bankın” yanında avtobusdan düşən oğlan telefonunu cibindən oğurlamışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 740 manat ziyan dəymiş, belə ki, həmin telefonu 1 ay əvvəl kreditlə almış, telefonun nağd satış qiyməti 700 manat olmuş, üzərində olan mobil nömrələri isə təxminən 6-7 il əvvəl hər birini 20 manata almış, həmin oğurluqda şübhələndiyi şəxsin Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Uni bankın” yanında avtobusdan düşən orta yaşlarında, seyrək saçlı, əynində boz rəngli gödəkçəsi olan və həmin gödəkçəni avtobusdan düşən zaman qolununun üstündə saxlamış oğlan olduğunu bilmişdir. Həmin şəxsi o istintaq zamanı tanımış, həmin şəxs hazırda təqsirləndirilən şəxs qismində cəlb olunmuş Hüseyn Hadıyevdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək oğurluq nəticəsində ona vurulmuş maddi zərərin 300 manatının ona ödənildiyini, hazırda qalıq məbləği tələb etdiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə teleqram ilə məhkəməyə müraciət edərək özünün və qızı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, həmçinin onlara vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını qeyd etmişlər. Bu səbəbdən də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04.02.2021-ci il tarixdə saat 19:15 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “Pioner” mağazasının yanında 7 saylı sərnişin avtobusuna minərək yaşadığı evə gedirkən Sumqayıt şəhəri 9-cu mikroraron ərazisində yerləşən “Şərq bazarı”nın yanına çatanda saat 19:30 təxminən radələrində mobil telefonunun əynindəki gödəkçəsinin sağ yan cibindən oğurlandığını aşkar etmişdir. Belə ki, o, avtobusda sərnişin sıxlığı olduğu üçün avtobusun qarşı giriş qapısının yanında ayaq üstə dayanmış və telefonu həmin vaxt əynində olan çəhrayı rəngli gödəkçəsinin sağ yan cibindən çıxararaq saata baxıb yenidən həmin cibinə qoymuş, bir neçə dəqiqə sonra yenidən telefonunu götürmək istədikdə cibində aşkar etməmişdir. Həmin vaxt başa düşmüşdür ki, telefonu cibindən oğurlanmışdır. Belə ki, gödəkçəsinin cibi dərin olduğu üçün düşmə ehtimalı olmamış, həm də ki, telefonu cibində aşkar etməmişdən bir neçə dəqiqə əvvəl cibinə qoymuşdur. Sonradan ona məlum olmuşdur ki, avtobusda olan zaman bir nəfər seyrək saçları olan, orta boylu və orta yaşlarda olan oğlan onun arxa tərəfində ona çox yaxın məsafədə dayanmışdır və həmin şəxs onun cibindən mobil telefonunu oğurlamışdır. O, evə gedərək atası Qanuni nümayəndə hadisə barədə məlumat vermiş və atası da öz növbəsində DİN-in 102 xidmətinə və 3-cü PB-yə ərizə ilə müraciət etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 ifadəsində atası Qanuni nümayəndə həmin “Samsung Galaxy J-7” markalı mobil telefonu 2020-ci ilin fevral ayında 670 manata alaraq ona vermiş, üzərində olan nar mobil nömrəsini isə 10 manata almışdır. İstintaq zamanı 7 saylı sərnişin avtobusuna quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd CD diskinin içərisində 01 ədəd videogörüntü aşkar edilmiş, həmin görüntülərdən görünür ki, sərnişin avtobusunda bir neçə sərnişin, eləcə də bir nəfər əynində çəhrayı rəngli gödəkçə, başında qara rəngli papaq, gözündə eynək, ağzında mavi rəngli tibbi maska olan 14 yaşlarında olan qız hərəkətdə olan sərnişin avtobusunda qapısının yanında ayaq üstə dayanmışdır və həmin qız mobil telefonunu əlinə götürərək baxır və telefonu əynində olan gödəkçəsinin sağ yan cibinə qoyur. Həmin vaxt onun arxa tərəfində ayaq üstə dayanmış bir nəfər 35-36 yaşlarında, ağzında mavi rəngli tibbi maska, əynində boz rəngli paltar olan oğlan həmin qızın əlində telefona baxdıqdan sonra əynində olan gödəkçəsinin sağ yan cibinə qoyarkən həmin istiqamətə baxır. Daha sonra 35-36 yaşlarında, əynində boz rəngli paltar, ağzında mavi rəngli tibbi maska olan həmin oğlan, avtobusun qapısının yanında əynində çəhrayı rəngli gödəkçə, başıda qara rəngli papaq, gözündə eynək, ağzında mavi rəngli tibbi maska olan 14 yaşlarında olan həmin qıza yaxınlaşaraq onun yanında dayanır və avtobus dayanan zaman avtobusdan düşmür. Həmin oğlan ətrafa və qızın gödəkçəsinin sağ yan cibi istiqamətinə baxdıqdan sonra onun sol qolu həmin qızın sağ yan cibi istiqamətinə yönəlir və avtobus dayanan zaman həmin 35-36 yaşlarında, əynində boz rəngli paltar, ağzında mavi rəngli tibbi maska olan oğlan tez bir zamanda avtobusdan düşür. Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, həmin videogörüntüdəki 35-36 yaşlarında, əynində boz rəngli paltar, ağzında mavi rəngli tibbi maska olan oğlan, özüdür, avtobusun qapısının qarşısında dayanmış, əynində çəhrayı rəngli gödəkçə başında qara rəngli papaq, ağzında mavi rəngli tibbi maska olan 14 yaşlarında olan qızın əynindəki gödəkçəsinin sağ yan cibindən mobil telefonunu oğurlayıb avtobusu tərk edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə qeydə alınmış video görüntülərdə də istintaq zamanı 7 saylı sərnişin avtobusuna quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilməsi haqqında protokolda qeyd olunanlar bir daha təsdiq olunmuşdur. İstintaq zamanı 33 saylı sərnişin avtobusuna quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd CD diskinin içərisində 01 ədəd fotoşəkil və 01 ədəd videogörüntü olan fayıl aşkar edilir. Həmin diskdə olan fotoşəkildən görünür ki, 11.02.2021-ci il tarixdə saat 16:49-da sərnişin avtobusuna saçları seyrək olan, əynində boz rəngli qolsuz gödəkçə, 35-36 yaşlarında olan oğlan arxa qapıdan avtobusa minir. Həmin diskdəki videogörüntüdən görünür ki, 11.02.2021-ci il tarixdə saat 16:53-də həmin avtobusunun qarşı qapısından bir nəfər saçları seyrək olan, əynində tutqun rəngli uzunqol köynək (jaket), qolunda boz rəngli gödəkçə saxlamış, 35-36 yaşlarında olan oğlan iti yerişlə avtobusun qarşı qapısından düşərək qaçır. Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, həmin fotoşəkildəki və videogörüntüdəki 35-36 yaşlarında, saçları seyrək, qolunda boz rəngli gödəkçə saxlamış avtobusa minən və düşən şəxs o, özüdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə qeydə alınmış video görüntülərdə də istintaq zamanı 33 saylı sərnişin avtobusuna quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilməsi haqqında protokolda qeyd olunanlar bir daha təsdiq olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 16.04.2021-ci il tarixli, 9/1599 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən təqdim edilən bir ədəd 2020-ci il istehsallı “Xiaomi” markalı, “Redme Note 9 Pro” modelli mobil telefonun hazırki işlənmiş vəziyyətdə, 11 fevral 2021-ci il tarixə, köhnəlməsi nəzərə alınaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesabla hesablama yolu ilə şərti olaraq 455 (dörd yüz əlli beş) manat, Azercell şirkətinə məxsus ***-***-**-** nömrə kartının qiyməti təxminən 15 (on beş) manat, Bakcell şirkətinə məxsus ***-***-**-** nömrə kartının qiyməti təxminən 10 (on) manat müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 20.05.2021-ci il tarixli, 9/2770 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, “SAMSUNG” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan “İNTEGRAL” firmasının məlumatına və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən ortada olmayan 2019-cu il istehsallı “Samsung Galaxy J-7 Neo 16 GB” markalı mobil telefon aparatının hazırki işlənmiş vəziyyətdə, 04 fevral 2021-ci il tarixə, köhnəlməsi nəzərə alınaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 402 (dörd yüz iki) manat, ***-***-**-** nar nömrə kartı 10 (on) manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 telefonunu oğurlamamaqla bağlı məhkəmədə verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq ifadənin həmin hissəsini özünü müdafiə xaraktarli ifadə kimi qiymətləndirir. Odur ki, təqsirləndirilən şəxs X2 cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhəri Məhkəməsinin 28.07.2017-ci il tarixli hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.12.2017-ci il tarixli qərarı ilə cəzası 03 il 06 aya endirilmiş, Nizami Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli qərarı ilə 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 13.02.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, X4 bu vaxta qədər, o cümlədən hazırki cinayət əməllərini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Məhkəmə, X2 Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin tam aradan qaldırmasını, digər Zərərçəkmiş şəxs2 vurulan ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X4 hazırki cinayət işi üzrə 23.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 25.03.2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 19.06.2021-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 15 gün müddətinə uzadılmış və məhkəmənin hazırlıq iclasının 06.07.2021-ci il tarixli qərarı ilə barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs X3 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 23 mart 2021-ci il tarixdən hesablanmalıdr. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməyən hissəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə maddi sübut olan iki ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən X2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli (iş № 1(060)-462/2021) qərarını icra edərək, 25 iyun 2021-ci il tarixli 710 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23.03.2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməyən hissəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut olan iki ədəd “CD” disk cinayət işində saxlanılsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən X3 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar