Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-462/2022 16.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1975-ci ildə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 3nda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.2. 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxxxxxx 2002-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 19 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Tural" istirahət mərkəzində 5 manat yer haqqını ödəməməsi səbəbindən həmin istirahət mərkəzinin işçisi Şahid1 ilə müştəri qismində oraya getmiş Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı sonuncunun arvadı Şahid2 mübahisəyə son qoymaq məqsədilə 5 manat nağd pulu Şahid1 verməsinə baxmayaraq, bundan sonra mübahisə yerinə çatmış tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərəfindən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncunun arvadı və azyaşlı övladları: xx.xx.2014-cü il təvəllüdlü Leyla Abbaszadə, xx.xx.2016-cı il təvəllüdlü Ramiz Abbaszadənin gözü qarşısında nümayişkarcasına uca səslə nəlayiq ifadəli təhqirlər etməklə mübahisə etməyə davam etmiş, həmin vaxt Şahid2 və iki azyaşlı övladları onlara yaxınlaşıb harayçılıq edərək onu sakitləşdirməyə çalışmasına baxmayaraq öz əməlini davam etdirib Şahid2 və iki azyaşlı övladının gözü qarşısında onun bu hərəkətlərindən psixoloji sarsıntı keçirərək əzab çəkəcəyini qabaqcadan dərk etdiyi halda Zərərçəkmiş şəxs hücüm edərək xuliqanlıq niyyəti və xüsusi amansızlıqla özünü hadisə yerinə toplaşmış kənar şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla təpiklə qəsdən Zərərçəkmiş şəxs burun nahiyyəsinə vuraraq sonuncuya burun sümüklərinin yerdəyişən sınığı və burnun deformasiyası ilə nəticələnən Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 19 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "Tural" istirahət mərkəzində 5 manat yer haqqını ödəməməsi səbəbindən müştəri qismində oraya getmiş Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı sonuncunun arvadı Şahid2 mübahisəyə son qoymaq məqsədilə 5 manat nağd pulu Şahid1 verməsinə baxmayaraq, bundan sonra mübahisə yerinə çatmış Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərəfindən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncunun arvadı və azyaşlı övladları; xx.xx.2014-cü il təvəllüdlü Leyla Abbaszadə, xx.xx.2016-cı il təvəllüdlü Ramiz Abbaszadənin gözü qarşısında nümayişkarcasına uca səslə nəlayiq ifadəli təhqirlər etməklə mübahisə etməyə davam etmiş, həmin vaxt Şahid2 və iki azyaşlı övladları onlara yaxınlaşıb harayçılıq edərək onu sakitləşdirməyə çalışmasına baxmayaraq öz əməlini davam etdirib Şahid2 və iki azyaşlı övladının gözü qarşısında onun bu hərəkətlərindən psixoloji sarsıntı keçirərək əzab çəkəcəyini qabaqcadan dərk etdiyi halda Zərərçəkmiş şəxs hücüm edərək xuliqanlıq niyyəti və xüsusi amansızlıqla özünü hadisə yerinə toplaşmış kənar şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla yerdən götürdüyü və silah qismində istifadə etdiyi daş parçası ilə qəsdən Zərərçəkmiş şəxs alnının sol nahiyyəsinə vuraraq sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol göz qapaqlarının hematoması, sol qaş nahiyyəsinin əzilmişcırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya və sol alın sümüyünün xarici səhvəsinin basılmış sınığı ilə nəticələnən Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, uzun müddət Sumqayıt şəhəri, Sülh küçəsində, dəniz kənarında "Tural" adlanan istirahət mərkəzini işlətmişdir. Onunla birlikdə həmin istirahət mərkəzində Şahid1 və onun oğlu Təqsirləndirilən şəxs2 da işləmişlər. "Tural" ailəvi istirahət mərkəzi dəniz kənarında yerləşdiyindən dənizin sahilində olurmaq üçün nəzərdə tutulmuş həmin istirahət mərkəzinə məxsus masalar olmuşdur. Həmin masalarda əyləşmək ödənişli, yəni bir masanın qiyməti masanın dənizə yaxınlığından asılı olaraq 10 və ya 15 manat olmuşdur. İstirahət mərkəzinə gələn müştəriləri əsasən Hacıbala qarşılamaqla masalarda əyləşdirmiş, Yaşar isə masaların ödənişini alıb ona vermişdir. xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə həmin ailəvi istirahət mərkəzinə gəlmişdir. Hacıbala Elmir və ailə üzvlərini qarşılayıb ödənişlərlə bağlı məlumatlandırdıqdan sonra onları öz istəklərinə uyğun olaraq ödənişi 10 manat olan masada əyləşdirmiş və masanın ödənişini Elmirdən istəmişdir. Elmir isə 5 manat verərək, masa üçün həmin məbləğdən artıq pul ödəməyəcəyini demiş, həmin 5 manat pulu müdriyyətə verməsini Hacıbaladan tələb etmişdir. Hacıbala da onun yanına gəlib 5 manat pulu verərək Elmirin dediklərini ona demişdir. O da Elmirin yanına gedib onunla söhbət etmiş və Elmirə masaya görə 10 manat verməli olduğunu bir daha bildirmişdir. Həmin vaxt Elmirin hallı olduğunu görmüşdür. Sonra Elmir ona yaxınlaşmış və masanın pulu olaraq 5 manat pul uzatmışdır. O, Elmirə pulları onun yığmadığını, öz masasında əyləşməsini təklif etmiş, Elmir bu dəfə pulu stolun üstünə ataraq onun yanında əyləşmiş, o isə Elmirə buradan qalxıb öz yerində ailəsinin yanında oturmasını bildirmişdir. Daha sonra Elmir stoldan qalxaraq, müstəntiq olduğunu, indi dənizdə çimməyə getdiyini və qayıdanda onunla söhbət edəcəyini bildirmişdir. Daha sonra ərazidə əvvəlcədən tanıdığı Nurlan adlı polisi görmüş və hadisə barədə ona məlumat vermişdir. Elmir dənizdən qayıtdıqdan sonra Nurlan onunla söhbət edib, masaların qiyməti qaydalarını ona izah etmişdir. Üzərindən biraz keçəndən sonra Elmir və ailəsi masadan qalxıb yola tərəf gedəndə Yaşar ona yaxınlaşaraq masanın pulunun ona verib-verilmədiyini soruşduqda o isə heçnə almadığımı bildirmişdir. Daha sonra Yaşar pulu almaq üçün getmiş, bir müddət keçəndən sonra Hacıbala ona zəng edərək atasının-yəni Yaşarın döyüldüyünü demiş və onu tez hadisə yerinə çağırmışdır. O, hadisə baş verən yerə çatanda Yaşarın qan içində olduğunu gördükdə Elmirə öz iradını bildirərək, nəyə görə ağsaqqal kişini döyməsi soruşmuşdur. Bu zaman Elmir onu yumruqla vurmuş, onun əlində olan telefon yerə düşmüş və o telefonu axtarmağa başlamışdır. Orada heç bir daş olmamışdır. Elmirin özündən yaşca böyük kişini vurması hadisə yerindən keçən camaatı da qəzəbləndirdiyi üçün onlar da Elmiri vurmuşlar. Elmir daşla vurulubsa onu Hacıbala deyil sadəcə ordan keçən şəxslərdən biri vurmuşdur. O, Elmiri vurmamış, ona heç bir xəsarət yetirməmiş, Elmirin həmin xəsarətləri hansı şəraitdə almasını bilməmişdir. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, ətrafda isə yoldan keçən adamlar, eləcə də istirahət mərkəzinə gələn adamlar olmuş, onların sayı təxminən 10-15 nəfər olmuşdur. Bütün baş verənlərə görə təəssüf hissi keçirir və zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmişdir. Bir daha onun bağışlanmasını və barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ilin may ayından həmin ilin 15 avqust tarixinədək atası Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Tural" ailəvi istirahət mərkəzində işləmişlər. Atası həmin istirahət mərkəzində nəzarətçi, o isə ofsiant kimi işləmişdir. Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Tural" ailəvi istirahət mərkəzi dəniz kənarında yerləşdiyindən dənizin sahilində olurmaq üçün nəzərdə tutulmuş həmin istirahət mərkəzinə məxsus masalar olmuşdur. Həmin masalarda əyləşmək ödənişli, yəni bir masanın qiyməti masanın dənizə yaxınlığından asılı olaraq 10 və ya 15 manat olmuşdur. İstirahət mərkəzinə gələn müştəriləri o, qarşılayıb masalarda əyləşdirmiş, atası Yaşar isə masaların ödənişini alıb həmin istirahət mərkəzini işlədən Adilə vermişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında sonradan adını bildiyi Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Tural' ailəvi istirahət mərkəzinə gəlmiş, o, onları qarşılayıb ödənişlərlə bağlı məlumatlandırdıqdan sonra onları öz istəklərinə uyğun olaraq ödənişi 10 manat olan masada əyləşdirmiş və masanın ödənişini Elmirdən istəmişdir. Elmir isə 5 manat verərək, masa üçün həmin məbləğdən artıq pul ödəməyəcəyini bildirmişdir. O, isə Elmirə müdriyyətin buna icazə vermədiyini, masanın ödənişi olan 10 manat pulu tam verməli olduğunu bildirmişdir. Elmir isə həmin 5 manat pulu müdirə verməsini tələb etmişdir. O, da Elmirə heç bir söz demədən həmin 5 manat pulu gətirib Adilə vermiş və Elmirin dediklərini yəni masaya 5 manatdan artıq pul ödəməyəcəyini bildirmişdir. Bundan sonra Adil özü onların yanına gedib onunla söhbət etmiş, Elmirlə söhbət etdikdən sonra Elmirin masadan qalxarkən qalan 5 manat pulu da verəcəyini demişdir. Həmin gün, saat 20 radələrinədək Elmir ailə üzvləri ilə birlikdə həmin istirahət mərkəzində istirahət etmişdir. Elmirgil istirahət mərkəzindən çıxıb gedən vaxt onun başqa işi olduğundan onların getməsini görə bilməmişdir. İstirahət mərkəzinin dənizə yaxın olan masalarında müştərilərə qulluq etdiyi vaxt üzərində olan rabitə vasitəsi ilə atasının onu və Adili dayanacağa çağırdığını eşitmiş, dərhal dayanacağa tərəf getmiş, dayanacağa çatanda Elmirin yola tərəf getdiyini, atasının isə paltarlarına qan dəydiyini, burnu və ayağından qan axdığını görmüşdür. O, dərhal onlara tərəf qaçmış, oraya topalaşmış ətrafdan keçən, eləcə də istirahət mərkəzində olan adamlarla birlikdə Adil və Elmiri biri-birilərindən aralaşdırmışdır. Onları aralaşdırdıqdan sonra Elmir qaçaraq Adilin üstünə hüçüm çəkmiş və onu yerə yıxıb, özü isə Adilin üstünə çıxmışdır. O, isə oradakı adamlarla birlikdə yenidən Elmir və Adili aralaşdırmışdır. Atası Elmirin masanın ödənişini etmək istəmədiyini və buna görə aralarında yaranmış mübahisə zamanı onu vurduğunu demişdir. Mübahisə təxminən 20 dəqiqə davam etmiş, ətrafda isə yoldan keçən adamlar, eləcə də istirahət mərkəzinə gələn adamlar olmuş, onların sayı təxminən 50-60 nəfər olmuşdur. Mübahisə zamanı o, heç kimə xəsarət yetirməmiş, eləcə də ona xəsarət yetirən olmamışdır. X9 Abbasov arasında olan mübahisə zamanı Elmir atasını vuraraq burnuna və ayağına xəsarət yetirmişdir. Lakin, atası bununla bağlı heç bir tibb müəssəsinə müraciət etməmiş, ev şəraitində sarğılar və mazlarla özünü müalicə etmişdir. O, həmin vaxt Elmiri vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Elmir daşla vurulubsa, ola bilsin ki, onu ordan keçən şəxslərdən biri vurmuşdur. Bütün baş verənlərə görə təəssüf hissi keçirir və zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmişdir. Bir daha onun bağışlanmasını və barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onlara istinad edilən cinayət əməlini törətmələri özlərinin cinayəti qismən etiraf ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində həyat yoldaşı Şahid2 və 2 azyaşlı övladları ilə birlikdə dəniz kənarında istirahət etmək üçün Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Tural" ailəvi istirahət mərkəzinə getmiş, istirahət mərkəzinə daxil olduqdan sonra dənizin kənarında olan masalardan birinə yaxınlaşıb ailə üzvləri ilə birlikdə həmin masada əyləşmişdir. Bundan sonra o, həmin istirahət mərkəzinin icarəçilərinə yaxınlaşıb masanın ödənişi olan 5 manat pulu həmin şəxslərdən birinə, sonradan adının Adil olduğunu bildiyi şəxsə ödəmişdir. Adil isə masanın ödənişinin 10 manat olduğunu demişdir. O, Adilə qısa müddətlik gəldiyini və dənizdən kənarda olan masalarda əyləşəcəyini bildirmiş, Adil heç bir etiraz elmədiyindən masaya qayıtmışdır. Həmin gün, təxminən 2 saata yaxın müddətdə həmin istirahət mərkəzində oturduqdan sonra masadan qalxıb istirahət mərkəzindən çıxmaq istəmişlər. İstirahət mərkəzindən təxminən 20-30 metr aralaşdıqdan sonra sonradan adının Yaşar olduğunu bildiyi “Tural" ailəvi istirahət mərkəzinin işçisi onu çağırmışdır. Həmin vaxt arvadı Elyanə və 2 azyaşlı övladı yanında olmuşdur. Yaşarın onu çağırdığını görüb dayanmış və Yaşarı gözləmişdir. Yaşar onun yanına gəldikdən sonra masanın ödənişi üçün əlavə 5 manat da ödəməli olduğunu bildirmişdir. O, isə Yaşardan həmin ödənişi ödəməsi ilə bağlı qəbz veriləcəyi təqdirdə əlavə 5 manat pulu da ödəyəcəyini bildirmişdir O, Yaşardan ödənişlə bağlı qəbz istədikdə Yaşar aqressivləşmiş və ailə üzvlərinin yanında onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Yaşar yüksək səslə danışaraq nalayiq ifadələr işlətdiyindən ətrafda olan adamlar Yaşarın səsinə onların yanına yığışmışdır. O, isə Yaşarın nalayiq ifadələr işlətməsinin qarşısını almaq üçün əli ilə ağzından tutmuşdur. O, Yaşarın ağzını tutduqda Yaşar onunla əlbəyaxa olmuşdur. Həmin vaxt arvadı və 2 azyaşlı övladı yanında olduğundan Yaşarla mübahisə etmək fikri olmamışdır. O, əlbəyaxa olduqda kənardan qaça qaça gələn Adil onun sifət nahiyəsindən təpiklə vurmuşdur. Adilin təpiyi onun burun nahiyysəsini tutmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, yerə yıxıldıqda Adil onun üstünə hücum çəkib onunla əlbəyaxa olmuş, onlar əlbəyaxa olduqda o, Adilə güc gəlib ayağa qalxa bilmişdir. Ayaq üstə Adillə əlbəyaxa olan zaman sonradan adının Hacıbala olduğunu bildiyi Yaşarın oğlu əlindəki daş parçası ilə onun alın nahiyyəsinə vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Adillə Hacıbala onun bədəninin müxtəlif nahiyyələrinə təpiklə vurmuşlar. Hadisə zamanı ətrafdan səs-küyə yığışmış adamlar onları aralaşdırmışdır. O, zərbələrin təsirindən huşunu itirdiyindən arvadı Elyanə zəng edərək təcili tibbi yardım çağırmış, hadisə yerinə gələn təcili tibbi yardım briqadası isə onu Sumqayıt şəhər təcili itbbi yardım xəstəxanasına aparmışdır. Adil və Hacıbala onu döyən zaman həmin vaxt orada olan arvadı və iki azyaşlı uşaqları ağlayıb onlara yalvararaq onu döyməmələrini demişlər, lakin Adil və Hacıbala onun və ailə üzvlərinin ünvanına ucadan nalayiq söyüşlər söyərək onun şəxsiyyətini ailəsinin yanında alçaltmaqla onu döymüşlər. Ora toplaşmış tanımadığı şəxslər Adil və Hacıbalanı ondan kənara uzaqlaşdırmağa çalışsalar da onlar sakitləşməmiş və onun üzərinə təkrar hücum edərək bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vurmuşlar. O, isə əllərini yuxarı qaldıraraq özünü qorumağa çalışmışdır. Mübahisə zamanı o, Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurmamış, onlara heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bağışladığını, onlara qarşı heç bir şikayət, maddi və mənəvi tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayından 2021-cİ ilin 15 avqust tarixinədək oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən "Tural” ailəvi istirahət mərkəzində işləmişlər. Belə ki, o, həmin istirahət mərkəzində nəzarətçi, oğlu isə ofisinat kimi işləmişdir. Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "Tural" ailəvi istirahət mərkəzi dəniz kənarında yerləşdiyindən dənizin sahilində olurmaq üçün nəzərdə tutulmuş həmin istirahət mərkəzinə məxsus masalar olmuşdur. Həmin masalarda əyləşmək ödənişli, yəni bir masanın qiyməti masanın dənizə yaxınlığından asılı olaraq 10 və ya 15 manat arasında olmuşdur. İstirahət mərkəzinə gələn müştəriləri ofsiantlar qarşılayıb masalarda əyləşdirmiş, o isə masaların ödənişlərini alıb həmin istirahət mərkəzini işlədən Adilə vermişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında sonradan adını bildiyi Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə " Tural" ailəvi istirahət mərkəzinə gəlmişdir. Onları qarşılayıb ödənişlərlə bağlı məlumatlandırdıqdan sonra onları öz istəklərinə uyğun olaraq ödənişi 10 manat olan masada əyləşdirmiş və masanın ödənişini Elmirdən istəmişdir. Elmir isə 5 manat verərək, polis əməkdaşı olduğunu və masa üçün həmin məbləğdən artıq pul ödəməyəcəyini bildirmişdir. O isə bu barədə Adilə demiş, bundan sonra Adil özü Elmirin yanına gedərək onunla söhbət etmişdir. Adil Elmirlə söhbət etdikdən sonra Elmirin masadan qalxarkən qalan 5 manat pulu da verəcəyini bildirmişdir. Həmin gün, saat 20 radələrinədə Elmir ailə üzvləri ilə birlikdə həmin istirahət mərkəzində istirahət etmişlər. Elmirgil istirahət mərkəzindən çıxıb gedən vaxt Adilə onların durduğunu və istirahət mərkəzindən getdiklərini demişdir. Adil isə onu onların arxasınca göndərib masanın ödənişindən qalan pulu da almasını istəmişdir. O da istirahət mərkəzinin dayanacağında Elmirə çatıb ondan 5 manat pulu istəmiş, Eİmir isə pulu verməkdən imtina etmişdir. Aralarında bu zəmində sözlü mübahisə olan zaman yoldan keçən tanımadığı iki nəfər onların dava etdiyini düşünüb onları aralaşdırmaq üçün kənara çəkmişlər. Həmin vaxı Elmir yumruqla onun burun və baş nahiyəsindən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, yerdə olan vaxt Elmir bədəninin müxtəlif nahiyyələrinə təpiklə vurmuşdur. Həmin adamlar onları ayırmışlar. Onun burnundan axan qan paltarına da dəymişdir. Bundan sonra o, dayanacaqdan istirahət mərkəzinə qayıtmışdır. Üstünün qan olduğunu, burnundan isə qan axdığını görən Adil ilə oğlu Hacıbala dayanacağa tərəf getmişlər. O, əl-üzünü yuyub dayanacağa tərəf getmiş, dayanacağa çatdıqda Adil ilə Elmirin dava etdiyini ətrafa isə çoxlu adam toplaşdığını görmüşdür. Mübahisə zamanı o, heç kimə xəsarət yetirməmişdir. Mübahisə zamanı Elmir onu vurub burnuna və ağzına xəsarət yetirmişdir. Lakin, bununla bağlı heç bir tibb müəssəsinə müraciət elməmişdir, ev şəraitində sarğılar və mazlarla özünü müalicə etmişdir. Ciddi hər-hansı bir xəsarət almadığından məhkəmə-tibbi ekspertizasından keçmək istəməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində əri Zərərçəkmiş şəxs və 2 azyaşlı övladları ilə birlikdə dəniz kənarında istirahət etmək üçün Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Tural” ailəvi istirahət mərkəzinə getmiş, istirahət mərkəzinə daxil olduqdan sonra dənizin kənarında olan masalardan birinə yaxınlaşıb ailə üzvləri ilə birlikdə həmin masada əyləşmişlər. Bundan sonra əri Zərərçəkmiş şəxs həmin istirahət mərkəzinin idarəçilərinə yaxınlaşıb masanın ödənişi olan 5 manat pulu həmin şəxslərdən birinə, sonradan adının Adil olduğunu bildiyi şəxsə ödəmişdir. Adil isə masanın ödənişinin 10 manat olduğunu ərinə demişdir. X12sa müddətlik gəldiklərini və dənizdən kənarda olan masalarda əyləşəcəklərini bildirmişdir. Adil heç bir etiraz etmədiyindən əri masaya qayıtmışdır. Həmin gün, təxminən 2 saata yaxın müddətdə həmin istirahət mərkəzində oturduqdan sonra masadan qalxıb istirahət mərkəzindən çıxmaq istəmişlər. İstirahət mərkəzindən təxminən 20-30 metr aralaşdıqdan sonra sonradan adının Yaşar olduğunu bildiyi “Tural" ailəvi istirahət mərkəzinin işçisi əri Elmiri çağırmış, həmin vaxt 2 azyaşlı övladları da yanlarında olmuşdur. Yaşarın ərini çağırdığını görüb dayanmış və onu gözləmişlər. Yaşar onların yanına gəldikdən sonra masanın ödənişi üçün əlavə 5 manat da ödəməli olduqlarını bildirmişdir. Əri Elmir isə Yaşardan həmin ödənişi ödəməsi ilə bağlı qəbz veriləcəyi təqdirdə əlavə 5 manat pulu da ödəyəcəyini demişdir. Həmin vaxt Yaşar aqressivləşmiş, onun və iki azyaşlı övladlarının yanında nalayiq ifadələr işlətməyə başlamışdır. Yaşar yüksək səslə danışıb, nalayiq ifadələr işlədəndə, əri onun nalayiq ifadələr işlətməsinin qarşısını almaq üçün əli ilə ağzından tutub “tərbiyən olsun, söyüş söymə ailəm yanımdadır” demişdir. Elmir Yaşarın ağzını tutduqda Yaşar onunla əlbəyaxa olmuşdur. Həmin vaxt əri onlar orada olduqlarından mübahisədən yayınmağa çalışmışdır. Yaşar və Elmir bir-birləri ilə dartışan vaxt ətrafdakı şəxslər yaxınlaşıb onları aralaşdırmışlar. O, mübahisə böyüməsin deyə 5 manat çıxarıb Yaşara vermişdir ki, artıq söhbət etməsin və xahiş etmişdir ki mübahisəni yekunlaşdırsın. Yaşar dönüb gedərkən bisetkalar tərəfdən iki nəfər şəxs qaçaraq onlara doğru gəlmişlər. Onlar Yaşara çatan kimi nə olub nə söz söhbətdir deyəndə, Yaşar 5 manatı verdilər gedək demişdir. Lakin Yaşarın sözünə əhəmiyyət verməyən onlara tərəf qaça qaça gələn Adil gözləmədikləri anda ərinin sifət nahiyyəsindən təpiklə vurmuşdur. Adilin təpiyi ərinin burun nahiyyəsinə dəymişdir. Elmir zərbənin təsirindən yerə yıxılmış, Adilə qoşulan Hacıbala da ərini dartışdırmışdır. Eyni zamanda həm Hacıbala həm də Adil ərinin və ailəsinin ünvanına uca səslə nəlayiq ifadəli təhqirlər işlədərək, Elmirə "səni elə bir günə salacayıq ki, bir daha Novxanı tərəfə gələ bilməyəsən” demişlər. Bütün bu müddət ərzində yoldan keçən, istirahətə gələn, istirahət mərkəzindən getməyə hazırlaşan təxminən 60-70 nəfər şəxs oraya toplaşmışlar. Adilin zərbəsindən yerə yıxılmış əri yerdən qalxan zaman Hacıbala əlindəki daş parçası ilə ərinin alın nahiyyəsinə vurmuş və əri yerə yıxılmışdır. Bir anlığa ərinin öləcəyindən qorxub qışqıraraq oraya toplaşmış şəxslərdən yardım istəmiş, bu vaxt orada olan kənar şəxslərdən bir neçəsi Adillə, Hacıbalanı dartaraq əri Elmirdən aralaşdırmışlar. Aldığı zərbələrdən yarı huşsuz vəziyyətə düşmüş əri Elmiri hadisə yerinə gəlmiş TTYX avtomobili ilə xəstəxanaya aparmışlar. Yalnız həkim müdaxilələrindən sonra Elmir özünə gəlməyə başlamışdır. Mübahisə zamanı Adil adlı şəxs əri Elmirin burun nahiyyəsinə təpiklə vurduğundan burun sümüklərinin yerdəyişən sınığı və burnun deformasiyası xəsarətlərini almışdır. Digər xəsarətləri isə Hacıbalanın Elmiri vurması nəticəsində əmələ gəlmişdir. Hacıbala əlində olan daş parçası ilə Elmirin alın nahiyyəsinə vurduğundan baş beyin silkələnməsi, sol alın sümüyünün xarici səhvəsinin basılmış sınığı, sol göz qapaqlarının hematoması, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası xəsarətlərini almışdır. Mübahisə zamanı ona xəsarət yetirən olmamışdır. Bütün mübahisə dövründə xx.xx.2014-cü il təvəllüdlü övladı X2 və xx.xx.2016-ci il təvəllüdlü X5 hadisə yerində olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əri Zərərçəkmiş şəxs döydüyü zaman uşaqları da hadisəni görmüş və bütün mübahisə dövründə onların hər ikisi ağlamışlar. O və azyaşlı uşaqları ağlayaraq Adil və Hacıbaladan ərini döyməmələrini xahiş etsələr də Adil və Hacıbala onlara məhəl qoymamış, ərinin şərəf və ləyaqətini alçaldıcı nalayiq söyüşlər söymüş və onu döymüşlər. Adil və Hacıbala sakitləşmək bilməyərək onun və iki azyaşlı övladının gözü qarşısında əri Elmiri döyərək xəsarətlər yetirmişdir. Baş vermiş mübahisə zamanı xx.xx.2014-cü il təvəllüdlü övladı X3 və xx.xx.2016-ci il təvəllüdlü övladı X4 fiziki təsir üsulu tətbiq edən olmadığından onlardan hər hansı biri xəsarət almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və xx.xx.2021-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 25 mart 2022-ci il tarixli qərarla cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.2. 127.2.3, 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmiş, 27 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 26 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 998 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs QKBT, baş beyin silkələnməsi, sol alın sümüyünün xarici səhvəsinin basılmış sınığı, sol göz qapaqlarının hcmatoması, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin yerdəyişən sınığı və burnun deformasiyası xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk kül əşyanın (əşyaların) təsirindən yaranmışlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, yəni xx.xx.2021-ci il tarixdə mişar daşı, əl və ayaq zərbələri ilə yetirilə bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 27/998 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs QKBT, baş beyin silkələnməsi, sol alın sümüyünün xarici səhvəsinin basılmış sınığı, sol göz qapaqlarının hematoması, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin yerdəyişən sınığı və burnun deformasiyası xəsarətləri aşkar olunmuşdur. Qeyd olanan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, yəni xx.xx.2021-ci il tarixdə mişar daşı, əl və ayaq zərbələri ilə yetirilə bilərdilər, dərəcəsinə görə - sol alın sümüyünün xarici səhvəsinin basılmış sınığı, burun sümüklərinin yerdəyişən sınığı və burnun deformasiyası həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, digər xəsarətlər, yəni-QKBT baş beyin silkələnməsi, sol göz qapaqlarının hematoması, sol qaş nahiyyəsinin əzilmişcırılmış yarası isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılması nəticəsində, həmçinin öz-özünə yetirməsi az inandırıcıdır. ’’Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə baş vermiş yer Sumqayıt şəhəri, Sülh küçəsi ərazisi olmaqla dəniz kənarında yerləşən "Tural" istirahət mərkəzinin giriş hissəsidir. Baxış zamanı hadisə baş vermiş yerdə istirahət mərkəzinin müşahidə kameralarının olması müəyyən edilməmişdir. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında" xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisənin olduğu yeri, yəni Sumqayıt şəhəri, Sülh küçəsində dəniz kənarında yerləşən “Tural” istirahət mərkəzinin giriş hissəsini, avtomobillərin dayandığı yeri göstərmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisənin olduğu yeri, yəni Sumqayıt şəhəri Sülh küçəsində dəniz kənarında yerləşən “Tural" istirahət mərkəzinin giriş hissəsini, avtomobillərin dayandığı yeri göstərmişdir. Təqsirləndirilən şəxs2 ifadəsi yoxlanılan zaman bir daha Təqsirləndirilən şəxs1 baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyini bildirmişdir. Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində, dəniz kənarında yerləşən "Tural" istirahət mərkəzində Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında baş vermiş dalaşma zamanı Təqsirləndirilən şəxs2 daşla Zərərçəkmiş şəxs alın nahiyyəsinə, Təqsirləndirilən şəxs1 isə təpiklə burun nahiyyəsinə vuraraq xəsarət yetirmişlər. Həmin dalaşma istirahət mərkəzinin girişində, avtomobillərin dayandığı hissənin yanında, əhalinin fəal olduğu yerdə baş vermiş, dalaşma təxminən 20 dəqiqə müddət ərzində davam etmiş, ora yaxınlıqdakı istirahət mərkəzlərindən, eləcədə "Tural" istirahət mərkəzində olan çoxlu insanlar toplaşmış, dalaşma nəticəsində ictimai qayda pozulduğundan "Tural" istirahət mərkəzinin, eləcədə yaxınlıqdakı istirahət mərkəzlərinin iş fəaliyyəti pozulmuşdur. Baş vermiş dalaşma zamanı hər hansı şəxsin əmlakına ziyan dəyməsi müəyyən olunmamışdır. Həmçinin baş vermiş dalaşma zamanı Zərərçəkmiş şəxs orada olan Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurması, onlara hər hansı xəsarət yetirməsi və hadisəni görmüş şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamələrdə hər iki təqsirləndirilən şəxs müsbət xarekterizə olunur. İşdə olan 037814 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup əlildir. İşdən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir və onun xx.xx.2009-cu il təvvəllüdlü bir oğlu vardır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara isnad edilən cinayət əməlini törətmələri tam təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilərək Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə xəsarət yetirmədiyi, Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxs daşla vurulubsa onu, o, deyil sadəcə ordan keçən şəxslərdən biri vurması barədə ifadəsində göstərilənlərə tənqidi yanaşır və hesab edir ki, onlar məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Çünki həmin xüsusatlar məhkəmə iclasında araşdırılmış, onların qeyd edilən cinayət əməllərini törətmələri zərərçəkmiş şəxsin və şahid ifadələri, işdə olan digər sübutlarla tam təsdiq edilir. İstintaq zamanı sübutların toplanması, təqsirləndirilən şəxsin hüquqlarının təmin edilməsi ilə bağlı da, hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.2. 127.2.3 və 221.2.1-ci maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri barədə işdə kifayət qədər mötəbər sübutlar vardır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2. 127.2.3 və 221.2.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni Məcəllənin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, İİ qrup əlil olmasını, müsbət xarakterizə edilməsini və ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmçinin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmaları və zərərçəkmiş şəxsin onlardan şikayətçi olmaması onların törətdikləri cinayətin ictimai təhlukəliliyini dərk etməklə islah yolunda olmasına dəlalət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2. 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmalı və onun cəzasını yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, törətdiyi cinayət əməlinin xarakterini, gənc olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunması mümkündür. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edib, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən etməklə təyin edilmiş cəzanı şərti hesab edilməsini qanuni, ədalətli və şəxsiyyətinə uyğun hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2. 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2. 127.2.3 və 221.2.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 26 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 156 manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3 maddələri ilə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan, növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3 maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2. 127.2.3 və 221.2.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 26 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 156 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-462/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-462/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver