Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-462/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci ildə Rusiya Federasiyası Leninqrad vilayəti, Viborq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 18 yanvar 2023cü il tarixdə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 28 may küçəsi 18 saylı evin 2 saylı mənzilinin giriş qapısının cəftəsini açıb qanunsuz içəri daxil olaraq həyətdə olan 1 ədəd 40 manat dəyərində, 19 sm uzunluğu, 15 sm eni, 24 sm hündürlüyü, 5 mm divar qalınlığı olan odun peçi, 02 ədəd hər biri 40 manat dəyərində, ümumilikdə 80 manat dəyərində, 12 sm uzunluğu, 10 sm eni, 27 sm hündürlüyü, 4 mm divar qalınlığı olan qaz peçi, 02 ədəd 1 metrəsi 8 manat dəyərində, ümumilikdə 64 manat dəyərində, hər biri 4 metr uzunluğunda, 4 mm divar qalınlığında, 76 mm diametrdə olan dəmir boruları gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 184 (yüz səksən dörd) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi iiə nəzərdə tutulan cinayət əməllərini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zaman izahat verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs əvvəlcədən tanımamışdır. 18 yanvar 2023-cü il tarixdə təxminən 02:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, X4 qəsəbəsi, 28 may küçəsində yerləşən mənzilin giriş qapısının cəftəsini açıb içəri daxil olmuşdur. O, həyətdə yerləşən evin arxasından bir ədəd odun peçi, iki ədəd müxtəlif ölçüdə olan qaz peçi və 02 ədəd müxtəlif ölçüdə dəmir boruları oğurlamışdır. Oğurladığı əşyaları bir neçə saat öz evində saxladıqdan sonra həmin gün saat 10-11 radələrində Sumqayıt şəhəri, X4 qəsəbəsi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında fəaliyyət göstərən dəmir qəbulu məntəqəsinə təxminən 70 manata satmışdır. O, əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Himayəsində səksən yaşında olan xəstə nənəsi var və ona özü baxır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin elan edilmiş ifadəsi və şahid ifadələri ilə təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, hazırda ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq müddətində verdiyi məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 28 may küçəsi, 18 saylı evin 2 saylı mənzilində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Onun yaşadığı ev həyət evidir və evin həyəti hasarlanıb. Evin həyətinə giriş isə dəmir qapıdandır. Baş vermiş hadisə ilə bağlı bildirir ki, onun yaşadığı evin həyətində dəmir borular və qaz peçlərini yığmış, xx.xx.2023-cü il tarixdə evin həyətinə keçəndə həmin əşyalar yerində olmuş, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində evdən həyətə çıxıb görmüş ki, həyətdə yığdığı 1 ədəd 19 sm uzunluğu, 15 sm eni, 24 sm hündürlüyü, 5 mm divar qalınlığı olan odun peçi, 02 ədəd 12 sm uzunluğu, 10 sm eni, 27 sm hündürlüyü, 4 mm divar qalınlığı olan qaz peçi, 02 ədəd hər biri 4 metr uzunluğunda, 4 mm divar Qalınlığında, 76 mm diametrdə olan dəmir borular yerində yoxdur. O, 2-3 gün qaz peçlərini və dəmir borularını axtarsa da tapa bilməmiş, lakin sonda o, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində olan “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında yerləşən dəmir qəbulu məntəqəsinə getmiş və görmüş ki, ona məxsus 3 ədəd peçlər və 02 ədəd dəmir borular həmin məntəqədədir. Bu səbəbdən o, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci Polis bölməsinə ərizə ilə müraciət etmiş və əşyalarının dəmir qəbulu məntəqəsində olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin dəmir qəbulu məntəqəsindən ona məxsus 3 ədəd peçi və 2 ədəd dəmir boruları oradan götürmüş və ona məlum olmuş ki, həmin əşyaları həmin dəmir qəbulu məntəqəsinə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi sakini Təqsirləndirilən şəxs onun həyətindən oğurlayıb satmışdır. Hətta o, bölmədə olarkən polis əməkdaşları Təqsirləndirilən şəxs bölməyə gətirmiş və Anar onun 3 ədəd peçini və 2 ədəd dəmir borularını oğurladığını etiraf edib ondan bağışlamasını xahiş etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində yuxarıda qeyd etdiyi əmlakından başqa hər hansı bir əşya oğurlanmamış, qaz peçinin birinin dəyəri 100 manat, dəmir borular isə təxminən birinin dəyəri 50 manat olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 74-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, əvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. O, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Lukoil”’ yanacaq doldurma məntəqəsinin yanında dəmir qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımır, onunla heç bir münasibəti olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirir ki, xx.xx.2023-cü İ tarixdə təxminən saat 10-11 radələrində o, işdə olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi Qazel markalı **-CB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə məntəqəyə gəlmiş, Anar avtomobildən düşüb dəmir təhvil vermək istədiyini demişdor. O, avtomobilin yük yerindən 2 ədəd dəmir turba, 2 ədəd dəmir qaz peçi və 1 ədəd dəmir odun peçi düşürtmüş, Anar həmin əşyaları öz həyətindən gətirdiyini, oğurluq olmadığını, özünə məxsus olduğunu demişdir. Həmçinin sürücü Əlimərdan da əşyaları Anarın yaşadığı evdən gətirdiklərini demişdir. O, həmin əşyaları tərəzidə çəkmiş, çəkisinin 175 kq olduğu müəyyən olunmuş, həmin mallara 73 manat pul təklif etmiş və Anar onunla razılaşıb gətirdiyi malları ona təhvil verib pulunu götürüb getmiş, o, malı gətirən avtomobilin nömrəsini də öz qeydiyyat dəftərində qeyd etmişdir. O, sonradan bilmiş ki, Təqsirləndirilən şəxs ona satdığı 2 ədəd dəmir boruların və 3 ədəd peç oğurluqdur, həmin əşyalar Zərərçəkmiş şəxs məxsusdur. Sonra o, həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. O, Təqsirləndirilən şəxs ona satdığı 2 ədəd dəmir boruların, 2 ədəd qaz peçinin və 1 ədəd odun peçinin oğurluq olduğunu bilmirmiş, həmçinin o, Anardan həmin malların cimə məxsus olduğunu soruşanda, Anar həmin malların özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəcəfov X2 Ziyəddin Musa oğlunun ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 89-90) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 99-100); Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə digər cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır .(i.v. 37-39); xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3 tərtib etdiyi baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 7-9) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3 tərtib etdiyi təqdim etmə və götürmə haqqında protokoldan göründüyü kimi, Şahid2 Zərərçəkmiş şəxs məxsus 2 ədəd dəmir boruları, 2 ədəd qaz peçini və 1 ədəd odun peçini polisə təqdim etmişdir.Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 12-13) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3 tərtib etdiyi “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim olunan 1 ədəd dəftər istintaq üçün əhəmiyyət kəsb etdiyindən həmin dəftərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid2 aldığı metalların çəkisini, qiymətini və kimin tərəfindən gətirildiyini həmin dəftərə qeyd etmişdir. Həmin dəftərin 2-ci səhifəsinə baxış keçirilərkən Şahid2 “dəmir 2660-2485=175=73” yazılar olan sıranı və sonunda yuxarı hissədə “qazel **-CB-*** Təqsirləndirilən şəxs AZE ********” yazılarını göstərib bildirmişdir ki, həmin qeydi Təqsirləndirilən şəxs ona satdığı 3 ədəd peçləri və 2 ədəd dəmir boruları satarkən qeyd etmiş, həmin əşyaların “Qazel” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gətirildiyini, avtomobilin dolu vəziyyətdə çəkisinin 2660 kq, avtomobildə olan əşyalar boşaldıqdan sonra 2485 kq olduğunu, aldığı əşyaların ümumi çəkisi 175 kq olduğunu və həmin əşyalara görə Təqsirləndirilən şəxs 73 manat pul verdiyini bildirmişdir. (i.v. 13-14) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/615 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 184,00 manat müəyyən edilir. O, cümlədən
1. 01 ədəd uzunluğu 19 sm, eni 15sm, hündürlüyü 24sm, divarının qalınlığı 5 mm, qaz peçi-40.00 manat
2. 02 ədəd kustar üsulla hazırlanmış, hər birinin uzunluğu 12 sm, eni 10 sm, hündürlüyü 27 sm, divarının qalınlığı 4 mm olan qaz peçi - 80.00 manat (2 ədəd x 40 manat)
3. 02 ədəd işlənmiş hər birinin uzunluğu 4 metr, divarının qalınlığ 4 mm, diametri 76 mm olan dəmir boru- 64 manat (8 metr x 8 manat) (i.v. 22-24) Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərinə qarşı heçnə bildirmək istəmədiyini qeyd etmişdir. (i.v. 101-102) İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli hökmüdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə onun cəzasının əvvəlinin 27 fevral 2023-cü ildən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 07 ay azadlıqdan məhrumetmə cəzasına və 500 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MM-nin xx.xx.2021 -ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi tətbiq edilməklə qərarın 36-cı bəndinə əsasən cəzadan azad olunması, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi göstərmişdir. AR MM-nin xx.xx.2021-ci tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, № 21-2/3-103 saylı məktubundan görünür ki Təqsirləndirilən şəxs həmin hökmlə ona təyin edilmiş 500 (beş yüz) manat miqdarında cərimə cəzasından “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndində əsasən azad edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən - qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur və qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i.v. 61-63, 66-71); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 65) sübutların qiymətləndirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində ARCM-nin 177.2.1 və 180-ci maddələrinin tərkib olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 əməlində AR CM-nin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ümumi məbləği 184 (yüz səksən dörd) manat olması nəzərə alınmış, 2 ədəd dəmir boruların, 2 ədəd qaz peçi və 1 ədəd odun peçi maddi sübut kimi tanınaraq, saxlanması üçün Zərərçəkmiş şəxs qızna təhvil verilmiş, , zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir (i.v. 109-114) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsinin elan edilməsi və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluöa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, oğurlanmış əşyaların zərəçəkmiş şəxsə geri qaytarılmasını CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları xüsusən də zərərçəkmiş şəxslə barışıq əldə etməsini, oğurlanmış əşyaların qaytarılmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmalı, onun hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut 2 ədəd dəmir boruların, 2 ədəd qaz peçinin və 1 ədəd odun peçinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 27 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut 2 ədəd dəmir boruların, 2 ədəd qaz peçinin və 1 ədəd odun peçinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Hakim Ramiz Quliyev