Məhkəmə qərarları › İş №1(060)-463/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-463/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-463/2022 25.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1981-ci ildə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,163 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,156 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən “Dərələyəz” kafesinin arxasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd-boz rəngli zolaqlı şalvarın sağ yan cibində olan 01 (bir) ədəd şəffaf rəngli sellofanın içərisindən 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,163 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,156 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində heroinin izləri olan 01 (bir) ədəd borucuq formasında bükülmüş 01 (bir) manatlıq pul əskinazı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10-15 gündür narkotik vasitə istifadəçilərinin “Kakos” adlandırdığı heroin istifadə edir. 07 yanvar 2022-ci il tarixdə saat 20:50 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən “Dərələyəz” kafesinin arxasında olarkən 02 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını və narkotik vasitələrin istifadəsi, saxlanması və üzərində gəzdirməsində şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PBnə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getdikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Sonra onu saxlayan polis əməkdaşları özlərini təqdim etmişlər. Ona saxlanılmağının səbəbi izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş və hüquqlarının müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim edilmişdir. O, təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşya və narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman əynində olan tünd-boz rəngli, zolaqlı şalvarın sağ yan cibindən 01 (bir) ədəd paket çıxararaq təqdim etmişdir. Həmin paketin içərisindən isə 04 (dörd) ədəd büküm aşkar edilmişdir. Sorğu zamanı həmin bükümlərin içərisindəkinin “kakos” olduğunu, eyni tarixdə saat 16-17 radələrində Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını, 10-15 gündür narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmçinin, onun üzərindən “Samsung” markalı mobil telefon, “Magna” markalı siqaret, 21,80 (iyirmi bir manat səksən qəpik) məbləğində pul, 01 (bir) ədəd alışqan və açar aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd borucuk formasında bükülmüş 01 (bir) manatlıq əskinas aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi 04 (dörd) ədəd bükümə baxış keçirilmişdir. Həmin bükümlərin 03 (üç) ədədinin içərisindən qəhvəyi rəngli narkotik vasitə-heroinə bənzər maddə, 01 (bir) ədədinin içərisindən isə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə kütlələri aşkar edilmişdir. Sorğu zamanı həmin bükümləri heroin adı ilə aldığını, bükümlərin ona məxsus olduğunu bildirmişdir. Daha sonra aşkar edilmiş heroinə bənzər maddə kütlələri olan bükümlər və metamfetaminə bənzər maddə kütləsi olan büküm tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş bükümlər və 01 (bir) ədəd borucuk formasında olan 01 (bir) manatlıq əskinas qablaşdırılaraq götürülmüşdür. O, saxlanılarkən, 3-cü PB-nə aparılarkən və 3-cü PB-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Narkotik vasitəni aldığı şəxs ona həmin bükümlərin içərisindəkinin heroin olduğunu bildirmişdir. O, həmin bükümlərin içərisinə baxmadığı üçün 01 (bir) ədəd bükümün içərisində metamfetamin olduğunu bilməmişdir. Bu ona üzərinə şəxsi axtarış keçirilərkən məlum olmuşdur. O, yalnız heroin istifadə edir, metamfetamin istifadə etməmişdir. Lakin gələcəkdə metamfetamin istifadə etmək istəmişdir. Yəqin ki, həmin metamfetamini də istifadə edəcəkdi. Borucuk formasında olan 01 (bir) manatlıq əskinası isə heroini yandırıb tüstünü nəfəsinə çəkərkən istifadə edir. Həmin heroin və metamfetamini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayətaxtarış üzrə kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Rafıl oğlunun qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən “Dərələyəz” kafesinin arxasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 və onun tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməkdə şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getdikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Rafıl oğlu da özünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlayan o və Şahid1 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş və hüquqlarının müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçiyə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşya və narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman əynində olan tünd-boz rəngli zolaqlı şalvarının sağ yan cibindən 01 (bir) ədəd paket çıxararaq təqdim etmişdir. Həmin paketin içərisindən isə 04 (dörd) ədəd büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəkinin “kakos” olduğunu, eyni tarixdə saat 16-17 radələrində Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını, 10-15 gündür narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon, “Magna” markalı siqaret, 21,80 (iyirmi bir manat səksən qəpik) manat pul, 01 (bir) ədəd alışqan və açar aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd borucuk formasında bükülmüş 01 (bir) manatlıq əskinas aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 04 (dörd) ədəd bükümə baxış keçirilmişdir. Həmin bükümlərin 03 (üç) ədədinin içərisindən qəhvəyi rəngli narkotik vasitə-heroinə bənzər maddə, 01 (bir) ədədinin içərisindən isə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə kütlələri aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri heroin adı ilə aldığını, bükümlərin ona məxsus olduğunu bildirmişdir. Daha sonra aşkar edilmiş 03(üç) ədəd içərisində heroinə bənzər maddə kütlələri olan bükümlər və 01 (bir) ədəd içərisində metamfetaminə bənzər maddə kütləsi olan büküm tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş bükümlər və 01 (bir) ədəd borucuk formasında olan 01 (bir) manatlıq əskinas qablaşdırılaraq götürülmüşdür. “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan heroin və metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim edib qarşısında olan saxlanılan şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilir. Ona hüquq və vəzifələrinə dair yazılı bildiriş və hüquqlarının müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim edilir. Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçiyə etiraz etmir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşya və narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman əynində olan tünd-boz rəngli zolaqlı şalvarının sağ yan cibindən 01 (bir) ədəd paket çıxaraq təqdim edir. Həmin paketin içərisindən isə 04 (dörd) ədəd büküm aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəkinin “kakos” olduğunu, eyni tarixdə saat 16-17 radələrində Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını, 10-15 gündür narkotik vasitə istifadə etdiyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon, “Magna” markalı siqaret, 21,80 (iyirmi bir manat səksən qəpik) manat pul, 01 (bir) ədəd alışqan və açar aşkar edilir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd borucuk formasında bükülmüş 01 (bir) manatlıq əskinas aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 04 (dörd) ədəd bükümə baxış keçirilir. Həmin bükümlərin 03 (üç) ədədinin içərisindən qəhvəyi rəngli narkotik vasitə-heroinə bənzər maddə, 01 (bir) ədədinin içərisindən isə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə kütlələri aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri heroin adı ilə aldığını, bükümlərin ona məxsus olduğunu bildirir. Daha sonra aşkar edilmiş 03 (üç) ədəd içərisində heroinə bənzər maddə kütlələri olan bükümlər tərəzidə çəkildikdə ümumi çəkisinin 0,30 qram, 01 (bir) ədəd içərisində metamfetaminə bənzər maddə kütləsi olan büküm tərəzidə çəkildikdə çəkisinin 0,16 qram olması müəyyən olunur. Daha sonra aşkar olunmuş bükümlər və 01 (bir) ədəd borucuk formasında olan 01 (bir) manatlıq əskinas qablaşdırılaraq götürülür. “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür. “Magna” markalı siqaret, 21,80 (iyirmi bir manat səksən qəpik) manat pul, 01 (bir) ədəd alışqan və açar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılır. Videoçəkiliş yekunlaşır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli, 6/89 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,163 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,156 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 01 (bir) ədəd borucuq formasında bükülmüş 01 (bir) manatlıq pul əskinazın içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,163 qram, tədqiqata sərf edildi: ümumi 0,06 qram, qalıq: 0,103 qram. Metamfetaminin təmiz çəkisi-0,156 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq- 0,116 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1372 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Rafıl oğlunda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozduğundan təqsirləndirilən şəxs barəsində axtarış edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış edilmiş və tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin ***-**** nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilərək barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsini nəzərə alaraq həmin qətimkan tədbiri ilə kifayətlənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,163 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,103 qram heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,156 qram olan psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,116 qram metamfetamin və içərisində heroinin izləri olan 01 (bir) ədəd borucuq formasında bükülmüş 01 (bir) manatlıq pul əskinazı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 134 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,163 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,103 qram heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,156 qram olan psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,116 qram metamfetamin və içərisində heroinin izləri olan 01 (bir) ədəd borucuq formasında bükülmüş 01 (bir) manatlıq pul əskinazı məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114.00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, mənzil 38 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,103 qram heroin, 0,116 qram psixotrop maddə olan metamfetamin və içərisində heroinin izləri olan 01 (bir) ədəd borucuq formasında bükülmüş 01 (bir) manatlıq pul əskinazı məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114.00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar