Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-463/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Xaçmaz rayonu, Qusarçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)- 678/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, X6 qəsəbəsi, D/Y Y/M, ev 8, mənzil 35-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,793 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 23 may 2025-ci il tarixdə, saat 18:01-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Dəmir yol vağzalının yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibində saxladığı 01 (bir) ədəd sellofana qablaşdırılmış kağız bükümdə təmiz çəkisi 0,793 qram xeyli miqdarda ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir narkotik vasitə və psixotrop maddələr qəbul edir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 18:01-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Dəmir yol vağzalının yaxınlığında piyada hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Həmçinin, ona üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya varsa təqdim etməyini təklif etmişlər. O, əynindəki şalvarının kiçik ölçülü cibində saxladığı “şüşə” adlanan, psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. “Şüşə”ni saxlanıldığı gün Abşeron rayonu Xırdalan şəhəri ərazisində olarkən təsadüfən tanış olduğu, adını bilmədiyi şəxsə 35 manat pul verib almışdır. Həmin maddəni şəxsi istifadəsi üçün almışdır. Maddəni təqdim etdikdən sonra polis əməkdaşları üzərini əlavə olaraq yoxlamış, həmin vaxt üzərindən ona məxsus mobil telefon aşkar edilərək götürülmüş, üzəri yoxlanılarkən üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları təqdim ediyi içərisində psixotrop maddə metamfetamin olan bükümün elektron tərəzidə çəkib, çəkisini müəyyən etmişlər. Təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 1,05 qram olması müəyyən edilmişdir. Lakin, həmin maddə kağızda olduğu üçün çəkisi artıq gəlmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmiş, o da etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Daha sonra isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Dəmir yol vağzalının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan bükümün qablaşdırıldığı zərf açılmış və zərfin içərisində olan kağız bükümün içərisinə baxış keçirilmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada təzyiq edilməmiş, eləcədə digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Son söz olaraq himayəsində 15 və 18 yaşında iki övladının olduğunu və əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-yə Elşən adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuş və məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18:01-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Dəmir yol vağzalının yaxınlığında Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birlikdə saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, ona video çəkliş aparmaqla üzərini yoxlaycaqlarım bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, bundan sonra ilk əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın kiçik ölçülü cibində saxladığı bir ədəd sellofana qablaşdırılmış bükümü çıxarıb təqdim etmiş, həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, həmin psixotrop maddəni Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əvvəllər tanımadığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 35 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra onun üzərini əlavə olaraq axtarmışlar, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd mobil telefon aşkar edilmiş, onun üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə getməli olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə getmişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-də onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, daha sonra zərfə qablaşdırılmış içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan zərf təhqiqatçıya təqdim edilmişdir. Zərfin içərisində olan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yenidən həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən təsadüfən qarşılaşdığı şəxsə 35 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkilməklə çəkisi müəyyən edilmiş, sonra isə yenidən zərfə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 məhkəmə iclasında ifadə vermiş Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmiş, müəyyən olunmuşdur ki, o, məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid3 və Şahid2 ifadələrinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. ( i.v. 1) Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və tədbir keçirilərkən qeydə alınmış video çəkilişə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə, saat 18:01 dəqiqədə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Dəmiryol Vağzalı yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, saxlanılanıldıqdan sonra ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl saxlanılan şəxsə əşyalarında, paltarlarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa verməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd qızılı rəngli kağızda psixotrop maddə olan “metamfetamin”ə bənzər kütləni təqdim etmiş, təqdim edilmiş kütlə əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüş, daha sonra isə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 1,05 qram olduğu müəyyən edilmiş və 01 ədəd kağız zərfdə qablaşdırılmışdır. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən zərfə qablaşdırılmışdır. (i.v. 9-10) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025ci il tarixdə saat 18:01-də tutulmuşdur. (i.v. 12) Şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokol və götürmə aparılarkən qeydə alınmış video görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs PB-yə gətirildikdən sonra xidməti otaqların birində ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim edilmiş, o, vəkilə hər hansı bir etirazı olmadığını, hüquq və vəzifələrinin ona aydın olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış içərisində psixotrop maddəyə bənzər kütlənin olduğu möhürlənmiş zərf təqdim edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlamada olan psixotrop maddənin ona məxsus olduğunu, maddəni həmin gün Xırdalan şəhərindən tanımadığı səxsdən 35 manata aldığını bildirmiş, daha sonra təqdim edilmiş möhürlənmiş zərf açılmış və həmin zərfin içərisində 1 ədəd qızılı rəngli kağıza bükülmüş bükümün olduğu müəyyən edilmiş, bükümü açan zaman içərisində ağ rəngli spesifik iyə malik psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olması müəyyən edilmiş, ağ rəngli və spesifik iyə malik olan “metamfetamin”ə bənzər maddənin kağızla elektron tərəzidə çəkilən zaman çəkisinin 1,05 qram olduğu müəyyən edilmiş, həmin ağ rəngli spesifik iyə malik “metamfetamin”ə bənzər maddə təkrar zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən ona verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri-insani rəftara məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. (i.v. 32-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 24 may 2025-ci il tarixli, 20/377 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “AR DİN Arayışlar üçün №126” möhür əksi olan, “Təqsirləndirilən şəxs/ imza/; 2.Şahid2 /imza/; 3.Şahid3/ imza/;4. Şahid1 /imza/” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,793 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,793 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,743 qram qalıq geri qaytarılmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. (i.v. 44-47) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham xx.xx.2025-ci il tarixdə saat 17:30-da elan olunmuşdur.( i.v. 58-59) AZE №11804321 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X11 oğlu xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası İsrafilova Nahidədir. (i.v. 69) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməsi qərara alınmış, qərar xx.xx.2025-ci il tarixdə saat 18:00-da ona təqdim edilmişdir. (i.v. 77-78) Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,793 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,743 qram çəkisinin qalması nəzərə alınaraq, qalıq qalmış psixotrop maddə metamfetaminin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına verilməsi qərara alınmışdır.(i.v. 80) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-678/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 84-94) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş və araşdırma materialları ilə birlikdə istintaqa təqdim edilmiş 01 (bir) ədəd gövdəsi qara rəngli, arxa yuxarı sağ hissədə foto və video çəkilişlər aparmaq üçün qurğusu yerləşən, ön hissəsi isə qara rəngli şüşə materialından hazırlanmış “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefona baxış keçirilərkən mobil telefonun yaddaşında cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı fotoşəkil, audio, video material, sms yazışmaları aşkar edilməmişdir. (i.v. 95) Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları təərfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanıldıqdan sonra, üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefonu qəbul etmişdir. (i.v. 96) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 113-114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3336 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispansrində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 115-116) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,793 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,743 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış psixotrop maddə metamfetaminin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 118-125) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)- 678/2024 nömrəli hökmü xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini alaraq icra edilməsi üçün xx.xx.2024-cü il tarixində Sumqayıt şəhər Probasiya şöbəsinin icraatına daxil olmuş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində probasiya nəzarətinə götürülmüş, xx.xx.2025-ci il tarixinə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın 09 (doqquz) ay 22 (iyirmi iki) gün hissəsini çəkmiş, 01 (bir) il 08 (səkkiz) ay 04 (dörd) gün hissəsi çəkilməmiş qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsin daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-678/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmün icrası üzrə cəzasından ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının 09 (doqquz) ay 22 (iyirmi iki) gün hissəsini çəkmiş, 01 (bir) il 08 (səkkiz) ay 04 (dörd) gün hissəsi çəkilməmiş qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixli, 1(060)-678/2024 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, həmin müddəti hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-678/2024 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3336 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və onun xx.xx.2024-cü il tarixdə Sumqayıt Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması qeyd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3336 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,743 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmənin hazırlıq iclasında iştirakı və işlə tanış olduğu 6 saata görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-678/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, həmin müddəti hazırki hökmlə təyin edilmiş 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-678/2024 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,743 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 6 saata görə 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-463/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-463/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver