Məhkəmə qərarları › İş №1(060)-464/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-464/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-464/2020 27.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 06.11.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 2-ci paralel küçə, məhəllə 9, fərdi evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyul 2020-ci il saat 02 radələrində Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Sərxan” adlı mağazanın qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra mağazanın yarımtikili hissəsinin tavanının açıq hissəsindən aşıb keçərək mağazanın pəncərəsini sıxıb-açma üsulu ilə içəri daxil olaraq mağazada dolabda olan 430 manat məbləğində pulu, həmin dolabda göy rəngli kağız qutuya qoyulmuş içərisində 10 ədəd hər biri 1 manat dəyərində “Bakcell”, 3 ədəd hər biri 2 manat dəyərində ”Nar” və 7 ədəd hər biri 1 manat dəyərində “Azercell” operatorlarına məxsus danışıq kartlarını və orada yerdə olan kağız qutulara qoyulmuş cəmi 57,60 manat dəyərində 01 ədədin qiyməti 1,80 manat olan 32 ədəd “Maqna” markalı, cəmi 12,80 manat dəyərində 01 ədədin qiyməti 1,60 manat olan 8 ədəd “ Viceroy” markalı, cəmi 9,50 manat dəyərində 01 ədədin qiyməti 1,90 manat olan 5 ədəd “Vincester” markalı, cəmi 10,50 manat dəyərində 01 ədədin qiyməti 1,50 manat olan 7ədəd “Arqo” markalı, cəmi 4,40 manat dəyərində 01 ədədin qiyməti 2,20 manat olan 2 ədəd “LD” markalı, cəmi 6,60 manat dəyərində 01 ədədin qiyməti 2,20 manat olan 3 ədəd “Rotmans“ markalı, cəmi 4 manat 50 qəpik dəyərində 01 ədədin qiyməti 1,50 manat olan 3 ədəd “Kingston” markalı, cəmi 1,50 manat dəyərində 01 ədəd “Senate” markalı, cəmi 1,90 manat dəyərində 01 ədəd “Pallmall” markalı, 1,50 (bir manat əlli qəpik) dəyərində 01 ədəd “Magna” markalı, cəmi 27 manat dəyərində 1 ədədin qiyməti 1,50 manat olan 18 ədəd “Vant” markalı, cəmi 25,5 (iyirmi beş manat əlli qəpik) dəyərində 1 ədədin qiyməti 1,50 manat olan 17 ədəd “Vest” markalı, cəmi 34,5 (otuz dörd manat əlli qəpik) dəyərində 1 ədədin qiyməti 1,50 manat olan 23 ədəd “Viceroy” markalı, cəmi 6,8 (altı manat səksən qəpik) dəyərində 01 ədədin qiyməti 3,40 manat olan 2 ədəd “Kent 4” markalı, 1,50 (bir manat əlli qəpik) dəyərində 01 ədəd “Arqo” markalı, cəmi 10.50 (on manat əlli qəpik) dəyərində 01 ədədin qiyməti 1,50 manat olan 7 ədəd “Palma” markalı siqaretləri gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 669,80 (alt yüz altmış doqquz manat səksən qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 23.07.2020-ci il saat 02:00 radələrində Sumqayıt şəhəri Beton zavod ərazisində olduğu zaman “Sərxan” adlı mağazadan oğurluq etmək niyyətinə düşmüş, həmin məqsədlə mağazanın yarımtikili hissəsinin tavan hissəsindən aşaraq ora daxil olmuş, bundan sonra mağazanın içərisindən 32 qutu “Magna” markalı siqaret, 08 qutu “Viceroy” markalı siqaret, 05 qutu “Vinçester” markalı siqaret, 07 qutu “Vest” markalı siqaret, 10 qutu “Argo” markalı siqaret, 02 qutu “LD” markalı siqaret, 03 qutu “Rotmans” markalı siqaret, 03 qutu “Kingston” markalı siqaret, 01 qutu “Senate” markalı siqaret, 01 qutu “Palmal” markalı siqaret, 13 manat 50 qəpik dəyərində qəpik pullar, 178 manat kağız pullar, 05 ədəd 01 manatlıq “Cin” kontur oğurlayaraq mağazadan çıxmış, sonra oğurladığı malları paketə yığaraq 6688 mobil nömrəsinə zəng edərək, taksi sifariş etmiş, bundan sonra Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində PPX-nin əməkdaşları onu saxlamışlar, üzərində olan malları oğurladığını bildirdikdən sonra onu Sumqayıt şəhəri Pİnin 1-ci PB-nə gətirmişlər. Oğurladığı əşyaları könüllü olaraq təqdim etmişdir. Həmin mağazadan oğurluğu tək etmiş və ora əvvəlcədən özünün tək girib oğurluq etməyini planlaşdırmışdır. PPXT-nin əməkdaşları onu saxlayarkən taksidə olmuş, taksi sürücünün adını bilməmiş və onu birnci dəfə görmüşdür. Həmin vaxt taksidə tanışı Şahid1 da olmuşdur. Onun törətdiyi cinayət əməlindən heç bir məlumatı olmamış və birlikdə, taksi sifariş etdikdən sonra Saray qəsəbəsinə gedirmişlər. PB-də yalnız onun ifadəsini almışlar və Şahid1 onun törətdiyi oğurluq əməlinə aidiyyəti olmadığı üçün onu həmin vaxt buraxmışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmaqla, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, məhkəmədən qeyd olunan halların nəzərə alınmaqla ona yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 22 iyul 2020-ci il tarixdə saat 21 radələrində işlədiyi mağazanı bağlayıb evə getmiş, növbəti gün saat 08:00-da həmin mağazanı açmaq üçün gələndə içəri daxil olaraq mağazanın dağınıq vəziyyətdə olduğunu görmüş, sonra mağazanın içərisinə baxış keçirmiş və orada olan dolabın içərisindəki 400 manat pul, 30 manat məbləğində qəpik pulları, yerdə olan karobkadan 33 ədəd Maqna markalı siqaret, 18 ədəd “Vant” markalı siqaretləri, 17 ədəd “Vest” markalı siqaretləri, 31 ədəd “Viceroy” adlı siqaretlər, 2 ədəd “Kent 4” markalı siqaret, 8 ədəd “Arqo” markalı siqaret, 8 ədəd “Palma” markalı siqaret oğurlandığını görmüş, daha sonra həmin dolabda olan göy rəngli karobkada ayrılıqda yığıdığı 10 ədəd 1 manatlıq Cin (Bakcell) markalı, 7 ədəd 1 manatlıq Azercell (sim) kontur və 3 ədəd Nar mobile məxsus 2 manatlıq kontur oğurlandığını müəyyən etmişdir. Ona görə də, Suqmayıt ŞPİ-nə ərizə ilə müraciət edərək, həmin oğurluq edən şəxsi müəyyən edib məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, 23 iyul 2020-ci il tarixdə 9181 çağırışlı avtopatrulda polis nəfəri Şahid4la xidmətdə olduğu zaman saat 04.20 radələrində 9170 çağırışlı manqa komandiri Şahid2lə birgə Sumqayıt şəhəri, 47-ci məhəllədə iki nəfər şəxsi taksi avtomobildə saxalamışlar, həmin vaxt avtomobilin arxa sərnişin yerində iki nəfər şəxsin əyləşdiyini görmüşlər, həmin şəxslər şübhəli gəldiyi üçün onları PB-nə aparmışlar, orada həmin şəxslər xx.xx.1993-cü il təvəllüdlü, X2 və xx.xx.1986-ci il təvəllüdlü Şahid1 olmuş, 1-ci PB-nə gedərkən adını sonradan bildiyi Əfləddinin əlində sellofan paket olmuş, həmin sellofan paketdə siqaretlər və digər əşyalar olmuş, 1-ci PB-də Əfləddin həmin əşyalarını özünə məxsus olduğunu və könüllü olaraq təhqiqatçıya təqdim edərək həmin əşyaları özü tək “Sərxan“ adlı marketə daxil olaraq oğurladığını bildirmişdir. Şahid1la isə sonra görüşdüyünü və sifariş etdiyi taksi ilə Saray qəsəbəsinə getdiyini bildirmişdir. Şahid1 isə həmin vaxt Əfləddin Seyfulzadəinin oğurluq etməsi barədə heç bir məlumatının olmadığını və Əfləddinin üzərində aşkar edilmiş əşyalar barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmədə şahidlər Şahid2 və Şahid4 ifadələrində şahid X3 göstərdiyi xüsusatları təsdig edərək anoloji ifadə vermişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşunaslıq ekspertizasının 28.08.2020-ci il tarixli 9/2799 saylı rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində movcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda olan göstərilən istifadə olunmuş malların 2020-cu ilin iyul aylarına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:

1. “Maqna” markalı – ümumi miqadarı: 1 ədəd, bir ədədinin qiyməti 1,50 manat., ümumi qiyməti, 1,50 manat.

2. “Vant” markalı – ümumi miqadarı: 18 ədəd, bir ədədinin qiyməti 1,50 manat, ümumi qiyməti, 27 manat.

3. “Vest” markalı – ümumi miqadarı: 17 ədəd, bir ədədinin qiyməti 1,50 manat., ümumi qiyməti, 25,5 manat.

4. “Viceroy” markalı – ümumi miqadarı: 23 ədəd, bir ədədinin qiyməti 1,50 manat, ümumi qiyməti, 34,50 manat.

5. “Kent 4” markalı – ümumi miqadarı: 2 ədəd, bir ədədinin qiyməti 3,40 manat, ümumi qiyməti, 6,8 manat.

6. “Arqo” markalı – ümumi miqadarı: 1 ədəd, bir ədədinin qiyməti 1,50 manat., ümumi qiyməti, 1,50 manat.

7. “Palma” markalı – ümumi miqadarı: 7 ədəd, bir ədədinin qiyməti 1,50 manat, ümumi qiyməti, 10,50 manat. Cəmi: 107,30 manat Ekspertiza təyini haqqında qərarın təsviri hissəində qeyd edilən siqaretlərin 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 107,30 manat müəyyən edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşunaslıq ekspertizasının 31.08.2020-ci il tarixli 9/2682 saylı rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir:

1. “Maqna” markalı – ümumi miqadarı: 32 ədəd, bir ədədinin qiyməti 1,80 manat, ümumi qiyməti, 57,50 manat.

2. “Viceroy” markalı – ümumi miqadarı: 8 ədəd, bir ədədinin qiyməti 1,60 manat, ümumi qiyməti, 12,80 manat.

3. “Vinçester” markalı – ümumi miqadarı: 5 ədəd, bir ədədinin qiyməti 1,90 manat, ümumi qiyməti, 9,50 manat.

4. “Arqo” markalı – ümumi miqadarı: 7 ədəd, bir ədədinin qiyməti 1,50 manat, ümumi qiyməti, 10,50 manat.

5. “LD” markalı – ümumi miqadarı: 2 ədəd, bir ədədinin qiyməti 2,20 manat, ümumi qiyməti, 4,40 manat.

6. “Rotmans” markalı – ümumi miqadarı: 3 ədəd, bir ədədinin qiyməti 2,20 manat, ümumi qiyməti, 6,60 manat.

7. “Kingston” markalı – ümumi miqadarı: 3 ədəd, bir ədədinin qiyməti 1,50 manat, ümumi qiyməti, 4,50 manat. Cəmi: 109,50 manat. Ekspertiza tədiqatına təqdim edilən siqaretlərin orta bazar qiyməti ilə ümümi dəyəri təxminən 103,40 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 32 qutu Maqna, 8 qutu Viceroy, 5 qutu Vincester, 7 qutu Arqo, 2 qutu LD, 2 qutu Rotmans, 3 qutu Kingston, 1 qutu, Senate, 1 qutu Pallmal markalı siqaretlər, 13 manat 50 qəpik (qəpiklərlə), 178 manat pul (kağızla), 5 ədəd 1 manatlıq “Bakcell” mobil operatoruna məxsus kartlar Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli arayışdan (tələbnamədən), Sumqayıt Şəhər Məhkəməsinin 06.112019-cu il tarixli hökmünün surətindən və Sumqayıt şəhər Probasiya şöbəsinin 08.09.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 25 gün hissəsini qanuna müvafiq qaydada çəkmişdir. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən hissəsi 01 il 09 ay 03 gündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06.11.2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmaqla, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-401/2019 saylı, 06 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 09 ay 03 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 10 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 24.07.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 25.07.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 13.10.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 24 iyul 2020-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 32 qutu Maqna, 8 qutu Viceroy, 5 qutu Vincester, 7 qutu Arqo, 2 qutu LD, 2 qutu Rotmans, 3 qutu Kingston, 1 qutu, Senate, 1 qutu Pallmal markalı siqaretlər, 13 manat 50 qəpik (qəpiklərlə), 178 manat pul (kağızla), 5 ədəd 1 manatlıq “Bakcell” mobil operatoruna məxsus kartların Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X6 12 (on iki) saat iştirak etmişdir. Ona görə də 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli (iş № 1(060)-464/2020) qərarını icra edərək, 02 oktyabr 2020-ci il tarixli 1016 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (iki) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-401/2019 saylı, 06 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 (bir) il 09 (doqquz) ay 03 (üç) günü, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 24 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təhvil verilmiş 32 qutu Maqna, 8 qutu Viceroy, 5 qutu Vincester, 7 qutu Arqo, 2 qutu LD, 2 qutu Rotmans, 3 qutu Kingston, 1 qutu, Senate, 1 qutu Pallmal markalı siqaretlər, 13 manat 50 qəpik (qəpiklərlə), 178 manat pul (kağızla), 5 ədəd 1 manatlıq “Bakcell” mobil operatoruna məxsus kartların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin.Göstərilən hüquqi yardıma görə cəmi 48 (qır səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar