Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-464/2021 26.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 24.06.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, tanışı olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əldə olunacaq qazancı aralarında böləcəklərinə dair razılaşmış, ayrı-ayrı günlərdə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanına gələrək mənzilin giriş qapısının qıfılını açar seçmə yolu ilə açaraq içəri qanunsuz daxil olaraq oradan 1000 (bir min) manat dəyərində olan “Dell” markalı noutbooku və 550 (beş yüz əlli) dəyərində olan 2018-ci il tarixdə istehsal edilmiş 01 (bir) ədəd “LG smart” markalı 109 diaqonallı televizoru, 1000 (bir min) manat dəyərində olan 2018-ci il tarixdə istehsal edilmiş, X10 H24(75/100 sm) Türkiyə Respublikasında istehsalı edilmiş kombi sisteminin qızdırıcı aparatını, 180 (yüz səksən) manat dəyərində olan 2020-ci il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş 01 (bir) ədəd “Vestel” markalı 7 kq həcmli paltar yuyan maşını, 140 (yüz qırx) manat dəyərində olan 2019-cu il tarixdə Koreya istehsallı (1800 waat gücü olan) tozsoranı, 700 (yedi yüz) manat dəyərində olan 01 (bir) ədəd 2019-cu il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş 3x4 ölçüdə xalçanı, 900 (doqquz) manat dəyərində olan 2019-cu il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş 01 (bir) ədəd “Versace” naxışlı 3x2 ölçüdə xalçanı, 2400 (iki min dörd yüz) manat dəyərində olan 2019cu il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş “Karaca” markalı 96 ədəd priborlu olan çay qablarını, 640 (altı yüz qırx) manat dəyərində olan 2019-cu il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş Karaca markalı 12 personalıq 01(bur) ədəd kahve setini, 1500 (bir min beş yüz) manat dəyərində olan Rusiya istehsalı farvor materialından olan 01(bir) ədəd “Bogema” dəstini, 250 (iki yüz əlli) manat dəyərində olan Çexiya Respublikasında istehsalı edilmiş 01 (bir) ədəd “Bogema” vazanı, ümumilikdə 1200 (bir min iki yüz) manat dəyərində olan 2019-cu ildə Türkiyə Respublikasında istehsal edilmiş iki nəfərlik 12 (on iki) ədəd “TAC” markalı yataq dəstlərini, 1800 (bir min səkkiz yüz) manat dəyərində olan Türkiyə Respublikasında istehsal edilmiş 06 (altı) ədəd “Atlas” markalı yataq dəstlərini, 870 (səkkiz yüz yetmiş) manat dəyərində olan 2019-cu il tarixdə Fransa istehsallı “MOLİNEX” markalı 01 (bir) ədəd mətbəx kombaynını, 2400 (iki min dörd yüz) manat dəyərində olan 2019-cu il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş (Pesec heyvanın dərisindən olan) qadın gödəkcəsini, 15 (on beş) manat dəyərində olan 01 (bir) ədəd TP-link markalı “Çin” istehsallı wi-fi routeri, 2500 (iki min beş yüz) manat dəyərində 2009-cu il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş 01(bir) ədəd (Norka heyvanın gönündən olan) gödəkcəni, 80 (səksən) manat dəyərində olan 2019-cu il tarixdə istehsal edilmiş 01 (bir) ədəd 05 litr həcmli olan “Gepas” markalı elektrik samovarı, 20 (iyirmi) manat dəyərində olan 01(bir) ədəd 1,5 litr həcmli “Kinga” markalı çayniki, 25 (iyirmi beş) manat dəyərində 2019-cu il tarixdə istehsal edilmiş 01 (bir) ədəd “Tefal” markalı ütünü, 20 (iyirmi) manat dəyərində 2019-cu il tarixdə istehsal edilmiş 01 (bir) ədəd “Tefal” markalı mikseri, 25 (iyirmi beş) manat dəyərində 2019-cu il tarixdə istehsal edilmiş 01 (bir) ədəd “Tefal” markalı tosteri və ümumilikdə 540 (beş yüz qırx) manat dəyərində olan Türkiyə Respublikasında istehsal olunmuş 06 ədəd hər biri 4 litr həcmində olan “Karaca” markalı teflon materiala örtülmüş dəmir qazanları oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 18755 (on səkkiz min yeddi yüz əli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, Səlimənin 2020-ci ilin oktyabr ayının sonlarında ailəsi ilə birlikdə Türkiyə Respublikasına getməsi barədə xəbər tutmuşdur. Bu səbəbdən Səlimənin evindən oğurluq etmək qərarına gəlmiş, təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində oradan oğurluq etmək üçün ünvan 3 ünvanının qarşısına gəlmiş, üzərində olan açarla qapını açmaq qərarına gəlmiş, həmin açarla qapının qıfılını açmağı yoxladığı zaman açar qapını açmış və evə daxil olmuşdur. Evdə heç kimin olmadığından və ev sahibi Səlimənin Türkiyə Respublikasında olduğunu bildiyindən divarda asılmış “LG” markalı televizorla bir ədəd “Dell” markalı noutbuku götürmüş və oradan getmişdir. Binadan çıxdıqdan sonra oğurladığı əşyaları tanımadığı şəxslərə satmış, növbəti gün həmin evə yenə oğurluğa getmişdir. Bu səbəbdən tanışı X6 ilə qabaqcadan danışaraq oğurladıqları əşyaları onunla birlikdə mənzildən aşağı düşürtməkdə və ona məxsus avtomobil ilə daşımaqda köməklik etmək barəsində razılığa gəlmişlər. Qorxmazla danışdıqdan sonra həmin gün günorta saatlarında onunla birlikdə ona məxsus “Mercedec 190” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səlimənin evinin həyətinə gəlmişlər və Qorxmazla birlikdə Səlimənin mənzilinə daxil olmuşlar. Daha sonra oradan kombi aparatını, paltaryuyan maşını, tozsoranı, iki ədəd xalça, çay servizi, qəhvə seti, digər qab-qacaqları, yataq dəstlərini, mətbəx kombaynını, qadın gödəkcəsini, internet modemini, şubanı, samovarı, çayniki, mikseri, tosteri və dəmir qazanları götürərək Qorxmaza məxsus avtomobilə yükləmişlər və oradan getmişlər. Daha sonra oğurladıqları əşyaları Qorxmazla birlikdə tanımadıqları şəxslərə satmışlar, əldə olunmuş pulu öz aralarında bölmüşlər. Zərərçəkmiş şəxs evindən oğurladıqları əşyaların bir hissəini isə tanışı X1. Sabir İsmayılov onlara oğurluq etməkdə kömək etməmiş və həmin əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ailə vəziyyəti ağırdır, ailəsində yeganə qzanc gətirən odur. İmkanı olduqca dəymiş ziyanı ödəyəcəkdir. Məhkəmədən göstərdiklərinin və ağır ailə vəziyyətinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının sonlarında ailəsi ilə birlikdə Türkiyə Respublikasına gedəndə özünə məxsus ünvan 4 ünvanında olan mənzilin giriş qapısının qıfılını bağlamış və ailəsi ilə birlikdə hava limanına getdiyi zaman bəzi özü ilə götürdüyü əşyaları evə qoymağı tanışı taksi sürücüsü İslamdan xahiş etmiş və mənzilin açarlarını ona vermişdir. Mənzilə həmin əşyaları qoyduqdan sonra açarları qohumu Nümayəndə verməyi İslamdan xahiş etmişdir. Daha sonra evdən naməlum şəxslər oğurluq etmişlər. Qohumu Nümayəndə ona məxsus mənzilə baxandan sonra evin şəkillərini ona göstərmiş və baş vermiş hadisə zamanı evdən 01 (bir) ədəd “LG smart” 109 diaqanallı, 2018-ci il tarixdə istehsal edilmiş, 1800 manat dəyərində televizor, “Demir Döküm” Atron H24(75/100 sm) (Türkiyə istehsalı), 2018-ci il tarixdə istehsal edilmiş, 1000 (bir min) manat dəyərində olan kombi sisteminin qızdırıcı aparatı, 01 (bir) ədəd “Vestel” markalı 7 kq tutumlu, 2020-ci il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş 850 manat dəyərində paltar yuyan maşın, 01 (bir) ədəd 2019-cu il tarixdə Koreya Respublikasında istehsal edilmiş, 2000 (iki min) manat dəyərində, 01 (bir) ədəd “Samsung” markalı, 2019-cu il tarixdə Koreya istehsalı (1800 waat gücü olan) 530 manat dəyərində tozsoran, 01 (bir) ədəd 3x4 ölçüdə, Türkiyə Respublikasında 2019-cu il tarixdə istehsal edilmiş, 700 manat dəyərində olan xalça, 01 (bir) ədəd 3x2 ölçüdə, Türkiyə Respublikasında 2019-cu il tarixdə istehsal edilmiş, “Versace” naxışlı 900 manat dəyərində olan xalça, 96 ədəd priborlu olan 2019-cu il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş “Karaca” markalı 2400 manat dəyərində olan çay servizi(qabları), 12 personluq 2019-cu il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş “Karaca” markalı 640 manat dəyərində olan qəhvə seti(qablar), 1500 manat dəyərində Rusiya istehsalı, farfor materialından olan Bogema dəsti (qrafin, rumkalar, meyvə qabı), 250 manat dəyərində 01 (bir) ədəd Çexiya istehsalı bogema(vaza) farvor materialından olan qabı, 2 (iki) nəfərlik 12 ədəd ümumilikdə 1200 manat dəyərində Türkiyə istehsalı olan “TAC” markalı 2019-cu ildə istehsal edilmiş yataq dəstlərinin, 06 (altı) ədəd Türkiyə istehsalı olan, “Atlas” markalı 1800 manat dəyərində yataq dəstləri, “MOLİNEX” markalı 01 (bir) ədəd 2019-cu il tarixdə Fransada istehsal edilmiş 870 manat dəyərində mətbəx kombaynı, 2019-cu il tarixdə istehsal Türkiyə Respublikasında istehsal edilmiş 2400 manat dəyərində (Pesec heyvanın dərisindən olan) qadın gödəkçəsi, 01 ədəd TP-link markalı 2018-cu il tarixdə aldığı, Çin istehsalı wi-fi routerin, 01(bir) ədəd, 2500 manat dəyərində (Norka heyvanın gönündən olan) 2009-cu il tarixdə Türkiyədə istehsal edilmiş “şuba” (gödəkcə), 01 (bir) ədəd 0,5 litrlik həcmində olan 2019-cu il tarixdə istehsal edilmiş (Gepas) markalı, 200 manat dəyərində olan elektrik samovar, bir ədəd 1,5 litilrik həcmində 50 manat dəyərində “Kinga” markalı çaynikin, 01 ədəd 2019-cu il tarixdə istehsal edilmiş 50 manat dəyərində “Tefal” markalı ütü, 01 ədəd 2019-cu il tarixdə istehsal edilmiş 40 manat dəyərində “Tefal” markalı mikser, 01 ədəd 2019-cu il tarixdə istehsal edilmiş 50 manat dəyərində “Tefal” markalı toster, 06 ədəd 4 liter həcmində Türkiyə istehsalı “Karaca” markalı, ümumilikdə 1640 manat dəyərində teflon materialından örtülmüş dəmir qazanları oğurlanmışdır. Məhkəmə iclasında şahid Nümayəndə göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun qohumudur. Səlimə 2020-ci ilin oktyabr ayının sonlarında ailəsi ilə birlikdə Türkiyə Respublikasına gedəndə özünə məxsus ünvan 4 ünvanında olan mənzilin giriş qapısının bağlamış və ailəsi ilə birlikdə hava limanına getdiyi zaman bəzi özü ilə götürdüyü əşyaları evə qoymağı tanışı taksi sürücüsü İslamdan xahiş etmiş və mənzilin açarlarını ona vermişdir. İslam həmin əşyaları mənzilə qoyduqdan sonra açarları gətirib ona vermişdir. 27.10.2020-ci ildə o gedib Səlimənin mənzilinə baxmış, hər şeyin qaydasında olduğu məlum olmuşdur. !6.11.2020-ci ildə, saat 15:00 radələrində yenə həmin mənzilə getmiş və evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Ona məlum olmuşdur ki, mənzildən oğurluq olmuşdur. Bu barədə telefonla Səliməyə məlumat vermiş, evi ona göstərmiş və Səlimə oğurlanan əşyalar barədə ona dəqiq məlumat verdikdən sonra polisə müraciət etmişdir. Oğurlanan əşyaların siyahısını Səlimə özü polisə bildirmiş, ifadəsində müstəntiqə də demişdir. O, Səlimənin verdiyi siyahıya uyğun olaraq oğurlanan əşyalar barədə polisə məlumat vermişdir. Sonra məlum olmuşdur ki, oğurluq edən şəxs Səlimənin də tanıdığı, Səlimənin yaxın tanışının oğlu Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Səliməni tanımış, onun Türkiyəyə gedəcəyini bilmişdir. Hazırkı vaxta qədər oğurlanan əşyalar qaytarılmamışdır. Məhkəmə iclasında Şahid1 göstərdi ki, o, ünvan 5 ünvanında icarə əsasında “kompyuter və digər məişət texnikası” satışı mağazası işlədərək həmin mağazada işlənmiş texnika, kompyuter, qabyuyan və.s kimi avadanlıqları alıb-satır. X3 isə uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs kamera ustası olduğu üçün ondan əvvəllər tez-tez müxtəlif ehtiyat hissələri alırmış. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində Bəhruz ona zəng edərək qohumunun toy edib-gəlin gətirəcəyi üçün evdə olan əşyaları satmaqda ona köməklik edəcəyini bildirmiş, ona həmin evdə olan məişət avadanlıqlarını almağı təklif etmişdir. Bəhruz və adını sonradan bildiyi Qorxmaz adlı şəxslə “Mersedes” markalı avtomobillə ünvan 6 ünvanına getmiş və əmin olmaq üçün Bəhruzdan bir daha həmin mənzildəki əşyaların oğurluq olub-olmadığını soruşmuş, Bəhruz isə həmin mənzilin qohumuna məxsus oldğunu demiş və əlində olan açarı ona göstərmişdir. Ona görə də ona inanmış və Bəhruzun təklifi ilə razılaşmışdır. Həmin vaxt qeyd olunan ünvana özünə məxsus “Ford” markalı avtomobillə gəlmiş, Bəhruzun yanında olan taksi sürücüsü ilə birlikdə həmin mənzilə qalxmışlar və oradan bir ədəd paltaryuyan maşını və digər əşyaları düşürtmüşlər. O, Bəhruzdan həmin gün yalnız bir ədəd “Vestel” markalı paltaryuyan maşını 200 manata, bir gün əvvəl isə Bəhruz ona gətirdiyi “LG” markalı televizoru 250 manata almış, digər məişət əşyaların alınması təklif olunsa da, o razılaşmamış, həmin əşyaların oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Aldığı əşyaları “Tap.az” saytı vasitəsi ilə tanımadığı şəxslərə satmışdır. Şahid2 Toyfuq oğlu göstərdi ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. 29.10.2020-ci il tarixdə Səliməni Bakı şəhərinə hava limanına apararkən Səlimə ona yaşadığı mənzilin açarını qohumu Nümayəndə verməsi və onlara məxsus bəzi əşyaları həmin mənzilə qoyması üçün ona vermişdir. Hava limanından qayıtdıqdan sonra o, Səlimənin mənzilinə getmiş, həmin açarlarla mənzilin giriş qapısını açmış və Səlimənin verdiyi əşyaları ora qoymuşdur. Bir neçə gün sonra o, Nümayəndə zəng edərək qohumu Səlimənin mənzilinin açarlarını ona verəcəyini bildirmişdir. Buna görə Nümayəndə ilə görüşmüş və açarları ona vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs mənzilindən oğurluq hadisəsi baş verməsi barədə eşitmişdir. O, həmin açarları Şəlalədən başqa heç kimə verməmiş, açarların dublikatını çıxartmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəpsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.08.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı vardır.( i.v. 150-151) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 18.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.( i.v 75-76) İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” 03.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində tutulmuşdur. (i.v. 77) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-269/2021 saylı, 05 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 iyul 2021-ci tarixədək həbs qətimkan tədbiri seçilmişdir.(i.v.119-120) İş materiallarında olan “məhkəmə-əmtəəşünaslıq ekspertizanın” 30.04.2021-ci il tarixli 9/1898 nömrəli ekspertiza rəyindən görünür ki, 1 ədəd Lg markalı 109 diaqonalı, 2018-ci il tarixdə istehsal edilmiş televizorun qiyməti 550 manat, bir ədəd Vestel markalı 7 kq həcmində tutumlu, 2020-ci il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş palta yuyan maşının qiyməti 180 manat, bir ədəd Samsung markalı 2019-cu il tarixdə Koreya istehsalı tozsoranın qiyməti 140 manat, Tp-link markalı, 2018-cii l tarixdə aldığı , Çin istehsalı vi-fi routeri qiyməti 15 manat, 05 litrlik həcmində 2019-cu il tarixdə istehsal edilmiş GEPAS markalı elektrik samovarın qiyməti 80 manat, 1,5 litrlik həcmində “Kİnga” markalı çaynik 20 manat dəyərində, 2019-cu il tarixdə istehsal edilmiş Tefal markalı mikserin qiyməti 20 manat, bir ədəd 2019-cu il tarixdə istehsal edilmiş Tefal markalı toster 25 manat, bir ədəd 4 litlik həcmində Türkiyə istehsalı Karaca markalı ümumilikdə teflon materialından istehsal edilmiş qazanların orta bazar qiyməti 90 manat dəyərində və ümumi dəyəri təxminən 1595 (bir min beş yüz doxsan beş) manat müəyyən edilmiş, digər 13 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparılması mümkün olmamışdır. Həmin əşyaların qiyməti Zərərçəkmiş şəxs ifadəsinə əsasən 17160 (on yeddi min yüz altmış) manat məbləğində hesablanmışdır. (i.v.62-65) İş materiallarında olan 17.05.2021-ci il tarixli, 3/728 saylı “məhkəmə-daktiloskopik ekspertizasının” rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktiloentin səthindəki əlbarmaq izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi və 8 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararıldır. Təqdim edilmiş 1, 3, 8 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 2,4, 5, 6,7 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şxəsiyyətin eyniləşdirilməsi üçün yarasızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin şəhadət barmağından və 8 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin çəçələ barmağından qalmışdır. (i.v. 66-74) İş materiallarında olan “cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” 15.06.2021-ci il tarixli qərardan görünür ki, X6 barəsində ********* №-li cinayət işindən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* №-li cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (i.v. 152-153) İş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 10.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Ağa-Şirın qızına məxsus mənzildən hadisə yerindən götürülmüş 09 ədəd əl barmaq izləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, “məhkəmə-əmtəəşünaslıq ekspertizanın” 30.04.2021-ci il tarixli 9/1898 nömrəli rəyində qeyd olunan qiymətlər və həmin ekspert rəyində qiyməti göstərilməyən əşyaların qiyməti zərərçəkmiş Zərərçəkmiş şəxs dediyi kimi hesablanmış və ittiham olunarkən nəzərə alınması qərara alınmışdır. (i.v. 125-130) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən Azərbaycan Respublikası CM-nın 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsddən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması və himayəsində yetkinlik yaşına çatmayan uşağının olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilndiyi Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 03 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs qəsddən törədilmiş az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd kağız qutuda olan hadisə yerindən götürülmüş 8 ədəd əl-barmaq izləri iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə “məhkəmə-əmtəəşünaslıq” və “məhkəmə-daktiloskopik” ekspertizasının keçirilməsi ilə əlaqədar 210,11 (iki yüz on manat on bir qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın əvvəli 03 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 210,11 (iki yüz on manat on bir qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş bir ədəd kağız qutuda olan hadisə yerindən götürülmüş 8 ədəd əl-barmaq izləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-464/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-464/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver