Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-464/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 15.11.93-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Azərtexnoline” şirkətində içlik hazırlayıcı vəzifəsində işləyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat bağlar massivi, bağ evi ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Sumqayıt şəhəri, Corat bağlar massivi bağ evində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs oturacaq və yumruq zərbələri ilə vuraraq sonuncuya sağ təpə gicgah nahiyyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, boyun nahiyyənin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Ailə qurmaqlarına baxmayaraq aralarında rəsmi nikah bağlanılmamışdır. Birgə yaşadıqları müddətdə iki övladları dünyaya gəlmişdir. Son üç il ərzində yoldaşı Günyala aralarında münaqişələr, dava-dalaşlar baş vermiş, hər dəfə aralarında olan münaqişədən sonra Günay birgə yaşadıqları evdən çıxıb valideynlərinin evinə getmişdir. Lakin hər dəfə o Günayın arxasınca gedib onu evlərinə qaytarmışdır. xx.xx.2022-ci il tarixdə işdən çıxandan sonra bir qədər spirtli içki qəbul edib sərxoş olmuş, sonra isə saat 22:00 radələrində sərxoş vəziyyətdə evə gəlmişdir. Evə daxil olandan sonra bu gün hara gedib gəldiyini Günaydan soruşmuş, Günay isə onun bacısıgilə getdiyini ona bildirmiş, belə ki çox sərxoş olduğundan Günayla dava-dalaş etməyə başlamışdır. Evdəki oturacağı götürüb həmin oturacaqla Günayın başından vurmuş, Günayı yerə yıxıb əli ilə boynunu tutaraq onu boğmuş, təpiklə sağ sifət nahiyyəsindən vurmuş, evdəki boşqab və digər qab-qacaqları sındırıb boşqab qırıntısı ilə onun sol əlinə xəsarət yetirmiş və qaz peçinin borusu ilə Günayın çiynindən vurmuşdur. Günay da əlindən qaz borusunu götürüb həmin boru ilə onun sifətindən vurmuşdur. Həmin zaman evdə olan anası Elmira aralarına girmiş, anası onu sakitləşdirmək istədikdə və Günayı vurmamağını bildirəndə o anasını kənara itələmişdir. Sonra isə Günay onun telefonu ilə DİN-nin 102 Xidmətinin zəng mərkəzi sisteminə zəng edib ondan şikayət etmişdir. Əməlindən peşmandır. İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu və himayəsində 02 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyal yoldaşıdır və onunla 2015-ci ilin sentyabr ayında ailə qurmuşlar. Ailə qurmaqlarına baxmayaraq aralarında rəsmi nikah bağlanılmamışdır. Birgə yaşadıqları müddətdə iki övladları dünyaya gəlmişdir. Son üç il ərzində İsmayıl ona bir neçə qadınla xəyanət etmiş, buna görə İsmayıl ilə dəfələrlə aralarında münaqişələr, dava-dalaşlar baş vermişdir. Hər dəfə aralarında olan münaqişədən sonra birgə yaşadıqları evdən çıxıb valideynlərinin evinə getmiş, lakin hər dəfə İsmayıl arxasınca gəlib onu evlərinə qaytarmışdır. 06 ay əvvəl yenidən İsmayılın növbəti xəyanətinə görə o evdən çıxıb getmiş, lakın İsmayıl yenidən ondan yanına qayıtmağını xahiş etdiyinə görə övladlarının xatirinə evə qayıtmışdır. xx.xx.2022-ci tarixdə saat 22:00 radələrində evdə azyaşlı uşaqları və qaynanası Şahid ilə birlikdə olan zaman İsmayıl sərxoş vəziyyətdə evə gəlmiş və gələn kimi onu söyməyə başlayıb bu gün hara gedib gəldiyini ondan soruşmuş, o isə baldızıgilə getdiyini ona bildirmişdir. Sonra heç bir səbəb olmadan onunla dava-dalaş edib evdəki oturacaqı götürüb həmin oturacaqla onun başından vurmuş, yerə yıxıb əli ilə boynunu tutaraq onu boğmuş, təpiklə sağ sifət nahiyyəsindən vurmuşdur. Evdəki boşqab və digər qab qaçaqları sındırıb boşqab qırıntısı ilə onun sol əlinə xəsarət yetirmiş, qaz peçinin borusu ilə çiynindən vurmuşdur. Həmin zaman evdə olan qaynanası Elmira aralarına girib İsmayılı sakitəşdirmək istədikdə və onu vurmamasını bildirəndə İsmayıl öz anasını kənara itələmişdir. O İsmayılın telefonu ilə DİN-nin 102 Xidmətinin zəng mərkəzi sisteminə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdr. Onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan məkəmə tibb ekspertizasının xx.xx.2022-cı il tarixli 391 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə gicgah nahiyyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, boyun nahiyyənin qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdır, müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ciil tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 1197 nömrəli, xx.xx.2022-ci il tarixli Sumqayıt şəhəri Narkoloji Dispanserin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 117 nömrəli, xx.xx.2022-ci il tarixli “Sumqayıt Tibb Mərkəzi” X4 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan A/431 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:15 radələrində orta dərəcədə sərxoş olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağları vardır (xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 oğlu). İş materiallarında olan 1-17940 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi iştirakçısıdır və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına” görə medalı ilə təltif edilmişdir. İş materiallarında olan 11 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və İİ Qarabağ müharibəsi iştirak etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosununhesabına köçürülməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində ictimai işlər cəzası təyin olunmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı və Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 360 (üç yüz altımış) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-464/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-464/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver