Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-464/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsi fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 17 mənzil 62-də qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Corat bağları 1755 D ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi ev ünvanına gələrək, həyətə daş hasardan keçib evin qeyri-yaşayış hesab olunan anbar təyinatlı zirzəmisinin kilidi olmayan qapısından içəriyə qanunsuz daxil olaraq oradan 30 manat dəyərində olan Rusiya istehsallı 01 ədəd “Ural” markalı işlək vəziyyətdə olan dreli, 150 manat dəyərində olan Çin istehsallı 01 ədəd “Bosch” markalı laqondanı (ovuc daşlayıcı) və 400 manat dəyərində olan Çin istehsallı işlək vəziyyətdə olan 01 ədəd “Acer” markalı noutbuku gizli talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, Corat bağları 1755 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi ev ünvanına gələrək, həyətə daş hasardan keçib yaşayış sahəsi hesab olunan evin pencərəsinin dəmir barmaqlığını əli ilə dartıb aralayaraq plastik pəncərəni açıb içəriyə qanunsuz daxil olaraq oradan 220 manat dəyərində olan 2022-ci ildə alınmış Koreya istehsalı olan altlığı ilə birlikdə 01 ədəd “LG” markalı, 32LK330-ZH” modelli, 81 diaqonallı (32 düymlü) işlək vəziyyətdə olan televizoru, 15 manat dəyərində olan 2020-ci ildə alınmış Rusiya istehsallı işlək vəziyyətdə olan 01 ədəd təzyiqölçən aparatı, 10 manat dəyərində olan 2019-cu ildə alınmış Çin istehsallı 01 ədəd “Klaime” markalı işlək vəziyyətdə olan saç fenini, 03 manat dəyərində olan 1970-ci ildə əldə etdiyi Rusiya istehsalı olan 01 ədəd qənd qabını, 20 manat dəyərində olan 2021ci ildə alınmış Çin istehsalı olan 01 ədəd “Kion” markalı işlək vəziyyətdə olan blenderi, 30 manat dəyərində olan 2019-cu ildə alınmış Çin istehsallı 01 ədəd “Sunny” markalı işlək vəziyyətdə olan şirəçəkəni, 15 manat dəyərində olan Çin istehsalı olan 01 ədəd “Socar” markalı işlək vəziyyətdə olan kofeçəkəni, 10 manat dəyərində olan 2017-ci ildə alınmış 01 ədəd “Texnolux” markalı işlək vəziyyətdə olan ütünü, 30 manat dəyərində olan 2015-ci ildə alınmış Almaniya istehsalı olan 01 ədəd “First” markalı işlək vəziyyətdə ətçəkən maşını, 01 ədədi 25 manat 02 ədədi 50 manat dəyərində olan 1983-cü ildə Özbəkistan Respublikasının istehsalı olan dəmirdən (mexeordan) ibarət bəzəkli şəbəkəli kasaları, 5 manat dəyərində olan 2024-cü ildə alınmış Rusiya istehsalı olan bağ üçün nəzərdə tutulmuş 01 ədəd bağ qayçısını gizli talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 408 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,363 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 24 yanvar 2024-cü il tarixdə, saat 16:50 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmoğlu küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə narkotik vasitə heroin əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 22 yanvar 2024-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Corat bağları 1755 D ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi evin anbar təyinatlı zirzəmisinə qanunsuz daxil olaraq oradan oğurladığı 400 manat dəyərində olan Çin istehsallı işlək vəziyyətdə olan 01 ədəd “Acer” markalı noutbuku qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə Təqsirləndirilən şəxs1lıdan əldə edərək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 99da saxlamışdır. Bundan başqa, o, təkrarən 23 yanvar 2024-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Corat bağları 1755 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi evinə qanunsuz daxil olaraq oradan oğurladığı 220 manat dəyərində olan 2022-ci ildə alınmış Koreya istehsalı olan altlığı ilə birlikdə 01 ədəd “LG” markalı, 32LK330-ZH” modelli, 81 diaqonallı (32 düymlü) işlək vəziyyətdə olan televizoru, 10 manat dəyərində olan 2019-cu ildə alınmış Çin istehsallı 01 ədəd “Klaime” markalı işlək vəziyyətdə olan saç fenini, 03 manat dəyərində olan 1970-ci ildə əldə etdiyi Rusiya istehsalı olan 01 ədəd qənd qabını, 20 manat dəyərində olan 2021-ci ildə alınmış Çin istehsalı olan 01 ədəd “Kion” markalı işlək vəziyyətdə olan blenderi, 10 manat dəyərində olan 2017-ci ildə alınmış 01 ədəd “Texnolux” markalı işlək vəziyyətdə olan ütünü, 30 manat dəyərində olan 2015-ci ildə alınmış Almaniya istehsalı olan 01 ədəd “First” markalı işlək vəziyyətdə ətçəkən maşını, 01 ədədi 25 manat 02 ədədi 50 manat dəyərində olan 1983-cü ildə Özbəkistan Respublikasının istehsalı olan dəmirdən (mexeordan) ibarət bəzəkli şəbəkəli kasaları, 5 manat dəyərində olan 2024-cü ildə alınmış Rusiya istehsalı olan bağ üçün nəzərdə tutulmuş 01 ədəd bağ qayçısını qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə Təqsirləndirilən şəxs1lıdan əldə edərək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 99-da saxlamışdır Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 5 il olar ki, narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. Bədənində olan ağrılara görə xx.xx.2024-cü il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığına getmiş, orada tanımadığı şəxsdən 10 manata 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin alıb əynində olan şalvarının cibinə qoymuşdur. Həmin gün saat 16:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi X.Məhərrəmoğlu küçəsi, “Ruzi” marketin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və ona üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu deyərək onlarla bir yerdə bölməyə getməsini təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə 1-ci PB-yə getmişdir. Bölmədə xidməti otaqların birində ona təqdim olunan müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, bu barədə tərtib olunmuş bildiriş ona verilmişdir. Sonra ona üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da əynində olan şalvarın cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirərək, onu həmin gün 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra ona üzərində başqa qanunsuz əşya və narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olunmuş, o da olmadığını demişdir. Sonra üzərində şəxsi axtarış aparılmış və hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş, zərfə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkliş olunmuş, aşkar olunmuş kütlənin qablaşdırılmış qabının üzərinə o da imza etmişdir. Protokol tərtib olunmuş, doğruluğunu o da imzası ilə təsdiq etmişdir. Bundan başqa 22 yanvar və 23 yanvar 2024-cü il tarixlərdə bir neçə mənzilə daxil olub oğurluq da etmişdir. O maddi sıxıntıları olduğuna görə yaşayış olmayan evləri müəyyən edib içəri daxil olub oradan pula gedə biləsi bir neçə əşya götürmüşdür. Özü Corat qəsəbəsində yaşadığından təxmini olaraq hansı evlərdə yaşayış olmadığını bilmiş, 22 yanvar 2024-cü il tarixdə gecə saat 02 radələrində o tək məhləyə çıxmış, bir neçə evi daxil olmaq üçün dəqiqləşdirdikdən sonra və ətrafda heç kimin onu görmədiyindən əmin olduqdan sonra evlərə daxil olmuşdur. İlk dəfə öz yaşadığı evin yaxınlığında olan bir həyətə daş hasardan keçib yaşayış evinin zirzəmisinə daxil olmuşdur. Zirzəminin qapısı kilidli olmamış və o zirzəmidən bir ədəd noutbuk, bir ədəd drel və 01 ədəd laqonda götürüb çıxmışdır. O həyətə daxil olanda və ya çıxanda onu heç kim görməmişdir. Bundan sonra oğurluq etdiyi evlərlə dostu Təqsirləndirilən şəxs2 evi yaxın olduğundan ona telefon vasitəsi ilə zəng etmiş, gecə təxminən saat 03 radələrində qapıya çıxmasının xahiş etmişdir. O, götürdüyü əşyalardan laqondanı (ovuc daşını), dreli və uzadıcıları özündə saxlamışdır. Yusif bayıra çıxanda ondan noutbuku özündə saxlamasını sonra götürəcəyini demişdir. Yusif həmin əşyanın oğurluq olduğunu bilməmiş və noutbuku ondan götürmüşdür. Bundan sonra, o səhəri gün 23 yanvar 2024-cü il tarixdə gecə saat 01 radələrində yenə daha bir həyətə daş hasardan daxil olmuş, həyətdə olan evin pencərəsinin dəmir barmaqlığını əli ilə güc verib aralamış və plastik pəncərəni açıb içəri daxil olmuşdur. Evdən adları yuxarıda sadalanan əşyaları götürmüşdür. Həmin əşyaları bir bir pəncərədən bayıra çıxardıqdan sonra xırda ölçülü əşyaları bazar sumkasına yığıb küçəyə çıxmışdır. Həmin əşyalardan kofeçəkəni, təzyiqölçəni, şirəçəkəni özündə saxlamışdır. Qalan əşyaları yenə də Yusifə verib onun saxlamasını fikirləşmişdir. O, həmin gün yenidən Yusifgilə gedib onu küçəyə səsləmiş, Yusif çıxandan sonra həmin əşyaları göstərib onları da saxlamasını xahiş etmişdir. Yusifə həmin əşyaları səhər götürəcəyini bildirərək onu razı salmışdır. Yusif onunla etdiyi oğurluqlarda iştirak etməmiş, onun bu cinayətlərdə əvvəlcədən məlumatı olmamışdır. O sadəcə əşyaları oğurlayandan sonra Yusifin yaşadığı evə gedib əşyaları onun saxlamasından ötrü təqdim etmişdir. Yusifin onun oğurluğa gedəcəyindən məlumatı olmamış, fikri olmuşdur ki, alıcı tapan kimi bir neçə günə həmin əşyaları götürüb satsın. O ev sahiblərinin heç birini əvvəlcədən tanımamış, onlarla qərəzi olmamışdır. Maddi sıxıntılarına görə oğurluq etmək məcburiyyətində qalmışdır. Yusifə vermədiyi əşyaları isə oğurluqdan dərhal sonra Sumqayıt şəhərində tanımadığı yoldan keçən bir nəfərə ucuz qiymətə satmışdır. O, həmin əşyaların oğurluq olması barədə Yusifə heç bir söz deməmişdir. Bu işdə Yusifin heç bir günahı yoxdur. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu səbəbdən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hər bir oğlurluqdan sonra ümumlikdə iki dəfə o, Yusifə qeyd olunan əşyaları saxlanca vermək üçün sonuncunun yaşadığı ünvana getmişdir. Belə ki, birinci dəfə o, Yusifgilə 22 yanvar 2024-cü il tarixdə səhər saatlarında, ikinci dəfə 23 yanvar 2024-cü il tarixdə gecə vaxtı getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, o, Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, tanıyır. 23 yanvar 2024-cü il tarixdə gecə saat 03 radələrində evdə yatmış, bu zaman Süleyman ona zəng edərək qapıya çıxmasını xahiş etmiş, o da çıxmışdır. Həmin vaxt Süleyman ona içi dolu çanta və televizor vermişdir. Çantanın içərisində məişət əşyaları və noutbok olmuşdur. O, anasının işdə olduğunu, onda evin açarının olmadığını, həmin əşyaların özünə məxsus olduğunu bildirərək saxlamasını xahiş etmişdir. O, həmin əşyaları Süleymandan götürərək yaşadığı evdə saxlamışdır. O, həmin əşyaların oğurluq olduğunu bilməmiş, Süleyman ona bu haqda heç bir söz deməmişdir. Süleyman onların evinə yalnız bir dəfə gəlmişdir. O, ibtidai istintaq zamanı müstəntiqə və təhqiqatçıya qısa izahatlar vermişdir. Saxlanılan zaman ona qarşı heç bir təzyiq olmamışdır. O, müdafiəçisinin iştirakı ilə sərbəst izahat vermişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1nu tanıyır, bir məhəllədə qalırlar, o da narkotik vasitə istifadəçisidir və əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə məhkum olunmuş, onunla qərəzi olmamış, münasibətləri yaxşı olmuşdur. 22 yanvar 2024-cü ildə gecə saat 02 radələrində Süleyman onların həyətinə gəlib onu çağırdığını görmüşdür, O Süleymanın yanında noutbuk və digər əşyaların da olduğunun şahidi olmuşur. O, Süleymandan gecənin bu vaxtı nə istədiyini soruşmuş, Süleyman ona həmin əşyaları evdə saxlamaq lazım olduğunu, sonra gəlib götürəcəyini bildrmişdir. O həmin vaxt Süleymanın narkoman və oğru olduğunu bildiyi üçün başa düşmüşdür ki, gətirdiyi əşyalar da, elə oğurluqdur. Lakin, sözünü yerə salmamış, əşyaları saxlamaq üçün qəbul etmişdir. Həmin əşyaların bir qismini həyətdə istifadə etmədikləri ayaqyolunda, yalnız noutbuku isə otağına aparıb orada saxlamışdır ki, Süleyman götürənə kimi istifadə edər. Amma, Süleyman həmin əşyaları kimin evindən oğurlaması barədə ona heç nə deməmişdir. Bundan sonra, səhəri gün Süleyman yenə gecə saatlarında onu çağırmışdır. Bu dəfə də yanında televizor və sumkada blender, ütü, fen və digər əşyalar olduğunu görmüşdür. Ona Süleymana iradının bildirərək onu işə salmamasını demişdir. Süleyman ondan əşyaları saxlamağını israrla xahiş etdiyindən o həmin əşyaları da, həyətdə olan ayaqyolunda saxlamışdır. Səhər Süleymana zəng edib əşyaların oğurluq əmlak olduğunu bildiyinə görə əşyaları gəlib götürməsini tələb etmiş, lakin, o gələcəyini bildirsə də, gəlib çıxmamışdır. 24 yanvar 2024-cü il tarixdə də, polis əməkdaşları ona yaxınlaşıb Süleymanla birlikdə oğurluq etdiyini deyib 1-ci PB-nə gətirmişlər. PB-də o həmin əmlakların evdə olduğunu bildirmişdir. Onun Süleymanın etdiyi oğurluqlardan əvvəlcədən məlumatı, onunla hər hansı bir razılaşması olmamışdır. Sadəcə, əşyaları onun evinə gətirəndən sonra o bilmişdir ki, əşyalar oğurluq olub. Süleyman ona həmin əşyaları gəlib götürəcəyini bildirmişdir. Onun həmin işdən heç bir maddi marağı olmamışdır. Həmin əşyalardan evdə olan ailə üzvlərinin məlumatı olmamışdır. O, həmin əşyaları elə yerdə saxlamışdır ki, heç kim oraya daxil olmamışdır. Məhkəmə iclasında ibitdai istintaq zamanı verdiyi ifadəsi elan olnduqdan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 hadisələrdən sonra cəmi bir dəfə onun yaşadığı ünvana gələrək müəyyən əşyaları saxlamaq üçün ona vermişdir. Süleyman onlara iki dəfə deyil yalnız bir dəfə gəldiyini bildirir. Qeyd edir ki, o, Süleymanın ona saxlamaq üçün verdiyi əşyaların oğlurluq olduğunu bilməmiş, bu səbəbdən vəkilinin çıxışında onun barəsində bəraət hökmümünün çıxarılması barədə çıxışı ilə razıdır. Nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməllərini törətməsi biri digərindən ayrılıqda verdikləri ifadələri ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Corat bağları 1755 D saylı bağ evi ona məxsusdur. Həmin ev 6 sot torpaq sahəsində tikilməklə, 2 otaqdan, evin altında olan zirzəmisindən ibarət olmuşdur. Ev hasarla əhatə olunmuş, darvazası da vardır. xx.xx.2024-cü il tarixdə axşam saat 18 radələrində o həyətə düşüb evin zirzəmisinə daxil olmaq istəyərkən, zirzəminin dəmir qapısı açıq olduğunu görmüşdür. İçəriyə daxil olduqda müəyyən etmişdir ki, oradan Çin istehsalı olan 01 ədəd «Acer» markalı noutbuk, Rusiya istehsalı olan 01 ədəd «Ural» markalı drel, Çin istehsalı olan 01 ədəd «Bosh» markalı laqonda yerində yoxdur, oğurlanıbdır. Lakin o əvvəlcə bu barədə şikayət etmək istəməmişdir. O biləndə ki, qonşulardan da oğurluq olubdur, həmin günün səhərisi, yəni xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunaraq ərizə yazmış və ondan izahat alınmışdır. Ərizə yazarkən o oğurlanan noutbukların sayını səhvən 02 ədəd göstərmiş, əslində evindən 01 ədəd noutbuk oğurlanmışdır. «Acer» markalı noutbuku o, 2015-ci ildə 1700 manata almış, noutbuk oğurlanan vaxt istifadə olunmuş, ekranı sınmış vəziyyətdə idi, hazırki bazar qiyməti də təxminən 400 manat olardı. Drel və laqonda da istifadə olunmuşdur, onların da birinin qiyməti 100 manat olmaqla ikisinin cəmi qiyməti 200 manatdır. Beləliklə həmin oğurluq nəticəsində ona ümumilikdə təxminən 600 manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizəsində ona dəymiş ziyanın qismən ödənildiyini, qalan hissəyə dair tələbinin olmadığını, cəza təyini zamanı qeyd etdiklərini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Corat bağları 1755 saylı bağ evi ona məxsusdur. Həmin bağ evində hazırda heç kim yaşamır. Onlar həmin bağ evinə hər ilin may ayında gedib dekabr ayına kimi orada yaşamışlar, daha sonra isə Bakı şəhərindəki evlərinə qayıtmışlar. 2024-cü ilin may ayında gəlib dekabr ayının 17-si çıxmışlar. Buna baxmayaraq orada qonşuluqda yaşayan Adil Hüseynov onların bağ evinə gəlib nəzarət edib getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Adil ona zəng vuraraq bildirmişdir ki, bağ evinə gedib nəzarət edərkən görmüşdür ki, bağ evlərinin yataq otağının plastik pəncərəsinin dəmir barmaqlığını çıxarıb, hansısa küt əşya ilə plastik pənəcərini sıxıb açaraq içəriyə daxil olmuşlar. O da bir neçə saat sonra Bakı şəhərindəki evindən çıxıb Sumqayıt şəhərindəki həmin bağ evinə gəlmişdir. Həyətə daxil olub bağ evinə yaxınlaşdıqda görmüşdür ki, həqiqətəndə evin yataq otağının dəmir barmaqlığı çıxarılaraq, asılı vəziyyətdədir, plastik pəncərə də açıqdır. O evin qapısını açıb içəriyə daxil olmuş və evə nəzər yetirdikdə müəyyən etmişdir ki, yuxarıda adları sadalanan əşyalar yerində yoxdur. O hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunaraq orada ərizə yazmış və ondan izahat alınmışdır. Edilmiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 1133 manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs2 ərizəsində Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyanının ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qeyd etdiklərinin nəzərə alınmasnı xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma oğludur. Yusifin tanışı Təqsirləndirilən şəxs1 oğurayaraq gətirib Yusifə verdiyi əşyaları evində saxlamasından əvvəlcədən məlumatı olmamış, Yusif özü ona bu barədə heç nə deməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında 1-ci PB-nin əməkdaşları onun yaşadığı evə gəldikdən sonra ona məlum olmuşdur ki, Süleyman Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri Corat bağ massivində fərdi yaşayış evindən oğurladığı altlığı ilə birlikdə 01 ədəd LG markalı televizoru, 01 ədəd “Acer” markalı noutbuku, 01 ədəd “Texnolux” markalı ütünü, 01 ədəd “Klaime” markalı feni, 01 ədəd “Frist” markalı ət çəkəni, 01 ədəd “Kion” markalı blenderi, 01 ədəd qənd qabını və 02 ədəd bəzəkli kasanı evdə saxlaması üçün oğlu Yusifə vermişdir. Bu səbəbdən o, da həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Süleyman adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə, saat 16:50-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri Corat qəsəbəsi X.Məhərrəmoğlu küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında saxlanılaraq 1-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Süleymanın üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili təqdim etmiş, Süleyman bildirişlə tanış olaraq, vəkilə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O, da əynində olan şalvarının cibindən 01 ədəd sellofan bükümü təqdim etmiş, büküm açıldıqda içərisində narkotik vasitə olan heroin aşkar olunmuşdur. Süleyman üzərindən aşkar olunan həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Süleymanlıdan üzərində qanunsuz əşya olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmiş, sonuncu üzərində başqa qanunsuz əşya və narkotik vasitə olmadığını bildirmişdir. Süleymalının üzərindən hər hansı bir başqa qanunsuz əşya aşkar olunmamışdır. Süleymanın üzərindən aşkar olunan heroin sellofan bükümlə birlikdə tərəzidə çəkilmiş, qablaşdırılıb üzəri möhürlənmişdir. Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 sözügedən hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs2, Samirə Məmmədova, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri Corat bağ massivində yerləşən fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub onların evlərindən müxtəlif ev əşyalarını oğurlamış və həmin əşyaları saxlanılması üçün gətirib tanışı Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da həmin əşyaları öz evində saxlamış, daha sonra həmin əşyaların Təqsirləndirilən şəxs2 evində olması aşkar edildikdən sonra Təqsirləndirilən şəxs2 atası Şahid1 həmin əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid3 da Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsini ( bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v.1); 26 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 177.2.2 və 177.2.3-cü maddısindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 194.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (cild İ, i.v. 134-135) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 24 yanvar 2024-cü il tarixdə, saat 19:10 dəqiqədə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur ( cild İ, i.v. 45); 26 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə CM-nin 194.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır.( cild İ, i.v 165-166, 176-177) təqsirləndirilən şəxsin X3 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə 26 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. ( cild İ, i.v. 178-179); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 24 yanvar 2024-cü il tarixdə, saat 16:50 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 30); 26 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir, həmin tarixdə CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İ, i.v 137-138, 152-154) Sumqayıt şəhər Məhkəməsinin 4(060)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablanmışdır. (i.v.64-66) Sumqayıt ŞPİ 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Elşad Məmmədovun “baxış keçirilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri Corat bağları 1755 saylı bağ evində oğurluq hadisəsi olmuşdur. Bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir.(cild İ, i.v. 8-12) Sumqayıt ŞPİ 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Elşad Məmmədovun “baxış keçirilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri Corat bağları 1755D saylı bağ evində oğurluq hadisəsi olmuşdur. Bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir.(cild İ, i.v. 23-27) xx.xx.2024-cü il tarixli “təqdim etmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 atası Şahid1 01 ədəd “Acer” markalı noutbuku, altlığı ilə birlikdə 01 ədəd “LG” markalı televizoru, 01 ədəd “Klaime” markalı saç fenini, 01 ədəd qənd qabını, 01 ədəd “Kion” markalı blenderi, 01 ədəd “Texnolux” markalı ütünü, 01 ədəd “First” markalı ətçəkən maşınını, 02 ədəd kasaları, 01 ədəd bağ qayçısını istintaqa təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. (cild İ, i.v. 55-60) “şəxsi axtarışın keçirilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Süleyman adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 16:50-də Sumqayıt şəhəri Corat qəsəbəsi X.Məhərrəmoğlu küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında saxlanılaraq 1-ci PB-nə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Rəşad Məhərrəmov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Günay Cəfərovanı təqdim edir, Süleyman bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Süleyman da əynində olan tünd-göy rənglicins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd sellofan bükümü təqdim edir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroin aşkar olunur. Sorğu zamanı Süleyman üzərindən aşkar olunan həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilir, Süleyman isə üzərində başqa qanunsuz əşya və narkotik vasitə olmadığını deyir. Süleymanın üzərinə şəxsi axtarış keçirildi və hər hansı bir başqa qanunsuz əşya aşkar olunmur. Süleymanın üzərindən aşkar olunan heroin sellofan bükümlə birlikdə tərəzidə çəkildikdə 0,59 qram olması məlum olduqdan sonra qablaşdırılıb üzəri möhürlənir. Vəkil Günay Cəfərova tərəfindən Süleymandan polis əməkdaşları tərəfindən saxlanıldığı zaman hər hansı fiziki təziqə məruz qalıb-qalmadığı, üzərindən aşkar olunan heroinin ona məxsus olub-olmadığı soruşulur, Süleyman saxlanıldığı zaman hər hansı fiziki təsirə məruz qalmadığını, üzərindən aşkar olunan heroinin ona məxsus olduğunu bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. (cild İ, i.v 88-89). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/527 nömrəli 25 yanvar 2024-cü il tarixli fiziki-kimyəvi rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 125 ” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş....(imza) Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş... (imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,363 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild İ, i.v.106-110) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1395 nömrəli 19 mart 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında və fotocədvəllərdəgöstərilən malların orta istismar intesivliyi parametlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına orta bazar qiyməti aşağıdakı kimi müəyyən olunur. 1) Zərərçəkmiş şəxs2 məxsus mallar: -220 manat dəyərində olan 2022-ci ildə alınmış Koreya istehsalı olan altılığı ilə birlikdə 01 ədəd “LG” markalı, 32LK330-ZH” modelli, 81 diaqonallı (32 düymlü) işlək vəziyyətdə olan televizor; -15 manat dəyərində olan 2020-ci ildə alınmış Rusiya istehsallı işlək vəziyyətdə olan 01 ədəd təzyiqölçən aparat; -10 manat dəyərində olan 2019-cu ildə alınmış Çin istehsallı 01 ədəd “Klaime” markalı işlək vəziyyətdə olan saç feni; -03 manat dəyərində olan 1970-ci ildə əldə etdiyi Rusiya istehsalı olan 01 ədəd qənd qabı; -20 manat dəyərində olan 2021-ci ildə alınmış Çin istehsalı olan 01 ədəd “Kion” markalı işlək vəziyyətdə olan blender; -30 manat dəyərində olan 2019-cu ildə alınmış Çin istehsallı 01 ədəd “Sunny” markalı işlək vəziyyətdə olan şirəçəkən; -15 manat dəyərində olan Çin istehsalı olan 01 ədəd “Socar” markalı işlək vəziyyətdə olan 01 ədəd kofeçəkən; -10 manat dəyərində olan 2017-ci ildə alınmış 01 ədəd “Texnolux” markalı işlək vəziyyətdə olan 01 ədəd ütü; -30 manat dəyərində olan 2015-ci ildə alınmış Almaniya istehsalı olan 01 ədəd “First” markalı işlək vəziyyətdə ətçəkən maşın; -01 ədədi 25 manat 02 ədədi 50 manat dəyərində olan 1983-cü ildə Özbəkistan Respublikasının istehsalı olan dəmirdən (mexeordan) ibarət bəzəkli şəbəkəli kasalar; -05 manat dəyərində olan 2023-cü ildə alınmış Rusiya istehsalı olan bağ üçün nəzərdə tutulmuş 01 ədəd bağ qayçısı Cəmi: 408 manat 2) Zərərçəkmiş şəxs1 məxsus mallar: -30 manat dəyərində olan Rusiya istehsallı 01 ədəd “Ural” markalı işlək vəziyyətdə olan drel; -150 manat dəyərində olan “Bosch” markalı laqonda. Cəmi: 180 manat. (cild İ, i.v. 229-244) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1224 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild İ, i.v. 227-228). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr iki dəfə oğurluq əməlini törətməsinə görə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild İ, i.v. 192-193, 216-218) Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli höküm ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə 04 ay 24 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. (cild İ, i.v. 195-196, 203-215) CM-nin 18.4.1-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində MKİS-nə heç bir şikayət daxil olmamışdır.(cild İ, i.v 182). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində MKİS-nə heç bir şikayət daxil olmamışdır.(cild İ, i.v 199) “sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.2 , 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 CM-nin 194.1ci maddəsi ilə ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə ekspertizasının rəyləri, məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.313 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ümumi məbləği 580 manat, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ümumi məbləği 408 manat olması nəzərə alınmış, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 177.2.1, 180 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd “Acer” markalı noutbuk, altlığı ilə birlikdə 01 ədəd “LG” markalı televizoru, 01 ədəd “Klaime” markalı saç feni, 01 ədəd qənd qabı, 01 ədəd “Kion” markalı blenderi, 01 ədəd “Texnolux” markalı ütü, 01 ədəd “First” markalı ətçəkən maşını, 02 ədəd kasa, 01 ədəd bağ qayçısı maddi sübut kimi tanınmış, 01 ədəd “Acer” markalı noutbukun saxlanılması üçün Zərərçəkmiş şəxs1, altlığı ilə birlikdə 01 ədəd “LG” markalı televizoru, 01 ədəd “Klaime” markalı saç feni, 01 ədəd qənd qabı, 01 ədəd “Kion” markalı blenderi, 01 ədəd “Texnolux” markalı ütü, 01 ədəd “First” markalı ətçəkən maşını, 02 ədəd kasa, 01 ədəd bağ qayçısının saxlanılmasıüçün Zərərçəkmiş şəxs2 təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (cild İİ, i.v. 29-40); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək Süleymanın onların evinə yalnız bir dəfə gəldiyini, verilən əşyaların oğurluq olduğunu bilmədiyini bildirsə də , məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Yusif Səfərəbəyovun ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş digər təqsirləndirilən şəxs Süleyman Süleymanovun ifadəsi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Yusif Səfərəbəyov özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir zor və qanunsuz hərəkətlər edilməmiş, hər hansı təzyiqə məruz qalmamış, ibtidai istintaq zamanı ifadəsində əməlini etiraf etmişdir. CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. CM-nin 194.1-ci maddəsinə görə Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. CM-nin 234.1-ci maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən heroinin 0,15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 194.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal olduğundan sonuncuya CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsi mümkün deyildir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs1 tərəfindən törədilən hər bir əmələ fərdi yanaşaraq sonuncunun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, bundan öncə də oğurluq cinayət əməli törətməsinə görə məhkumluq həyatı yaşamasına baxmayaraq islah olunmayaraq, yenə oğurluq etməsini, eyni zamanda zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarını, qeyd olunan miqdarın şəxsi istehlak miqdarına yaxın olmasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs1 CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, məhkumluğu ödənilmədiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsini, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 24 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi və və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 164 (bir yüz altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.313 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, 01 ədəd “Acer” markalı noutbukun saxlanılması üçün Zərərçəkmiş şəxs1, altlığı ilə birlikdə 01 ədəd “LG” markalı televizoru, 01 ədəd “Klaime” markalı saç feni, 01 ədəd qənd qabı, 01 ədəd “Kion” markalı blenderi, 01 ədəd “Texnolux” markalı ütü, 01 ədəd “First” markalı ətçəkən maşını, 02 ədəd kasa, 01 ədəd bağ qayçısının saxlanılmasıüçün Zərərçəkmiş şəxs2 təhvil verilməsinin nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs1 CMnin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək ünvan 5 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 164 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.313 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut, 01 ədəd “Acer” markalı noutbukun saxlanılması üçün Zərərçəkmiş şəxs1, altlığı ilə birlikdə 01 ədəd “LG” markalı televizoru, 01 ədəd “Klaime” markalı saç feni, 01 ədəd qənd qabı, 01 ədəd “Kion” markalı blenderi, 01 ədəd “Texnolux” markalı ütü, 01 ədəd “First” markalı ətçəkən maşını, 02 ədəd kasa, 01 ədəd bağ qayçısının saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsinin nəzərə alınsın. Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-464/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-464/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver