Məhkəmə qərarları › İş №1(060)-465/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-465/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-465/2022 16.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayit Apellyasiya Məhkəməsinin 1(105)- 126/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 21 (iyirmi bir) gün müddətinə vaxtından əvvəl azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,413 qram və 0,399 qram çəkidə narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə 0,402 psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 06 mart 2022-ci il tarixdə saat 21:40 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən 205 saylı binanın yanında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisindən 0,413 qram və 0,399 qram, ümumilikdə 0,812 qram çəkidə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə 0,402 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 6 ildir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 2019-cu ilin iyul ayında Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2020-ci ilin sentyabr ayında cəzasını çəkib qurtarmışdır. Bir müddət əvvəl inslaqram sosial şəbəkəsində Aqil adlı şəxslə tanış olmuşdur. Həmin şəxs onun narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. xx.xx.2022-ci il tarixdə onun «whatsapp»la göndərdiyi kart hesabına 36 (otuz altı) manat pul göndərmiş və bunun müqabilində ondan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almışdır. O, narkotik vasitə olan heroini və metamfetamini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mərasim evinin yanına yerə qoyacağını bildirmiş və həmin yerin şəklini çəkib ona göndərmişdir. Həmin yerə gedib 02 (iki) ədəd bükümdə heroini və 01 (bir) ədəd bükümdə metamfetamini götürüb özü istifadə etmək üçün üzərində saxlamış və Sumqayıt şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat 21:40 dəqiqədə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən 205 saylı binanın yaxınlığında olarkən 02 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda, satışında və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də, onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar maşına əyləşmiş və bir başa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini və 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan melamfetamini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, sellofan bükümlərin içərisindəki narkotik vasitə olan heroin və metamfetamindir. Onları xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mərasim evinin yanından Aqil adlı şəxsin qoyduğu yerdən götürmüş və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. O, saxlanılarkən, Polis Bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamış və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Himayəsində 03 (üç) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, halhazırda Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 93A ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 21:40 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 16-cı mikrorayon, 205 nömrəli binanın yanında Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Rəşad nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu 3-cü PB-nə dəvət etmişlər. Rəşad heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqlardan birində baş təhqiqatçı Pərviz Babayev «Samsung» markalı telefonun videokamera funksiyasını işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim olunmuşdur. O, vəkilə etııaz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 03 (üç) ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, 02 (iki) ədəd bükümdə «kakos», yəni narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə isə «şüşə», yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onlar ondan həmin narkotik vasitə və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mərasim evinin yanında Aqil adlı şəxsin qoyduğu yerdən götürdüyünü və bunun müqabilində Aqilin «whatsapp»la göndərdiyi kart hesabına 36 (otuz altı) manat pul göndərdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd bükümdə narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Müdafiəçi1 Təqsirləndirilən şəxs nə vaxt saxlanıldığını və saxlanılarkən ona qarşı fiziki güc tətbiq olunub-olunmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə saxlanıldığı vaxtı demiş və saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını bildirmişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəqiq əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. xx.xx.2022-ci ıl tarixdə ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 16-cı mikrorayon, 205 saylı binanın yanında saxlanılaraq 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqlardan birində təhqiqatçı polis mayoru, Anar Axundov özünü təqdim etdikdən sonra polis əməkdaşları, müdafiəçi və saxlanılan şəxs özlərini təqdim edirlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 03 (üç) ədəd sellofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, 02 (iki) ədəd bükümdə «kakos», yəni narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə isə «şüşə», yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən İPRO markalı qara rəngli mobil telefonu çıxarıb təqdim edir. Ondan həmin narkotik vasitə və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mərasim evinin yanında Aqil adlı şəxsin qoyduğu yerdən götürdüyünü və bunun müqabilində Aqilin «whatsapp»la göndərdiyi kart hesabına 36 (otuz altı) manat pul göndərdiyini deyir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni nə məqsədlə üzərində saxladığını və həmin maddələrdən kiməsə satıb-satmadığını soruşur. Təqsirləndirilən şəxs həmin maddələrdən iki-üç dəfə 15 (on beş) manata satdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd bükümdə narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilir. Heroinin ümumi çəkisi 0,90 qram, metamfetaminin çəkisi isə 0,44 qram təşkil edir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir. Bundan sonra narkotik vasitə narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi1 Təqsirləndirilən şəxs nə vaxt saxlanıldığını və saxlanılarkən ona qarşı fiziki güc tətbiq olunub-olunmadığını soruşur. Təqsirləndirilən şəxs isə saxlanıldığı vaxtı deyir və saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını bildirir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1363 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs...» sözləri olan zəıdəkı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,413 qram, 0,399 qram ümumi təmiz çəkisi 0,812 qram olan qəzvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,402 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi - 0,812 qram, tədqiqata sərf edilən miqdar - 0,100 qram, qalıq - 0,712 qram. Metamfetaminin təmiz çəkisi - 0,402 qram, tədqiqata sərf edilən miqdar - 0,050 qram, qalıq - 0,352 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 1408 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgəqəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,812 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,712 qram heroin və 0,402 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,352 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-465/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-5637 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 323 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 03 (üç) azyaşlı uşaqları vardır (xx.xx.2008-ci il təvəllüdlü X7 oğlu, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayit Apellyasiya Məhkəməsinin 1(105)-126/2020 saylı, xx.xx.2020ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayit Apellyasiya Məhkəməsinin 1(105)-126/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 21 (iyirmi bir) gün müddətinə vaxtından əvvəl azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CPM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CPM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaslı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,812 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,712 qram heroin və 0,402 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,352 qram psixotrop maddə metamfetamin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 81,00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,712 qram narkotik vasitə heroin və 402 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar