Məhkəmə qərarları › İş №1(060)-465/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-465/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-465/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1957-ci ildə Naxçıvan Muxtar Respublikasl, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-cİ ilin sentyabr ayında özünün adına təsis olunması əks olunan “Yeni Azərbaycana Dəstək” İctimai Birliyinin qeydiyyata alınmasına və fəaliyyət göstərməsinə hüquq verən 119-Q-81-3786 qeydiyyat nömrəli, 15 sentyabr 2022-ci il tarixli “Yeni Azərbaycana Dəstək” X3, 15 sentyabr 2022-ci il tarixli, 119-Q81-3786 qeydiyyat nömrəli “Qeyri-Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” Şəhadətnaməsini və xx.xx.2022-ci il tarixli. 05/39/7-15 nömrəli “X1 reyestrindən" Çıxarışın blanklarını, üzərində olan çap mətnlərini və möhür əkslərini axınlı printer vasitəsi ilə imzaları isə sənəd üzərinə birbaşa icra edilməyərək axınlı printer vasitəsi ilə çap edilməklə istifadə etmək məqsədilə saxtalaşdıraraq hazırlamış, sonra isə həmin sənədləri həqiqiliyini notarial qaydada rəsmiləşdirmək məqsədilə 19 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinə təqdim etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, müstəntiq tərəfindən aldadılaraq, işin 160 (bir yüz altmış) manat cərimə ilə xitam olunacağı qəti şəkildə bildirildiyi üçün fərqinə varmadan müstəntiqin göstərdiyi sənədlərə imza etmiş, barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi olduğunu məhkəmənin bildirişini alandan sonra bilmiş, sonradan ona göndərilmiş ittaham aktını oxuyanda barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi olduğunu bilmiş, müstəntiqə işlə bağlı verdiyi izahatında qəti olaraq qeyd olunan sənədlərin saxta olduğunu bilməmiş, həmin sənədləri Əliyeva Şəbinə adlı bir köhnə tanışı ona göndərmiş, hətta ictimai birliyin adının da “Yeni Azərbaycana Dəstək” şəklində olmasının yuxarıdan məsləhət bilindiyini demiş, həmin ictimai birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri Kommersiya X2 keçirilməsini həll etmək üçün “PDF” proqramı vasitəsilə təsisçilərin imza etdiyi “Yeni Azərbaycana Dəstək” İctimai Biriliynin nizamnaməsinin ona göndərilməsinin kifayət etdiyini, özünün kompyüter vasitəsilə yazdığı, Şahid3 və Şahid4 də imza etdiyi, yəni təsis etdikləri “Yeni Azərbaycana Dəstək” İctimai Biriliynin nizamnaməsinin 07 (yeddi) vərəqdən ibarət fotoşəkillərini çəkib PDF proqramı vasitəsilə Səbinə adlı qadına göndərmiş, 2022-ci ilin sentyabr ayının ortalarında Şəbinə ona “Vhatsap” vasitəsilə yazaraq bütün sənədərin hazır olduğunu, həmin sənədləri xx.xx.2022-ci il tarixdə özünün istifadəsində olan +**********9 mobil nomrədən “Vhatsap” vasitəsilə onun isifadəsində olan ***-***-**-** nömrəsinin “Vhatsap”-na göndərmiş, sonra sənədlərin əslini hansı ünvana göndərməli olduğunu soruşmuş, özünün yaşadığı evin ünvanını vermiş, 15 sentyabr 2022-ci il tarixdə Şəbinə mobil telefon nömrəsi ***-***-**-** olan Niyaz adlı paçtalyon vasitəsilə üzərində Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun imzası və möhürü olan 07 (yeddi) vərəqəlik nizamnaməni, üzrərində ədliyyə nazirinin müavini Toğrul Musayevin imzası olan Şəhadətnaməni və üzərində Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun imzası və möhürü olan 01 (bir) səhifəlik Dövlət Reyestrindən Çıxarışı rəsmi qaydada zərfdə təqdim etmişdir. Şəbinə dəfələrlə onunla apardığı “Vhatsap” yazışmalarında özünü ailənin ən yaxın adamı kimi qələmə verdiyi, özünün yüksək vəzifəli dövlət adamlarının ailə üzvləri ilə yanaşı şəkillərini paylaşdığı üçün və yaratdıqları ictimai Biriyin də məramı yalnız dövlətə dəstək olduğu üçün rəsmi qaydada poçt vasitəsilə göndərilmiş qeyd olunan sənədlərin saxta ola bilməsi ağlından belə keçməmişdir. VEOEN açdırmaq üçün VERGİ idarəsinə yaxınlaşdıqda sənədlərin notariat qaydada təsdiq olunmuş surətlərinin təqdim olunmalı olduğu bildirilmiş, buna görə də həmin sənədlərin saxta olmasına dair heç bir şübhəsi və məlumatı olmadan təsdiq etdirmək üçün notariat ofisinə müraciət etmişdir. Orada sənədlər şübhə doğurduğundan Nazirliklə əlaqə saxlanılmış və sənədlərin saxta olduğu məlum olmuşdur. Bundan sonra özü şəxsən həmin sənədləri Nazirliyə apararaq şəxsən təhvil vermiş və bu barədə aidiyyətli orqanlara rəsmi qaydada ərizə ilə müraciət edərək, sənədləri saxtalaşdıran şəxlərin müəyyən edilməsini tələb etmiş və sənədləri saxtalaşdıran şəxlərin aşkar edlməsinə bilavasitə köməklik göstəmişdir. Həmin sənədlərin Nəbi tərəfindən şəxsən Nazirliyə təqdim olunması Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən bu barədə verilmiş və məhkəməyə təqdim olunmuş arayışla da tam təsdiq olunur. Məhkəməyə təqdim olunmuş həmin arayışda göstərilir ki, “Yeni Azərbaycana Dəstək” İctimai Birliyinin qeydiyyata alınmasına və fəaliyyət göstərməsinə hüquq verən 119- Q81-3786 qeydiyyat nömrəli, 15 sentyabr 2022-ci il tarixli “Yeni Azərbaycana Dəstək” X3, 15 sentyabr 2022-ci il tarixli 119 Q-81-3786 qeydiyyat nömrəli “Qeyri Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında Şəhadətnaməsini və xx.xx.2022-ci il tarixli, 05/39/-15 nömrəli “Qeyri X4 reyestrindən” Çıxarış şəxsən onun tərəfindən Nazirliyə təqdim olunmuşdur. Həmin sənədləri Əliyeva Səbinə adlı köhnə tanışı hazırlayaraq ona göndərmişdir və bu barədə qanuni tədbirlər görülməsi xahiş olunmuşdur. Nazirlik tərəfrindən verilmiş həmin arayışla sübut olunur ki, Notarius əməkdaşları tərəfindən verilmiş, guya sənədlərin saxta olduğu bilinəndən sonra onun sənədləri israrla geri istəməsi, lakin onların sənədləri ona verməyərək aidiyyəti üzrə göndərmələri barədə verdikləri ifadələr həqiqəti əks etdirmir, yalandır. Qeyd olunan sənədərin saxta olduğunu biləndən sonra o, dərhal bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna və Prezidentə bu barədə tədbir görülməsi və cinayət törədənlərin aşkar olunması xahişi ilə ərizələr göndərmişdir. İbtidai istintaqı aparmış müstəntiq tərəfindən ittiham aktında onun Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildiyi göstərilsə də, istintaq zamanı verdiyi ifadəsində o qeyd olunan sənədləri özü hazırlamadığını, Əliyeva Şəbinə adlı köhnə tanışı tərəfindən hazırlanaraq poçt vasitəsilə ona göndərildiyini göstərmişdir. Həmin ifadənin məzmunundan da görünür ki, istintaq zamanı verdiyi ifadəsində o, özünü Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilməmişdir. Əgər doğrudan da özünü təqsirli bilsə idi, sənədləri necə, nə vaxt, hansı qaydada və üsullarla hazırlaması barədə ifadə verərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir ictimai fəaliyyətlə məşğul olmuş və həmçinin əvəllər “X7” İctimai Birliyinin sədri vəzifəsində çalışmışdır. Lakin barəsində neqativ fikirlər yarandığından 2021-ci ildə könüllü olaraq ərizə ilə həmin İB-ni ləğv elətdirmiş, lakin 2022-ci ildə yeni təşkilat yaratmaq qərarına gəlmiş və adını “Yeni Azərbaycana Dəstək İctimai Birliyi” qoyaraq özündən başqa təsisçi kimi qızı Şahid3 və tanışı Şahid4 qeyd edib yaşadığı evində keçirdiyi iclasda bu barədə onlara bildirmiş, Rəna və Rəfail də yeni ictimai birlikdə təsisçi kimi iştirak etməyə razılıq vermişlər. Bundan sonra yaratdığı həmin təşkilatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Qeydiyyatından keçirilməsi məsələsi ortaya çıxmış, lakin əvvəlki təşkilatla bağlı yaranmış problemlərlə əlaqədar yeni yaratdığı qurumu qeydiyyatdan keçirməyin çətin olacağını bilmişdir. İstifadə etdiyi “Vhatsap” qruplarından birində Şəbinə adlı xanımla bir neçə dəfə yazışıb fikir mübadiləsi aparmış və həmin vaxt heç vaxt üzdən görmədiyi Şəbinə ona ictimai birliyin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Qeydiyyatından keçirilməsi üçün lazım olan sənədləri düzəldə biləcəyini, bunun üçün “PDF” proqramı vasitəsi ilə təsisçilərin imza etdiyi “Yeni Azərbaycana Dəstək” İB-nin Nizamnaməsini ona göndərməsinin kifayət etdiyini bildirdikdə özünün kompyuter vasitəsi ilə yazdığı və 1-ci səhifəsinə özündən başqa Şahid3 və Şahid4 də imza etdikləri “Yeni Azərbaycana Dəstək” İB-nin nizamnaməsinin 07 (yeddi) vərəqdən ibarət fotoşəkillərini çəkib PDF proqramı vasitəsi ilə Şəbinə adlı qadına göndərmiş, bundan bir həftə sonra, yəni təxminən 2022-ci ilin sentyabr ayının ortalarında Şəbinə ona “Vhatsap” vasitəsi ilə yazaraq bütün sənədlərin hazır olduğunu, həmin sənədləri hansı ünvana göndərəcəyini soruşduqda ona öz yaşadığı evin ünvanını vermiş və 15 sentyabr 2022-ci il tarixdə Şəbinə tanımadığı bir paçtalyon vasitəsi ilə ona üzərində Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun imzası və möhürü olan 07 (yeddi) vərəqəlik nizamnaməni, üzərində ədliyyə nazirinin müavini Toğrul Musayevin imzası olan Şəhadətnaməni və üzərində Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun imzası və möhürü olan 01 (bir) səhifəlik Dövlət Reyestrindən çıxarışı zərfdə təqdim etmişdir. Həmin sənədlərə baxan kimi təqdim olunan sənədlərin üzərində olan imza və möhürlərin saxta olduğunu başa düşmüş, lakin möhürlər elə orijinal şəkildə sənədlərə həkk olunmuşdur ki, bunu heç kimin hiss etməyəcəyini düşünüb sənədlərin həqiqiliyini notarial qaydada təsdiq etdirmək qərarına gəlmiş və bu səbəbdən də 19 sentyabr 2022-ci il tarixdə qeyd olunan sənədləri də götürüb Sumqayıt şəhərindəı yerləşən 4 saylı notariat ofisinə gedərək həmin sənədləri ofisin əməkdaşına təqdim edib həqiqiliyini notarial qaydada təsdiqlənməsini xahiş etmişdir. Lakin həmin sənədə baxan Famil adlı əməkdaş nədənsə şübhələnib sənədləri notarial ofisin notariusu Cəmaləddin müəllimə göstərmiş və Cəmaləddin müəllim onu otağına dəvət edərək qeyd olunan sənədləri necə əldə etdiyini soruşduqda o, sənədlərin saxta olmadığını, aylar ərzində etdiyi müraciətlər əsasında həmin sənədlərin hazırlandığını bildirmişdir. Camaləddin ona həmin sənədləri baş idarəyə göndərib bir daha yoxlatdıracaqlarını və daha sonra ona məlumat verəcəklərini bildirmiş və həmin sənədləri götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisində mütəxissis vəzifəsində, həmçinin 4 saylı notariat ofisinin xüsusi notariusu Şahid2 köməkçisi vəzifəsində çalışır. 19 sentyabr 2022-ci il tarixdə səhər saatlarında notariat ofisinə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs gələrək özünün “Yeni Azərbaycana Dəstək” ictimai qurumun rəhbəri olduğunu və müvafiq dövlət orqanlarında qeydiyyatdan keçdiyini bildirib həmin quruma dair dövlət qeydiyyatı haqqında şəhadətnamə, X1 reyestrindən çıxarış və nizamnaməni ona təqdim edərək həmin sənədlərin notariat qaydada təsdiq olunmasını istəmiş, qeyd olunan sənədlərə baxdıqda dövlət qeydiyyatı haqqında şəhadətnamədə ədliyyyə nazirinin müavini Toğrul Musayevin adının qarşısında olan imzanın və X1 reyestrindən çıxarışda Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun adının qarşısında olan imza və möhürün saxta olmasından şübhələnərək həmin sənədləri xüsusi notarius Şahid2 təqdim edərək qeyd olunan sənədlərdə olan imza və möhürlərin saxta olmasından şübhələndiyini bildirmiş, Şahid2 da həmin sənədlərə baxıb Təqsirləndirilən şəxs öz xidməti otağına dəvət etmiş və qeyd olunan sənədləri ona göstərərək hansı yolla əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin sənədləri özü aylar ərzində etdiyi müraciətlər əsasında dövlət qurumlarında özünün təsdiq etdirdiyini, qeyd olunan sənədlərdə olan hər hansı bir möhür və ya İmzanın saxta olmasının qeyri-mümkünlüyünü bildirmişdir. Buna baxmayaraq Şahid2 Təqsirləndirilən şəxs təqdim etdiyi şəhadətnamə və çıxarışın saxtalığından şübhələndiyindən rəsmi qaydada qeydiyyat və notariat baş idarəsinə göndərmiş, Təqsirləndirilən şəxs bu barədə öyrəndikdə israrla həmin sənədləri geri istəmiş, Şahid2 isə onun təqdim etdiyi sənədlərin müvafiq dövlət orqanlarında yoxlanıldıqdan sonra ona qaytarılacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atası Nəbi uzun illərdir ictimai fəaliyyətlə məşğul oİmuş və həmçinin əvəllər, “X7” İctimai Birliyinin sədri vəzifəsində çalışmışdır. Lakin atası barəsində onu istəməyən şəxslər tərəfindən neqativ fikirlər yaradıldığından 2021-ci ildə könüllü olaraq ərizə ilə həmin İB-ni ləğv elətdirmişdir. O, heç vaxt atası Nəbinin ictimai işlərinə qarışmamış və özü də hər hansı ictimai-siyasi fəaliyyətlə məşğul olmamışdər. Atasının da hansı fəaliyyətlə məşğul olmasından xəbəri olmayıb, o sadə bir evdar qadındır. 2022-ci ildə atası yeni təşkilat yaratmaq qərarına gəlmiş və adını 'Yeni Azərbaycana Dəstək İctimai Birliyi” qoyaraq ona təsisçi kimi onun da adını qeyd etməsini təklif etmişdir. O, atasına etiraz etməmişdir. Həmçinin atası uzun illər tanışı olan Rəfaili də təsisçi kimi dəvət etmiş və o da öz razılığını bildirmişdir. Bundan sonra atası yeni təsis etdiyi “Yeni Azərbaycana Dəstək” İB-nin kompyuterdə yazılmış 07 (yeddi) vəqərədən ibarət nizamnaməsini ona və Rəfailə təqdim etmiş, onlar da həmin nizamnamənin 01 (bir) sahəfəsində olan adlarının qarşısında imza etmişlər. Bundan sonra atası həmin sənədləri təsdiq olunmasından ötrü Ədliyyə Nazirliyinə göndərəcəyini bildirmişdir. Daha sonra atası poçtalyon ona Ədliyyə Nazirliyindən məktub gətirdiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Sumqayıt Texnologiya Parkında operator vəzifəsində, istirahət günlərində isə "xxxx" MMC kuryer xidmətində işləyir. Onun ərazisi Abşeron rayonu və Sumqayıt şəhəri olduğundan Masazır, Xırdalan, Ceyranbatan, Sumqayıt və St.Sumqayıt ərazisinə olan məktubları o göndərildiyi ünvana çatdırır. xx.xx.2022-ci il tarixdə Qeydiyyat və Notariat Baş İdarəsinin möhürü olan məktubu Təqsirləndirilən şəxs təqdim etmişdir. Belə ki, məktubun üzərində Təqsirləndirilən şəxs nömrəsi olduğundan ona zəng etmiş, kəndin ərazisi böyük olduğundan evin yerini dəqiq öyrənmiş və məktubu Təqsirləndirilən şəxs vermiş, o da qəbzə imza etməklə məktubu qəbul etmişdir. Lakin məktubun içərisində olan sənədlərdən onun xəbəri olmamışdır. Onun işi məktubu üzərində yazılan şəxsə çatdırmaq və qəbzə qol çəkdirməkdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Nəbi Qafaov onun həyat yoldaşıdır. Evdə olan zaman Nəbi müəllimə zəng gəlmiş, poçtalyon olduğunu bildirərək ona Ədliyyə Nazirliyindən çatası məktubun olduğunu bildirdi. Nəbi müəllim evdən çıxaraq Zəfəran aptekin yanına gedərək sənədləri götürüb həyətə gəlmişdir. Bu zaman o, Nəbi müəllimin əlində sənədlərin olduğunu görmüş və həyətə düşərək onun yanına getmiş, Nəbi müəllim ona Ədliyyə Nazirlindən içtimai birliyin təsdiq olunması haqqında sənədlərin göndərildiyini bildirmiş, o da onu bu münasibətlə təbrik etmişdir. xx.xx.2022-ci il tarixdə həyətin qapısı döyülmüş, o qapını açdıqda ondan Nəbi müəllimin yoldaşı olduğunu soruşmuşlar, o da yoldaşı olduğunu bildirmiş və ona Nəbi müəllimə çatası sənədlər olduğunu deyərək qəbul etməsini bildirmişlər. Lakin o bu sənədləri qəbul edə bilməyəcəyini, onun Nəbi müəllimlə danışmağını, ancaq o qəbul et deyərsə o zaman sənədləri qəbul edəcəyini demiş, həmin şəxs də Nəbi müəllimlə danışmış və o sənədləri qəbul etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Nəbi Qafaov onun atasıdır. xx.xx.2022-ci il tarixdə o işdə olan zaman bacısı onun mobil telefonuna sənədlərin şəklini göndərmiş, o da həmin şəkilləri atasına göndərmiş və demişdir ki, Səbinə xanım göndərib sənədləri, zəng vurub atasını təbrik etməsini bildirmişdir. O, evə gəlmiş, atasını təbrik etmiş, həmin vaxt atası mobil telefon vasitəsilə Votchapla Səbinə xanımla danışdığını, işlərin qaydasında olduğunu və bir-iki günə nizamnaməni təsdiq olunmuş vəziyyətdə ona göndəriləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə atası Səbinə xanımla Votchapla yazışan zaman Səbinə xanım ona demişdir ki, onların arasında olan bütün yazışmaları silməsini və bu prosesi kamera ilə çəkib ona göndərməyini ona bildirmişdir. Bu zaman atası telefonunda olan yazışmaları silə-silə o da bu prosesi kamera vasitəsilə çəkmişdir. Səbinə xanım yeni nömrə aldığını və onlarla əlaqə saxladığını bildirmiş, lakin həmin gündən sonra onunla əlaqə kəsilmişdir. İş materiallarında olan məhkəmə-texniki ekspertizasının 22 fevral 2023-cü il tarixli, 5/205 saylı rəyindən görünür ki, təqdim edilmiş 15 sentyabr 2022-ci il tarixli, 119-Q81-3786 qeydiyyat nömrəli “Qeyri-Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnamə adlı və xx.xx.2022-ci il tarixli, 05/39/7-15 nömrəli “X1 reyestrindən” çıxarışın blankları üzərində çap mətnləri, möhür əksləri axınlı printer vasitəsi ilə çap edilmişdir. Təqdim edilmiş 15 sentyabr 2022-ci il tarixli, 119-Q81-3786 qeydiyyat nömrəli “Qeyri- Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnamədə “Toğrul Musayev”in adı qarşısındakı imza, xx.xx.2022-ci i! tarixli, 05/39/7-15 nömrəli “X1 reyestrindən” çıxarışında “İlqar Məmmədovun” adı qarşısındakı imza sənəd üzərində birbaşa icra edilməmiş, axınlı printer vasitəsi ilə çap edilmişdirlər. Təqdim edilmiş “X1 reyestrindən” çıxarışın üzərindəki “çıxarışın verildiyi tarix və №” qrafalarmda olan rəqəmlər hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan "xxxx" MMC-nin qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs çatası sənədlər "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, onun təqsiri iş materiallarında olan sübutlarla təsdiqini tapmışdır, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut olan 15 sentyabr 2022-ci il tarixli, 119-Q81-3786 qeydiyyat nömrəli "Qeyri-Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnamə adlı, xx.xx.2022-ci il tarixli, 05/39/7-15 nömrəli “X1 reyestrindən çıxarış” və “Yeni Azərbaycana Dəstək” ictimai birliyinin nizamnaməsi adlı sənədlər cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 62,00 (altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 15 sentyabr 2022-ci il tarixli, 119-Q81-3786 qeydiyyat nömrəli "Qeyri-Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnamə adlı, xx.xx.2022-ci il tarixli, 05/39/7-15 nömrəli “X1 reyestrindən çıxarış” və “Yeni Azərbaycana Dəstək” ictimai birliyinin nizamnaməsi adlı sənədlər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 62,00 (altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar