Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-465/2024 25.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs2, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Qubadlı rayonu, Dondarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Qubadlı rayonu, Dondarlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 14cü məhəllə ərazisində yerləşən internat məktəbinin yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “039” marketin plastik pəncərəsini sıxıb açaraq həmin pəncərədən marketə qanunsuz daxil olub piştaxtanın altındakı karton qutudan Zərərçəkmiş şəxs2 məxsus 480 (dörd yüz səksən) manat məbləğində nağd pulu, rəflərdə olan 01 (bir) ədədi 3 (üç) manat 80 (səksən) qəpik dəyərində olmaqla ümumilikdə 40 (qırx) ədəd 152 (bir yüz əlli iki) manat dəyərində boz nazik “Winston” markalı və 01 (bir) ədədi 4 (dörd) manat 30 (otuz) qəpik dəyərində olmaqla ümumilikdə 90 (doxsan) ədəd 387 (üç yüz səksən yeddi) manat dəyərində göy nazik “Sobranie” markalı siqaretləri gizli talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1019 (bir min on doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2024-cü il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 5-ci mikrorayon, 24/138 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən Qubadlı rayon Statistika İdarəsinin inzibati binasının plastik pəncərəsini üzərində olan burğac vasitəsilə açaraq həmin pəncərədən Statistika İdarəsinin rəisi X5 xidməti otağına qanunsuz olaraq daxil olaraq həmin otaqda yerləşən digər otağın plastik qapısını da üzərində olan burğac vasitəsilə açıb otağa daxil olmuş, həmin otaqda olan 70 (yetmiş) manat dəyərində 01 (bir) ədəd Azərbaycan Respublikası istehsalı olan, eni 40 sm, uzunluğu 70 sm, yaş asfalt rəngli dəmir seyfi oğurlayaraq içəri daxil olduğu pəncərədən çölə çıxarmaqla yaxınlıqdakı ağaclıq sahəyə aparmış, ağaclıq sahədə seyfin qapısını sonradan həmin yerə gətirmiş olduğu ağır çəkic və qanırğı (montirovka) ilə açaraq seyfin içərisində olan Zərərçəkmiş şəxs1 məxsus 22.800 (iyirmi iki min səkkiz yüz) manat məbləğində nağd pulu və 500 (beş yüz) manat dəyərində 01 ədəd qızıl qadın üzüyünü gizli talamaqla zərərçəkmiş şəxs Cəlal Ağayevə ümumilikdə 23370 (iyirmi üç min üç yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, gah Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evdə kirayədə, gah da atasının yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən internat məktəbinin yataqxanasında yaşamışdır. Onun maddi imkanı yaxşı olmadığı və borcu çox olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də 14 oktyabr 2023-cü il tarixdə, təxminən saat 01 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisinə gəlmişdir. Həmin ərazidə piyada gəzərkən “039” marketin qapılarının bağlı olduğunu və işıqlarının sönülü vəziyyətdə olduğunu görmüşdür. Marketdə heç kimin olmadığına əmin olduqdan sonra ətrafa nəzər yetirmiş və ətrafda da heç kimin olmadığına əmin olduqdan sonra həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. Marketin sağ yan plastik pəncərəsinə yaxınlaşıb əli ilə pəncərəni itələməyə başlamışdır. Biraz cəhd etdikdən sonra nəhayət itələyib pəncərəni açmış, sonra isə açdığı pəncərədən içəri daxil olmuş, içəridə piştaxtaya yaxınlaşıb ətrafına fikir vermiş və piştaxtanın altında olan karton qutuda pul olduğunu görmüşdür. Həmin pulları götürərək cibinə qoymuş, pulun az olduğunu düşündüyü üçün rəflərə düzülmüş 40 ədəd boz nazik “Winston” markalı və 90 ədəd göy nazik “Sobranie” markalı siqaratləri marketdə olan torbaların birinə yığaraq daxil olduğu pəncərədən küçəyə çıxmış və tez oradan uzaqlaşmışdır. Oğurladığı siqaretləri gizlətmiş, pulu sayanda isə götürdüyü pulun 480 manat olduğunu müəyyən etmişdir. 14 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında isə siqaretləri gizlətdiyi yerdən çıxararaq tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu və oğurladığı 480 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. “039” marketdən oğurluq edən zaman tək olmuş, yanında heç kim olmamış, oğurluq etməsi barədə də heç kimə məlumat verməmişdir. Bundan başqa o, maddi imkanı pis olduğu üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də 25 yanvar 2024-cü il tarixdə, təxminən saat 01:30 radələrində əvvəllər kirayədə yaşadığı Corat qəsəbəsində yerləşən evdən burğac götürərək cibinə qoymuş və piyada atasıgilin yaşadığı 14-cü məhəllə ərazisinə tərəf gəlməyə başlamışdır. Yolda qarşısına heç kimin olmadığı ev və ya obyekt çıxarsa oradan oğurluq edib pul və ya qiymətli hər hansı əşya ələ keçirməyi fikirləşmişdir. 25 yanvar 2024-cü il tarixdə, təxminən saat 02 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, Səməd Vurğun küçəsi ilə hərəkətdə olduğu zaman binaların birinin 1-ci mərtəbəsində yerləşən Qubadlı rayon Statistika İdarəsinin işıqlarının sönmüş vəziyyətdə olduğunu görmüş, daha sonra isə ətrafa diqqət yetirib heç kimin olmadığını gördükdə həmin idarədən oğurluq etmək qərarına gəlmişdir. İdarənin giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərəyə yaxınlaşıb üzərində olan burğacı pəncərənin arasına salmış və pəncərəni itələyərək açmışdır. Sonra isə həmin pəncərədən içəriyə daxil olmuş, içəriyə daxil olduğu otaqda masa, stullar və digər əşyalar olmuşdur. Həmin otaqda olan dolabları və digər yerləri axtarsa da oradan qiymətli heç bir əşya və pul tapa bilməmişdir. Sonra isə otaqda olan plastik qapını açıb ora daxil olmaq və həmin yeri də axtarmaq qərarına gəlmiş, üzərində olan burğacı həmin qapının arasına salıb qapını itələyərək açmış, otağa daxil olanda orada dəmirdən seyfin olduğunu görmüşdür. Həmin seyfi orada aça bilməyəcəyini başa düşdüyü üçün seyfi oğurlayıb aparmaq və başqa yerdə açmaq qərarına gəlmişdir. Buna görə də seyfi götürüb otağa daxil olduğu pəncərənin yanına gətirib pəncərəyə qoymuş, sonra isə özü pəncərədən çölə çıxıb seyfi götürərək yolun digər tərəfinə aparmış və orada olan ağacların arasında gizlətmişdir. Sonra isə seyfi açmaq üçün valideynlərinin yaşadığı 14-cü məhəllə ərazisinə yerləşən internat məktəbinin yataqxanasının yanına gəlmişdir. Qardaşı Xansuvarın atasıgilə məxsus olan bağçada əlvan metal qəbulu ilə məşğul olduğu üçün seyfi aça biləcək alətlərin olduğunu fikifrləşmiş və buna görə də həmin bağa gəlmişdir. Bağda qardaşına məxsus ağır çəkic və manterofka adlanan aləti götürüb qardaşına məxsus velosipedlə seyfi gizlətdiyi yerə gəlmiş, manterofka və ağır çəkiclə seyfin qapısını açmışdır. Seyfə baxanda orada ayrı-ayrılıqda kağıza bükülmüş pulların, qızıl qadın üzüyünün və seyfin kiçik hissəsində isə yenə də kağıza bükülmüş vəziyyətdə pulun olduğunu görmüşdür. Seyfin kiçik hissəsindəki və böyük hissəsindəki pulları və qızıl üzüyü götürüb cibinə qoymuş, digər zərfi açanda içərisində pul olduğunu görmüş, lakin götürdüyü pulların ona bəs edəcəyini düşünüb həmin pulu götürməmişdir. Sonra isə gəldiyi velosipedlə oradan uzaqlaşmış, oradan uzaqlaşmazdan əvvəl ağır çəkici, manterofkanı və burğacı yaxınlıqda olan xəstəxananın həyətinə atmışdır. Velosipedlə bağçaya gəldikdən sonra velosipedi orada qoyaraq götürdüyü pulları saymağa başlamış, həmin pulları saydıqda kağız bükülünün birinin içərisində 22000 (iyirmi iki min) manat, digərinin içərisində isə 800 (səkkiz yüz) manat pul olduğunu görmüşüdür. Həmin pulları cibinə qoyaraq oradan piyada 30-cu məhəllə ərazisinə gəlmiş və orada tanımadığı taksiyə əyləşib Bakı şəhəri, Binəqədi rayonu ərazisinə yola düşmüşdür. Binəqədi rayonunda adını xatırlamadığı kafeyə getmiş və orada oturub yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin kafedə çörək yeyib spirtli içki qəbul etdikdən sonra orada Nicat adlı taksi sürücüsü ilə tanış olmuş, söhbət zamanı Nicatdan onu Yevlax rayonuna aparmasını istəmiş, Nicat da onu apara biləcəyini demişdir. Nicat metallik rəngli Toyota Prius markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil idarə etmişdir. Onun Yevlax rayonuna getməkdə məqsədi orada hərbi xidmətdə olan bacısı oğlu Elmin Məlikovu ziyarət etmək olmuşdur. Həmin kafedən bacısı oğluna aparmaq üçün müxtəlif yeməklər və şirələr almış, Yevlax rayonuna getməzdən əvvəl Nicatdan avtomobili “Sədərək” bazarında saxlamasını istəmiş, onlar “Sədərək” bazarına gəldikdən sonra oradan özünə şalvar, köynək, gödəkçə, çanta və digər geyim əşyaları almış, aldığı yeni geyimləri əyninə geyinmiş, köhnə paltarları isə zibilliyə atmışdır. Həmçinin aldığı yeni paltarların bəzilərini də çantaya yığıb özü ilə götürmüşdür. Bundan sonra Nicatla birlikdə Yevlax rayonu istiqamətində yola düşmüşlər. Yolda olanda o, Nicatın mobil telefonu ilə birlikdə işlədiyi Nazimə zəng vurub sonuncuya Yevlax rayonuna bacısı oğlunu ziyarət etməyə getdiyini bildirmiş, Nazim isə ona borclu olduğu 825 (səkkiz yüz iyirmi beş) manat pulu istəmişdir. O, da Nazimə bank kartının şəklini göndərməsini, ona istədiyi qədər pul göndərə biləcəyini demişdir. Təxminən saat 16 radələrində Yevlax rayonuna çatıb Elminin xidmət etdiyi hərbi hissəyə getmiş, lakin Elminlə görüşməsinə icazə verməmişlər. Həmin vaxt Nicata onu gözləməsini. başqa gedəcəyi yer olarsa, onu aparacağını demiş, sonuncu da onunla razılaşmışdır. Bacısı oğlu ilə görüşə bilmədiyi üçün Nicat ona birlikdə Tər-tər rayonuna gedib orada gəzməyi təklif etmiş, o da Nicatla razılaşmış və təxminən saat 17 radələrində Yevlax rayonundan çıxıb Tər-Tər rayonuna təxminən saat 18 radələrində çatmışlar. Orada tanımadığı restoranların birində oturub yemək yedikdən sonra gecəni adını xatırlamadığı oteldə qalmışlar. 26 yanvar 2024-cü il tarixdə yenə də Nicatla birlikdə gəzmək üçün Gəncə şəhərinə getmiş, 27 yanvar 2024-cü il tarixdə, təxminən saat 01 radələrində Nicatla birlikdə Tər-Tər rayonundan çıxıb təxminən saat 03 radələrində Gəncə şəhərinə çatmışlar. Gəncə şəhərində restoranların birində yemək yedikdən sonra təxminən saat 04 radələrində oradan çıxıb yenidən Tər-Tər rayonuna qayıtmışlar və orada yenə də oteldə gecələmişlər. Sonra isə yenidən Gəncə şəhərinə qayıtmışlar. Yolda onlar gəzmək üçün Bərdə rayonuna getmişlər və orada mağazaların birində özünə 260 manata “İnfinix Smart 8” markalı mobil telefon almış, şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün Nicatın şəxsiyyət vəsiqəsi ilə mobil telefon nömrəsi almış və həmin nömrəni aldığı mobil telefonun üzərinə qoymuş, bundan sonra Nicat və o sonuncunun idarə etdiyi avtomobillə Gəncə, Tər-tər, Bərdə və Şəmkir rayonlarını gəzmişlər, getdikləri bütün rayonlarda da gecələdikləri otellərin pulunu, yedikləri yeməklərin pulunu o vermişdir. 29 yanvar 2024-cü il tarixdə, təxminən saat 01 radələrində Nicatla birlikdə Ceyranbatan qəsəbəsinə gəlmiş, orada da restoranların birində oturub yemək yeyib spirtli içki qəbul etmişdir. Sonra isə Nicatla birlikdə Sumqayıt şəhərində yerləşən “Şamlıq” restoranına gəlmişlər. Orada o, Nazimə zəng vuraraq gəlib onu yaşadığı evinə aparmağını istəmiş, Nazim də təxminən saat 21 radələrində kafeyə gəlmiş, orada o, Nazimə xidmət haqqı olaraq 200 manat pul vermişdir. Nazim həmin pulu Nicata verdikdən sonra onu yaşadığı evə aparmışdır. 29 yanvar 2024-cü il tarixdə evdə olduğu zaman polis əməkdaşları gələrək onu oğurluq cinayəti törətməkdə şübhəli olduğunu bildirib polis idarəsinə dəvət etmişlər, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş və şifahi sorğu zamanı törətdiyi əməlini etiraf etmişdir. Seyfin içərisindəki pul, qızıl üzük və medalı oğurlayan zaman tək olmuş, yanında heç kim olmamışdır, oğurluq etməsi barədə də heç kimə məlumat verməmişdir. Seyfi açıb içərisindən ümumilikdə 22800 manat pulu, bir ədəd qızıl üzüyü və bir ədəd medalı oğurlayan zaman əlavə olaraq zərfdə 6000 manat pulun olduğunu görmüş, lakin götürdüyü pulların ona kifayət edəcəyini düşündüyü üçün həmin pulu götürməmiş, medala baxdıqdan sonra kənara tullamış, sonradan cibinə baxanda oğurladığı qızıl qadın üzüyünü itirdiyini aşkar etmiş, oğurluq edən zaman əynində süd rəngli köynək, göy rəngli cins şalvar, qara rəngli gödəkçə, qara rəngli papaq, əlində isə əlcək olmuş, Nicatla birlikdə Yevlax rayonuna getməzdən əvvəl Sədərək Ticarət Mərkəzinə gedib orada özünə yeni paltarlar almış və oğurluq zamanı əynində olan paltarların hamısını zibilliyə atmışdır. Oğurladığı pullardan 10000 (on min) manatını özünə məxsus çantaya qoymuş, həmin çanta da yadından çıxaraq Nazimin avtomobilində qalmışdır. Qalan 12800 manat pulun hamısını xərclədiyi üçün istintaqa təqdim edə bilməmişdir. Nazim və Nicata nə oğurluq etməsi barədə nə də ki Nazimə çantasında 10000 (on min) manat pul olması barədə də məlumat verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X6 ifadəsində göstərmişdır ki, o, 1997-ci ildən Qubadlı Rayon Statistika idarəsinin rəisi vəzifəsində işləyir. İdarənin inzibati binası 1993-cü ildən ünvan 1 ünvanının 1-ci mərtəbəsində yerləşir. Hal-hazırda idarədə özü daxil olmaqla 11 nəfər işçi çalışır. xx.xx.2024-cü il tarixdə, saat 08:45 radələrində müavini Şahid7 ona zəng edib otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu və otağından oğurluq edilməsindən şübhələndiyini bildirmişdir. O, isə Anara işə gəldiyini və gələnə kimi Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat verməyini demişdir. O, idarəyə çatdıqdan sonra otağına daxil olmuş və otağının pəncərəsinin açıq olduğunu, jalüzün yerdə olduğunu və sənədlərin dağınıq vəziyyətdə və seyfinin yerində olmadığını görmüşdür. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları idarəyə gəlmişlər. Onun xidməti otağı 2 otaqdan ibarət olmaqla inzibati binanın girişindən sol tərəfdə yerləşir. Otaqda sol küncdə plastik qapısı olan 2 kvadrat metr ölçüdə qarderob vardır. Həmin yerdə dəmir seyf və digər kompüter avadanlıqları olmuşdur. Həmin seyf özünə məxsusdur və 10 ilə yaxındır ki, ora qoymuşdur. Həmin seyfin içərisində yerləşən kiçik hissəsində özünə məxsus 22000 (iyirmi iki min) manat, seyfin iri hissəsində zərfin içərisində 6000 manat, seyfin döşəməsində özünə məxsus 800 (səkkiz yüz) manat pulu və özünə məxsus 500 (beş yüz) manat dəyərində qızıl qadın üzüyünü saxlamışdır. O, ümumilikdə 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat pulu xx.xx.2024-cü il tarixdə yaşadığı evdən götürərək otağındakı seyfdə saxlamaq üçün gətirmişdir. Həmin puldan 6000 manat pulu həyat yoldaşı onkoloji xəstə olduğu üçün ayırıb zərfin içərisinə qoymuş və istifadə edəcəyi üçün seyfin böyük hissəsində əl altında saxlamışdır. Bundan başqa 800 manat pul və qızıl üzüyü qızı Aygünə verəcəyi üçün ayırıb seyfin döşəməsində saxlamışdır. Bundan başqa həmin seyfdə arxiv sənədləri və dövlət qulluğunda fərqləndiyi üçün təltif olunduğu tərəqqi medalı olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 29300 (iyirmi doqquz min üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Ona məxsus qızıl qadın üzüyü 10 qram çəkidə, 585 əyarlı, üzəridə brilyant qaşlar olmuş və üzüyü 2020-ci ildə Bakı şəhərində Moskva Univermağından 500 manata almışdır. Seyfi isə şəxsi vəsaiti hesabına 2017-ci ildə Sədərək Ticarət Mərkəzindən 180 manata almışdır. Hadisə zamanı ona verilmiş tərəqqi medalı da oğurlanmışdır. İşçilərin otağında seyfinin olması ilə bağlı məlumatı olsa da, pulun orada olması ilə bağlı heç kimin məlumatı olmamışdır. Otağının açarı xadimədə, seyfin açarı isə təkcə özündə olmuşdur. Baş vermiş oğurluq hadisəsindən şübhələndiyi şəxs olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat saat 17:30 radələrində işdən çıxaraq otağının qapı və pəncərələrini bağlayıb evinə getmişdir. Zərərçəkmiş şəxs X6 ona dəymiş maddi ziyanın tam ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdır ki, təxminən 2 ildir Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “039” marketi işlədir. Marketdə müxtəlif ərzaq məhsulları ilə yanaşı siqaretlərin də satışını həyata keçiririr. Hər gün mütəmadi olaraq marketi səhər saatlarında açıb təxminən saat 00:00 radələrində bağlayır. 13 oktyabr 2023-cü il tarixdə yenə də səhər saatlarında marketi açıb fəaliyyət göstərməyə başlamışdır. 14 oktyabr 2023-cü il tarixdə, təxminən saat 00:10 radələrində marketin bağlayıb yaşadığı evinə getmişdir. 14 oktyabr 2023-cü il tarixdə, təxminən saat 06:30 radələrində yenə də marketə gəlib qapısını açaraq içəri daxil olmuş, marketə daxil olduqdan sonra sol tərəfdə yerləşən plastik pəncərənin açıq olduğunu görmüş və marketdən oğurluq olduğunu düşünüb ətrafa baxmağa başlamışdır. Marketə baxan zaman ona piştaxtanın altına qoyduğu karton yeşiyin içərisindən ümumilikdə 480 manat nağd pul, rəflərdə olan 01 ədədi 4 manat dəyərində olan ümumilikdə 40 ədəd 160 manat dəyərində boz nazik “Winston” markalı və 01 ədədi 4 manat 50 qəpik dəyərində olan ümumilikdə 90 ədəd 405 manat dəyərində göy nazik “Sobranie” markalı siqaretlərin oğurlandığı məlum olmuşdur. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vuraraq marketdən oğurluq olması barədə məlumat vermişdir. Marketdən oğurluq etməkdə şübhələndiyi şəxs və ya şəxslər yoxdur. İşlətdiyi marketdən oğurluq edilməsi nəticəsində ona ümumilikdə 1045 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanın tam ödəniliyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 20 ildir tanıyır, onunla münasibəti həmişə yaxşı olmuşdur. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən dəmirçi-qaynaqçı sexini işlədir, İmdad da onun işlətdiyi sexdə usta kimi işləyir. 25 yanvar 2024-cü il tarixdə, təxminən saat 10 radələrində tanımadığı nömrədən mobil telefonuna zəng gəlmiş, telefonu açanda danışanın İmdad olduğunu bilmiş və sonuncudan harada olduğunu soruşmuşdur. İmdad isə Yevlax rayonunda hərbi xidmətdə olan bacısı oğlunun yanına ziyarətə getdiyini demiş, sonra isə İmdad ona özünə avtomobil almaq istədiyini, həmin avtomobillə həm taksi fəaliyyəti ilə məşğul olacağını, həm də onun yanında işləyəcəyini bildirmişdir. O, isə İmdaddan pulu haradan əldə etdiyini soruşanda sonuncu daha sonra ona deyəcəyini bildirmişdir. İmdadın ona 825 manat pul borcu olduğu üçün sonuncudan borcunu istəmiş, İmdad isə ona danışdığı nömrəyə bank kartını göndərməyini, nə qədər pul istəyirsə göndərə biləcəyini demişdir. O da İmdada banka borcu olduğunu deyəndə sonuncu ona “sənə 3000 pul göndərim ya 5000 min” demiş, o heç bir söz deməyəndə isə İmdad ona 10000 manat pul göndərəcəyini demişdir. Bundan sonra o, İmdadın atası ilə telefonla danışıb İmdadın Yevlax rayonuna, bacısı oğlunu ziyarətə getdiyini bildirmişdir. Gün ərzində İmdadın mobil telefonuna zəng vurub sonuncu ilə əlaqə saxlamışdır. 29 yanvar 2024-cü il tarixdə, təxminən saat 01 radələrində İmdad ona zəng vurub Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Şamlıq” restoranında olduğunu və ora gedib onu götürməsini xahiş etmişdir. O, da həmin restorana gedib orada İmdadla görüşmüşdür. Həmin vaxt İmdadın yanında sonradan adını bildiyi Nicat adlı şəxs də olmuş və onlar orada birlikdə oturmuşlar. O, onlarla görüşdükdən sonra Nicat sanitar qovşağa getmiş, İmdad isə onu evinə aparmasını xahiş etmişdir. Onlar avtomobildə oturan zaman isə İmdad ona 200 manat pulu yol haqqı olaraq Nicata verməyini xahiş etmiş, o da həmin pulu Nicata vermişdir. Sonra isə İmdadı yaşadığı evə aparmış, evinə gəldikdən sonra isə səhəri gün avomobilə baxanda isə İmdadın çantası və gödəkçəsinin avtomobilində qaldığını görmüşdür. İmdadın oğurluq etdiyindən məlumatı olmamış, sonuncu bu barədə ona heç bir söz deməmişdir. İmdadın çantasının içərisinə baxmadığı üçün həmin çantada nə olduğunu bilməmiş və həmin çantanı istintaqa təqdim edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, 25 yanvar 2024-cü il tarixdə xidməti vəzifəsilə əlaqədar olaraq Sumqayıt şəhər polis idarəsində olduğu zaman növbətçi hissə Qubadlı Rayon Statistika İdarəsindən oğurluq olduğunu bildirmişdir. Daxil olmuş məlumat əsasında polis əməkdaşları ilə birlikdə Qubadlı Rayon Statistika İdarəsinin yerləşdiyi Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 5-ci mikrorayon, 24/138 nömrəli binanın qarşısına gəlmişlər. Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 5-ci mikrorayon, 24/138 nömrəli binanın 1-ci mərtəbəsində yerlənən Qubadlı rayon Statistika İdarəsinin inzibati binasına baxış keçirilmişdir. Baxış zamanı idarənin giriş qapısından sol tərəfdə, binanın baş hissəsində yerləşən platsik pəncərənin açıq vəziyyətdə olduğu müəyyən olunmuş, binanın içərisinə daxil olduqda sol tərəfdə idarənin rəisi Cəlal Ağayevin xidməti otağı yerləşir. Otağa daxil olduqda otağın plastik pəncərəsinin, otağın daxilində olan digər otağın plastik qapısının açıq olduğu, otaqda olan bəzi sənədlərin dağınıq vəziyyətdə olması müşahidə olunmuşdur. Plastik qapıdan kiçik otağa daxil olduqdan sonra Cəlal Ağayev otağın künc hissəsini göstərərək həmin hissədə dəmir seyfin olduğunu, seyfin içərisində ona məxsus 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat pul, bir ədəd qızıl qadın üzüyünün, medalın və sənədlərin olduğunu, həmin seyfin içərisində olan əşyalarla birlikdə oğurlandığını bildirmişdir. Baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalanmışdır. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Statistika İdarəsindən oğurluq etmiş şəxsin oğurladığı seyfi Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Dörd Qardaş” restoranının qarşı hissəsindəki ağaclıq sahəyə aparması müəyyən olunduğu üçün həmin sahəyə də baxış keçirilmişdir. Baxış zamanı oğurlanmış seyfin açıq sahədə ağzının açıq vəziyyətdə olması, ətrafına sənədlərin səpələnmiş vəziyyətdə olması aşkar olunmuşdur. Baxış zamanı Cəlal Ağayev həmin seyfin ona məxsus olan oğurlanmış seyf olduğunu bildirmişdir. Seyfin üzərində zədə izləri aşkar olunduğundan qapısının zor tətbiq edilərək açılması müəyyən olunmuşdur. Seyfin içərisinə baxış keçirilən zaman kağız zərfin içərisində 6000 manat pul aşkar olunaraq götürülmüşdür. Baxış zamanı Cəlal Ağayev özünə məxsus 22000 manat pulu seyfin kiçik hissəsində, 800 manat pulu və bir ədəd qadın qızıl üzüyünü isə böyük hissəsində saxladığını bildirmişdir. Seyf iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib olunaraq imzalanmışdır. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin cinayət axtarış şöbəsinin kiçik inspektoru Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə ona Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 5-ci mikrorayon, 24/138 nömrəli binanın 1ci mərtəbəsində yerləşən Qubadlı Rayon Statistika İdarəsindən oğurluq edildiyini bilmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq cinayətini törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və sonuncu şübhəli şəxs qismində tutulmuşdur. 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən etmək məqsədi ilə ifadəsi yerində yoxlanılmışdır. Bu məqsədlə Sumqayıt şəhər polis idarəsindən çıxaraq Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 5-ci mikrorayon, 24/138 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən Qubadlı rayon Statistika İdarəsinin inzibati binasının qarşısına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqda vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində Statistika İdarəsinin inzibati binasına daxil olduğu plastik pəncərəni, binanın içərisində yerləşən idarənin rəisi X5 xidməti otağındakı kiçik otağa daxil olduğu plastik qapını və həmin otağı, otaqdan oğurlayaraq ağaclıq sahəyə aparıb içərisindəki pul və qızıl üzüyü oğurladığı seyfi göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Statistika İdarəsinin binasının yaxınlığında yerləşən “X7 həyətinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs yerə atılmış dəmir ağır çəkici və dəmir qanırğını (montirovka) göstərərək həmin alətlər vasitəsilə seyfin qapısını açdığını bildirmişdir. Həmin alətlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin cinayət axtarış şöbəsinin kiçik inspektoru Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyə iclasında şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin dekabr ayından etibarən Qubadlı rayon Statistika İdarəsinin rəis müavini vəzifəsində işləyir. 25..01.2024-cü il tarixdə səhər saatlarında işə gəldikdən sonra xadimə ona yaxınlaşaraq rəis Cəlal Ağayevin xidməti otağını təmizləmək üçün otağa daxil olan zaman pəncərənin açıq olduğunu və otağın dağınıq vəziyyətdə olduğunu gördüyünü demişdir. O, dərhal cəlal ağayevə zəng edib bu barədə məlumat vermişdir. Cəlal Ağayev yolda olduğunu dərhal Azərbaycan Respublikası DİN 102 xidmətinə məlumat verməyi demiş, o da mərkəzə zəngvurub hadisə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra isə Cəlal Ağayev və polis əməlkdaşları idarəyə gələrək baxış keçirmişlər. Baxış keçirilən zaman Cəlal Ağayevin otağından pəncərədən daxil olaraq dəmir seyfin oğurlandığı məlum olmuşdur. Seyfin içərisindən isə Cəlal Ağayevə məxsus 28800 manat pul, sənədlər, qızıl qadın üzüyü və medal olmuşdur. Sonradan ona oğurluq hadisəsinin törədən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir “Bolt” taksi xidməti şirkətində etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi işləyir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 25 yanvar 2024-cü il tarixdə, təxminən saat 04:30 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonunda kafelərin birinin qarşısında dayanmış, sonra isə avtomobildən düşüb kafeyə daxil olub orada oturmuşdur. Həmin vaxt Yango taksi şirkətinə məxsus markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gələrək onun yanında saxlamışdır. Həmin vaxt avtomobildən İmdad və adını bilmədiyi sürücüsü düşərək kafeyə daxil olmuşlar. İmdad və həmin taksi sürücüsü kafedə oturub yemək sifariş vermişlər. Həmin vaxt İmdadın paltarları çirkli vəziyyətdə olmuş, İmdad orada oturduğu müddətdə aralarında münasibət yaranmış və söhbət etməyə başlamışlar. Söhbət zamanı İmdad Yevlax rayonunda bacısı oğlunun hərbi xidmətdə olduğunu və onun yanma ziyarətə getmək istədiyini bildirib ondan onu Yevlax rayonuna aparmasını istəmiş və yol pulunu da verəcəyini demişdir. O da İmdadla razılaşıb aparacağını demiş, bundan sonra İmdad həmin kafedən sifariş verərək ərzaq, içki və yemək almışdır. 25 yanvar 2024-cü il tarixdə, təxminən saat 09 radələrində o və İmdad həmin kafedən çıxıb Sədərək Ticarət Mərkəzinə gəlmişlər. Həmin vaxt İmdadın üstü çirkli olduğundan bazardan sonuncu özünə şalvar, köynək, papaq, çanta və gödəkçə almış, üzərində olan paltarları çıxarıb torbaya yığaraq onun avtomobilinə qoymuş, yeni aldığı paltarları isə geyinmiş, sonra isə İmdad köhnə paltarlarını yolda zibil qutusuna atmışdır. Bundan sonra oradan çıxıb Yevlax rayonunda bacısı oğlunun xidmət etdiyi N saylı hərbibissəyə getmişlər. Yolda İmdad ondan mobil telefonunu istəyib dayısı olduğunu bildirdiyi Nazim adlı şəxslə danışmağa başlamış və İmdad dayısına bank kartı atmağı, ona pul göndərəcəyini demişdir. Onlar Yevlax rayonuna hərbi hissəyə çatanda orada İmdada qohumu ilə görüşməsinə icazə verməmişlər. İmdad ondan gecəni Yevlax rayonunda qalmaq istədiyini, onun orada otel tanıyıb-tanımadığını soruşmuş, o isə Yevlax rayonunda yox, Tər-tər rayonunda otellərin olduğunu, istəsə apara biləcəyini demişdir. Bundan sonra onlar Tər-tər rayonuna getmişlər. Orada o, İmdadla birlikdə restoranda oturub yemək yemişlər. Gecəni isə həmin rayonda adını xatırlamadığı oteldə qalmışlar. Səhəri gün, yəni 26 yanvar 2024-cü il tarixdə o və İmdad Tər-tər rayonundan çıxıb gəzmək məqsədilə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərinə gedəndə yolda İmdad mağazaların birindən özünə mobil telefon almışdır. Onlar Gəncə şəhərinə çatandan sonra orada gəzib restoranda yemək yemişlər, gecəni isə otellərin birində qalmışlar. Səhəri gün, yəni 27 yanvar 2024-cü il tarixdə Gəncə şəhərindən çıxıb yenidən Tər-tər rayonuna getmişlər, orada biraz gəzib restoranda çörək yedikdən sonra gecəni həmin rayonda oteldə qalmışlar. 28 yanvar 2024-cü il tarixdə İmdadla birlikdə Bakı şəhərinə qayıtmaq qərarına gəlmişlər. Yolda olanda Kürdəmir rayonunda restoranların birində oturub yemək yemişlər, sonra isə oradan çıxıb Sumqayıt şəhərinə qayıtmışlar. Sumqayıt şəhərində əvvəlcə İmdad ondan onu “Türkan” restoranına aparmasını istəmiş, o da İmdadı həmin restorana apardıqdan sonra sonuncu orada oturub çörək yeyib, spirtli içki qəbul etdikdən sonra onu Sumqayıt şəhərində yerləşən “Şamlıq” restoranına aparmasını istəmiş, o da İmdadı həmin restorana aparmışdır. Onlar restoranda oturanda İmdadın dayısı Nazim onların yanma gəlmiş, onlar biraz söhbət etdikdən sonra sanitar qovşağa getmiş, geri qayıdanda isə İmdadın oturduqları masada olmadığını görmüş, dayısı Nazim isə yol xərci olaraq ona 200 manat pul vermiş və çıxıb getmişdir. O, həmin vaxt İmdadın “Opel” markalı avtomobillə oradan getdiyini görmüş, sonra isə o, oradan çıxıb yaşadığı evə getmişdir. 25 yanvar 2024-cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək İmdadla birlikdə qeyd etdiyi rayonlarda gəzərək geri qayıdanadək avtomobilin benzin pulu və digər bütün xərclərini İmdad ödəmişdir. O, Təqsirləndirilən şəxs Qubadlı rayon Statistika İdarəsindən pul oğurladığını bilməmiş, İmdad bu barədə ona heç nə deməmişdir. O, İmdadın çoxlu pul xərclədiyini görəndə sonuncudan nə üçün belə etdiyini soruşmuş, İmdad isə ona Sumqayıt şəhərində qapı sexinin olduğunu, kreditə pul götürüb avtomobil almaq istədiyini, qalan pulu isə xərclədiyini demişdir. Dayısı Nazim, Təqsirləndirilən şəxs pul istəməsinə baxmayaraq sonuncunun Nazimə pul göndərməsini və ya verdiyini görməmişdir. Cinayət işinin 54-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-65-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 201-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 9/2646 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən siqratelərin 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilmişdir. 01 ədəd boz nazik “Winston" markalı siqaret 3,80 manat, 01 ədəd göy nazik “Sobranie” markalı siqaret 4,30 manat. Cinayət işinin 204-205-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/2025 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Azərbaycan Respublikası istehsalı olan, eni 40 sm, uzunluğu 70 sm, 2017-ci ildə Sədərək bazarından alınmış yaş asfalt rəngli dəmir seyfin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə 70,00 manat müəyyən edilir. Digər 01 ədəd qızılı rəngli 585 əyarlı, 10 qram çəkidə olan 2020-ci ildə Moskva univermağından qızıl dükanından alınmış brilyant qaşlı qızıl üzüyün üzərində olan qaşların keyfiyyəti, sayı, ölçüsü, mənşəyi və s. barədə kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olammışdır. 01 ədəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda fərqlənməyə görə medalın satışı barədə məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. Cinayət işinin 200 və 203-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatlarının hər birinin dəyəri 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat təşkil edir. Cinayət işinin 8-9-cu vərəqələrində olan “baxış keçirilməsi və götürmə haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qubadlı rayon Statistika İdarəsinin inzibati binası Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 5-ci mikrorayon, 24/138 nömrəli binanın 1-ci mərtəbəsində yerləşir. Baxış zamanı idarənin giriş qapısından sol tərəfdə, binanın baş hissəsində yerləşən platsik pəncərənin açıq vəziyyətdə olması müəyyən olunmuşdur. Binanın içərisinə daxil olduqda sol tərəfdə idarənin rəisi Cəlal Ağayevin xidməti otağı yerləşir. Otağa daxil olduqda otağın plastik pəncərəsinin, otağın daxilində olan digər otağın plastik qapısının açıq olduğu, otaqda olan bəzi sənədlərin dağınıq vəziyyətdə olması müşahidə olunmuşdur. Plastik qapıdan kiçik otağa daxil olduqdan sonra Cəlal Ağayev otağın künc hissəsini göstərərək həmin hissədə dəmir seyfin olduğunu, seyfin içərisində ona məxsus 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat pul, bir ədəd qızıl qadın üzüyünün, medalın və sənədlərin olduğunu, həmin seyfin içərisində olan əşyalarla birlikdə oğurlandığını bildirmişdir. Baxış zamanı inspektorkriminalist tərəfindən hadisə yerindən əl-barmaq izləri, qan nümunəsi və 01 ədəd LD markalı siqaret kötüyü nümunələri götürülmüşdür. Hadisə yerindən araşdırma üçün əhəmiyyət kəsb edəcək başqa əşya və ya nümunələr götürülməmişdir. Cinayət işinin 27-28-ci vərəqəsində olan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdən görünür ki, diskin içərisində “STŞ-0154-2024-01 -2502h 10min3 8s020ms”, “STŞ-0472-20xx-xx- 2503hl6min47s400ms”, “STŞ-047 2-2024-0 l-2503h35min07sl45ms”, “STŞ-0473-2024-01- 2502h42min41s866ms” və “STŞ-0473-20xx-xx-2503h35min07sl45ms” kimi qeyd olunmuş faylların olması müəyyən olunmuşdur. “STŞ-0154-20xx-xx-25021110min38s020ms’' kimi qeyd olumuş videogörüntüyə baxdıqda xx.xx.2024-cü il tarixdə, saat 02:10 radələrində arıq bədən quruluşlu kişi cinsli şəxsin seyfi götürərək yolun bir tərəfindən digər tərəfinə, ağaclıq sahəyə aparması müşahidə olunmuşdur. “STŞ-0472-2024-0l- 2503h35min07sl45ms” kimi qeyd olumuş videogörüntüyə baxdıqda xx.xx.2024-cü il tarixdə, saat 03:35 radələrində bir nəfər şəxsin velosipedlə hərəkətdə olması müşahidə olunmuşdur. “STŞ-0472-2024-01- 2503h35min07s145ms” kimi qeyd olumuş videogörüntüyə baxdıqda xx.xx.2024-cü il tarixdə, saat 03:35 radələrində bir nəfər şəxsin velosipedlə hərəkətdə olması müşahidə olunmuşdur. Cinayət işinin 221-236-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 1 ədəd DVD disk, bir ədəd seyf, ümumilikdə 16000 (on altı min) manat pul, bir ədəd qanırğı və bir ədəd ağır çəkic əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 16000 (on altı min) manat məbləğində pul saxlanılması üçün sahibi X4 təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, bir ədəd seyf, bir ədəd qanırğı və bir ədəd ağır çəkic saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 118-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən oan 07 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə edilmiş xx.xx.2017-ci il tarixli dəyişikliklərə əsasən hökmdən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi xaric edilmiş, onun cəzası 06 (altı) il 09 (doqquz) aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş cəzadan 07 (yeddi) ay 08 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının 07 (yeddi) ay 07 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxslərin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən oan 07 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə edilmiş xx.xx.2017-ci il tarixli dəyişikliklərə əsasən hökmdən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi xaric edilmiş, onun cəzası 06 (altı) il 09 (doqquz) aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş cəzadan 07 (yeddi) ay 07 (yeddi) gün vaxtından əvvəl şərti azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2023-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 29 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə iş üzrə maddi sübut kimi tanınmış 16000 (on altı min) pulun sahibi zərərçəkmiş şəxs X8 qaytarılması nəzərə alınmalı, Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan 01 (bir) ədəd seyf hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X4 qaytarılmalı, iş üzrə maddi sübut olan 01 (bir) ədəd qanırğı və 01 (bir) ədəd çəkic hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan 01 (bir) ədəd seyf hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs X4 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 16000 (on altı min) pulun zərərçəkmiş şəxs X8 qaytarılması nəzərə alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan 01 (bir) ədəd qanırğı və bir ədəd çəkic hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-465/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-465/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver