Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-466/2020 05.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 12:25-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 25 nömrəli marşrutu üzrə hərəkət edən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs oturacağın üzərində qoyduğu içərisində 860 (səkkiz yüz altmış) manat nağd pul, üzərində 3,00 (üç) manatlıq ***-***-**-** "Azercell" mobil nömrəsi olan bir ədəd 80 (səksən) manat dəyərində olan "Samsung J2 8GB" markalı mobil telefon aparatı, 10 (on) manat dəyərində dəmir açar, 2 (iki) manatlıq cin kontur və 11 (on bir) manatlıq sim kontur olan qara rəngli 40 (qırx) manat dəyərində olan pul qabını gizli talayaraq X1 ümumilikdə 1006 (bir min altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər də Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Özü ikinci qrup əlil olduğu üçün dövlət tərəfindən hər ay 130 manat sosial pensiya alır. Heç bir yerdə işləyə bilmədiyi üçün maddi vəziyyəti pisdir. xx.xx.2020-ci il tarixdə, səhər saat 12 radələrində işi olduğu üçün Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisindən 25 saylı marşrut avtobusuna minib Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisinə getmişdir. Marşruta minəndən sonra arxa hissədə olan 2 nəfərlik oturacağa əyləşmişdir. Marşrut hərəkətə başlamış və yoluna davam etmişdir. Marşrut 9-cu mikrorayon ərazisində Heydər parkın yanından keçən zaman qarşısındakı oturacaqda əyləşən bir qadının şəffaf sellofan torbanı və qara rəngli pul kisəsini yanında olan oturacağın üzərinə qoyduğunu görmüşdür. O, həmin qadının fikrinin dağınıq olmağını görmüş, oturacağın üzərində olan qara rəngli pul kisəsini götürmüşdür. Pul kisəsini götürdükdən sonra dərhal avtobus sürücüsündən marşrutu saxlamasını demiş və o, bundan sonra marştrutdan düşüb Heydər Parkına tərəf qaçıb parkın içərisinə daxil olmuşdur. Parkın içərisindən oturacaqların birində əyləşib oturacağın üzərindən oğurladığı qara rəngli pul kisəsini açıb içərisinə baxmışdır. Pul kisəsinin içərisinə baxdıqda pul kisəsinin içərisində 530 manat pulun, 01 ədəd “Samsung” markalı mobil telefonun, açarların, bank kartlarının və müxtəlif növ mağazaların bonus kartlarının olduğunu görmüşdür. Bundan sonra o, qara rəngli pul kisəsinin içərisindən 530 manat pulu götürmüş və pul kisəsini oturacağın üzərinə qoymuşdur. Sonra oradan aralaşmış, oğurladığı pulu isə öz ehtiyaclarş üçün xərcləmişdir. Dəymiş ziyanı ödəməmiş və hazırda ödəməyə imkanı yoxdur, Zərərçəkmiş şəxs ilə barışmamışdır. Əməlindən peşmandır. 2-ci qrup əlildir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməllərini törətməsi özünün ifadəsinin etirafedici hissəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yaşayan anası gilə qonaq getmək üçün Sumqayıt şəhəri daxilində fəaliyyət göstərən 25 nömrəli marşrut avtobusuna minmişdir. Həmin vaxt özü ilə ağ rəngli torba və qara rəngli pul kisəsi götürmüşdür. Avtobusa mindikdən sonra avtobusun orta sırada olan iki nəfərlik oturacaqlardan birində oturmuş və ağ rəngli torbasını və pul qabını yanındakı oturacağın üzərinə qoymuşdur. O, yolda gələn zaman “Samsung J2” markalı mobil telefonuna zəng gəlmiş və o, zəngə cavab verərək danışıb qutardıqdan sonra mobil telefonunu qara rəngli pul kisəsinin içərisinə qoymuş və həmin pul kisəsini də yan oturacağın üzərinə qoymuşdur. Həmin vaxt avtobus Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində olan “Oba” marketin qarşısında saxlamışdır. Sonra avtobusdan əynində tünd göy rəngli köynək olan bir nəfər kişinin avtobusdan düşdüyünü görmüşdür. Avtobus 100 metr aralandıqdan sonra oturacağın üzərinə qoyduğu pul kisəsinin yerində olmadığını görmüş, dərhal avtobus sürücüsünə avtobusu saxlamasını bildirmişdir. Avtobusdan düşmüş və qarşısına çıxan tanımadığı şəxslərdən pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirərək həmin şəxsi görə biləcəklərini soruşmuş, həmin şəxslər heç bir məlumatlarının olmadığını bildirmişlər. Baş verən hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Həmin vaxt onun pul kisəsinin içərisində 01 ədəd “Samsung J2” markalı mobil telefon, mobil telefonun üzərində olan 6 il əvvəl 3 manata aldığı və danışıq konturu olmayan ***-***-**-** sim kart, 10 manat dəyərində olan yaşadığı evinin dəmir açarı, 860 manat nağd pul, içərisində pul olmayan “Beynəxalq Bank”a məxsus bank kartı, pul ilə almadığı və dəyəri olmayan müxtəlif mağazalara məxsus bonus kartları, 2 manatlıq cin kontur, 11 manatlıq sim kontur olmuşdur. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Aydın oğlu ifadəsində göstərdi ki, hazırda Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər X5 Axtarış Şöbəsinin kiçik inspektoru, Şahid2 ilə birlikdə xidmətdə olan zaman xx xxxx 2020-ci il tarixdə saat 12:25-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 25 nömrəli marşrut üzrə hərəkət edən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs oturacağın üzərinə qoyduğu içərisində 100 (yüz) manat dəyərində olan bir ədəd “Samsung” markalı mobil telefon, 860 (səkkiz yüz altmış) manat pul, açar, pensiya kartları olan qara rəngli pul kisəsini gizlin şəkildə talayaraq oğurlamaqda şübhəli olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 4A/14, mənzil 6-da qeydiyyatda olan və Sumqayıt 52-ci məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinə aparılmışdır. Bölmədə Təqsirləndirilən şəxs izahat verən zaman etiraf etmişdir ki, həqiqətən xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 25 saylı sərnişin avtobusunda Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1A/5, mənzil 13-də fərdi evdə yaşayan Zərərçəkmiş şəxs pul kisəsini gizlin şəkildə talayaraq oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Aydın oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli "Hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, baxış açıq havada, təbii işıqlandırma şəraitində keçirilmişdir. Baxış zamanı Abbasova X3 şəhəri, 9-cu mikrorayon, X8 market olan hissəsində avtomobil yolu olan hissəsində dayanıb əli ilə həmin yeri göstərib bildirdi ki, 25 saylı xətt avtobusundan düşdüyü və çantasından pul kisəsinin oğurlandığı yerdir.(i.v 6) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində "Samsung" şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan "İntegral" firmasının məlumatına və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ortada olmayan 3 il bundan əvvəl alınmış "Samsung J2 8 GB" markalı mobil telefon olduğu halda işlənmiş vəziyyətdə, 2020-ci ilin iyul ayına, istismar olunmasını, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə qiyməti təxminən 80,00 manat müəyyən olunur.(i.v 113-116) İş materiallarında olan "Şübhəli şəxsin tutulma" protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:40-da Sumqayıt şəhəri ərazisində tutulmuşdur.(i.v 30-31) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, "Qətimkan tədbiri seçilməsi barədə" qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 68) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixli hökmlə təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 05 gün hissəsi hazırki hökm ilə birləşdirilərək qəti 02 il 07 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2013-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azad edilmişdir. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 03 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa o, Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa o, Nəsimi RPİ İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddələri ilə təqsirli bilinərək iş xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. (i.v 88-90) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(i.v 109-111) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-94/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən Nəsimi Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5, 180.2.2 və 29,180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Həmin iş üzrə növbəti məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, saat 10:45-ə təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Pİ-nin İstintaq Şöbəsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə cinayət işi var və həmin iş üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”dən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, xx.xx.2015-ci il təvəllüdlü (X4) bir uşağı var. (i.v.38-40) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-ində göstərilən prosessual normalara əməl edərək, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxsəməliAzərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində zyaşlı uşağının olması və əlil olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını, əməlindən peşman olmasını Azərbaycan Republikası CM-nin 59.1.4 və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Əhmədli X2 Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilən cəzanın çəkilib qurtardığıxx.xx.2019-cu il tarixdən iki il keçməmiş qanunla nəzərdə tutulmuş qaydada məhkumluğu götürülmədən və ödənilmədən xx.xx.2020-ci il tarixdə yenidən qəsdən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı cinayəti törətmişdir. Ancaq onun törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi nəzərə alınaraq barəsində bu iş üzrə seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.1-ci maddəsi ilə təqsirli bilinsin və 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 noyabr2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsbarəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (Sumqayıt Şəhər Pİ-nin İstintaq Şöbəsinin icraatındakı Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə cinayət işi üzrə) həbs qətimkan tədbiri seçildiyi nəzərə alınaraq barəsində bu iş üzrə seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-466/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-466/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver